Bünyamin Qəmbərli: “Azərbaycanda islahatlar sabotaj edilir”- Debat
Oxunub: 3399
27 May 2016 | 23:40
Bünyamin Qəmbərli: “Azərbaycanda islahatlar sabotaj edilir”- Debat

BAXCP sədrinin müavini Bünyamin Qəmbərli ilə şair-publisist Heydər Oğuzun ənənəvi debatını Moderator.az oxucularına təqdim edirik:

-28 May Respublika Günüdür. Bu gün münasibətilə hər birinizi Moderator.az adınadan təbrik edirik. Necə hesab edirsiniz, bizim bu bayramı keçirməyə mənəvi haqqımız çatırmı?

Bünyamin Qəmbərli: - Təbrikiniz üçün çox sağ olun, çox təşəkkür edirəm. Azərbaycan Türkünün böyük övlarlarından olan Şeyx Məhəmməd Xiyabani deyirdi ki, "müstəqil olmayan bir millətin əzmi və şərəfi yoxdu!" . Mən bu gün bizə bu əzmi və şərəfi yaşadanları minnətdarlıq və rəhmətlə anır, bu  əzmi və şərəfi duyan, ləzzətlə və şərəflə yaşayan və qorunmasını düşünən hər bir Azərbaycan vətəndaşını, yurddaşımı və soydaşımı qutlayır , millətimizin hər bir fərdinə tezliklə bütöv və böyük Azərbaycan dövlətinin vətəndaşı olmağı diləyirəm. Sualınıza gəlincə deyə bilərəm ki, kimliyindən, nəçiliyindən, necəliyindən asılı olmayaraq Azərbaycanın bağımsızlığını istəyən, bu bağımsızlığı qorumağın vacibliyini düşünən, bu bağımsızlığın ləzzətini duyan, bu ləzzəti doyasıya yaşamağı bacaran hər bir soydaşımızın və yurddaşımızın bu bayramı keçirməyə tam mənada haqqı var. Bu bayramı kimlərsə bizə tabaqda gətirib verməyib. Bu bayramı biz onminlərlə soydaşımızın və yurddaşımızın qanı bahasına qazanmışıq. Azərbaycan xalqı dünyanın yeganə xalqıdır ki, torpaqları 1813-cü ildə çar Rusiyası tərəfindən işğal olunandan sonra daim birləşmək, bütövləşmək, yenidən bağımsızlığını qazanmaq uğrunda savaşıb. Azərbaycan xalqı yeganə xalqdır ki, bir əsrdə-iyirminci yüzildə beş dəfə bağımsızlıq mübaizəsinə qalxıb və bunun dördü beynəlxalq qüvvələrin birgə fəaliyyəti ilə beşikdəcə boğulub. 1908-11-ci illərdə Azərbaycanın güneyində  Səttarxan Təbrizdə Məşrutə inqilabı elədi, bir-neçə dövlətin əlbirliyi ilə qan içində boğuldu. 1918-ci ildə Azərbaycanın qüzeyində Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan  Xalq Cümhuriyyətini qurdu, yenə müxtəlif dövlətlərin iştirkı ilə bağımsız dövlətimiz süquta uğradıldı, vətənimiz yenidən işğal altına düşdü. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Azadistan quruldu. Yenə köhnə müttəfiqlər daha böyük güclə azadlıqsevərləri öz qanlarında boğdu. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 21 Azər (12 dekabr) hərəkatı qalib gəldi, amma antiazərbaycan qüvvələri vaxt  itirmədən hərəkətə keçdi və bu bir illik uğurların izini qanla yuyub təmizlədi. Nəhayət 1988-ci ildə Əbülfəz Elçibəyin rəhbərliyi ilə başlayan Xalq Hərəkatının nəticəsində Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən bağımsızlığını elan elədi. Hər dəfə olduğu kimi bu dəfə də bir-birinə düşmən bütün dövlətlər və qüvvələr  Azərbaycan məsələsində bütün ziddiyyətlərini bir qırağa qoyaraq birləşdi. Azərbaycanın bağımsızlığını istəməyən, Azərbaycanda siyasi və iqtisadi marağı olan, Azərbaycanı özünün arxa bağçası kimi görən bu qüvvələr Azərbaycanda bəlkə də Azərbaycan tarixinin ən qanlı dövlət çevrilişi və iç savaşını hazırlamışdı.Amma Əbülfəz Elçibəyin və Heydər Əliyevin sayəsində Azərbaycan dövləti planlanan tələlərə düşmədi və bu gün bağımsız dövlət kimi varlığını sürdürür. Son olaraq qeyd etmək istəyirəm ki, Uca Yaradan Azərbaycanın bağımsızlığı uğrunda qurban gedən hər bir yurddaş və soydaşımıza rəhmət eləsin, millətimizin əzmini və şərəfini bir daha işğalçıların basqı və cəzaları ilə sınağa çəkməsin, ulusumuzun azadlığını, dövlətimizin bağımsızlığını əbədi eləsin!

