Millilikdən bəşəriliyə...
Ədəbiyyat
Oxunub: 5055
25 Feb 2016 | 01:38
Millilikdən bəşəriliyə...
Ədəbiyyat o zaman böyük və ciddi sənət səviyyəsinə yüksəlir ki, orada öz bədii əksini tapan problemlər milliliyi, xəlqiliyi və ümumbəşəriliyi ilə seçilsin. Bədii əsərlərdə millilik, xəlqilik dedikdə, xalqın ictimai təfəkkürünün, tarixi varlığının, milli düşüncə tərzinin, dilinin, dininin, mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin dərki və bütün bunların bədii inikası nəzərdə tutulur. Yazıçı o zaman xalq sənətkarı səviyyəsinə yüksəlir ki, o, həqiqətən də xalqın ruhunu duyur, onunla birgə nəfəs alır və xalq həyatını bütün dolğunluğu ilə işıqlandıra bilir.
Ümumbəşəriliyə gedən yol millilikdən və xəlqilikdən keçir. Bu cəhət müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrində özünü qabarıq göstərir. 
Bu baxımdan çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Seyran Səxavətin yaradıcılığı öz milliliyi, xəlqiliyi, toxunduğu problemlərin aktuallığı və ümumbəşəriliyi ilə diqqəti cəlb edir. Onun yaratdığı hər bir xarakter milli koloritlə yanaşı, həm də özündə  bəşəri dəyərləri ehtiva edir. Seyran Səxavətin əsərlərində millilik ümumiliyin, ümumbəşəriliyin tərkib hissəsi kimi özünü göstərməklə yanaşı, həm də obrazların mənəvi-psixoloji yaşantılarının əsas ifadə vasitələrindən biri kimi çıxış edir. 
Ümumiyyətlə, bədii ədəbiyyatda, yaradıcılıqda milliliyə və bəşəriliyə nail olmaq üçün sənətkarın qələmə aldığı mövzu dərin milli və bəşəri məzmuna, ictimai-əxlaqi mündəricəyə, həyati əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi müqəddəratı ilə bağlı işıqlı ideallara, ümumbəşəri problemlərə cavab verməlidir. Bu mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları olmalı, onun milli-mənəvi xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya-məfkurə, həm də fərdi cəhətlərinə görə seçilməli, dövrün, zamanın tələblərini və ümumxalq problemlərini həll etməyə qadir olan bütöv, kamil xarakter səviyyəsinə qalxmalıdır. Bu əsərlərdə qoyulan problemlər sosial-psixoloji və mənəvi-etik məzmunca zəngin və aktual olmalı, yüksək səviyyədə öz həqiqi bədii həllini tapmalı, yaradılan obrazlar sənətkarlıqla işlənilməlidir.
 Qeyd edək ki, bu məsələlər Seyran Səxavətin yaradıcılığının ana xəttini, özəyini təşkil edir. Ümumbəşəri mövzular hesab olunan - həyat və ölüm, dünya və insan, xeyir və şər, əxlaq və mənəviyyatsızlıq problemi, fərdin və bütövlükdə cəmiyyətin faciəsi yazıçının qələmində yüksək psixoloji səviyyədə, konkret hissi formalarda öz bədii təcəssümünü tapmışdır. Ədibin bütün əsərləri problem ciddiliyi, tarixiliklə səsləşən müasirliyi, həyati materialların zənginliyi, müəllif mövqeyinin fəallığı ilə diqqəti cəlb edir. 
Azadlığı əlindən alınan, torpağından didərgin salınan, öz vətənində köçkün həyatı sürən, mümkünsüz qayıdışın əzabını yaşayan, məğlub edilən və hələ də məğlubiyyətini dərk edə bilməyən, dərk edə bilmədiyi üçün də yeni bəlalara sürüklənən millətin faciəsini özündə əks etdirən “Nekroloq”, “Yəhudi əlifbası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Ağrı”, “Persona non qrata” və s. əsərlərində yazıçı sanki ciddi bir xəbərdarlıq, çağırış intonasiyası ilə cəmiyyətə üz tutur, insanları öz tarixi kimliyini, milli mahiyyətini dərk etməyə çağırır, düşündürür və düşdüyü bəlalardan xilas olmağın yollarını göstərir. Bu əsərlərdə insanların pula satılması, mənəviyyatın kirəcləşməsi, deformasiyaya uğraması, milli dəyərlərin aşınması kimi bütün dövrlərdə və cəmiyyətlərdə özünü göstərən insani naqisliklər fəal yazıçı mövqeyindən güclü tənqid edilmişdir. 
Seyran Səxavətin “Yəhudi əlifbası” əsərində geniş mənada totalitarizmin, despotizmin tənqidi, tirançılığa, avtoritar rejimə, sadizmə qarşı mübarizə mühüm yer tutur. Yazıçının işıqlandırdığı bu məqamlar regional məsələ deyil, sözün tam mənasında, ümumbəşəri mahiyyət, planetar səciyyə daşıyır. Seyran Səxavətin yüksək sənətkarlıqla yazdığı bu əsərdə zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir. Bu barədə professor Tofiq Hüseynoğlu maraqlı bir fikir söyləyir: “O əsərdə ki, şərti-metaforik plan var, orda fəlsəfə var, orda əzəli və əbədi məsələlərin mahiyyətini ifadə edən mənalar var, orda millilik və bəşərilik var”.
“Yəhudi əlifbası” romanının əvvəlində yazıçı real həyat həqiqətlərinin, insan cəmiyyətindəki naqisliklərin, mənəvi çatışmazlıqların fonunda bəşəriyyəti uçuruma aparan bir sıra aktual, ümumbəşəri problemlərə toxunmuşdur. Romanı oxuduqca müəllifin toplumun köklü problemlərini bədii həqiqətə çevirmək və həmin əngəllərə qarşı ictimai mübarizə əzmini gücləndirmək cəhdi diqqəti cəlb edir. Xalqın mentalitetində əsrlər boyu qorunub-saxlanmış əxlaq, davranış, adət-ənənə və bu kimi digər mənəvi dəyərlər getdikcə sürətlə öz təməlindən qopur, ayrılır, insanlar şərin, nəfsin və ehtirasların əsiri, qurbanı olur. Bu cür sosial ziddiyyətlərin kökündə ictimai ədalətsizlik, vicdansızlıq, mənəvi cəhətdən kasadlıq və s. kimi amillərin durduğunu vurğulayan yazıçı əsərin əvvəlində zamanın, dövrün təzadlarla dolu, acınacaqlı bir mənzərəsini yaradır. Hadisələrin təsvirində müəllif rəmzi-simvolik bir obraz yaradır: Gələn. O gələn kimi Yer kürəsi ölü sükuta bürünür və Gələn insanları əməllərinə görə imtahan edir:
“İnsan Adəm və Həvva deyilən saatdan sizlərin dik qaxdığınız saata qədər çooox uzun bir yol keçib və Sizin qiymət almaq saatınız yetişib, qulaq asın”¦
 - Sülh ”“ iki, müharibə ”“ beş. Gözütoxluq ”“ iki, nəfs ”“ beş. Allah xofu ”“ iki, Allahsızlıq ”“ beş. Həqiqət ”“ iki, yalan ”“ beş. Könüllülük ”“ iki, zor ”“ beş. Hippokrata sədaqət ”“ iki, terror ”“ beş. Əl tutmaq ”“ iki, əl kəsmək ”“ beş. Vətənpərvərlik ”“ iki, özünüsevərlik ”“ beş. Halal ”“ iki, haram ”“ beş. Təbiətə sevgi ”“iki, təbiəti xaraba qoymaq ”“ beş. Səmavi həzz ”“ iki, narkohəzz ”“ beş. Alnıaçıqlıq ”“iki, üzüqaralıq ”“ beş. Sivilizasiya ”“ iki, yerində saymaq ”“ beş. Mərdlik ”“ iki, yaltaqlıq ”“ beş. Mərhəmət ”“ iki, qaniçmə ”“ beş. Mənəvi quraqlıq ”“ iki, zina ”“ beş. Söz ”“ iki, boşboğazlıq ”“ beş. Səs ”“ iki, həvəs ”“ beş .  
Bütün bunları əsas götürərək qərara alıram: Bütün Bəşəriyyət haqqında cinayət işi qaldırılsın. Bu hökmdən bir ay müddətində Allahdan yuxarı bir kimsə tapsanız,  quşların vasitəsilə ona şikayət  edə bilərsiniz”¦ Gələn bu sözləri deyərək necə gəlmişdisə, eləcə də getdi. 
Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü, axır ki, bəşəriyyətə də heykəl qoyan tapıldı”¦” 
Bu mənzərəni yaratmaqla Seyran Səxavət təkcə bizim cəmiyyətimizi deyil, bütövlükdə bəşəriyyəti saran ictimai eyiblərə, naqisliklərə, qüsurlara ayna tutur, insanlığın mübtəla olduğu bu ümumbəşəri xəstəlikdən - mənəvi şikəstlikdən xilas olmağın yollarını arayır. Bu sətirləri oxuduqca müəllifin, sözün həqiqi mənasında, təkcə özümüzü, öz xalqımızı, ümmətimizi deyil, bütün bəşəriyyəti narahat edən məsələlərə eyni həssalıqla yanaşdığının şahidi oluruq.  
“Yəhudi əlifbası” romanının əvvəlində təsvir olunan bu epizodu nəzərdən keçirdikcə aydın olur ki, yazıçı insan xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri və insanlığın getdikcə sürətlənən faciəsini dərindən duyur, bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır. Bu epizodların təsvirində yazıçı şərti-metaforik kolliziyadan istifadə etsə də, sərt və amansız müəllif mövqeyi ilə yadda qalır. 
 “Yəhudi əlifbası” romanında ədib cəmiyyəti narahat edən bir çox siyasi, sosial-psixoloji və mənəvi-etik problemlərə toxunmuşdur. Hər bir hadisəyə yanaşmada şərti-metaforik və satirik üslubun imkanlarından məharətlə istifadə etmiş, obrazların təsvirində güclü psixoloji analizlərə yer vermişdir. Üslubun verdiyi imkanlar daxilində zəngin obrazlar qalereyası yaradan Seyran Səxavət əsərdə bir çox məsələlərə zahirən sadə, ancaq batində məntiqi və dərin yanaşmışdır. Üslubuna, mövzu aktuallığına, süjetinə, kompozisiyasına, tamlığına, məzmun-forma bütövlüyünə görə nəsrimizdə xüsusi yer tutan bu roman həm milli, həm də bəşəri problemlərə ayna tutan və onların həllinə çalışan bir əsər kimi yadda qalır.  Əsərdə mükəmməl ümumiləşdirmə ilə yaradılmış, düşüncələrimizə birbaşa təsir edə və yazıçı mövqeyini dolğun şəkildə ortaya qoya bilən insan xarakterləri və taleləri diqqəti cəlb edir. Bu surətlərdən bəziləri tiranlığı, avtoritarizmi ilə seçilən ümumiləşdirilmiş obrazlardır. Maraqlı burasıdır ki, bu qədər obraz və onların yaşantıları, daxili əzab və sarsıntıları barədə söhbət açarkən yazıçı əsərin mürəkkəb süjetini elə sistemlə qurur ki, epizodlar bir-biri ilə tam məntiqi ardıcıllıqla əlaqələnir.  Bu mənada Özünü axtaran adamın Füsunkarla söhbətini əks etdirən səhnə də olduqca maraqlıdır: “Özünü Axtaran Adam Füsunkardan soruşdu:
-Nəslinizdə-kökünüzdə şairdən-zaddan olmayıb ki?
-Bu hardan gəldi ağlına? ”“ Füsunkar onun sualını bir az da suallandırdı.
