Xaləddin İsgəndərovun 22 milyonluq maxinasiyasının üstü açıldı
Oxunub: 3817
29 Jun 2016 | 00:08
Xaləddin İsgəndərovun 22 milyonluq maxinasiyasının üstü açıldı

 
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası davam etdirilib.
 
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər.
 
“Yanğın 27 saniyə ərzində baş verib”
 
“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs adı çəkilən şirkətin təsisçisi olaraq 50 faiz paya sahibdir. Vəkil deyib ki,digər pay sahibi isə Hüseynbala Əlizadədir. Lakin yalnız M.Mahmudov istintaqa cəlb olunub.
 
Vəkil qeyd edib ki, istintaq zamanı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdikləri qeyd edilib, lakin bunu sübut edən fakt yoxdur: “Bu şəxslər bir-birini tanımır. Bunlar həbsxanada tanış olublar. Təqsirləndirilən şəxslərin və müvəkkilimin digərləri ilə tanış olmasını sübut edən heç bir fakt cinayət işinin materiallarında göstərilməyib.
 
Biz istintaqa müqavilə təqdim etmişik. Həmin müqavilədə göstərilir ki, binanın üzlənməsi sifarişini Binəqədi Rayon İcra Hakimiyyəti verib. İcra hakimiyyəti istəyib, bu şirkətdə yerinə yetirib. “Global Construction” MMC şirkəti binaların üzlənməsi üçün material istehsal etmir. Bu material Türkiyədən alınır. Şirkət sadəcə üzlüklərin binalara vurulması safarişini yerinə yetirir”.
 
Vəkil onu da bildirib ki, binaların üzlənməsi üçün istifadə olunan materialın çətin yanan material olması ilə bağlı FHN tərəfindən protokol da var: “Protokolda qeyd edilir ki, bu material çətin yanandır və istifadəsinə icazə verilib. Ancaq FHN və bəzi qurumlar materialın əvvəlcədən yoxlanılmadığını deyir. İstintaq zamanı ekspertiza təyin olunub və verilən bu protokol ekspert qrupu tərəfindən guya yoxlanılıb. Maraqlıdır ki, elə bu protokolu imzalayanlar özləri ekspertizaya rəhbərlik edib və bu dəfə fərqli bir rəy veriblər. Bu necə mümkün ola bilər? İstintaq materiallarında göstərilir ki, yanğın 27 saniyə ərzində baş verib. Səbəb olaraq da binaya bitişik olan tikilinin yanında olan zibilliyin alışması göstərilir.Bunun günahkarı təbii ki, üzlüyü vuran şirkət deyil”.
 
“Binanın üzlənməsinə görə şirkətə 22 milyon ödənilməyib”
 
“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun 4 şirkətinin olduğunu söylən vəkil deyib ki, o, heç bir şirkətinə birbaşa rəhbərlik etməyib: “Miryusif Mahmudovun şirkətlərinin hər birinin direktoru, mühəndisləri var. Onun hər bir şirkətə şəxsən rəhbərlik etməsi mümkün deyil. Əgər o, təsisçi kimi istintaqa cəlb olunursa, digərləri niyə kənarda qalmalıdır?
 
Məlumat üçün onu da əlavə edim ki, müvəkkilim yanğın baş verən binanın və Binəqədi rayonu ərazisində yerləşən bir neçə binanın üzlənməsinə görə şirkətə ödənilməli olan 22 milyon manatı ala bilməyib. Bunun nəticəsi olaraq da Miryusif Mahmudov müflisləşib”.
 
Vəkil M.Mahmudov barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
 
Təqsirləndirilən Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs işə başlayanda artıq yanğın baş verən binanın üzlənməsi üçün müqavilə imzalanmış olub: “Müvəkkilim nə müqavilədən, nə də görülən işdən xəbərdar olub. Binada görülən işlərdən sonra təhvil almaişində də iştirak etməyib. Həmçinin digər təqsirləndirilən şəxsləri də əvvəlcədən tanımayıb”.
 
Vəkil Ə.Rəcəbov barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
 
Digər təqsirlənbdirilən “QlobalStone” MMC-nin baş direktorun müavini Uğur Bəşirovun vəkili Cavid Rzazadə çıxışında qeyd edib ki, istintaq zamanı U.Bəşirovun hüquqlarını müdafiə etməsi üçün şərait yaradılmayıb və onun cinayət işinin materialları ilə tanışlığına imkan verilməyib: “Müvəkkilimdən ifadə alınarkən mənim iştirakım olmayıb. O, digər vəkillərindən imtina edərək mənimlə müqavilə bağlayıb. Ancaq iş məhkəməyə göndərilənə qədər mənim Uğur Bəşirovla görüşüm təmin edilməyib. Mən yalnız indi cinayət işinin materialları ilə tanış oluram. Bu isə təqsirləndirilən şəxsin hüquqlarının kobud şəkildə pozulmasıdır”.
 
Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
 
Təqsirləndirilən “Global Construction” MMC-nin idarə heyətinin sədr müavini kimi olaraq göstərilən Ələkbər Əsgərovun vəkili Elvin Səlimov çıxışında söyləyib ki, müvəkkili istintaq materiallarında göstərildiyi kimi şirkətin faktiki idarəçisi olmayıb: “Ələkbər Əsgərovun şirkətin faktiki olaraq idarəçisi olmasını istintaq materiallarında sübut edən heç bir fakt yoxdur. Müvəkkilimin istintaq zamanı hüquqları pozulub. Ondan əvvəlcə şahid qismində 5 dəqiqə, sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə alınıb. Vəkil olaraq ifadəsi alınarkən onun yanında olmamışam”.
 
Digər təqsirləndirilən şəxslərin də vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslər barəsindəki cinayət işlərinin təqibinə xitam verilməsi və onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
 
“Binanı üzlədiyimiz materialla öz evimi, qızımın evini üzləmişəm”
 
“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov vəkillərin vəsatətləri ilə razı olduğunu deyib və özünü günahkar bilmədiyini söylədib: “13 aydır günahsız yerə Kürdəxanıda yatırıq. Mən və burada olan digər şəxslərin əlbir olduğumuzu, bu əməli törətdiyimizi deyirlər. Yanımda əyləşənlərdən birinin əlində qələm, dəftər gördüm. Vəkil olduğunu düşündüm. Kim olduğunu soruşanda bildim ki, o da həbs olunub. Axı biz necə əlbir ola bilərik?
 
Bina yanarkən 30 MTN əməkdaşı şirkətdə yoxlama apardı. Məni MTN-ə apardılar. Oradan isə prokurorluğa. MTN-dən çıxarılanda sevindim ki, prokurorluqda bu iş doğru araşdırılacaq. Ancaq istintaqçılar elə bir iş ortaya qoydular ki, buna yalnız təəssüf edirəm. Hamımız insanıq, qəza ola bilər, başımıza iş gələ bilər. Ancaq gərək bu düzgün araşdırılsın. Lakin mən və digərlərinin işi ədalətsiz şəkildə aparıldı.
 
Mən hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, binanı üzlədiyimiz materialla öz evimi, qızımın evini, 60 nəfərin çalışdığı şirkətimin binasını üzləmişəm. Niyə biz bu qədər insafsız idik ki, təhlükəli materialla binanı üzləyək? Mən bu günə qədər bircə dəfə də olsun polislə üz-üzə gəlməmişəm, axı bizi niyə günahsız yerə 13 ay istidə həbsdə saxlamalıdırlar. Heç birimiz qaçmırıq. Xahiş edirik, vəsatətlər təmin olunsun, biz də işin ədalətli şəkildə araşdırılması üçün əlimizdən gələni edək. Biz dövlətimizə, millətimizə xidmət etmiş insanlarıq.
Məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək.
 
Məlumat üçün bildirək ki, bina üzlənərkən və yanğın baş verərkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.
 
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
 
Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.(musavat.com)

Oxşar xəbərlər
17:56, Bu gün
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
17:50, Bu gün
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
17:47, Bu gün
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
17:45, Bu gün
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
17:40, Bu gün
Bu rayonda məktəb və bağça bağlandı - FOTO
17:38, Bu gün
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
17:35, Bu gün
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
17:30, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
17:25, Bu gün
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
17:22, Bu gün
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
17:20, Bu gün
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
17:15, Bu gün
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
17:13, Bu gün
“Evdə bir yerdə olanda dava düşür”
17:05, Bu gün
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
17:00, Bu gün
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:56, Bu gün
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
16:54, Bu gün
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
16:46, Bu gün
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
16:44, Bu gün
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
16:42, Bu gün
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
16:40, Bu gün
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
16:37, Bu gün
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
16:35, Bu gün
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
16:28, Bu gün
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
16:22, Bu gün
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
16:16, Bu gün
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
16:09, Bu gün
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:04, Bu gün
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
16:02, Bu gün
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
15:58, Bu gün
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
15:52, Bu gün
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
15:46, Bu gün
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:41, Bu gün
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
15:35, Bu gün
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:30, Bu gün
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
15:25, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
15:20, Bu gün
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
15:15, Bu gün
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
15:10, Bu gün
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
15:05, Bu gün
Əziz Orucovun həbs müddəti uzadıldı
15:00, Bu gün
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
14:56, Bu gün
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
14:52, Bu gün
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
14:48, Bu gün
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
14:44, Bu gün
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
14:40, Bu gün
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
14:36, Bu gün
"International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər
14:30, Bu gün
Bakıda 62 illik körpüdən geriyə qalanlar - FOTO/VİDEO
14:26, Bu gün
Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı
14:25, Bu gün
Samir Ağabalayev aparat rəhbəri TƏYİN OLUNDU
14:20, Bu gün
”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti...” - Zahid Orucdan SENSASİON AÇIQLAMA
14:14, Bu gün
Dini cərəyana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... – TƏFƏRRÜAT
14:09, Bu gün
Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi
14:08, Bu gün
Zaqatalada məktəb və bağça birgünlük bağlandı
14:06, Bu gün
Oğlu Karlo Ançelottini yarı yolda qoyacaq?
14:05, Bu gün
"Rusiya Xarkova hücum etməklə açıq-aşkar müharibəni kəskinləşdirib" - Viktoriya Nuland
14:03, Bu gün
76 yaşındakı kainat gözəlinin HEKAYƏSİ: 30 yaşında görünür...
14:01, Bu gün
Çay diabet riskini azalda bilər: Belə içsəniz...
14:00, Bu gün
“Polis üçün kolleclər yaradılmalı və orada iki illik tədris keçirilməlidir” - Qüdrət Həsənquliyev
13:58, Bu gün
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
13:53, Bu gün
Nasist Almaniyasının qaçılmaz məğlubiyyəti – Hitler Vermaxt generallarının peşəkarlığına güvənməyib
13:48, Bu gün
Prezident İlham Əliyev Rəisi ilə son görüşündən DANIŞDI
13:47, Bu gün
Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİB
13:46, Bu gün
Suriya prezidentinin həyat yoldaşında ölümcül xəstəlik aşkarlandı
13:40, Bu gün
Prezident İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - YENİLƏNİB + FOTO
13:37, Bu gün
Rusiyanın agenti sayılan keşiş Qarabağ separatçılarını da qızışdırmağa başladı...-VİDEO
13:36, Bu gün
Milli Məclisdə İranda baş verən helikopter qəzası ilə bağlı bir dəqiqəlik sükut...
13:32, Bu gün
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqləndi
13:28, Bu gün
Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu
13:24, Bu gün
Şuşada daha bir beynəlxalq festival keçiriləcək
13:21, Bu gün
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub - FOTOLAR
13:17, Bu gün
“Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm” – VİDEO
13:15, Bu gün
Türkiyə bu ölkə üçün viza rejimini asanlaşdırdı - Yeni qayda
13:12, Bu gün
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
13:10, Bu gün
Bu məşhur istirahət mərkəzində turistlərə SƏRT QAYDALAR
13:09, Bu gün
Ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlandı
13:06, Bu gün
Gələn ay Bakı Enerji Forumu keçiriləcək
13:03, Bu gün
Xanım tanışını motosikletə oturdub avtoxuliqanlıq etdi, həbs olundu
12:57, Bu gün
Stolüstü tennisçilərimiz Avropa birinciliyinə yollanıblar
12:55, Bu gün
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB
12:54, Bu gün
Bu ölkələrdən Azərbaycana turist axını artıb
12:52, Bu gün
İstanbul İnkişaf Dialoqunda COP29 sədrliyinə baxış təqdim edilib - FOTO
12:50, Bu gün
Mikayıl Cabbarov: "Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"
12:47, Bu gün
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
12:45, Bu gün
Nazir müavini: İqlim dəyişmələri səbəbindən Eldar şamı və digər ağaclarda xəstəliklərin yaranması müşahidə edilir
12:44, Bu gün
Azərbaycanlı dünya çempionu: Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik
12:39, Bu gün
“Bu gün sənin, sabah o birisinin yanındadır"
12:34, Bu gün
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
12:29, Bu gün
“İnformasiya məkanı fasiləsiz izlənilir və...” - Zahid Orucdan SENSASİON ÇIXIŞ
12:29, Bu gün
Deputat: "Azərbaycanda polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır"
12:24, Bu gün
Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi - FOTO
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
12:17, Bu gün
Sabah hava buludlu olacaq, yağış yağacaq
12:15, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyev dəfn edildi - YENİLƏNİB + FOTO
12:12, Bu gün
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb - FOTO
12:10, Bu gün
Mayın 21-nin ən xoşbəxt BÜRCÜ: Sizi xoş sürprizlərlə dolu gün gözləyir
12:09, Bu gün
BDU tələbələrinin çöl-tədris təcrübələri başlayıb
12:06, Bu gün
DGK-da altqrupun iclası keçirilib - FOTO
12:06, Bu gün
Ançelotti qərarında qətidir: ÇL-nin finalında qapını qoruyacaq şəxsin adı açıqlanıb
12:03, Bu gün
Bakıda kişi sirkə turşusu içib özünü öldürdü
GÜNLÜK
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
AYLIQ
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI