“Kuba dəftəri” ”“ macəra içində demokratıya dərsliyi...
Oxunub: 4946
14 Mar 2016 | 10:46
“Kuba dəftəri” ”“ macəra içində demokratıya dərsliyi...



 Əlifba və o tay-bu tay söhbəti

Türkiyə latın əlifbasına keçəndən sonra (1920-ci illərin sonu) İranda da əlifbanı dəyişmək ciddi mübahisə mövzusu idi. Rza şahın Atatürkü təqlid etdiyi bir çox modernləşmə siyasətinin növbəti mərhələsi kimi farscanın latın əlifbasına keçməsi gözlənilirdi. İranlı aydınların bir çoxu söz qonusu olan dəyişimi kütlənin savadsızlığına çarə kimi, həm də fars dilinin gəlişməsi üçün dəstəkləyirdi.

Ancaq dəyişim baş vermədi! Başlıca səbəblərdən biri İranda yaşayan türkləri farsların içində əritmək siyasəti və əlifbanın bu məsələdə önəmli təsiri idi. Əlifba fərqi İran və Türkiyə türkləri arasında əlaqə və ünsiyyətə maneə törədəcək və bu təcridin sonucunda İran türklərində kimlik dəyişimi daha rahat olacaqdı.

Etiraf edək ki, bu siyasət o qədər də başarısız olmayıb. Başqa səbəblər də var: Güneydə öz dilində təhsil haqqından məhrumiyyət kimi. Ancaq eləcə əlifba fərqi güneylilərin nəinki Türkiyə, Quzey Azərbaycanla da ilgisini bəlli dərəcədə məhdudlaşdıra bilib. Düzdür, son illərdə media və internet bu açıdan çox yardımçı olub, ancaq yenə də bəzi sahələrdə, xüsusilə kitab və nəşriyyat sahəsində əlaqələrin azlığı göz qabağındadır.

Bədii ədəbiyyat sahəsində güneylilərin Quzeydə çıxan əsərlərlə tanışlığı (son illərdə bir az yaxşılaşsa da) çox azdır. Müasir yazarlar arasında, şairləri çıxmaq şərti ilə, güneyli oxucu kəsimi bəlkə daha çox Rafiq Tağı, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyovu tanıyır. Təəssüf ki, bu tanışlıq onların yazdıqları əsərlərdən yox, farsdilli xəbər qaynaqlarından irəli gəlir. Rəhmətlik Rafiq Tağı o zaman tanındı ki, iranlı molla onun ölümünə fitva verdi. Əkrəm Əylisli farsdilli internet saytlarında kitablarının yandırılması xəbərinin dərcindən sonra məşhurlaşdı. Rüstəm İbrahimbəyovun adı isə siyasi fəaliyyətə keçdiyi zaman çəkilməyə başladı. Başqa sözlə desək, güneylilər üçün oxuması daha rahat olan (həm dil, həm də əlifba olaraq) fars dilindəki qaynaqlar sadəcə bunların tanınmağına izin verib. Özü də aydındır ki, tərəfsiz mətləblərlə yox, mənfi xəbər təbliğatı ilə.

Əlifba fərqi özəlliklə də yazı və ədəbiyyat sahəsində güneylilərin fars dilindən asılılığını çoxaltmaqdadır. Bu üzdən Quzeydə mövcud olan ədəbi yaradıcılıqdan, yazarların nələrdən etgiləndiyindən, gündəmdə olan janrlardan güneylilərin bəlli dərəcədə bilgisizliyi var. Bu isə bir yandan kütlə arasında dilimizin zənginliyi barədə şübhələrə yol açır, digər yandan güneyli oxucuları həmən əsərlərdən məhrum edir.

Vahid Qazinin “Çamayra. Kuba dəftəri” əsəri də onlardan biridir.

Kuba dəftəri

Quzeydə kitab və yazarlıq mövzusunda məsələ sadəcə tanımamaqla bitmir. Ortada mənfi baxış da olur bəzən. Olubdu, Quzeyin bəzi dirnaqarası xalq artistləri, vəzifəli adamları, aktivistləri Avropaya yolları düşəndə yazdıqları “şah əsərlər”ini də hərdən sovqat gətirirlər. İsrarla imza atıb pay verdikləri o yağlı-boyalı kitabları vərəqləmək belə mümkün deyil. Adı xatirə olan, yaltaqlıq dolu o kitabları kitab rəfində “Dəli Kür”ün, Mirzə Cəlilin kitablarının yanına necə qoymaq olar?! Düşünün, belə bir baxışda olarkən “Çamayra. Kuba dəftəri” kitabına rast gəlibsən! Balaca, nazik bir kitab. İlk baxışda “Kuba” adı bəzi gənc şairlərimizin sərbəst şeir kitablarındakı xarici, xüsusilə latın amerikalı adlara olan maraqlarını xatırlatdı. O şeir kitabları ki, yazar özünü qlobal əsrin şairi sayır, həm də Güney Amerikanın yazarlarındən ilham aldığını göstərməyə çalışır.

Kuba-defteri-1

Kitabın üz qabığındakı tikanlı tellər mənə 1989-cu ilin 31 dekabrını, Araz sərhədində qırılan o məftilləri xatırlatdı. Vahid Qazi ilə az-çox tanışlığım olmasaydı, deyərdim, milli duyğulu bir şairin kitabıdı qarşımdakı. Yəni bu vaxtlarda oxumağa həvəssiz olduğum bir əsər. Ancaq kitabın arxasına baxanda hər şey dəyişdi. Arxa cilddə yerləşən bu qısa şərh: “Demokratıyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetməkdən asandı” ”“ işini gördü. Bax gör, kişinin oğlu necə qızıl kimi söz deyib! Artıq müəllifin xətrinə görə yox, kitabı məzmununa görə oxumalıyam, dedim. Beləliklə, sırada olan digər kitablardan qabağa keçmiş oldu “Çamayra”.

Rüstəm İbrahimbəyovun kitaba yazdığı ön söz, açığı, ilk oxunuşda o qədər də marağımı çəkmədi. Ancaq kitabı bitirdikdən sonra onu təkrar oxudum və nə qədər ustalıqla yazıldığını başa düşdüm. Önsözləri iki dəfə oxumaq adətimdi: bir dəfə kitaba başlayanda, bir dəfə də oxuyub qurtarandan sonra.

Kitabı həyat yoldaşım Azra ilə bərabər oxuyurduq. Xüsusilə öz dilimizdə olanda, o, mənim kitab oxumağımı çox sevir. Ön sözü oxuyanda “Çamayra” adı fikrimi qatmışdı. Nə deməkdi bu kəlmə? Olmaya rus dilində “macəra” deməkdi, ya da “azadlıq”, bəlkə də elə cildin üstündə görünən “tikanlı tel”di deyə şübhələnirdim! Oxuduqca anlayacağıq ümidi ilə keçdik birinci bölümə.

Birinci bölümün ilk cümləsində üçüncü kəlmə “kreslo” idi. Anlamını bilmirdim, amma tanış gəlirdi. Cümlə uzun idi, sonralar o uzunluqda cümləyə az rast gəldik. Mətnin ahəngini tutmağa çalışarkən, cümləni iki dəfə oxuyub, “kreslo”nun üzərində bir az dayandım. İçimdə bir tərəfdən neçə il öncə quzeyli evdaşımla bərabər yemək bişirərkən, mətbəx əşyaları adlarında bir-birimizi başa düşməyib, onun “Ə, qardaş, biz belə birləşəmmərik, eee” deməyini xatırlayıb gülümsəyirdim. Digər tərəfdən də düşünürdüm ki, xanımın yorulmağını necə önləyim. Hazırlaşırdım deyəm ki, oxuduğumuz kitab yeni əsər olduğundan, təbiidir ki, rus mənşəli kəlmələrə çox tuş gələcəyik, amma o məni qabaqlayıb: “Kreslo mebel-divandı elə bil” dedi. “Kreslo”nu çözdük, ancaq “Çamayra”nı anlamaq üçün hekayənin içinə girib, Kubanın küçələrində itmək lazım imiş!

Oxuduqca mətnin ahəngini tutmaq bir yana, həm də yazının baş qəhrəmanı obrazında macəraların iştirakçısına çevrilmişdik. “Kuba dəftəri” birinci şəxsin dilindən, çox səmimi bir səfərnamədir. İronik bir ab-hava ilə, demokratiya haqda ciddi dərsliklər içərən istisna əsərdir. Kitabın axarlı mətni vasitəsilə canlanan o səhnələr HD keyfiyyətində bir macəra filmidi elə bil. Macəranı mənimsəmək üçün Vahıd Qazini tanımağa ehtiyac yoxdur. Sadəcə təsəvvür edin ki, təcrübəli bir Azərbaycan fəalı demokratiya mübarizlərinə yardım üçün Kubaya gedir. Kuba kommunist rejiminin gizli polisi ilə qaçdı-qovduda olarkən, ordakı aktivistlərlə görüşüb, onlara yardım çatdırır. Dolanbadolan Kuba şəhərlərini dolanır, ordakı vəziyyəti anladır. Siyasi boğuntudan, iqtisadi yoxsulluqdan və əxlaqın çöküşündən göz önündə bir bəlgəsəl film nümayiş etdirir. Yazarın Sovetlər Birliyində yaşama təcrübəsi, Kubada gördüklərini keçmiş Sovetlərlə müqayisə etməsi oxuyana ara-sıra Soveti də canlandırır.

Dumanla

İlk səhifələri oxuyar-oxumaz, “öz ölkəsi demokratiya cəhətindən pis durumda olduğu halda, bir azərbaycanlının Kubada nə işi var” sualı oxuyanı daha da maraqlandırır. Müəllif bunu macəranın ironik mayasına çevirir. Guya heç azərbaycanlı deyilmiş kimi, kubalı hərəkatçıların gözündə özünü bir demokrat ölkənin vətəndaşı hesab edib bir anlıq o hissin ləzzətini çəkir.

Azərbaycandakı vəziyyəti kubalı fəallara danışanda maraqlı suallarla qarşılaşır. Kommunizmdən qurtulandan sonra vəziyyət Azərbaycandakı kimi olacaqsa, kubalı fəallar niyə ömrünü bu yolda qoysun ki?! Yazara verilən bu sual təkcə kubalı aktivistlərin yox, elə bizim kimi Sovetləri görməyənlərin də sualıdı. Yazarın verdiyi cavab isə istiqlaliyyətin Quzey Azərbaycana nələr bəxş etdiyini sərgiləyir. Sovetlər dönəmində yox, istiqlaliyyət dövründə ölkədən gedən Vahid Qazinin bağımsız dövlətin nə dərəcədə üstün olması barədə yazdığı şərh, demokratiya ilə vətənpərvərliyin birləşdiyi bir düşüncə tablosudu.

Vahid Qazinin məhsulu

“Çamayra”nı oxuyarkən sadəcə Kubada olan vəziyyətlə tanış olmursan, bir azərbaycanlı ictimai fəalın dünyagörüşünü, düşüncələrini öyrənirsən. Təsəvvür edin, Sovetlərdə böyümüş, vətəni istiqlaliyyətə aparan hərəkatda iştirak edən, eyni zamanda savaşı yaşayan, yurdu işğal olunan və sonradan da ölkəsində diktatorluq və korrupsiya əleyhinə mücadilə edən bir şəxsin mentaliteti necə ola bilər?! Nələrə əhəmiyyət verir, necə görür, necə izah edir?! Amma yalnız bunlar deyil, işin maraqlı yeri burasıdır ki, Vahid Qazi Avropanı görmüş-yaşamış, beynəlxalq demokratiya institutları ilə işbirliyi etmiş və daha önəmlisi, oxumuş birisidir. İncəsənətdən üzübəri çox şeydən başı çıxır, xüsusilə kitab və film adları dilindən düşmür. Bunları bir yerə qoyanda sıradan bir Azərbaycan ziyalısı təsəvvür edilmir yəqin. Bu rəngarəngliyi kitabın müxtəlif yerlərində görmək mümkündür. Məsələn, Çe Gevara haqqında gətirdiyi maraqlı izahda. Sovetlərdə, haqqında şişirdilmiş əfsanələrə şahid olan, Çenin heykəlini yenidən Kubada görən yazar bu cür obrazların diktatura sistemlərində rolundan danışır, bir film misalı gətirir, bir xatirə deyir, sonunda da Çeni Ənvər Paşa ilə müqayisə edir. Kitabda bənzəri çox olan belə nümunədən maraqlı nə ola bilər ki?!

Kuba-defteri-2

“Çamayra”da yazarın diqqət etdiyi başlıca nöqtələrdən biri də kubalı müxalif fəalların gələcəyə, dünayaya və demokratıyaya baxışlarıdı. Hər ziyalı öz toplumunun məhsuludur. Müəllif Kubanın ictimai-siyasi fəalları, ziyalıları barədə aydın təsəvvür yaradır. Yazar Kubanın məhsullarından danışsa da, təbii ki, oxuyan həm Kuba, həm də Azərbaycanın yetişdirdiyi ziyalı keyfiyyətini də Vahid Qazi obrazında tanıyır.

Vahid Qazinin fərqli keyfiyyətlərindən söz etsək də, amma nəhayətdə o da Azərbaycan suyu içib, özü də Quzey tərəfindən. Atamla anam 1992-ci ildə, sərhədlər yenicə açılanda Quzey tərəfə keçib qohumlarımızı tapmışdılar. Dəqiq xatırlayıram ki, Quzey haqda təəccübləndikləri məqamlardan biri də oradakı “yeyib-içmək” gələnəyi idi. Sonralar özüm də quzeyli dostlardan “banket” kəlməsini tez-tez eşidəndə atamgilin dediklərini xatırlayırdım. “Çamayra”nı oxuyanda diqqətimi çəkən məqamlardan biri də müəllifin süfrə başında yaşadıqlarıdı. Maşallah olsun, cürətlə deyə bilərəm ki, elə bir çətin vəziyyətdə, gizli polislə gizlən-qaç oynarkən sadəcə bir quzeyli “Ölsək də, qoy, tox ölək” prinsipinə sadiq qalır.

Kitabın adındakı Çamayra gül satan gözəl bir kubalı qızın adıdı. Təsadüfən kafedə tanış olub söhbət edirlər. Həm sözləri ağıllıdı, həm də gözləri təsirli. Amma sonunda gözlənməz bir hal baş verir. Bir neçə dəqiqə öncəyədək elədiyi müdrik söhbətə uyuşmayan bir atdım atır: özünü təklif edir Çamayra. Xəstə körpəsi üçün həyatın dibinə belə baş vurmağa hazır olan gənc ana başqa yol tanımır. “Elə bil içimdə nəsə qırıldı” yazan Vahid Qazi Çamayranı Kubanın hazırkı simvolu kimi öz əsərinin ünvanı seçib.

 Uzun sözün qısası

“Çamayra”nı oxumaq lazım. Çünki o, bizim müəllifin bizdən fərqli bir ölkə, toplum haqda səmimi kitabıdır. Vahid Qazinin başqa əsərlərini oxumaq üçün inanılmaz bir motivdir “Kuba dəftəri”.

Duman Radmehr

Jöteborq, İsveç

Oxşar xəbərlər
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?