-Elə-belə soruşdum”¦ öz adın Füsunkar, atan Qələmkar, baban Səhlənkar, ulu baban Minnətdar”¦ Hamınız qafiyələnmisiniz, ona görə”¦ Babalarından heç şair olanı var?
-Allah eləməsin, nə danışırsan, bircə elə şairimiz kəmdi. Mənim babalarımın hamısı tacir olub, elə bu gün də hamımız tacirik, biznesmen..
-Nə alıb-satırsınız?
-Hər şey”¦
-Hər şeyi alıb satanlar, axırda, sən deyən kimi, elə hər şeyi satırlar. Əllərinə bir şey keçməyəndə satqınlıq eləyirlər, bu da bir növ elə sən deyən kimi, tacirlikdi, biznesdi. Dünyada bir bazar var”¦ Orda hər şeyi satmaq olar, dostu, torpağı, əqidəni, namus-qeyrəti”¦ ölkələri”¦ 
-İndi soruşmaq istəyirəm ki, sizinkilərin o bazarla əlaqəsi var? ”“ Bu dəfə qeyri-adi Özünü Axtaran Adam irəli bir addım atıb dayanan kimi Füsunkar bir addım gerilədi və məsafə yenidən əvvəlki həddinə yetişdi.
-Sən nə danışırsan”¦ O bazar dünyanın böyük dövlət başçılarının nəzarətindədi. Ora girərsən”¦ ancaq çıxa bilməzsən”¦” 
Maraqlı bir məqamdır ki, müəllif istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində öldürücü satira vasitələrindən məharətlə istifadə edərək bu yolla sosial-ictimai qüsurların islahına çalışır, tipi öz dili ilə ifşa etməklə hadisə və xarakterlərin təbiətindəki komizmi, gülünclüyü, naqisliyi oxuculara təqdim edir.
Seyran Səxavət cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən ictimai bəlaları, əxlaqi qüsurları tənqid edərkən satiranın ən yüksək forması sayılan ifşaçı gülüşdən məharətlə istifadə edir. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanıb meydana çıxan satirik gülüş həmişə yazıçının əlində ali mərama, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı mövqeyində olur. Cəmiyyətin, məişətin, mənəvi həyatın bütün sahələrinə nüfuz edən, köləlik və istismar dünyasının ən qaranlıq guşələrini açıb göstərən, onun çirkin, eybəcər təbiətini üzə çıxardan satirik gülüşün tənqid hədəfləri saysız-hesabsız, təsir dairəsi olduqca genişdir. 
 “Eybəcərliyin eybəcər olduğunu dərk etdirən”, ona qarşı nifrət, mübarizə hissi oyadan bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerdə tənqid atəşinə tutduğu hədəfdən, qanun və qaydalardan, qüsur və nöqsanlardan qat-qat yüksəkdə durur, mütərəqqi fikirlərin, ideyaların tribunasına çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər, ən iyrənc cəhətlərini ifşa edərkən belə işıqlı, nurlu təbiətini qoruyub saxlayır. 
Satirik, ironik yanaşmanın məzmunu, ictimai kəsəri onun tənqid hədəfinə çevirdiyi mövzudan, həyat materialından doğur. Bu isə yazıçıdan həyatı düzgün əks etdirmək bacarığı ilə bərabər tənqidi təfəkkür tələb edir. Cəsarətlə deyə bilərik ki, Seyran Səxavətin bütün yaradıcılığı bu tələbə ən yüksək səviyyədə cavab verir, xüsusilə  “Yəhudi əlifbası” əsəri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir. 
Əsərlərindəki kəskin satiradan, ironiyadan aydın duyulur ki, Seyran Səxavət hər zaman ”“ həm düşüncəsində, həm də əməllərində haqqın və ədalətin müdafiəçisi olmuşdur. Cəsarətli, aydın mövqeyi yazıçının şəxsiyyət və xarakter bütövlüyü ilə əlaqədardır. Yazıçının milli-mənəvi varlığında bu xüsusiyyətlər bütövlüyü və tamlığı ilə üzə çıxır. Elə buna görə də onun bədii personajları yaşadığımız dövrdə nadir rast gəlinən insan mənzərələridir. 
O, əsərlərində insanların azad, asılı olmadan yaşamaq haqqını o şəkildə ifadə etmiş və qabartmışdır ki,  bununla əsər boyu qaldırdığı problemlərin sadəcə lokal səciyyə daşıdığını deyil, planetar, ümumbəşəri mahiyyət kəsb etdiyini vurğulamışdır.  
Müəllifin qələminin üstün, qüdrətli cəhətlərindən biri də budur ki, o, ədalətsizliyin, özbaşınalığın, dərəbəyliyin baş alıb getdiyi bir mühitdə, cəmiyyətdə hüquqi qanunların görmədiyi, yaxud görmək istəmədiyi bir işi ”“ yəni, haqqın, ədalətin müdafiəsi işini öz üzərinə götürür və onu ləyaqətlə həyata keçirir. 
Bəli, “qanunların qılıncı işləməyən yerdə satiranın qılıncı iş görür”. “Yaramazlıqların heç də hamısını qanun açıb göstərə bilməz. Qanun yaramaz xislətli insanın mənəvi pozğunluğunu deyil, cinayəti və pis əməlləri cəzalandırır. Bu, qanunların və cəzanın dairəsindən kənarda qalan bir şərdir, ona görə həmin şər satira vasitəsilə aşkar və rüsvay edilməlidir”. 
Ümumiyyətlə, qanunların özü heç vaxt mükəmməl ola bilməz, indiki halda onlar müəyyən şərti mündəricəyə malikdirlər. Satira eybəcərliyi ifşa edərkən onun qanunun hansı maddəsinə uyğun gəlib-gəlmədiyinə deyil, satirikin qəlbində qərar tutmuş hər hansı mənəvi ideala nə dərəcədə zidd olduğuna fikir verməlidir. 
Bu xüsusiyyət, yəni qanunların əli çatmayan  ictimai bəlaları, cəhalət, rəzalət və eybəcərliyi ifşa cəhətdən Seyran Səxavət sələflərinin cəsarətli yolunu uğurla davam etdirərək, əsərlərində satirik gülüşün kinayə, sarkazm, ironiya, məsxərə və s. formalarından son dərəcə məharətlə istifadə etmişdir. Əsərlərinin adına diqqət yetirdikdə yazıçının özünəməxsus ədəbi tərzi, hadisələrə ironik baxışı açıqca görünür. Məsələn: “Yəhudi əlifbası”, “Nekroloq”, “Qızıl teşt” və s.  Bu əsərlərin əsas özəyini ”“ obrazlara yazıçı münasibətinin ilk rüşeymini yumor, istehza və sarkazm təşkil edir.
Məmməd Arif Dadaşzadə yazırdı ki: Axundovun tənqidi pozitiv səciyyə daşıyır, yəni bu tənqidin arxasında böyük və müsbət fikir, gözəl bir məqsəd, müqəddəs bir ideal durur”. 
Sələfi, böyük mütəfəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də “istehza və məsxərə yolu ilə” yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Onun hadisə və obrazlara bəslədiyi gizli komik münasibət əslində nikbin əhvali-ruhiyyədən doğur və gülüş vasitəsilə insanı düşdüyü bəlalardan arınmağa çağırır. Sənətkar bu yolla insanın daxilindəki hər cür qüsurları aradan qaldırmaq, onu düşünməyə sövq etmək, özünü dərk etməyə və vətəndaş kimi formalaşmağa, vətənin və millətin taleyi ilə bağlı düşünməyə yönləndirir. Yazıçı düşünür ki, milli birliyə milli şüuru oyatmaqla, milli düşüncəni formalaşdırmaqla nail olmaq mümkündür. Bu, Seyran Səxavətin sənət kredosu, sənət konsepsiyasıdı. Əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçının mövqeyi Mirzə Ələkbər Sabirlə, Mirzə Cəlillə yaxından səsləşir. 
Seyran Səxavətin əsərləri dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun kəsb etməkdədir. O, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Seyran Səxavət aktuallığına, əhəmiyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini  görür və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yazıçı əsərlərində insan həyatının, düşüncəsinin köklü problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi bəlalarını bədii sözə çevirir.
Ədib satirik ifadə tərzindən, ironiyadan geniş istifadə ilə yazdığı “Yəhudi əlifbası” romanının hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürücü hadisələr yer alıb ki, bu da oxucuda “roman içində roman aurası” yaradır. Müəllif fikirlərinin birmənalı anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədilə simvolik, rəmzi-alleqorik obrazlardan, şərti-metaforik fiqur, plan və situasiyalardan uğurla istifadə etmişdir. Seyran Səxavət bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə almışdır. Tarixiliklə müasirliyin vəhdəti, eyni zamanda gələcəyə xitabla yazılmış bu dərin məzmunlu əsər sosial-ictimai problemlərin bədii əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sənətkarlığı və yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ”“ özünü dərk etmək iqtidarında bulunan bütün xalqların əlifbası  ola bilmək səviyyəsinə yüksəlmişdir. İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı “Yəhudi əlifbası” romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır. 
Əsərdə qoyduğu problemin son dərəcə zəruriliyi, cəmiyyəti daha çox düşündürən məsələlərə can atma meyli, həm də bunun yüksək poetik tələblər səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə ifadəsi cəhdi Seyran Səxavətin yaradıcılığını şərtləndirən əsas amillərdəndir. Onun əsərləri qaldırdığı sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin aktuallığı, üslub, forma, ifadə tərzi, fikir yeniliyi, keçmişin faciəli səhnələrini əks etdirmə gücü, tarixlə müasirliyin orijinal şəkildə əlaqələndirilməsi baxımından diqqəti cəlb edir.
Bütün epizodları nəzərdən keçirdikcə aydın olur ki, yazıçı insan xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri dərindən duyur və bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır. Və bu qəribəliklərdən doğan daxili psixoloji gərginlik, obrazın fərdi yaşantıları oxucunu son dərəcə mürəkkəb insan həyatının nəhayətsiz sirləri ilə tanış edir. 
 “Yer kürəsi o qədər zəifləmişdi və zəiflədikcə o qədər həssas olmuşdu ki, bir adamın tüpürcəyindən də ekoloji hücuma məruz qalırdı. Bu dünyanın o vaxtı idi ki, bir arı ailəsi yarım kilo bal ərsəyə gətirmək üçün milyon dəfə çiçəyə qonmağa məcbur idi. Ancaq min il bundan əvvəl arı ailəsi o qədər bal yığmaq üçün min dəfə çiçəyə qonanda bəs eləyirdi. Bir-iki saniyə yemək-içməkdən əl saxlayıb fikirləşin də, zəhmət olmasa. Fikirləşin, siz Allah, görün niyə belədi?   Fikirləşsəniz, görəcəksiniz ki, adamların yırtıcı nəfsinin ucbatından Yer kürəsinin sərvətlərinin 80 faizi tükənib. Yer kürəsi bəşəriyyətin öz oxu və günəş ətrafında fırlanan elə nəhəng qazanıdı ki, gün ərzində ora milyardlarla çömçə girib çıxır, çoxu da boş qayıdır və çömçələrin səsindən dünyanın qulağı batır, bəzən də çömçə müharibəsi başlayır, davam eliyir, qurtarmaq bilmir ki, bilmir.
Budur, tərəqqipərvər Bəşəriyyət! Budur yalançı və özündən müştəbeh adamların tarix yazdığı intibah zamanlarını adlayıb keçmiş sivil Bəşəriyyət! 
Ayılın də! Silkələnin! Silkələnin, tozunuz tökülsün! Gecikməyin! 
