Aqrar Universitet həm də torpağın "dil"ini öyrədir...
Oxunub: 4569
25 May 2016 | 23:00
Aqrar Universitet həm də torpağın
Torpaq da canlıdır. Onun da dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək onda istədiyimizi zəhmətimizin qarşılığında ən keyfiyyətli formada əldə edə bilərik. Qürurumuz və bərəkət çeşməmiz olan torpağı əkib becərməsək, qorumağa, qorumasaq, əkib becərməyə dəyməz. Üzü Dədə Qorquddan günümüzədək səslənən və şüurlara hakim kəsilən bu fikir uzun əsrlər heç dəyərini itirmədi. Hər zaman aktual oldu, insanları əkməyə, becərməyə və qorumağa səslədi.

Torpaq təkcə yadellilərin işğalından qorunmamalıdır. O həm də əkilib becərilməli və insanları saf, ekoloji sağlam məhsulları ilə sevindirməli, yaşam tərzini yaxşılaşdırmalıdır. Bunun üçün  hər fəsilin özünə uyğun sinəsi üstündə gəzdiyimiz torpaq dilləndirilməli, tələb olunan qayğı ilə əhatə olunmalıdır.
Amma etiraf edək ki, qlobal iqlim dəyişiklikləri indi torpağa qayğını daha çox tələb edir. Mənşəyi bilinməyən xəstəliklər, gözlənilməz istilər və ya qəfil tufanlar, leysanar tez-tez baş verir. Bəzən illərin zəhməti bir necə dəqiqə və ya saatda məhv olub gedir. Deməli, 40-50 il bundan əvvəlki normal iqlimin olmaması torpağa elmi yanaşmanı daha operativ formada gündəmə gətirib. Təbii ki, əvvəllər də torpağa elmi yanaşma olub, yeniliklər iləbəil məhsuldarlığı artırıb. İnsan çəkdiyi zəhmətin əvəzini birə beş qazananda sevinci də bol olub, əldə etdiyi nemətlər də.


Hər dəfə bu fikirləri yaşayanda gözlərim önündən ilk olaraq Aqrar Universitet keçir. O Aqrar Universitet ki, tək Azərbaycan iqtisadiyyatının deyil, keçmiş ittifaq iqtisadiyyatının güclənməsinə, bütövlükdə kənd təsərrüfatının inkişafına böyük töhfələr verib. Adı tarixin bütün dönəmlərində fəxrlə çəkilən bu təhsil müəssisəsinin yetirdiyi kadrlar bacarığı və biliyi ilə hətta ən ali idarəetmə orqanlarında üz ağardıb, yüksək nüfuz qazanıb. Kənd təsərrüfatının bütün sahələri üçün kadr hazırlayan ali təhsil ocağı indi daha sürətli inkişaf ömrü yaşayır, maddi-texniki bazası güclənir, yeni və ən müasir laboratoriyalar qurulur, kənd təssərrüfatının bütün sahələri üçün kadr hazırlığı tələbə və təlabata uyğun həyata keçirilir. Ən əsası isə Azərbaycan Dövlət Aqrar Universitetinin daha mükəmməl inkişafına dövlətin qayğısı artıb və təhsilin keyfiyyətli formada aparılması üçün geniş imkanlar açılıb. Aqrar bölmənin inkişafı ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Aqrar sahənin inkişafı isə təbii ki, birbaşa Aqrar Universitetdən keçir. Elə bu baxımdan da universitetdə son 3 ildə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına ciddi işlər görülüb və bu iş sürətli formada indi də davam etdirilir. Aqrar Universitet sözün həqiqi mənasında çiçəklənmə və dinamik inkişaf ömrü yaşayır.
 
Universitetin əsas bazası hesab edilən Aqranomluq fakültəsi isə kifayət qədər hazırlıqlı və təcrübə vərdişlərinə yiyələnən kadrlar hazırlayır. Torpağın dilini bilən, əkinçiliyin elmi inkişafını tətbiq etməyi bacaran, bitkiləri mühafizə edib ona aqrotexniki qulluq göstərən çox sayda kadr hazırlanıb ki, onlar istənilən fermer təsərrüfatında işləyə bilər və özünü ən bacarıqlı kadr kimi təsdiqləyər. Bitkiçilik və bitki mühafizəsi, Ekologiya mühəndisliyi və meşəçilik, Ümumi əkinçilik, genetika və seleksiya, bağçılıq, torpaqşünaslıq və aqrokimiya, Biologiya laboratoriyaları imkan verir ki, tələbə bütün təcrübələrini burda keçsin, əldə etdiyi bilikləri sınaqdan çıxarsın. Sözü gedən bu laboratoriyaların hamısı ən müasir avadanlıqlarla təchiz edilib və ətraf rayonların fermerləri üçün də dəyərli bir araşdırma mərkəzinə çevrilib. Bu cür texniki təcrübə bazası univesitetin 7 fakültəsinin hər birində yaradılıb. 

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi də hazırladığı kadrlarla heyvandarlığn, balıqçılığın və quşçuluğun inkişafına töhfə vermək imkanındadır. Qapalı və açıq balıq yetişdirmə, quşçuluq, arıçılıq mərkəzləri bu gün tələbələrin ən dəyərli təcrübə məkanıdır. Önəmli olan odur ki, bu mərkəzlərdə işləyənlərin hamısı bakalavr pilləsinin yuxarı kurs və magistr tələbələrdir. Onlar əldə etdikləri nəzəriyyəni burada asanlıqla təcrübəyə çevirir, mükəmməl kadr kimi formalaşırlar.

Son zamanlar ADAU-da təcrübə saatlarına daha çox yer verilməsi də bir yenilik və əslində zamanın tələbidir. 

Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyir ki, aqronom auditoriyalarda deyil, sahələrdə hazırlanmalıdır.Təcrübə əldə edilən biliyin sınaq meydanıdır. Bu sınağı dəf edənlər heç şübhəsiz ən dəyərli kadrlar olurlar. Elə bu səbəbdən də Goranboy rayonu ərazisində fermer təssərrüfatı ilə müqavilə bağlanıb. Müqaviləyə uyğun 25 hektar sahədə tələbələr il boyu təcrübədə olurlar. Bu il Aqronomluq fakültəsinin tələbələri torpağın əkinə hazırlanmasından indiyədək bütün aqrotexniki proseslərdə özləri iştirak edib, 10 hektar sahədə dənli bitkilər, 10 hektarda pambıq, 5 hektarda isə “ADAU qarğıdalı sortu” əkiblər. Becərmə tədbirlərini də məhz tələbələr həyata keçiriblər. Hazırda onlar pambığın və qarğıdalının vegetasiya becərməsi ilə məşğuldur. Bütün bunlar isə nəzəriyyə ilə təcrübənin qoşalaşdırılması, daha bacarıqlı kadr hazırlığı deməkdir. Rektor bu cür tədris formasının bütün ixtisaslarda tətbiq olunduğunu, eyni zaman universitetdə ustad dərslərinin ənənə şəklini aldığını da bildirib.


Tədrisin müasir standartlara uyğun qurulması, tələbələrin daha keyfiyyətli bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq, tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Bu fikirləri isə universitetin tədris şöbəsinin müdiri Nüsrət Hüseynov söyləyib. 


Aqrar Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası - “Tələbə evi” bütün sadalananlara tam cavab verir. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Burada akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib. Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi, bəkə də ondan yaxşı hiss etməyə imkan verəcək. Eyni layihə üzrə daha bir yataqxananın tikintisi isə davam edir. Bununla yanaşı vaxtı ilə qaçqınların yaşadığı 3 yataqxanaın da əsalı bərpası qərara alınıb. Bu işlər başa çatandan sonra universitetin yataqxana problemi tamamilə həll ediləcək. 

Nüsrət Hüseynov onu da bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər. Bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır. Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.


Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır. Onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent var.

Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Sessiya imtahanları kompüter vasitəsilə test formasında qəbul edilir. Bu da şəffaflığın və obyektivliyin tam təmin olunması ilə nəticələnir.
 
Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompüter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompüter düşür. Bu da respublikanın ali təhsil müəssisələrində olan orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.

Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompüter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə mükafatlar verilir.
Universitetin idman salonu əsaslı təmir edilib, trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib. Tələbələr üçün idman geyim formaları alınıb.
Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetiin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.

ADAU-da fərqli bir məsələ də var. Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.

Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro-MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələri pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunublar.

İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixtisası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Türkiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən Türkiyədə istehsalat təcrübəsində olublar.

“Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniyada olub, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New”“Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.

2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə, bu ilin mayında keçirilən 8-ci “Məzun 2016” yarmarkasında 130-a yaxın muəssisə və təşkilat iştirak edib. Respublikanın 36 rayonunda yerləşən bu qurumlardan 700 dən çox vakant iş yerləri məzunlara təklif olunub. Bu da universitetdən məzun olacaq 1198 tələbənin iş tapması üçün ən gözəl şəraitdir.
Yarmarkada Qrand Motors MMC, Səba ASC, Qarabağ Taxıl ASC, Biləsuvar Süd MMC, Süsən Aqro MMC, Azərtoxum, Aqro Dairy MMC, BMS Aqro MMC, Azərsun Holdinq, Nurgün Aqro MMC, Kürdəxanı Şitil MMC, Millia, Greentech, Bilrlik MMC, Vətən AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ “Jalə” Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər şirkətlər iştirak ediblər.


Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün universitet rəhbərliyinin qarşısında duran vacib məsələlərdəndir. Son illər magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması da bu istiqamətdə görülən işlərdir. 
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarıın açarıdır düşüncəsi hökm sürürür. 

Heç şübhəsiz ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti bu missiyanı sonacan şərəflə yerinə yetirəcək, çiçəklənmə dövrünü uzun ömürlü edəcək, müqəddəs bildiyimiz torpağı öz dilində danışdırmağı bacaran kadrların sayını daha da artıracaq.

Qalib RƏHİMLİ,

Media mükafatı laureatı.

Gəncə.
Oxşar xəbərlər
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