“Bunlardan başqa kişi yoxdu bu məmləkətdə?” - SENSASİYA
Müsahibə
Oxunub: 13085
08 Feb 2016 | 02:16
“Bunlardan başqa kişi yoxdu bu məmləkətdə?”  - SENSASİYA
Moderator.az VHP sədri, xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətin üçüncü hissəsini təqdim edir:

İkinci hissəni bu linkdən oxumaq olar---moderator.az/news/119550.html

- İllərin bir düzəni var idi və millət vəkili həyatınız bir növ öz axarı ilə davam edirdi. İndi yeni situasiyaya adaptasiya olunmaq çətin deyil ki?

- Əgər biz səmimi danışırıqsa, şübhəsiz ki, mən həmişə səmimi olmağa çalışıram, içimdəkini, içimdən keçənləri deyirəm. İndi mən məclisə seçilməmişəm, getməmişəm bu məclisə. Bir az da kənardan baxmaq şansım yaranıb. Bir var, mən bunu beş ildən, lap iki dəfə də seçilib, on ildən sonra eləyəydim və onda qələmim kağız, dilim də söz tutmaya, ağlım kəsməyə, bəzi şeyləri görməyəydim. Bir də var ki, indi iş qabiliyyətimin yüksək olan vaxtıdır, hər şeyi kənardan daha aydın görür, cəmiyyətdə gedən prosesləri rahat izləyə bilirəm. Əslində 25 ildən sonra hər şeyə bir az da kənardan baxmaq istəyirəm ki, görüm nələr baş verir. Və indi, sənə açıq deyirəm ki, ötən o 25 ilimə də bir az yanıram. Çünki, bir məclisdə ki, sənin bircə təklifin belə keçmir, nə deyirsənsə de, ancaq məclisin rəhbərliyi yerində oturub, sanki səndən müdafiə olunur. Adamlara da bir deyən yoxdu ki, siz gedin ermənidən, dünyanın çeşidli yerlərində və təşkilatlarında oturan Azərbaycanı istəməyən, hətta ona düşmən kəsilmiş adamlardan müdafiə olunun. Axı, siz niyə öz millət vəkilinizdən, xalqın seçdiyi adamlardan mudafiə olunursunuz ki? Hər dəfə qan qaraldan bu toqquşmalar-filan adamı çox yorursa və üstəlik də, orda heç nəyi dəyişmək imkanın yoxdursa və sadəcə nə gəlirsə ona səs verməklə iş bitirsə, o baxımdan orda olduğum günlərə, aylara, illərə gerçəkdən də bir az yanıram. 

- 25 il içində olduğunuz belə bir məclisə, bir az da ideoloji-siyasi yöndən qiymət verməniz maraqlı olardı. Bütün bu illər ərzində, ordakı 125 nəfər “seçilmişlər”in, ən yaxşı halda, 15-20 nəfərini, müsbət, ya da mənfi yönlərdən, fərq etməz, cəmiyyət tanıyıb. Qalanlarının isə, hətta qohumları və yaxın qonşuları tərəfindən tanınmaları belə  ciddi şübhə doğurub. Yəni qohum-qonşularının belə düz-əməlli tanımadığı insanları gətirib parlamentə doldurmağın məqsədi  nə idi, bunun ideoloji və siyasi anlamının izahını vermənizi istərdik.

- Bilirsənmi, indi burda mənə o məsələlərdən danışmağa mane olan bir şey var. Mən indi seçilməmişəm deyə, bu məclis haqqında o yönlərdən danışmağım düzgün anlaşılmaz. 

- Sizdən məclis haqqında yox, bu cür məclisi yaradan siyasət haqqında danışmağınızı istəyirəm.    

- Amma bütün hallarda, məclisə deputat seçkisi siyasəti, şübhəsiz ki, doğru deyil. Yəni, bunu hamı bilir ki, seçki yoxdur, təyinat var. Mən özüm də o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki, seçilmişəm. Razılıq olmasaydı seçilə bilməzdim axı. Necə ki, indi razılıq olmadı deyə, seçkiyə də getmədim. 

- Yardımlını qanına qəltan edərdilər, amma Sabir Rüstəmxanlı seçilə bilməzdi...

- Ona görə də hesab eləyirəm ki, indiki seçki siyasəti Azərbaycanın ən böyük bəlalarından biridir. Axı niyə normal, demokratik və şəffaf seçki olmasın? Onsuz da kim seçilirsə seçilsin, Azərbaycanın müstəqilliyini istəyəcək, dövləti qorumağa çalışacaq. Sadəcə hamısı prezidentin siyasətini dəstəkləməyə, ya da hökumətin fəaliyyətini bəyənməyə bilər. Qoy olsun, amma bu nəyi dəyişə bilər ki? Onsuz da indi, o səhələrdə nəyisə dəyişə bilmək üçün məclis hansısa ciddi səlahiyyətlərə sahib deyil.  Ona görə də məclisə əlavə enerji, mütərəqqi fikir mənbəyi kimi, inkişafa yol açacaq əlavə ideyaların verildiyi bir məkan kimi, qurum kimi baxmaq lazım idi.  Orda siyasi plüralizmə, müxtəlif siyasi partiyaların öz ideyalarını ortaya qoymaları üşün şərait yaratmaq lazımdı. Amma o məsələ günü bu gün də həll olunmamış qalmaqdadır və  bu, Azərbaycanın sözdə yox, gerçəkdən inkişafı üçün vaicdi, olmazsa olmaz şərtlərdən biridi. Ancaq, təəssüf ki, bu belə deyil. Baxın, indu parlamentdə icra başçılarının nə qədər adamları təmsil olunurlar. Hər icra başçısı gücü çatan yerdən bir-iki adamını irəli verib.  Tutaq ki, biri pul qazananını, biri tikinti tikənini, biri qardaşını, biri digər qohumunu məclisə saldırıb və belə baxırsan ki, ora məclis yox, qohum-qardaş yığınağıdı. Belə məclis olar? 

- Təkcə məclis elə deyil. Bu ölkədə konkret ailələr var ki, bir qardaşı nazir, bir qardaşı deputat, bir qardaşı icra başçısı, nə bilim bir qardaşı general, o biri yanda da qudaları, yeznələri və sair. Bu məsələlərdən yana düşüncələriniz nə deyir?

- Yəni, bunlardan başqa kişi yoxdu bu məmləkətdə? Bax, ay əziz qardaşım, axı bir gün soruşarlar ki, niyə bu ölkənin hər şeyi bir qrup adamın əlində olmalıdır, bəs bu millətin özü hardadır.  Bu millət və biz da onunla bir yerdə meydanlarda can çürütdük ki, Azərbaycanda normal cəmiyyət qurulsun, xalq seçsin, xalqı onun öz içindən irəli gələn adamlar idarə eləsin. 

- Bəs niyə Azərbaycanda bu şərait yarandı?

- Ona görə ki, uzun illərdi müəyyən vəzifələrdə oturan adamların əksəriyyətinin iqtisadiyyatın nə demək olduğundan xəbərləri yoxdur. Biriləri tanışlıqla, biriləri pulla, biriləri də müəyyən digər yollarla, məsələn, kimlərinsə təqdimatı ilə vəzifələrə gətirirlər. Bu gün də neçə-neçə icra başçıları var ki, bircəciyi əvvəl hansısa ciddi bir müəssisədə işləməyib və indi də gedib müqəvva kimi hansısa rayonda oturublar. Sizcə, bu cür adamlar rayon idarə edə bilərlərmi? Ona görə də, bir-iki il hansısa vəzifədə oturan adamı tərpədirsən, altından milyonlar çıxır, hardandı o milyonlar? Bəs biz əlli ildi ki, bu meydandayıq, can çürüdürük, niyə bizim ancaq bu gündən sabaha ümidimiz var, o da maaş ala bilsək. Amma milyonları bunlar hardan və necə qazana bilərlər ki? Deməli bəzi və məxsusən də iqtisadi münasibətlər düzgün qurulmayıb, seçim doğru aparılmır, kadr siyasəti düzgün deyil. Bu kadrlarla ümumiyyətlə hər hansı siyasət olmaz. Ona görə də, bütün bu sahələrdə ciddi islahatlara ehtiyac var. İslahat nədir, danışmaqla deyil ki? Bu ölkədə son 25 ildə kifayət qədər sanballı, həmin islahatların aparılmasına potensialı yetəcək nə qədər cavan kadrlar yetişib. Bu sırada xeyli sayda xaricdə təhsil almış, özümüzdə oxumuş nə qədər istedadlı, çağdaş dünyanın gəldi-gedərini anlayan adamlarımız var. Bizdə isə guya islahat adına nələr eləyirlər. Həmin o ali məktəbləri bitirmiş insanlar hansısa işə gedə bilmək üçün təzədən imtahan vermək zorunda qalırlar. Bəs o necə ali məktəbdir ki, oranı bitirəndən sonra yenidən imtahan vermək lazım gəlir? Amma əslində o imtahan başqa mətləblərə xidmət edir. Orda adamları seçir və kim ki, bunlara uyğundur, onları işə götürürlər. Yaxud da, dövlət qulluğuna qəbul imtahanından yüksək bal alanlar, sonradan gedib söhbətdən keçə bilmirlər. Bu necə ola bilər axı, o nə söhbətidi elə?