Yer kürəsindən saniyədə on altı milyon ton su buxarlanır ”“ yaranışından. Heç bilirsiniz bu nə deməkdi? Yerdən buxarlanan milyonlarla ton su təzədən Yer kürəsinə səpələnir. Milyard illərlə davam eləyib bir an da dayanmayan bu proses, sirkulyasiya Allahın Yer kürəsini adamlar üçün təmiz saxlamaq cəhdidi... Bəs adamlar neyləyir? Özünüz yaxşı bilirsiniz adamların neylədiyini..
Tərəqqipərvər bəşəriyyət! Onu da deyim ki, konkret bir adamı tənqid eləməkdənsə, bəşəriyyəti tənqid eləmək daha rahatdı. Çünki bu tənqidi heç kəs öz üzərinə götürməyəcək, hamı fikirləşəcək ki, yox əşi, mən olmaram... deyilənlər mənə aid deyil... Ancaq Bəşəriyyət deyiləndə hamı ordadı, elə mən də...”
Şərhsiz... izahsız... sadəcə mükəmməl və doğru ünvanlanmış tənqid... Hamının görüb özünə etiraf edə bilmədiyi günahlarımızı sadalayır müəllif. Bu parçanı daha da dolğunlaşdıran məhz yazıçının son dərəcə nigaranlıqdan doğan sıxıntıları, narahat vicdanının, ürəyinin sızıltıları və oxucuya səmimiyyətlə yanaşmasıdır.
Bəşəri naqisliyin, eybəcərliyin tənqid və ifşasına həsr olunmuş sənət əsərlərində satira və yumordan həmişə istifadə olunmuş, bu gün də istifadə olunmaqadadır. Əgər mövcud olan qüsurlarımızı aradan qaldıra bilməsək, mənəviyyatımızdakı aşınmanın qarşısını ala bilməsək, böyük ehtimal ki, gələcəkdə də istifadə olunacaqdır. Çünki həmişə, hər yerdə heç kimdən, heç nədən qorxmadan həqiqətin keşiyində dayanan satirik gülüş haqqı, ədaləti müdafiə edən ədəbiyyatın əbədi materialı olacaqdır. 
“Adamlar Yer kürəsinin gözəlliklərindən vəcdə gəldiklərini dilə gətirib tərifləyə-tərifləyə planetimizi kasıblaşdırıb, onu doğub-törəməz elədilər. Tərifləyə-tərifləyə dağıdıb parçaladılar, onu da söküb öz istədikləri kimi yenidən yığmaq, quraşdırmaq istədilər. Belə getsə, adamlar gözlərində bərəlmiş nəfsin prinsiplərini “əldə rəhbər tutaraq” bir az da dərinə gedəcəklər, nəfsin atdığı lağımlar dərinləşdikcə, Yer kürəsini əvvəl-axır öz oxu ətrafından çıxaracaqlar ”“ buna heç şəkk-şübhəniz olmasın.
Allah həqiqəti adamlardan çox üstün tutub. Həqiqəti sevən Allahımız rəhmdil olsa da, hər şeyin bir həddi də olmalıdı axı. Ancaq hələ vaxt var, yer kürəsini xilas etmək, yüz illərlə onun insan əlindən aldığı yaralara elə insan əli də məlhəm qoyub sarımaq, dərdinə çarə eləmək olar...Vallah olar... Allah insanlığa ”“bəşəriyyətə Yer kürəsinə qarşı törətdikləri ağır cinayətlərə görə cəza verib. Yer kürəsinin əhalisi Allah qarşısında mənəvi məsuliyyət daşıyır, axı.  Məsələyə bu cür yanaşanda dünyanın tən ortasına göydən bir sual göndərilir: “ Ey insanlar! Siz nəfsin möhtəşəm bayrağı altında özünüzü niyə elə apardınız ki, yeri-göyü yaradan böyük və tək Allahınız yaratdıqlarının içində ən çox istədiyi sizlər haqqında ”“ öz bəndələri haqqında belə ağır cəza hökmü çıxarsın?! Böyük  Allahımızın belə bir hökm çıxarması onun üçün çox çətin olub ”“ bizi sevdiyinə görə . Əcəba, biz bəndələr onun hüzurunda kimik ki, böyük Allahımızı belə addım atmaq məcburiyyəti qarşısında qoyduq. Axı bizim kimisinə rəhm eləmək çox çətindi... Adamlar günahlarını təsbeh muncuğu kimi dənəvər-dənəvər düzə-düzə gedir. Hər adamın günah təsbehini öz boynuna dolasan, çəkib apara bilməz ”“təsbeh nə uzunluqda olarmış... Bəndənin günahı nə qədər böyük olsa da, Allahın rəhmi də böyükdü, sonsuzdu. Amma insanlığın  şərə xidmət edən əməllərinə Allahın rəhm büdcəsi dözə bilməz... Bu gün bəşəriyyət yeriyəndə ombasını çəkir, axsayır, çünki yer üzündə yüz əlli milyon əlil uşaq var. Dərinə getsək, yenə adamlar günahkardı. Buna Allahın rəhm büdcəsi neyləsin?!  Bu gün yer üzündə bir milyarda yaxın Allah bəndəsi acından ölürsə, günah kimdədi? Günah acından ölməyənlərdədi...”.
Seyran Səxavətin bütün əsərlərində bu ana xətt ”“ bəşəriyyətin taleyindən narahat bir ürəyin həyəcanları, pak bir vicdanın səsi adamın ruhunu titrədir, varlığına hakim kəsilir. Bütün əsərlərinin sonunda müəllif dünyanın, bütövlükdə bəşəriyyətin xilasını məsum körpələrin quracağı sağlam gələcəkdə görür. Uşaqların saflığı,  məsumiyyəti, paklığı, Tanrının uşaqlara böyük qayğısı, etimadı, uşaqların quracağı dünyanın gözəlliyi və əmin-amanlığı, demək olar ki, bütün əsərlərdə (“Persona non Qrata”, “Nekroloq” və s.), o cümlədən “Yəhudi əlifbası” romanında aparıcı məqam kimi yadda qalır: “Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir güşəsində mələklər körpələri əmizdirirdilər, doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər, adları yox idi. Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer eləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı, yaxud dayanmamışdı, bu məkanda, ümumiyyətlə, Zaman anlayışı yox idi. Bu uşaqlar  nə heykəlləşmiş valideynlərin balaları idilər, nə də Zamanın, bu uşaqlar Allahın balaları idilər. Allahın körpələrə bir az rəhmi gəlmişdi, yəni, əslində, körpələr Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə zamansa, adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki körpələr üçün idi... Bu körpələr dünyanı xilas etmək üçün xüsusi nəzarətlə böyüdülürdü, Allahın başqa çarəsi qalmamışdı...” 
Yazıçının cəmiyyətə ünvanladığı tənqidin bundan kəsərli, bundan sərt üsulu ola bilməzdi. Müəllif uşaqların xilas edəcəyi bir dünyada insanların iç dünyasını elmin, ədəbiyyatın və incəsənətin paklaşdıracağına və uşaqların bizi hüzurlu, azad bir sabaha ”“ Aydınlığa çıxarağına bütün qəlbi ilə inanır.
Seyran Səxavətin yaradıcılığını izlədikcə bu qənaətə gəlirik ki, o, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Ədib aktuallığını, əhəmiyyətini nəzərə almaqla hadisələrin özünə yox,  fəlsəfəsinə, mahiyyətinə daha çox diqqət yetirir. Bu baxımdan Seyran Səxavətin əsərləri milli mənaya və intonasiyaya malik olduğu kimi, həm də ümumbəşəri səciyyə daşıyır. Bu cəhət yazıçının bədii ümumiləşdirmə imkanlarını genişləndirir. Beləliklə, millilikdən ümumbəşəriliyə yol açılır.  

Xəyalə Zərrabqızı
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?