“Brekzit uğurunun” uğursuzluğu
Oxunub: 1996
30 Jun 2016 | 10:03
“Brekzit uğurunun” uğursuzluğu
Bütün gözləntilərin əksinə olaraq Böyük Britaniyada keçirilən referendum “Brexit”i dəstəklədi. Seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Səsvermənin sabahı günü səhər saatlarından etibarən Londonun müxtəlif məhəllələrində  toplaşan siyasi partiya liderləri ”“ “Brexit”-in tərəfdarları və əleyhdarları özlərinin sevinc və məyusluq hisslərini açıq ”“aşkar nümayiş etdirirdilər. İfrat sağçıları və millətçiləri təmsil edən, son 17 il ərzində dayanmadan ölkəsinin Avropa Birliyindən çıxmasını təbliğ edən UKİP lideri Naycel Farac toplaşanlara 23 iyun tarixini Böyük Britaniyanın müstəqillik günü kimi yadda saxlamağı tövsiyyə edirdi.  Az sonra partiya tərəfdaşları ilə keçirdiyi görüşdə isə göz yaşlarını kameralar qarşısında xüsusi həvəslə nümayiş etdirən Naycel Farac  yəqin ki,britaniyalıların taleyindən daha çox gələcək seçkilər üçün elektoratını genişləndirə bildiyini düşünürdü. N.Faracın davranışı və onun axıtdığı sevinc göz yaşları belə bir təsəvvür yaradırdı ki, dəstəklədiyi  siyasi avantürizmin belə asanlıqla uğur qazanacağına heç özü də inanmırmış.
Günortaya yaxın bütün vətəndaşların səbirsizliklə gözlədiyi Baş Nazir Devid Kemeron da məşhur Daun street,10 ünvanında kameralar qarşısında göründü. 2010-cu ildə hakimiyyətə gəlməzdən əvvəl Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələrə yenidən baxılmasının vacibliyini önə çəkən  Devid Kemeron müzakirələrin getdiyi son 4 ayda yaxınlaşan təhlükəni hiss edərək artıq İttifaqda qalmağın vacibliyini təbliğ edirdi. Lakin bütün cəhdlər uğursuz oldu, “daldan atılan daş...” məntiqi özünü bir daha doğrultdu. Hakimiyyətdə olduğu 6 il ərzində davamlı olaraq  AB təsisatları ilə siyasi alver etməyə vərdiş etmiş Baş nazir Kemeron öz ölkəsini  Avropa İttifaqının ən imtiyazlı üzvünə çevirməyə nail olsa da, sonda “su çanağı suda sınar” məntiqi qalib gəldi. Avropa İttifaqı ilə apardığı bütün təzyiq və şantaj siyasəti onun özünə baha başa gəldi və siyasi olimpdə qalmağın Britaniya centlemeninin davranış kodeksinə uyğun gəlməyəcəyini anlayan Kemeron istefa verməli oldu.
Inamsızlıq və qeyri-müəyyənlik içində şaşırmış insanlar arasında  “Brexit”in uğurunu Apokalipsis və zəlzələ adlandıranlar da var.Lakin referendum hələ İttifaqdan çıxmaq üçün əsas deyil, onun nəticələri ölkə parlamentində təsdiq olunmalıdır. Son ümidini parlamentin qərarına bağlayan britaniyalılar  küçələrə axışaraq Britaniyanı Aİ-da qalmağa çağıran  Petisiyaya imza toplamağa başladılar. Cəmi bir sutka ərzində Petisiyaya imza atanların sayı 2 milyonu keçdi.
Avropa liderlərinin Böyük Britaniyadan dərhal müvafiq  prosedurlara başlamağı tələb etməsi Britaniya cəmiyyətində referendumun doğurduğu həyəcanı daha da artırır. Bu arada həm Şotlandiyada və həm də Şimali İrlandiyada yerli hökümətlərin başçıları Birləşmiş Krallığın tərkibindən çıxmaq və müstəqil şəkildə Avropa İttifaqına üzv olmaq haqqında öz referendumlarını keçirmək təşəbbüsü ilə çıxış edirlər.Vətəndaşlarının çox hissəsinin Böyük Britaniyanın İttifaqda qalmasını dəstəkləmiş Şotlandiya və Şimali İrlandiya referendumun nəticələrinə görə haqlı olaraq  mərkəzi hakimiyyəti günahlandıırır və Londona təzyiqlərini artırırlar.Yüzilliklər ərzində Birləşmiş Krallığın tərkibində mövcud olmuş, zaman-zaman müstəqillik tələbi ilə çıxış etmələrinə baxmayaraq   heç zaman buna nail ola bilməmiş şotlandlar və irlandlar bu gün öz məqsədlərinə həmişə olduğundan daha yaxın görünürlər. Maraqlı olan isə Londonda “Brexit”i dəstəkləməyə çağıran siyasi liderlərin hadisələrin bu istiqamətdə inkişafını - yəni ölkənin parçalanmaq təhlükəsini öncədən ehtimal etməməsidir. Axı cəmi bir il öncə Şotlandiyanın sabiq hökümət başçısı Aleks Salmondun təşəbbüsü ilə keçirilən referendumda əhalinin 50 faizə yaxını Birləşmiş Krallığın tərkibindən çıxmaqla Şotlandiyanın müstəlliyinə səs vermişdi. O zaman səsvermə ərəfəsində Londonun yüksək çinli məmurları ”“ Kemeron hökümətinin ağır çəkili nazirləri  həftələrlə Şotlandiyadan çıxmadan Birləşmiş Krallığın bütövlüyünü qoruyub saxlamaq üçün təbliğat aparırdılar. Nəticədə London bütün mümkün olan və olmayan güzəştlərə getməklə cüzi səs fərqi ilə  Şotlandiyanı Böyük Britaniyanın tərkibində saxlaya bilmişdi. İndi isə Şotlandiyanı öz tərkibində saxlamaq üçün Londonun əlində əlavə imtiyaz resursları tükənib. Müstəqillik refrebndumunun yenidən keçiriləcəyi halda Şotlandiyanın doğrudan da Birləşmiş Krallıqdan ayrılmaq ehtimalı çox yüksəkdir. 
Şimali İrlandiyada da vəziyyət xoşagələn deyil. Şimali İrlandiyada müstəqillik uğrunda mübarizə aparan milliyətçi qüvvələr yenidən siyasi gündəmi öz nəzarətinə almağa çalışır və Sinn Fein hərəkatının rəhbərləri Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsini hədəfləyən referendumun keçirilməsini tələb edirlər. Əslində bu da gözlənilən idi. Birləşmiş Krallıqdan ayrılmaq və Şimali İrlandiya ilə birləşməyi qarşısına məqsəd qoymuş siyasətçilər və bu hərəkatın hərbi qanadını təşkil edənİrlandiya Respublika Ordusuonilliklər ərzindəmüstəqillik savaşını sürdürürdülər. Hələ 1905-ci yaradılmış Sinn Fein hərəkatı hal-hazırda Şimali İrlandiyada ikinci böyük siyasi partiyadır və Böyük Britaniyada irlandların və şotlandların, İspaniyada isə Kataloniyanın separatizm hərəkatını dəstəkləyir. Bu günkü vəziyyət onlara da öz müstəqilliyini əldə etmək üçün ən əlverişli imkan kimi görünür və irlandların bu imkandan yararlanmaması təəccüblü olardı. Daha çox təəccüb doğuran isə Kemeron hökümətində“Brexit”i dəstəkləməyə çağıran siyasətçilərin bütün bunları öncədən görə  bilməməsi və ya görərək biganə qalmasıdır.
Bütün bunlar ölkə daxilində fəallaşmış dezinteqrasiya proseslərinin ilk görüntüləridirvə Londonun bu təzyiqlər qarşısında davam gətirə bilməsi və ölkənin bütövlüyünü qoruyub saxlamaya bilməsi çox müşkül görünür. Lakin problemlər bununla bitmir. Avropa İttifaqının liderləri də Londona təzyiqlərini artırır və Böyük Britaniyanın bu günədək İttifaqla münasibətlərində mövcud olan imtiyazlardan məhrum olacağını qaçılmaz hesab edirlər. Doğrudan da, Britaniya vaxtaşırı olaraq birlikdən çıxmaqla Aİ təsisatlarını təhdid etmış və nəticədəbirlik üzvləri arasında ən çox imtiyazlara yiyələnmiş ərköyün dövlətdir. Belə bir üzv-dövlətin Birliyi tərk etməsi digər üzvlərin də tərəddüd etməsinə səbəb olar, İttifaqın uğurlu gələcəyinə inamı zəiflədə bilər və daha təhlükəlisi isə xoşagəlməz presedent yardada bilər. Bunun əlamətləri isə artıq görünməkdədir. Fransa millətçilərini təmsil edən Xalq Cəbhəsinin lideri Marion Lö Pen “Brexit” uğurundan ruhlanaraqartıq “Frexit” terminini siyasi gündəmə gətirmək təşəbbüsündə bulunur. Bu kimi təşəbbüslər dünya siyasi sisteminin ən mütərəqqi  hadisəsi sayılan Avropa Birliyi kimi unikal bir təsisatın siyasi dayaqlarını sarsıda bilər.Bütün bunları yaxşı anlayan avropasentristlər İttifaqı tərk edən Böyük Britaniyanınİttifaq üzvləri ilə iqtisadi münasibətlərində korrektivlərin dərhal edilməsini zəruri hesab edirlər. Avropa İttifaqının Nizamnaməsi bütün Birlik ərazisində vətəndaşların sərbəst hərəkətini, əmtəənin və kapitalın sərbəst dövriyyəsini nəzərdə tutur. Belə bir qarşılıqlı münasibətlər sistemi İttifaqa üzv olmayan dövlətlərin istehsal etdiyi mal və məhsulların Birlik ərazisinə rəqabətədavamlı qiymətlərlə idxal olunmasını əngəlləyir ki, bu da öz növbəsində İttifaq üzvlərinin istehsal etdiyi məhsullar üçün daha əlverişli bazar imkanları yaradır. Bu imkanlardan məhrum olması Böyük Britaniya şirkətlərinin Avropa bazarına yolunu bağlamaqla onların ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Nəticədə böyük Avropa bazarına hesablanmış irimiqyaslı istehsal müəssisələrinin zəifləməsi və hətta iflasa uğraması, çox saylı  iş yerlərinin itirilməsi, milli valyutanın zəifləməsi kimi fəsadlar ölkəni siyasi və iqtisadi böhran vəziyyətinə gətirib çıxara bilər.Bu kimi hadisələrin reallaşması Böyük Britaniyanın Birlikdən çıxma prosedurlarının həyata keçirilməsi ilə paralel olaraq baş verəcək. Bütün bunların baş verməsi isə Birləşmiş Krallığa yaxşı heç nə vəd etmir.“Brexit”-in uğuru birdən-birə uğursuzluqların başlanğıcı kimi görünməyə başlayır.
Bu gün britaniyalıları düşündürən suallar çoxdur. Tərkibində İngiltərəni, Şotlandiyanı, Uelsi vəŞimali İrlandiyanı birləşdirən Böyük Britaniya “Brexit”dən sonra öz böyüklüyünü qoruyub saxlaya biləcəkmi?“Brexit” Böyük Britaniya üçün siyasi zəlzələ effekti yaratdı. Bəzənzəlzələnin ardınca gələn avtoşoklar daha dağıdıcı və daha sarsıdıcı ola bilir. Zəlzələ stressindən ayılmağa hələ macal tapmamış Böyük Britaniya gözlənilənsiyasi “avtoşoklara” davam gətirə biləcəkmi? “Ziyanın yarısından qayıtmaq da xeiyrdir” düşüncəsi ilə hərəkət edərək Avropa ailəsinə qayıtmaq London üçün nicat yolu ola bilərmi?
“Brexit”in uğuru Avropa Birliyi qarşısında da az suallar yaratmır. Bu suallar ilk növbədə“demokratiya”, “insan haqları” və “ədalət” kimi məsələlərdə Birliyin tez-tez nümayiş etdirdiyi qeyri-səmimiyyətlə, dünyanın müxtəlif ölkələrinə və xalqlarına qarşı münasibətlərdə ikili standartlarda çıxış etməsi ilə və eləcə dəAvropa təsisatlarında bürokratikləşmənin get-gedə  dərinləşməsi ilə bağlıdır. 
Bu kimi suallara birmənalı doğru cavab vermək hal-hazırda çox çətin görünür. Nə Britaniyalılar, nə hələlik Devd Kemeronun rəhbərlik etdiyi hökümət, nə də Avropa Birliyinin özü bu suallara cavab vermək iqtidarındadır.  Belə görünür ki, bu çətin sualların cavabını Əlahəzrət Zaman verəcək.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...