Heydər Oğuz: - Bünyamin bəy məsələyə müstəqillik baxımından yanaşır. Bu məsələdə də mənim dostumla ciddi fikir ayrılığım var. Açığı, hesab etmirəm ki, biz müstəqilik. Zənnimcə, sovet imperiyası öz formasını dəyişərək, bu gün eyni qaydada davam edir. Kadrlar da həmin kadrlardır, idarəçilik prinsipi də. Sadəcə dövlətimizin adındakı Sover Sosialist kəlmələrini ixtisar ediblər. Ad dəyişikliyi isə məfhumu dəyişikliyi olmadığından mən ölkəmizin müstəqil olduğunu da düşünmürəm. Hesab edirəm ki, bu məsələ başqa debatın mövzusu olduğundan detallara girmədən sizing sualınıza qayıtmaq istəyirəm.

Bilirsiniz ki, cümhuriyyət ərəbcə cümhur (toplanmaq) sözündən əmələ gəlib, toplum deməkdir. Onun siyasi mənası mütləqiyyətin inkarı üzərində qurulmuş dövlət şəkilidir. Dünyada bir neçə cür respublika şəkili var. Bunlardan biri monarxiyalı respulikaçılıqdır ki, İngiltərə, İspaniya, Yaponiya kimi dövlətlər bunun örnəklərindən biridir.  Bu dövlətlərdə rəsmən monarxlar, şahlar, krallar olsa da, onların dövlət  idarəçiliyində rolları məhduddur. Ölkələr xalqın seçdiyi vəkillər və ali icra aparatı tərəfindən idarə olunur. Şahlar və krallar isə simvolik xarakter daşıyır.

İkinci cümhuriyyət şəkili prezidentli respublikaçılıqdır ki, bu sistemlərdə ölkənin rəhbəri birbaşa xalq tərəfindən seçilir və dövləti idarə edir.

Üçüncü forma isə parlamentli respublikaçılıqdır ki, burada xalq öz millət vəkillərini seçki yoluyla müəyyənləşdirir və öz səlahiyyətini təmsilçilərinə verir. Bu təmsilçilər isə ölkənin hökumətini və dövlət başçısını seçir.

Göründüyü kimi, bütün növ və şəkillərindən asılı olmayaraq, bütün respublikaların söykəndikləri əsas meyar seçkilərdir. Seçkilər yoxdursa və ya onun nəticələrini xalqın iradəsi formalaşdırmırsa, respublikadan da danışmağa dəyməz. Nə yazıq ki, Azərbaycandakı ictimai-siyasi durum heç bir respublikaçı gələnəyə uyğun deyil. Ən azı ona görə ki, bizdə ümumiyyətlə seçki yoxdur. Seçki adıyla manipulyasiya vardır. Respublikaçı gələnəklərdən uzaq bir toplumun isə bunu bayram etməsi nə qədər düzgündür və ya sizin təbirinizlə desək, buna nə qədər mənəvi haqqı çatır, elə bilirəm, bu sualın cavabı aydındır. Görünən kəndə bir də mənim bələdçilik etməyim yersiz olardı.

