"Adama deyərlər ki, siz kimsiniz, xalq adından öhdəlik götürürsünüz?" - İTTİHAM
Oxunub: 4243
23 May 2016 | 10:15
ADP sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edirik:

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/137537.html

-Maraqlıdır, kim idi o məşhurlar? Gəlin, razılaşaq ki, belə məsələlərdə ümumi danışmaq oxu atıb yayı gizlətməyə bənzəyir.

-Mən heç vaxt  oxu atıb yayı gizlədən adam olmamışam. Əksinə, həmişə düşündüyümü ifadə etmişəm. Ona görə də fikirlərim siyasi çevrələrdə birmənalı qarşılanmayıb. Bu fikirlər kimin maraqlarına toxunubsa, həmin çevrələr mənə düşmən kimi baxıb. Amma elə məsələlər var ki, kimlərinsə münasibətlərindən asılı olmayaraq, onları gizlətmək olmaz. Ümummilli dəyərlər, dövlət maraqları da belə məsələlərə aiddir.

-Əlbəttə.

-Avropa Birliyi qarşısında bu cür öhdəlik götürənlərə gəlincə, sonradan bizə məlum oldu ki, İlqar Məmmədovun rəhbərliyi altında adını indi tam xatırlamadığım qeyri-hökumət təşkilatları assosasiyası yaradılıb. Eldar Namazov, Sabit Bağırov və başqaları kimi siyasilər həmin təşkilatda təmsil olunurdular. Həmin assosasiyada yer alan 20-yə yaxın qeyri-hökumət təşkilatı Azərbaycan xalqı adından öhdəlik götürmüşdü ki, Avropa Birliyi çərçivəsində heç vaxt Dağlıq Qarabağ məsələsi qaldırılmayacaq. Öhdəliyə İlqar Məmmədov qol çəkmişdi. Adama deyərlər ki, siz kimsiniz, xalq adından öhdəlik götürürsünüz? Ətrafına xaricdə təhsil alan bir neçə nəfəri toplayıb xalq adından danışmaq olmaz axı. Elə partiyalar var ki, ətrafında 100 minlərlə üzvü birləşdirirdi. O partiyalar bu öhdəliyi qəbul etməmişdilər, siz kimsiniz ki, bu məsuliyyətin altına girirsiniz? Digər tərəfdən Avropa Birliyi siyasi bir qurumdur. Qeyri-hökumət təşkilatları niyə orda öhdəlik götürməlidir? Bu öhdəliyə yalnız İlqar Məmmədov və onun komandası yox, həm də Azərbaycan hökuməti imza atıb.

-Bu, Qarabağı tədricən ermənilərə vermək öhdəliyi idi?

-Yox. Öhdəlik sadəcə Qarabağ məsələsini Avropa Birliyində qaldırmamaq üçün götürülmüşdü. Problemin hüquqi həllində bu qurum neytral vəziyyətə salınmışdı. Nəticədə Azərbaycan əli-qolu bağlanmış halda beynəlxalq təsisatlarda yer almışdır. AB-liyindən başqa digər beynəlxalq qurumlar da bu prosesdən onsuz da kənarda dayanırdılar. ATƏT-də, məlumdur, Minsk qrupu yaradılmış və xristian təəssübkeşi olan dövlətlər Azərbaycanın suverenliyinə aid olan bu məsələnin hüquqi həllini uzadır və onun hərbi yolla həllinə də imkan vermir, hətta Qarabağı Azərbaycandan qoparmaq istəyir. Üzv olduğumuz digər bir beynəlxalq qurumlardan biri Avropa Şurasıdır ki, onun heç bir siyasi gücü yoxdur, digəri BMT-dir ki, iradəsi həmin Minsk qrupuna həmsədrlik edən dövlətlərin əlindədir. Belə bir vəziyyətdə Azərbaycan problemi necə həll etməliydi?

-Bütün mümkün həll yollarının bağlanması, faktiki olaraq, Qarabağın ermənilərə verilməsi demək deyil? Problemin hüquqi və siyasi müstəvidə həlli yolu bağlanır. Müharibə də edə bilmərsən”¦

-Nəticə etibarilə elə çıxır. Problemin həllinin iki yolu var, ikisi də sənin üzünə bağlanıb. Belə çıxır ki, qarşıda yeganə yol qalıb-Dağlıq Qarabağı erməniyə vermək. Sadəcə Ermənistanın hansı tərəfdə dayanması probleminə tam aydınlıq gətirilməyib. Bu problem ortadan qalxdıqdan sonra Azərbaycana ciddi beynəlxalq təzyiqlər başlayacaq.

-Maraqlı bir məsələ ortaya çıxır. Qeyd etdiyiniz kimi, bu öhdəlik xaricdə oxuyan adamlara imzalatdırılıb. Onların imzasına Azərbaycan ictimaiyyətinin iradəsi donu geyindirmək üçün tələm-tələsik təşkilat yaradılıb. Deməli, o vaxt Azərbaycanda mövcud olan siyasi qurumlar bu oyuna getməyiblər. Həmin vaxt digər siyasilərlə belə söhbətlər olubmu?

-Əlbəttə, olub. Azərbaycandakı xarici diplomatik nümayəndələr müstəqilliyimizin ilk günündən ölkədəki bütün siyasi qurumlarla keçirdikləri görüşlərdə bu məsələni qaldırıblar. Demək olar ki, bütün siyasi partiyaların Qarabağla bağlı mövqeyi öyrənilib. Buna misal olaraq, sizə bir fakt deyim. Təxminən, 10 il bundan əvvəl adını çəkmək istəmədiyim Avropa dövlətlərindən birinin xarici işlər naziriylə Azərbaycanın bir neçə partiya liderinin görüşü keçirilmişdi. O görüşdə Dağlıq Qarabağla bağlı müxalifətin mövqeyiylə maraqlanırdılar. Hər müxalif lider bir mövqe bildirdi. Mən də dedim ki, ADP-nin mövqeyinə görə, demokratiyada qanunun aliliyi əsas prinsipdir. Dağlıq Qarabağ probleminin həllində də beynəlxalq hüququn aliliyi əsas götürülməlidir və bu məsələ yalnız hüquq müstəvisində öz həllini tapmalıdır. Əgər beynəlxalq hüquq Qarabağın ermənilərə verilməsini tələb edirsə, şəxsən ADP küçələrə çıxıb bu tələblə aksiyalar keçirər. Yox, bu hüquq Qarabağın Azərbaycanın tərkibində qalmasını tələb edirsə, onda siz bizdən nə istəyirsiniz? Həmin nazirin mənə cavabı, bilirsən, necə oldu?

-Necə oldu?

-Dedi ki, sizə heç vaxt problemin hüquqi yolla həllinə imkan verməzlər. Dedim, onda siz Qarabağı bizdən qeyri-qanuni yollarla almaq istəyirsiniz və biz yalnız o zaman Avropa və ABŞ-ın xoşuna gedəcəyik ki, tarixi ərazilərimizin Azərbaycandan qoparılmasıyla razılaşacağıq. Yeri gəlmişkən, bir başqa misal çəkim. 1992-ci ildə Əbülfəz Elçibəyin iqtidarı vaxtında ABŞ-ın burda səfirliyi yox idi, nümayəndəliyi vardı. Nümayəndənin adı Riçard Mayls idi. Onunla bir neçə görüşüm olmuşdu. Mənim yaddaşımda o, Amerika səfirləri içərisində ən vicdanlı, hadisəyə ən obyektiv yanaşan, Sovet hakimiyyətinin mahiyyətini anlayan, Rusiyanın bölgədəki siyasətini dərindən bilən diplomat kimi qalıb. Onun bir müavini vardı-Robert Fin. daha sonra Riçard Mayls Moskvaya səfir göndərildi. Robert Fin ABŞ nümayəndəsini əvəz etdi. Mən o vaxt ABŞ diplomatlarıyla mütəmadi əlaqə saxlayırdım. Görüşlərimizin birində yenə Dağlıq Qarabağ məsələsini müzakirə edirdik. Robert Fin mənə dedi ki, dünyada öz ərazisini güzəştə getmək fikrinə kəskin qarşı çıxan dövlətlər yaxşı qarşılanmır. Dünya o dövlətləri “şirin”- bu, ABŞ diplomatının öz ifadəsi idi ”“ qəbul edir ki, yeri gələndə öz ərazisini verməyə hazır olsun, çox müqavimət göstərməsin. Dedim ki, əgər belədirsə, onda nə əcəb ABŞ dünyanın ən “şirin” ölkəsi olmaq üçün öz ştatlarını qonşu dövlətlərə paylamır? ABŞ diplomatı bu cavabı eşidən kimi dərhal qıpqırmızı qızardı və səsini kəsdi. Nə demək istəyirəm? Hətta ABŞ-ın ən vicdanlı diplomatları belə Azərbaycan əhalisini “şirin” olmağa, öz ərazilərini ermənilərə, ruslara verməyə hazırlayırdılar. Mən hələ 1992-ci ildən söhbət edirəm. Hələ o vaxt bizi bu cür qoyun hesab edirdilər.

-Sərdar bəy, çox maraqlı məqama toxundunuz. Əslində müstəqilliyimizin ilk dövründə Azərbaycanda mövcud olan demokratik mühitin tədricən aradan qaldırılmasının, dediyiniz kimi 100 minlərlə üzvü olan partiyaların sıradan çıxarılmasının və bunun beyxalq qurumlar tərəfindən xoş qarşılanmasının, bəzi qeyri-hökumət təşkilatlarının maddi, mənəvi cəhətdən dəstəklənməsinin səbəbləri aydın olur. Deməli, dünya güclərinə “şirin” hakimiyyət və “şirin” müxalifət lazım imiş. Bu barədə mənə ayrıca bir müsahibə versəniz, sevinərəm”¦

-Olar, təbii.

-Mövzudan çox kənarlaşmamaq xətrinə referendum məsələsinə qayıtmaq istəyirəm. Bildiyimiz kimi, Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum keçirilməsindən söhbət gedir. Maraqlıdır ki, Azərbaycan diplomatiyası da buna etiraz etmir, sadəcə, Dağlıq Qarabağ ətrafında rayonların bizə qaytarılmasını şərt qoyur. Halbuki, hansısa ayrıca götürülmüş bölgədə referendum keçirmək Azərbaycan konstitusiyasına ziddir.

-Bilirsiniz ki, referendum Azərbaycana təlqin olunan Madrid prinsiplərində önə çıxan maddələrdən biridir. Təbii ki, referendum problemlərin həllində dinc və demokratik bir yollardan sayılır. Bu təcrübələrdən müxtəlif dövlətlər istifadə edib. Məsələn, Belçikada fransız dillilərlə belçikalılar arasında mübahisə yaranmışdı, məsələ referenduma çıxarıldı və xalq ayrılmağa qərar verdi. Amma sonradan ayrılmağın xeyri olmadığını düşünüb bunu tətbiq etmədilər. Eləcə də şotlandlarla ingilislər arasında referendum keçirilib. Kanadada da buna bənzər referendum olub. Biz də prinsipcə, referendumun əleyhinə getmirik. Amma bizdə məsələyə yanaşma ədalətli deyil. Dağlıq Qarabağda Xocalı qətliamı törədilib, erməni separatizminə qarşı mübarizədə 20 min Azərbaycan vətəndaşı həyatını itirib. Ermənilər və ruslar əvvəlcə hərbi yolla Qarabağı Azərbaycandan qoparıblar. Bir sıra beynəlxalq cinayətlər baş verib. Bu cinayətlərin heç biri hüquqi qiymətini almayıb. Birdən-birə bu cinayətlər üzərində demokratik bir görüntü yaratmaq istəyirlər. Məsələnin bu şəkildə həlli digər ölkələrdəki referendumdan fərqlənir. Nə Kanadada, nə Belçikada, nə də İngiltərədə bu cür zorakılıqlar olmamışdı. Xalq xoşluqla öz mövqeyini ortaya qoymuşdu. Bizdə isə zorakılığa demokratik don geyindirməyə çalışırlar. Madrid prinsiplərindəki referendum maddəsi də buna xidmət edir. Guya, ermənilər və ruslar Qarabağı bizdən zorla qoparmayıb, biz könüllü şəkildə torpaqlarımızı onlara vermişik. Yəni hərbi təcavüzün hüquqi əsası formalaşdırlır.

