Üzeyir Hacıbəyov Bülbülə niyə “ar olsun” yazdı?
Araşdırma
Oxunub: 8013
09 Feb 2016 | 15:13
Üzeyir Hacıbəyov Bülbülə niyə “ar olsun” yazdı?
Moderator.az  “Yada düşər xatirələr...” layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə Azərbaycanın qocaman alimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimovun məşhur xanəndələr Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrinə istinad edəcəyik. Qeyd edək ki, qocaman professora bu xatirələri hadisələrin iştirakçıları olan Bülbül və tarzən Qurban Pirimovun şəxsən özləri danışıblar. Cahid Kərimov da ilk dəfə olaraq həmin xatirələri bizə danışır:

“Bülbül sənə ar olsun”

“Şövkət Məmmədova Bülbül İtaliyaya oxumağa gedirlərmiş. Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar. Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə tanışam. Bunları ona göstərərsən.

Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki, mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi? Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya, Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini başa düşməyib. O səbəbdən də məktubda Bülbülə yazır: “Bülbül ar olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan “ə”, “ü”, “ı”, “ö” saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi”.

İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir. Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə, Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də məşhur “Sənsiz” romansı olub. Bülbül ikinci dəfə oxuyub bitirəndən sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf aparır. Açıq pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün konservatoriya yığışaraq pəncərədən onun ifasını dinləyirmiş...

Bax, Üzeyir bəy bu cür Üzeyir bəy olub”. 

“Xan Şuşinski İran şahını necə ayağa qaldırdı”

“Bunu mənə rəhmətlik tarzən Qurban Pirimov danışıb. Deməli, bir gün o, Xan Şuşinksi, erməni kamança çalan İran şahının toyuna dəvət alırlar. O zaman vəziyyət başqa idi. DTK-ın bir agenti də onlara qoşulur və hər hərəkətlərinə göz qoyurmuş. İş elə gətirir ki, ifaçılar toya bir gün gec gəlirlər. Toyun ilk günündə iştirak edə bilmirlər. Nəsə ikinci gün gələn bu heyəti çox soyuq qarşılayırlar. Deyirlər ki, şahın ayırdığı əsas hədiyyələr birinci gün ifa edən xanəndələrə verildi. Xan Şuşinski bunu eşitcək pərt olub. Qurban buna deyib ki, günah özümüzdədir. Gec gəlmişik, ona görə də belə münasibət göstərirlər. Amma təbii ki, onlar da növbə çatanda oxumalı idilər. 

Qurban Pirimov mənə belə danışdı: “Xan Şuşinksi “Bayatı Şiraz” oxumağa başladı. Amma o, heç zaman bu muğamı oxumazmış. Elə bir başlanğıc etdi ki, hamının diqqətini özünə çəkdi. Muğamın ortasında bir də gördüm ki, mizrab qızıb barmaqlarımı yandırır. Sən demə, bu Xanın nəfəsi imiş. Onun nəfəsindən həmin od gəlirmiş. Mən onda bildim ki, Xan Azərbaycanda heç vaxt muğam oxumayıb. Muğam oxumaq nə imiş orda göstərdi. Şah da yuxarıda özü üçün ayrılan hücrədə Xanı dinləyirmiş. Təsnif bitəndən sonra bir də gördük ki, ətrafda olan bütün adamların hamısı bir nəfər kimi ayağa durub əl çalırlar. Sən demə, onlar yuxarıda şahın ayağa duraraq əl çaldığını görüblərmiş. 

Bir azdan sonra məclisi idarə edən adam bizə yaxınlaşdı və dedi ki, şah əmr verib, sizi xəzinəyə aparacayıq və ürəyinizdən nə keçirsə götürə bilərsiz. Çünki şah deyib ki, əllərini nəyə uzatsalar həmin o bəxşişi verin. DTK-ın adamı da bizimlədi. Göstəriş verir ki, nabadə qızıl, brilliyant götürəsiz. Xəzinəyə daxil olanda divarda bir xalça gördük. Məclisi idarə edən adam Xana göz vurdu ki, bu xalını götürün. Xalça Hindistanda salınan bir xalça olub. Şah Abbas qənimət kimi onu İrana gətirib. Xan da onu seçdi. Həmən gəlib xalçanı düşürdülər, bağladılar ki, biz aparaq.

Bakıya gələndə həmin dövlət agenti dedi ki, bunu Mircəfər Bağırova hədiyyə aparaq. Biz də öz-özümüzə dedik ki, əşi nə işimizə qalıb, bir xalçadı, aparır aparsın da. Hamımız birlikdə Bağırovun otağına gəldik. Agent nə olmuşdusa hamısını birə-bir danışdı. Bağırov xalçaya baxıb valeh oldu. Dedi, martda yoldaş Stalinin 70 illiyidir. Bunu ona hədiyyə aparacağam. 

Biz də daha bir söz demədik. Deyilənə görə, Stalin öz 70 illiyində ona gətirilən bütün hədiyyələrin içində ən çox bu xalçanı bəyənib. Xalça da xalça deyildi e, elə bil ki, alışıb yanırdı”.

Elmin NURİ
Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...