- Azərbaycanda cümhuriyyətçilik dəyərlərinin yaşadılması üçün nə edilməlidir? Siyasi partiyaların bu istiqamətdə fəaliyyəti sizi qane edirmi?

Bünyamin Qəmbərli: - Mən bu bayram günündə Heydər bəyin biraz əvvəl dediyi  bütün fikirlərinə bir el məsəli ilə cavab vermək istəyirəm. Deyir “Leylinin gözəlliyini görmək üçün ona Məcnunun gözü ilə baxmaq lazımdı”. İndi isə keçək sualınıza. İstər cümhuriyyət dəyərlərinin yaşadılması, istəsə də dövlətçilik düşüncənin varlığı və güclənməsi üçün məncə iki mühüm amil vacibdi. Birinci milli bilinc (təfəkkür, şüur), ikinci milli burjuaziya. Məncə bağımsız dövlətin varlığı da, inkişafı da, güclənməsi də, Azərbaycanın bütövlüyü də bu iki amildən asılıdır. Amma nə yazıq ki, bugünkü iqtidar nə milli bilincin (təfəkkürün, şüurun), nə də milli burjuaziyanın yaranmasına imkan verdi. Məhz buna görədir ki, bu gün Azərbaycanda islahatlar sabotaj edilir, banklar iş adamlarını, iş adamları bankları soymağa çalışır, milli təhlükəsizliyimizə cavabdeh olanlar milli təhlükəyə çevrilib, nə təhsilimiz millətimizi reanimasiyadan çıxarmağa qadirdi, nə səhiyyəmiz. Gömrüyümüz illuzionluq, KİV-lərimiz pozuculuq və dağıdıcılıq üzrə ixtisaslaşıb. Siyasi partiyalara gəlincə deyə bilərəm ki, bizdə iqtidar və ya müxalifət olmasından asılı olmayaraq siyasi partiyalar çox zəifdir. Bunun da əsas səbəbi yuxarıda dediyim kimi milli bilincin və burjuaziyanın yoxluğudur. Digər tərəfdən bizdə klassik anlamda-ideoloji əsaslarla formalaşan, ciddi əməl olunacaq nizamnaməyə malik, qarşıya qoyduğu hədəflər uğrunda ardıcıl və davamlı savaş aparan, daşıdığı, götürdüyü  adı onun  mübarizə yolu olan partiyalar  yoxdur. Bizdə partiyalar əsasən bir birinə nisbətdə fərqlənən və daha çox bir nəfərin-liderin ətrafında formalaşan siyasi qruplaşmadır. Yeri gəlmişkən deyim ki, bu cür sistemsizlik, tutarsızlıq təkcə siyasi partiyalarda yox, qeyri-hökumət təşkilatlarında, Həmkarlar ittifaqlarında da,  KİV-lərdə də, hətta bəzi hakimiyyət strukturlarında da höküm sürür. Amma bütün bunlara baxmayaraq, Azərbaycan addım-addım da olsa güclənir, dövlətçilik bilinci zərrə-zərrə də olsa formalaşır, gənclərdə millətimizə və dövlətimizə sevgi və bağlılıq günü-gündən artır.

Heydər Oğuz:-Bəşəriyyət vahid bir orqanizmdir. Hər hansı xalqın qazandığı təcrübə yalnız ona aid deyil, həm də bütün insanlığın ortaq dəyəridir. Necə ki, maşınqayırma sənayesi velosipet düzəltməkdən başlasa da, öz ölkəsində bu sahəyə aid zavod qurmaq istəyənlər ilk işə velosipetlə yox, müasir çağımızın elmi-texniki birikimindən istifadə etməklə başlayır, cümhuriyyət sevdalıları da başqa xalqların əldə etdiyi nailiyyətləri cəmiyyətimizə tətbiq etməyə çalışmalıdırlar. Nə yazıq ki, hakimiyyətin hələ də belə bir arzusu hiss olunmur. Neft bumunun zənginləşdirdiyi bir ovuc oliqarxlar mövcud vəziyyəti davam etdirməkdə maraqlı görünürlər. Buna baxmayaraq, zaman gözləmir, öz axarınca gedir və bizi də özüylə bərabər gələcəyə sürükləyir. Ümidvaram ki, öz feodal təsərrüfatları kimi baxdıqları rüşvət mexanizmlərini qorumağa çalışanlar zamana qarşı dirənişdən məğlub ayrılacaqlar. Artıq cəmiyyətimizdə bunun işartıları görünür. Dünənə qədər mütərəqqi qüvvələrə zülm edib istibdad rejiminin çarxlarını yağlayanlar indi həmin makinanın dişləri arasında  qalır və sıradan çıxırlar. Müxtəlif bankların rəhbərlərinin, MTN generallarının, iş adamı donu altında gizlənən işbazların taleyini buna misal göstərmək olar. İqtisadiyyatımızın təməl qaynağı neft və qazın dünya bazarında ucuzlaşması, zamanın diktəsiylə ortaya çıxan yeni həyat gerçəkləri də cəmiyyətimizdəki köklü dəyişikləri tətikləyir. İqtisadiyyatın şaxələnməsi yeni iqtisadi münasibətlər formalaşdırdığı kimi, ayrı-ayrı qrupların maraqları və rəqabətləri cəmiyyətimizin siyasi cəhətdən çeşitlənməsinə də yol açır. Hətta feudal təfəkkürlü rüşvət mexanizmi içdən çat verməyə başlayıb. Bu çatların getdikcə dərinləşməsi və nəticədə  təkhüceyrəli amöblər kimi bölünməsi gözlənilir. Yuxarıdan başlayan bölünmələr istər-istəməz cəmiyyətimizdə çoxpartiyalı sistemin yaranmasına gətirib çıxaracaq və rəqabət ortamı demokratikləşmənin əsasını formalaşdıracaq. Bu mənada mən cümhuriyyətçilik prinsiplərinin perspektivindən nikbinəm. Sadəcə, kimlərsə rejimin sütunlarında yaranan bu çatları palçıqla sıvamağa səy göstərir və özünü aldadır. Adətən, çat vermiş sütunların qoruduğu qübbənin altında dayananlar özləri uçan binaların qurbanına çevrilirlər. Bugünkü hakimiyyət, nə yazıq ki, hələ də onu gözləyən aqibətin fərqində deyil. Əks halda, zamanın axarına qarşı getməz, dəyişiklik prosesində özü hər kəsdən daha maraqlı olar.

O ki qaldı cəmiyyətimizdəki siyasi qurum və partiyaların cümhuriyyətçilik dəyərlərinin formalaşmasındakı roluna, açığını desəm, bu aktivlik qənaətbəxş deyil. Çünki partiyaların özü yoxdur. Hər sahədə saxta dəyərlər formalaşdıran cəmiyyətimizdəki partiyalar da əslində görüntüdən ibarətdir. Klassik mənada partiyaların mövcud olmamasının səbəbi isə bunun üçün ortamın hələ də formalaşmamasıdır. Cəmiyyətimizdəki çatlar böyüdükcə ortaya çıxan müxtəlif maraqlar öz partiyalarını yaradacaqlar. Əsl demokratiya da, cümhuriyyətçilik də o zaman doğacaq və iqtisadiyyatdakı rəqabət daha sonra siyasi sferaya sıçrayacaq. Biz o zaman partiyaların öz fəaliyyətlərini nə qədər düzgün qurub-qurmadığını müzakirə edə bilərik. İndisə bu barədə danışmaq çox tezdir, mövcud olmayan varlığın fəaliyyətinə qiymət verməkdir.

Oxşar xəbərlər
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək