“Rusiya anladı ki, Qarabağ cəbhəsində Azərbaycanla vuruşmaq asan olmayacaq”
Oxunub: 2938
25 Apr 2016 | 16:11
“Rusiya anladı ki, Qarabağ cəbhəsində Azərbaycanla vuruşmaq asan olmayacaq”


Moderator.az Daxili Qoşunların  sabiq komandanı, son bir neçə il ərzində Ukraynada yaşayan Fəhmin Hacıyev ilə müsahibəni təqdim edir:

- Fəhmin bəy, 23 apreldə ömrünüzün 57-ci ilini tamamladınız. Doğum gününüzü necə qeyd etdiniz? 

- Əvvəla, doğum günüm münasibəti ilə məni təbrik edən bütün dostlara minnətdaram. Doğum günlərimi təmtəraqlı keçirməyi xoşlamıram. Ailə süfrəsi başında daha rahat olur. Bəzən də dostlarla yığışıb qeyd edirik. Bu il də ailədə qeyd etdik. Dostlarla isə bir neçə gün sonra toplaşacağıq. 

- Artıq xeyli vaxtdır ki, Azərbaycandan uzaqdasınız. Ömrün 60-a yetişən vədəsində qürbətin ağırlığını daşımaq çətin deyil ki? 

- Qürbətin ağırlığını çəkmək bütün yaşlar üçün çətindir. 60 yaşlarında isə bir az fərqli hisslər də əlavə olunur bu sızıntılara. Düşünürsən ki, gənciliyində vətən, millət üçün nəsə etməyə çalışdın, amma müdriklik yaşında bu imkanlardan məhrumsan. Yəni ölkədə oturuşmuş siyasi sistem insanları vətənə faydalı olmaq imkanından məhrum edir. Və bu vəziyyətə görə günahı özündə də axtarırsan. 

- Bu yaxınlarda 50 illik yubileyini qeyd edən Ülvi Həkimov bizə müsahibəsində demişdi ki, Vətənə qayıtmağı da düşünür. Siz necə, günün birində bütün çətinliklərə, problemlərə rəğmən yığışıb birdəfəlik Azərbaycana dönməyi düşünürsünüzmü? 

- Ülvi bəyin keçirdiyi hissləri bütün mühacirlər keçirir və günün birində Vətənə dönməyi düşünürlər. Mən də eynən. Planlar var, zaman yetişmək üzrədir. İnşallah, Vətənə geri dönməyi də uğurlu bir formada həyata keçirərik. 

- Fəhmin bəy, heç şübhəsiz aprelin əvvəllərində Qarabağ cəbhəsində baş verənləri izləyirsiniz. Əksəriyyət, hətta xarici analitiklər bu mövqedədir ki, Azərbaycan ordusunun qazandığı mövqelər Bakının Qarabağ danışıqlarında mövqeyini gücləndirəcək. Siz bu barədə nə deyə bilərsiniz? 

- Öncə qazanılmış qələbəyə görə Azərbaycan əsgəri qarşısında baş əyirəm və xalqımızı bir daha təbrik edirəm. Bu savaşda Azərbaycan çox üstünlüklərə nail oldu. İlk öncə Azərbaycan xalqının ruhunun ölməzliyini, dövlət və millətə bağlılığını, torpaq uğrunda qurban getməyi şərəf işi saydığını sübut etdi. Bununla da bütün dünyaya mesaj verildi ki, Qarabağın işğalı ilə barışılmayacaq və ədalətli sülh olmasa, savaş alovlanacaq. Dörd günlük savaşın təhlili ortaya çox maraqlı tablo çıxardı. Birincisi və ən önəmlisi Azərbaycan ordusunun döyüş hazırlığının, mənəvi-psixoloji hazırlığlnın yüksək olduğu sübuta yetdi. Bununla bərabər Azərbaycan cəmiyyətinin bütün kəsimləri, sosial statusundan və siyasi baxışlarından asılı olmayaraq, Qarabağın işğaldan azad olunmasında iştirak etməyə hazır olduğunu nümayiş etdirdi. 

İkincisi, Rusiya anlamağa başladı ki, Qarabağ cəbhəsində Azərbaycanla vuruşmaq o qədər də asan olmayacaq. Və təcili hərəkətə keçdi. Hərçənd, məndə məlumat var idi ki, təmas xəttində vəziyyətin gərginləşməsinə Rusiya dirijorluq edib. Hətta savaş ərəfəsində Rusiyadan bir neçə peşəkarın İrəvana getdiyi deyilirdi. Üçüncü əsas uğurumuz beynəlxalq birliyin göstərdiyi aktivlik idi. Rusiya xaric, münasibət bildirən bütün ölkələr və beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdi və işğal altındakı ərazilərin boşaldılmasını istədilər. Bütün bunlar Azərbaycanın mövqelərini gücləndirdi. 

Rusiyanın və Ermənistanın da əsas əndişəsi budur. Moskva çalışacaq ki, bu fürsətdən istifadə edərək Azərbaycanı yarı-şantaj, yarı-dilə tutmaq yolu ilə Avrasiya İttifaqına soxsun. Bunun əvəzində isə bir necə rayonun qaytarılmasına söz versin. Bu hiylə baş tutmazsa, - inanıram ki, Azərbaycan hakimiyyəti buna getməyəcək - o zaman Rusiya Qarabağda ermənilərin üstünlüyünü bərpa etməyə çalışacaq. Amma bundan qorxmaq lazım deyil. Çünki Rusiya hər gün, hər saat güc itirir və itirməkdə davam edəcək. Rusiyanın zəifləməsi isə Kremlin yaratdığı bütün qanlı problemlərin həlli deməkdir. 

- Son hərbi toqquşmalardan sonra Rusiyanın təkbaşına hərəkətə keçməsi barədə ən müxtəlif təxminlər var. Hətta iddialar səslənir ki, Moskva İrəvanı ilin sonunadək 5 rayonu boşaltmağa vadar etmək istəyir. Bu, nə dərəcədə real görünür? Rusiya doğrudanmı Ermənistanı, nəhayət, yerində oturtmaq istəyir? 

- Mənim fikirimcə, son hərbi əməliyyatlardan Rusiya ciddi nəticə çıxardı və təlaş keçirdi. Rusiya gordü ki, bütün dünya Azərbaycanın haqlı olduğunu təsdiq edir. Türkiyə açıq şəkildə haqlı olan Azərbaycanın yanında olduğunu bəyan edir. Türkiyə bir NATO ölkəsidir və onun mövqeyı müəyyən mənada NATO-un mövqeyi anlamına gəlməlidir. 

Rusiya regionda Türkiyənin nüfuzunun artmasından da çox narahatdır. Cünki Rusiya görür ki, onun regionda əlində saxladığı iplər qırılmaqda və bununla eyni zamanda Türkiyə-NATO hər mənada möhkəmlənməkdərir. Sadalananları və digər önəmli amilləri nəzərə alaraq deyə bilərəm ki, Rusiya ermənilərin yerində oturdulmasına çalışmayacaq. Birgə hiylə işlədə bilərlər, amma ermənilərin Rusiya tərəfindən yerində oturdulması inandırıcı görünmür. Rusiya öz ayağının altını qazmaz. 

- Lavrovun İrəvan səfərindən sonra danışıqlara dinamika gətiriləcəyi gözləntisi olsa da, Rusiyanın baş diplomatının davranışları bunun əksini dedi. Şübhə yoxdur ki, Kreml Azərbaycanın torpaqlarının qaytarılmasının müqabilində öz şərtlərini diktə edəcək. Necə bilirsiniz, 5, yaxud 7 rayonun geri qaytarılmasının müqabilində Bakı Avrasiya Birliyinə, yaxud Gömrük İttifaqına üzv ola bilərmi? Bəzi fikirlərə görə, torpaqlarımız naminə buna getmək olar. Ancaq birmənalı şəkildə əksini düşünənlər də var. Siz hansı variantı məqbul sayırsınız? 

- Ukrayna məğlubiyyətindən və Suriya biabırçılığından sonra Rusiya kiçik bir uğura imza atmaq istəyir. Ancaq unutmaq olmaz ki, konfliktin həlli beynəlxalq birliyin qəbul etdiyi formatda mümkündür. BMT-nin 4 qətnaməsini nəzərə almadan, ATƏT- in Minsk Qrupunun ümumi mövqeyini, ən əsası Azərbaycan tərəfinin maraqlarını nəzərə almadan konflikt həll oluna bilməz. Buna görə də mən Rusiyanın səylərinin, əslində ozünün Qafqazda daha da möhkəmlənmək səylərinin baş tutacağına inanmıram. Azərbaycan hakimiyyəti və ümumilikdə cəmiyyətimiz Rusiyanın niyyətlərinin səmimi olmadığını yaxşı bilir və mümkün qədər zaman qazanmağa çalışılır. Məncə, bu, ən doğru yoldur. 

- Belə ehtimallar da var ki, Şuşanın işğal günü böyük savaş başlaya bilər. Bu, mümkündürmü? Ümumiyyətlə, beynəlxalq şərait, Rusiyanın davranışları Qarabağın savaşla qaytarılmasına əlverişli imkan yaradırmı, yoxsa bu, aldadıcı ola bilər? 

- Şuşanın işğal günündə müharibə başlayacağı bir ehtimaldır və bu ehtimal hər gün, hər saat var. Nə qədər ki, işğal olunmuş ərazilər azad edilməyib, Rusiya Qafqazdakı maraqlarından imtina etməyə məcbur edilməyib, müharibə hər an başlaya bilər. Qarabağın işğaldan azad edilməsinin əsas faktoru Rusiyanın bu proseslərdə iştirakinin minimuma endirilməsidir. Rusiya daha sözəbaxan hala gətirildikdən sonra Qarabağın işğaldan azad edilməsi bir necə ayın işidir. Son döyüşlərdə Azərbaycan əsgəri və cəmiyyəti bunu sübut etdi. 

- Bəy, siz birinci Qarabağ savaşı zamanı bu günlərdə düşməndən təmizlənən yüksəkliklərdə olmuşdunuzmu? Məsələn, 1994-cü ildə uğrunda döyüşlər getsə də, azad edilə bilməyən, yalnız 22 il sonra azad edilən Lələtəpədə... 

- Lələtəpə yüksəkliyi Cəbrayıl rayonunda taktiki-strateji yüksəklikdir. Bu yüksəkliyin geri alınması Cəbrayıl, Füzulı və nisbətən Lacın, Qubadlı istiqamətində döyüşlərin aparılmasını asanlaşdırır. Daxili Qoşunlar isə əsasən Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Laçın dəhlizinə nəzarət edən yüksəklikdə bir bölüyümüz, Füzulidə isə bir taborumuz var idi. 

- Azərbaycanın milli qəhrəmanları, keçmiş döyüşçüləri Ali Baş Komandandan savaş əmri verilməsini xahiş edir, müraciətlər ünvanlanır. Siz, xaricdə yaşayan azərbaycanlılar nə düşünür, şəxsən sabiq komandan kimi Vətənə gəlib döyüşlərə qatılmaq istərdinizmi? Ukraynadakı soydaşlarımızın belə bir istəyi varmı? 

- Milli qəhrəmanların statusu elədir ki, onlar keçmiş döyüşçülərin hamısının adından danışa bilərlər və onların çağırışlarını alqışlayıram. İnanıram ki, bütün mühacirlər də bu çağırışlara dəstək verərlər. Mən də döyüşün dayandırılmasının əleyhinə idim. Ən azından daha bir necə kəndin azad edilməsini istəyirdim. Əksər yüksəklikləri tam nəzarətə keçirmək daha yaxşı olardı. Nazir, cənab Zakir Həsənovun da bu fikirdə olduğu qənaətindəyəm. Məncə, döyüşlərin dayandırılmasının təşəbbüskarı Baş Qərargah olub. Sözsüz ki, vətənə dönüb torpaqların işğaldan azad olunmasında iştirak etmək istəyirəm. Ancaq unutmayaq ki, Azərbaycanda nizami ordu, yüksək təhsil görmüş zabitlərimiz var. Biz onlara kömək etsək, daha ləyaqətli olardı. 

- Hesab olunur ki, düşməni rahat qoymaq onun möhkəmlənməsinə imkan yaratmaqdır. Sizcə, Azərbaycan dövləti əraziləri tərk etmək üçün düşmənin qarşısına konkret vaxt qoymalıdırmı? Ümumən bundan sonrakı siyasət necə olmalıdır? 

- Qarabağ müharibəsi məhəlli konflıkt səviyyəsindən çoxdan çıxıb. Ona görə də haqlı olmağımıza baxmayaraq, hərb və sülh məsələsində çox incə siyasət aparmalıyıq. Ordunun hazırlıq səviyyəsi daha da yüksəldilməlidir. Eyni zamanda, ölkədə böyük demokratik islahatlar həyata keçirilməlidir. Ölkədə siyasi və ictimai dialoq mədəniyyəti inkişaf etdirilməlidir. 

- Fəhmin bəy, Ukrayna-Rusiya cəbhəsində yenə də vəziyyət gərginləşməkdədir. Moskva Krımın ardınca Donbası da ələ keçirə biləcəkmi? Ukrayna cəmiyyəti də Azərbaycan xalqı kimi torpaqların hərb yolu ilə azad olunmasını istəyirmi, yoxsa orada bir müharibə xofu var?

- Ukrayna xaldı rus ordusu ilə vuruşmağa fiziki və mənəvi cəhətdən hazırdır. Son iki ildə orduda çox böyük islahatlar aparılıb. Maddi-texniki bazası mükəmməlləşib. Döyüş hazırlığı səviyyəsi xeyli yüksəlib. Yaranan gərginlik hələ iki və ya üç il davam edə bilər. Amma nəticə etibarı ilə Rusiyanın Ukrayna cəbhəsində tam məğlub olacağına inanıram. Məğlub olacağı artıq hiss olunmaqdadir. Qafqaz cəbhəsində də Rusiyanı məğlubiyyət gözləyir. Unutmaq olmaz ki, Rusiyanın boyunduruğunda olan digər xalqlar da öz azadlıqları üçün ayağa qalxacaqlar və bu gün çox da uzaqda deyil. (musavat.com)
Oxşar xəbərlər
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