Dünyada hərbi yolla bir ölkədən qoparılmış ərazilərdə referendum keçirilməsinin başqa nümunəsi yoxdur. Bu, ilk hadisə olacaq. Başqa sözlə desək, Azərbaycan torpaqları üzərində eksperment keçirilir. Əgər bu referendum tələbi ədalətlidirsə və problemin demokratik həlli istiqamətində atılmış addımdırsa, onda Fransa da, Rusiya da, ABŞ da özlərindəki münaqişələri də bu şəkildə həll etsin. Tələbimiz budur. Buyursun, Rusiya da Çeçenistanda, Başqırtıstanda, Tatarıstan, Dağıstanda və Uralda referendum keçirsin. Çünki Rusiyanın həmin subyektləri də ayrılmaq istəyir. Onların öz yaşadıqları ərazilərdə Qarabağ ermənilərindən daha çox haqqı var. Yaxşı olar ki, Rusiya öz ərazisində bu “ədalətli” həll varinatını tətbiq etsin, biz də onlardan nümunə götürək. Eləcə də ABŞ-ın bəzi ştatları ondan ayrılmaq istəyir. 1980-ci illərdə ABŞ vətəndaşları ikinci dövlət dilinin ispan dili olmasını tələb edir və aksiya keçirirdilər. Ki, ispandillilər ölkə əhalisinin 35%-dən çox hissəsini təşkil edir. ABŞ isə onların üzərinə qoşun yeridib, aksiyalarını dağıtdı. Yaxud Fransanın Korsika vilayəti İtaliyaya birləşmək istəyir. İddialarında haqlıdır da. Çünki Fransa tərəfindən işğal olunub. Eyni sözləri İspaniyada basklar, İngiltərədə İşimali İrlandiya, Çində uyğur türkləri, tibetlilər haqqında da demək olar. Əgər dünyanın güclü dövlətləri öz sərhədləri daxilində referendum keçirməyə razı deyillərsə, onda bunu bizdən tələb etmələri siyasi əxlaqsızlıqdan başqa bir şey deyil. Niyə? Çünki əxlaqın əsas prinsipi özünə rəva görmədiyini başqalarından da tələb etməməkdir.

Nəyahət, referendumun hüquqi mahiyyətinə gələk. Dağlıq Qarabağda nəzərdə tutulan referendum hansı qanuna əsasən keçiriləcək? Nə Azərbaycan, nə də Ermənistan konstitusiyasi buna imkan verir. O halda sual olunur: Siz demokratik prosedur həyata keçirmək istəyirsiniz, amma bunun hüquqi bazası nədən ibarət olacaq? Hüquqi baza yoxdur axı. Beynəlxalq hüquqda 2 norma var-imperativ, dispozitiv norma. İmperativ normalar əmr şəkilindədir, icrası mütləqdir. Bura ərazilərin zorakı yolla dəyişdirilməməsi, dövlətlərin bir-birinin işinə qarışmaması və s. kimi prinsiplər daxildir. Dizpozitiv normalar əməkdaşlıq məsələlərini ehtiva edir. Bura, əsasən, dövlətlərin öz ərazisində yaşayan etniklərə muxtar hüquqlar verilməsi, iqtisadi əməkdaşlıqlar və s. kimi prinsiplər aiddir. Məsələn, ABŞ Rusiyanı qarşı iqtisadi blokadaya almaq istəyir. Bu, beynəlxalq hüquqa zidd deyil. Amma ABŞ hücum edib Rusiyanın ərazilərini tutsa, imperativ normaları pozar. Eyni şəkildə bizim Dağlıq Qarabağa hər hansı status verməməyimiz beynəlxalq hüquqa zidd deyil. Yaxud bizim Ermənistanla iqtisadi əməkdaşlıq etməməyimiz, onlarla bütün ticari əlaqələri kəsməyimiz dispozitiv haqqımızdır. Amma Qarabağ problemiylə məşğul olan ölkələr dizpozitiv hüquqlarla imperativ normaları eyni səviyədə görür, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi müqabilində Qarabağa status verilməsi şərtini qoyur. Halbuki, ərazilərimizin işğaldan azad edilməsi beynəlxalq hüququn imperativ tələbidir və Ermənistan qoşunları o ərazilərdən çıxmalıdır, Dağlıq Qarabağa status verilməsi isə bizim dispozitiv haqqımızdır. Verə də bilərik, verməyə də. Heç bir ölkədə hansısa vilayət refendum keçirib öz müqəddəratını həll edə bilməz. Onda gərək talışlar da, ləzgilər də, kürdlər də, digər etniklər də referendum keçirə”¦

-Sizə elə gəlmir ki, elə məqsəd buna nail olmadır? Yəni Dağlıq Qarabağ siyasətilə Azərbaycanın paramparça etmək planını işə salmaq istəyirlər?

 -Bu siyasətin dağıdıcı təsirləri yalnız Azərbaycanla da məhdudlaşmayacaq. Bu yanaşma beynəlxalq hüquqda yeni nümunə yaratdığı üçün bütün dünya dövlətlərinə mənfi təsir göstərəcək, separatizm meyllərini gücləndirəcək, uzun müddətli və qanlı münaqişələri tətikləyəcək. Məsələn, 150 milyon uyğur Çində referendumla ayrılmaq məsələsini qoymaq haqqına sahib olacaq. Neçə illərdir Dalaymala Tibetin Çindən ayrılması uğrunda mübarizə aparır. Qarabağda keçiriləcək referendumla Tibetin Çindən ayrılmasının siyasi və hüquqi əsası yaranır. Hindistanda 10-a yaxın millət var ki, müstəqil olmaq istəyir. Kəşmir Pakistana birlməşmək uğrunda vuruşur. Yaxud Rusiyada onlarla xalq ondan ayrılmağa çalışır. Dağlıq Qarabağda referendum keçiriləcəksə, onda gərək BMT separatizmin hüquqi müstəviyə oturdulmasıyla bağlı qətnamə qəbul edə və digər xalqlar da bu hüquqdan faydalana. Əks halda bu, dediyiniz kimi yalnız Azərbaycanı paramparça etmək planından başqa bir şey olmaz.

Azərbaycan diplomatiyası nəinki Dağlıq Qarabağda referendum keçirilməsini qəbul etməməli, əksinə, İrevanın Azərbaycana birləşdirilməsi məsələsini gündəmə gətirməlidir. Çünki İrevan ermənilərə 100 illik müqavilə əsasənda verilib və həmin müddətin üzərindən 5-6 il keçib. Di gəl ki, hələ də Azərbaycan İrevanın statusuna yenidən baxmaq iddiasını dilə gətirməyib. Necə ki, İngiltərə Tayvanı Çinə qaytardı, Ermənistan da İrevanı bizə qaytarmalıdır. Eyni şəkildə Göyçənin də, Zəngəzurun da statusuna yenidən baxılmalıdır. Çünki o torpaqlar başqa yerlərə iddia etməyəcəkləri şərtiylə ermənilərə verilmişdi. Ermənilər isə bu şərtə nəinki əməl etmir, əksinə, bizin başqa torpaqlarımızı hərbi yolla özlərinə birləşdirmək arzusundadır. Belə olduğu üçün də bizim o torpaqlara iddia etmək haqqımız doğub. Biz nə zamana qədər ki, öz haqqımızı kənara atıb haqsızlığı müzakirə edirik, Dağlıq Qarabağda irəliyə gedə bilməyəcəyik. Nə qədər ki, məsələyə bu cür yanaşılmır, danışıqlar Dağlıq Qarabağ problemini həll etmək yox, onu bizdən qoparıb ermənilərə vermək məqsədi daşıyacaq. Bu isə beynəlxalq hüquqa tüpürmək deməkdir. Madrid prinsipləri bu mənada beynəlxalq hüquqa zidd prinsiplər əsasında formalaşıb.

”“Sərdar bəy, niyə beynəlxalq hüquqa zidd nümunələr ancaq bizim üzərimizdə sınaqdan keçirilir?

-300 ilə yaxındır ki, ruslar bu bölgədə türk siyasi iradəsinin formalaşmasının qarşısını almağa çalışırlar. Məqsəd isə Orta Asiya ilə Anadolu türkləri arasındakı rabitəni kəsməkdir. Bunun üçün də gərək türk dünyası arasında körpü rolunu oynayan Azərbaycan məhv ola. Təəssüf ki, uzun illər boyu nə Osmanlı sultanları, nə də Azərbaycan şahları bu həqiqəti aydın şəkildə başa düşməyiblər. Tarixdə yalnız bir dəfə Aslandüz döyüşündə Azərbaycan və Osmanlı qoşunları bir yerdə ruslarla mübarizəyə girib, onları darmadağın edib. Ondan sonra ruslar hər zaman iki türk dövləti arasına ziddiyyətlə salıb və onları təkləyib. Nəticədə həm Osmanlıları, həm də bizi məğlub edib ərazilərimizi ələ keçirib. Hətta SSRİ dövründə həmin işğal olunan əraziləri türklərdən təmizləmək planı var idi. Krımda həmin planı həyata keçirdilər. Azərbaycanda da buna başlamaq istəyirdilər, II dünya müharibəsinin baş verməsi və Rusiyanın həmin müharibədə iştirakı planın qarşısını aldı. İndi yenidən türk dünyasının bir araya gəlmək perspektivi yaranıb. Bu isə perspektivdə Rusiyanı da, Qərbi də qorxudur. Əslində Azərbaycanı məhv etmək planı Qərbin layihəsidir və ona görə də zaman-zaman rusları dəstəkləyiblər. Çünki məqsəd tək türk iradəsini zəiflətmək deyil. Həm də islam dünyasının belini qırmaqdır. Bilirsiniz ki, türklər tarix boyu islam dünyasına bayraqdarlıq edib, xristianlığın müqəddəs şəhəri hesab olunan Konstantinopolu alıb İstanbullaşdırıb. Çünki bu islam peyğəmbərinin ən böyük arzusu olub. Onun xeyir-duası, fitvası əsasında yüzillərlə davam edən döyüşlər nəticəsində alınıb. Qarabağ məsələsinə də bu konteksdən baxmaq lazımdır. Mən ona görə deyirdim ki, Qarabağda gedən dava mədəniyyətlərarası müharibədir. Biz nə qədər ki, hansı müharibənin içərisində olduğumuzu, kiminlə savaşdığımızı dərk etməyəcəyik, qələbə də qazana bilməyəcəyik. Təəssüf ki, tək biz yox, bütün islam dünyası hələ də bunun fərqində deyil”¦(strateq.az)
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat