“Rusiya qaşınır...”
Oxunub: 8403
19 Feb 2016 | 17:54
“Rusiya qaşınır...”
Moderator.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.

- Üzeyir bəy, Rusiyanın bütün dünyadakı uçuşları izləməyə imkan verən ən müasir Tu-214 kəşfiyyat təyyarəsi artıq Suriyada Lakatiya həbri bazasında xidmətə başlayıb. Bu kəşfiyyat təyyarəsi bölgə üçün nə kimi təhlükələr doğurur?

- Öncəliklə onu qeyd edim ki, Rusiyanın son vaxtlar atdığı addımlar xaotik, məntiqə, normal düşüncəyə sığmayan hərəkətlərdir. Əgər Putin doğrudan da İŞİD-lə mübarizə aparırsa, konkret olaraq terroristlərlə mübarizə aparmalıdır. Terroristlər də nə zamandan təyyarə istifadə etməyə başlayıb ki? Bu açıq-aydın göstərir ki, Putinin hikkəsi, özbaşınalığı, işi-gücü yalnız zədələnmiş nüfuzunu xilas etməkdir. Putinin  gözünə gecə-gündüz Türkiyə təyyarələri görünür, yuxusunda da Türkiyə hərbçilərini görürür. Ona görə də həmin təyyarəni orada yerləşdirib ki, imkan daxilində özü kimi cinayətə əl atmış Bəşər Əsədi müdafiə etsin. Məqsədi də Bəşər Əsədi vəziyyətdən çıxartmaq üçün var-gücüylə çalışmaqdır. Putin heç də terrorist qrupları ilə mübarizə aparmır, onun işi-gücü mülki obyektləri vurmaq, Türkiyəyə ziyan yetirməkdir. Ötən ilin noyabr ayının 24-də aldığı şapalağın zərbəsini həzm edə bilmədiyi üçün Türkiyədən əvəz çıxmağa çalışır. Ona görə də həmin təyyarəni orada yerləşdirib. 

- İki gün əvvəl Ankarada baş vermiş terror aktında Rusiyanın əli ola bilərmi? Həmin şapalağın əvəzini çıxmaq məqsədilə.  

- Faktiki olaraq Ankarada baş vermiş partlayışda 28 zabit qardaşımız həyatını itirdi. Bunun günahının bir ucu da birmənalı olaraq Rusiyanın üzərinə düşür. Çünki burada söhbət PKK-dan və yaxud da Suriyadakı qanadından gedirsə, onları həvəsləndirən, ruhlandıran Rusiya olub. Çünki Rusiya minlərlə, yüz minlərlə insanın ölümünə bais olan cinayətkarı müdafiə etməkdə davam edir. Rusiya özünün marağı olduğu üçün Bəşər Əsədi xilas etmək  məqsədilə bu yollara əl atır. Hesab edirəm ki, Rusiyanın dəstəyi olmasaydı həmin separatçılar, PKK-çılar çoxdan sıradan çıxarılmışdı. Və Türkiyə bölgə ölkəsi olaraq lazım olan bütün addımları atacaq. Sonuncu hadisə ilə bağlı da yaxın günlərdə lazımlı tədbirlər görüləcək və bundan sonra Rusiya üçün çox çətin olacaq. Həmin kəşfiyyat təyyarəsi belə Rusiyaya lazımi köməklik göstərə bilməyəcək. Ruslar hərbə-zorbayla dünyaya meydan oxumaq istəyirlər. Ancaq onu da unutmamalıdırlar ki, Türkiyənin arxasında NATO kimi dünyanın ən güclü hərbi-siyasi təşkilatı dayanıb. Ona görə də nədənsə çəkinmək lazım deyil, sona qədər getmək lazımdır. Bu separatizmin axırına çıxmaq lazımdır. Məncə Türkiyənin bundan sonra atacağı addımlar çox sərt və amansız olacaq. 

Unutmaq olmaz ki, Azərbaycanın çox əziyyət çəkdiyi Dağlıq Qarabağ məsələsində də özünü keçmiş SSRİ-nin varisi sayan Rusiyanın böyük xidmətləri var. Azərbaycan xalqının, Türk dünyasının başına gətirilən faciələrin çoxusunun kökündə Rusiyanın şovinist və hegemonluq iddiaları durur. Onların Suriyada atdığı addımlar əsla terrorizmlə mübarizə deyil, əksinə terrorizmi dəstəkləməkdir. Bu qədər insan ölümünə biganə yanaşan Rusiya hərəkətlərinə qiymət vermək əvəzinə vəziyyəti bir qədər də gərginləşdirməkdə davam edir.

- Ermənistanın rolunu indi də Suriya oynayır...

- Bəli, Türkiyə üçün problem yaradacaq ikinci Serj Sarkisyan bu gün Bəşər Əsəddir. Bəşər Əsəd simasını itirmiş, öz xalqını, körpələri qırğına verən, bir zamanlar dünyanın ən gözəl şəhərlərini xarabalığa çevirmiş insandır. Həyasını itirmiş Əsəd Rusiyanın bir zəngi ilə gecəylə Moskvaya gəlir və orada görüşlər keçirir. Ermənistanın vaxtilə Cənubi Qafqazda oynadığı rolu bu gün həmin regionda Suriyanın hazırkı cinayətkar rəhbərliyi oynayır. Düşünürəm ki, 2016-cı ildə bu rejimin də sonu çatacaq, Rusiya da çox acınacaqlı mənzərə ilə üzləşəcək.

- Rusiya Ermənistanın əli ilə Dağlıq Qarabağı işğal edən zaman Azərbaycan müstəqilliyinə qovuşmağa can atan, gücsüz, arxasız ölkə idi və buna görə də torpaqlarını əlində saxlaya bilmədi. Ancaq Türkiyə heç də həmin durumda deyil. Rusiya bunları düşünmədən hazırkı vəziyyəti özü də bilmədən növbəti Dünya Müharibəsinin astanasına gətirib çıxara bilərmi? 

- Qeyd edim ki, artıq bunun işartıları görünür. Haqlı olaraq qeyd etdiniz ki, 1990-cı illərdə Azərbaycanın hələ müstəqilliyi, beynəlxalq arenada da dəstəyi yox idi. Artıq həmin hadisələrin üstündən 20 ildən çox vaxt keçib. Hansısa xəstəliyə tutulmuş insan kimi Rusiyanın bədəni qaşınır, qaşınmayan yerdən qan çıxarırlar. Dağlıq Qarabağla, Gürcüstanla, Pribaltikayla, Qazaxıstanla bağlı həyata keçirdiyi naqisliklərdən Rusiyanın ağzında şirə qalıb. Fikirləşirlər ki, Türkiyəyə qarşı da belə bir hərəkət edə bilərlər, ancaq çox yanılırlar. Ankarada törədilmiş terror aktından sonra Rusiyanın çox ağır günləri başlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marina Zaxarova bəyan edir ki, biz Kazanda keçirlən tədbirdə Türkiyənin iştirakını çox arzulayırıq. Dünənə kimi Türkiyəni bəyənməyən Rusiya artıq vəziyyətin ciddiliyini başa düşür və belə fikirlər səsləndirir. Hesab edirəm ki, bütün Türk dünyası toparlanmalıdır, Türk Dünyasını qəbul etməyənləri yerində oturtmalıdırlar.

- Türkiyə sərhədlərini pozan rus hərbi helikopterini vurduğu vaxt bizim bəzi məmurlarımız bu hadisədə Rusiyanı müdafiə etdi. Belə olan halda Türk dünyasının birləşəcəyini ümid etmək doğru olarmı? 

- Həmin vaxt bir neçə nəfərin Türkiyənin Rusiyadan üzr istəməsini dilə gətirməsi çox böyük utanc və ayıb gətirən əməl idi. Ancaq şükürlər olsun ki, buna sosial mediada çox kəskin, ciddi təpki göstərildi. Bu gün tam etiraf etmək lazımdır ki, Azərbaycan müstəqilliyinin möhkəmlənməsində, ordu quruculuğunun inkişafında Türkiyəyə sonsuz borcludur, minnətdardır. Ona görə ki, Türk dünyasının ən böyük aparıcı dövləti Türkiyə olmasaydı Rusiya və onun havadarları bəlkə də çoxdan  Azərbaycanı parça-parça etmişdilər. Bunu çəkinmədən dilə gətirmək lazımdır. Bəlkə də Naxçıvanı da işğal etmişdilər, Qars müqaviləsinə əsasən Türkiyə Naxçıvana görə çox böyük məsuliyyəti öz üzərinə götürüb. Ümumiyyətlə Türkiyə Azərbaycanı hər vəchlə dəstəkləyir, həmçinin Azərbaycan da Türkiyəni. Elə dünən də ölkə başçısı Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirdi ki, Azərbaycan Türkiyənin yanındadır. Bu təkcə sözdə yox, əməldə də olmalıdır və başqa yolu da yoxdur. Dünyada baş verən proseslər onu göstərir ki, biz Türk dünyasından ayrılsaq, siyasət aləminə canavarların əlində qalsaq, həmin canavarlar bizə çox böyük problemlər yaşada bilərlər. 