- Bəllidi nə söbət olduğu, amma Siz necə bilirsiniz?

- Kimin adamıdır, hansı bölgədir, hardan gəlib, hansı partiyaya yaxınlığı var və sair kimi yolverilməz söhbətlərdi əlbəttə. Axı, cəmi on milyonluq olan olkənin əhalisini niyə bu qədər rəzil günə qoymalıyıq və bu siyasət nəyə xidmət edir, kimə lazımdır? 

- Sabir bəy, Siz meydan adamısınız ...

- Yenə meydadnayıq elə...

- Meydan üçün qəribsəməmisiniz, ümumiyyətlə, durumlar meydana işarət verirmi?

- Açığı, mən Azərbaycanın təzədən bir xaosa sürüklənməyini istəmərəm. Baxın, indi Azərbaycanda siyasi partiyalar param-parça halındadır, yəni bir-birindən xeyli aralı düşüblər. Amma vəziyyət elə gətirə bilər ki, həm də çox qısa müddətdə, yaxın 10-15 gündə,  bunların hamısı bir araya gələrlər. Çünki xalq tamamilə məhv olmayıb və heç kim də razı ola bilməz ki, onun ölkəsi, göz görə-görə dağılıb getsin. Dediyim kimi, siyasilər 10-15 günə bir araya gələ bilərlər, amma bu siyasi partiyaların və siyasi fəalların kənarında, Azərbaycanda bizə bəlli olan və olmayan qüvvələrin yetişdirdikləri başqa güclü qruplar, təşkilatlanmış dəstələr də var. Məsələn, dini təmayüllü xeyli qüvvələr var, Iranin maddi və mənəvu dəstəyi ilə təşkilanlamış xeyli qurumlar var. Eləcə də, Amerikanın, Qərbin burdakı şəbəkələrinin, QHT-lərinin təşkilatlandırdığı qüvvələr var. Rusiya heç burdan getməmişdi də və onların da öz himayədarlığında, hər an hərəkətə keçə biləcək qurumlarının olduğu heç kəsə sirr deyil. Yəni, siyasi orientiri Azərbaycan dövlətinin və çəmiyyətinin tutduğu yola uyğun gəlməyən və bu ölkəni tamam ayrı istiqamətlərə sürükəyən qüvvələr hər an meydana çıxa və nəticədə də böyük bir xaos yarana bilər. Ona görə də, məncə, burda nə tələsmədən, nə də gecikmədən, ciddi bir dialoqa başlanılmalıdır. Mən həmişə onu demişəm ki, hakimiyyətlə müxalifətin çox ciddi və səmimi dialoqu olmalıdır. Burdakı bütün tərəflər bir-birindən qorxmadan, çəkinmədən, üz-üzə oturub bu problemləri daşımalı, danışa bilməlidirlər. Və bu proses kimlərisə aldatmaq, müəyyən keçici məsələlərin həlli naminə imitasiyadan yox, gerçək və ciddi yanaşmalardan keçən danışıqlardan ibarət olmalıdır. Yoxsa, bizdə baş verənlər, getdikcə durumun daha da gərginləşməsinə şərait yaradır. Adətən də, ya seçki, ya da hansısa böyük beynəlxalq tədbirlər ərəfəsində, guya “dialoqa gedirik” pərdəsi altında, gah müxalifətin başının altına yastıq qoymaqla, gah da bir neçə görüş keçirib, sonradan ortadan çəkilməklə müəyyən proseslər olur. Həmişə də bu addımları, müəyyən adamlara ümid verərək, müəyyən adamları aldadaraq atırlar və adını da qoyullar ki, baxın, guya  dialoq aparırıq. Halbuki bu dialoqlar dialoq xatirinə olmamalı, ya da cari və ya mövsümi məsələlərin üzərində manipulyasiya xarakteri daşımamalıdır. Burda ölkənin ciddi problemləri müzakirəyə çıxarılmalı, hər kəs də öz baxışlarını ortaya qoymaqla, müzakirələr və təhlillər aparılmalıdır. Yalniz belə olduqda, bu, ümumi işin xeyrinə ola bilər. Şəxsən mən  bu cür ciddi əsaslara söykənən dialoqu qaçılmaz hesab edirəm və ökləni xaosa aparan yoldan çıxarmaq üçün ciddi addımların atılmağını istətirəm. Bu işlər zorla əmələ gəlməyəcək və tutaq ki, filan rayonda 100 adam küçəyə çıxır və oraya 200 polis göndərib məsələni yat-küt eləmək, çıxış yolu deyil. 

- Müxalifətin tədbirlərinə niyə qatılmırsınız?

Davamı var...
Oxşar xəbərlər
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?