- Araz Əzimovun xarici mətbuata müsahibəsində Bəşər Əsəd hakimiyyətinin siyasətini dəstəkləməsini necə qiymətləndirdiniz?

- Hesab edirəm ki, Araz Əzimov bu gün Xarici İşlər Nazirliyində yerində olan, bəlkə də bütün keyfiyyətlərinə görə Elmar Məmmədyarovdan daha çox xarici işlər naziri olmağa layiqli şəxsdir. Təsadüfi deyil ki, o, prezidentin Dağlıq Qarabağ məsələləri üzrə nümayəndəsidir. Ümumiyyətlə çox sadə, çox təvazökar insandır. Elə bir açıqlama verməsini də hardasa başa düşürəm. O nöqteyi -nəzərdən ki, bəli, istənilən bir yerdə kimlərsə baş qaldırıb nəyisə tələb edə bilərlər. Ancaq söhbət həmin Bəşər Əsəddən gedir ki, günahı ucbatından ölən, yaralanan, itkin düşənlərin sayı yarım milyona yaxınlaşıb. Araz Əzimov həmin  açıqlamanı verəndə diplomata xas olmayan ehtiyatsız ifadələr işlətmişdi. O, həmin cümlələri diplomatik şəkildə ifadə edə bilərdi və bu zaman heç narazılıq da olmazdı. Türkiyə ilə bağlı həssas məqamda, Ərdoğanın Azərbaycana səfəri, Türkiyənin baş nazirinin Ukraynada Azərbaycanla bağlı səsləndirdiyi fikirlər ərəfəsində Araz Əzimovun mövqeyi bir qədər gərginlik yaratdı. Düzdür sonra XİN-in mətbuat katibi, eləcə də Araz Əzimovun özü həmin fikirlərə bir qədər yumuşaq formada düzəlişlər etdilər. Ancaq ümumiyyətlə Azərbaycan məmurları unutmamalıdırlar ki, atalar sözündə deyildiyi kimi “Güllə yarası sağalar, ancaq söz yarası sağalmaz”. Ehtiyatsız bir cümlə Türk dünyasını bizdən incik sala bilər, Türk dünyasını Azərbaycandan kənar saxlaya bilər. Ona görə də biz hər addımımızı, hər hərəkətimizi yüz dəfə ölçüb-biçməliyik.  Araz Əzimovun demək istədiyi fikirləri bir qədər başqa formada demək olardı, ancaq hər halda ox yayından çıxdı, bir qədər gərginlik yaşandı. Araz Əzimovun sonradan verdiyi açıqlamala və XİN-in bəyanatı vəziyyəti bir qədər nizama salmağa yönəldi, ancaq hələ də hiss edirəm ki, dostlarımız bizdən incikdirlər. 

-  Üzeyir bəy, Ankara terrorunun Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri ilə əlaqəsi ola bilərmi? Çünki həmin ərəfədə yazılırdı ki, Ərdoğanın bu səfəri məhz Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır.

- Ərdoğanın Azərbaycana səfərinin təxirə salınması ilə bağlı müxtəlif fikirlər səsləndi. Onu da dedilər ki, prezidentlər Gəncədə görüşməliydilər, güya Gəncədə Ərdoğana qarşı hazırlanmış hansısa təhlükə var idi, guya ruslar ermənilərin əliylə Gəncədə Ərdoğana qarşı hansısa hərəkət edəcəkdilər və s.  Əvvəla onu qeyd edim ki, ancaq ağlını itirmiş siyasətçilər belə qərar qəbul edə bilərlər. Heç vaxt ola bilməzdi ki, iki ölkə rəhbərinin görüşəcəyi məkan lazımı səviyyədə qorunmasın. Azərbaycan hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları belə ərəfələrdə yüksək hazırlıq vəziyyətinə gətirilir. Ankara terroru da tam təsadüf idi. Bu terror hadisəsində Azərbaycanla bağlı heç nə yoxdur. Ərdoğanın bəyanatında da səsləndiyi kimi bu sırf Suriya kürdlərinin həyata keçirdiyi terror aktı idi. Terrorun səfərlə bağlı olmasını əsla yaxına buraxmıram, bu qeyri-ciddi və gülünc görünür. Nəzəri cəhətdən çox fikir yürütmək olar, ancaq həmin fikri nəyləsə müqayisə etdikdə görürük ki, belə hal mümkün deyil. Terror aktında günahsız insanlar həyatlarını itirdilər, Allah onlara rəhmət eləsin!
 
Rumiyyə Miraslan
Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...