Xuruşşov dövrünün Qarabağ şəhidi...
Maraqlı
Oxunub: 5282
11 Dec 2015 | 10:13

Xuruşşov dövrünün Qarabağ şəhidi...
Moderator.az - ın daimi oxucusu və dostu Vahid Qazi saytımıza olduqca maraqlı bir müəllif yazısı göndərib. Oxuyanlar itirdikləri zamana heyfslənməyəcəklər...

(Çingiz Hüseynovun “Минувшее ”“ навстречу” memuarı haqda)

 
Axır sözü əvvəl demək olmasın, Çingiz Hüseynovun 712 səhifəlik “Минувшее ”“ навстречу” memuarında maraqla oxunmayası bir səhifə belə yoxdur.

Kitabı oxusan, elə ilk fəslində 50-70 il qabağın Bakısına ”“ İçərişəhərə, Bayırşəhərə xəyali gəzintiyə çıxacaqsan, onun çoxmillətli sakinləriylə tanış olacaqsan, həyat yaşantılarını görəcək, duyacaqsan.

O biri fəsillər də eləcə ”“ vətənin yaxın tarixini sənə retro filmi kimi göstərəcək. Bəzən o vaxtın romantik sevgilərini bu günün qəlbiylə duymağa cəhd edəcəksən, bəzən də repressiyanın qorxusu ətini ürpədəcək. Siyasi sistemin əzib məhv elədiyi talelərə acıdığın kimi bu qədər ağır mənəvi-fiziki basqıya tab gətirib qürurunu qorumağı bacarmışları sayğıyla anacaqsan.

Totalitar rejimdə yazıçı intriqalarına, ədəbi cameənin birini məhv, digərini xilasetmə həmrəyliyinə, sənətkar-hakimiyyət, mərkəz-əyalət, beynəlmiləlçi-millətçi münasibətlərə tarixi-detektiv filmlərə baxırmış kimi baxacaqsan.

Bu fundamental xatirələr toplusu 60-cı illərin əvvəlindən müntəzəm yazılan gündəlik əsasında ərsəyə gəlib. Amma tək qocaman bir yazıçının həyat yolundan bəhs eləmir, bir vaxt mövcud olmuş sovet xalqının Stalin repressiyası, Xruşşov “ottepel”i (yumşalma), Brejnev “zastoy”u (durğunluq), Qorbaçov “perestroyka”sı (yenidənqurma) illərinə və o dövrlərin Azərbaycanına güzgü tutur, bildiyimiz tarixin bilmədiyimiz neçə-neçə qaranlıq künc-bucağına işıq salır. Yüzlərlə canlı personajla, tarixi şəxslə tanış edir, maraqlı hadisələrdən söz açır.

Nə qədər “Bilirdim!” dediyim bilmədiklərim varmış.

Məsələn, bilmirdim ki, qadağan olunmuş Novruz bayramını dövlət səviyyəsində keçirmək təklifini Şıxəli Qurbanovdan 10 il əvvəl Əbdülrəhman Vəzirov veribmiş. Komsomolun birinci katibi işləyəndə qurultayda belə bir təşəbbüs irəli sürübmüş. Ondan da qabaq, hələ müharibə illərində Mirzə İbrahimov cəsarət göstərib partiya rəhbərliyinə müraciət edibmiş.

 Xuruşşov dövrünün Qarabağ şəhidi...

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

Kitabın “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istəyirəm.

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

Amerika ilə münasibətlərin yumşalmasından istifadə edən ermənilər sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

Kitabdan oxuyaq:

“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”

”“ Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”

”“ Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.

”“ Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.

Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.

Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb ”“ çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa da səbəblər olub.

Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!

Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib. Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?

Nazim Hacıyev...

Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən: “O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.

İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək. Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi ”“ Nazim Hacıyev kimi tanınmayanları!

Memuarda cürbəcür tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Hamısı haqda qeydlər etmək, nəsə yazmaq istəyirsən. Nakam, bəxtsiz, acı, eyni zamanda roman kimi maraqlı tale yaşamış adamların həyat səhnələri isə oxucunu bir xeyli düşündürür, təsirindən buraxmır. Səməd Vurğun, Lev Antopolski, Abidin Dino, Nazim Hikmət, Yegişe Çarents və dul arvadı İzabella, Əziz Şərif, Mehdi Usmiyev, İosif Qrinberq, onlarla başqaları”¦ və Nazim Hacıyev kimi.

 “Нет пророка в своем отечестве”

Çingiz Hüseynovun xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatını bütün çılpaqlığı ilə görməyə imkan verir. Yazıçı əlavə bədii bəzəklərə ehtiyac bilməyib, nəyi necə görübsə, vaxtilə gündəliyinə necə yazıbsa, necə xatırlayırsa, eləcə də qələmə alıb. O dövrün yaradıcı mühiti yalnız ağ və qara rənglərlə deyil, boyaların hamısı ilə təsvir olunub.

Totalitar sistemlərdə yaradıcı adamların dərdi tək o deyil ki, istədiklərini yaratmağa qoymurlar, azadlıq yoxdu. Faciə onda başlayır ki, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yaratmağa məcbur olunursan! Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!

İnsanın xoşbəxtliyi içindəkini sevərək dünyaya çıxarmaq azadlığındadı. Sevdiyi ərdən dünyaya bala gətirən qadın kimi, istədiyi əsəri yazan yazıçı, musiqini bəstələyən bəstəkar, tablonu çəkən rəssam, rolu oynayan aktyor kimi”¦

İvan Bunin SSRİ-yə dönməməsinin səbəbini belə izah eləmişdi: “Onlar məni demək istəmədiyimi deməyə, inanmadığıma inanmağa məcbur etmək istəyəcəklər”.

Sənət adamını belə çıxılmaz duruma salan kommunist rejimi haqda bir vaxtlar “Susmaq hüququ” adlı yazıda ətraflı yazmışdım.

Bütün bu zor, qadağa və məhrumiyyətlərlə yanaşı sovetlər ölkəsində siyasi sistemin “dilini bilən”, “nəbzini tutan” yaradıcı adamlara böyük meydan, geniş imkan verilmişdi. İndiki Bakının oxucusuz kitabxanaları, tamaşaçısız teatrları fonunda adama inanılmaz gəlir, amma elə idi ”“ kommunist idarəetmə mexanizmi “milli dildə” yazan istədiyi “əyalət yazıçısı”nı rus dili vasitəsilə dünyaya çıxara bilirdi.

Bütöv bir ədəbi sistem milli yazıçı-şairlərin əsərlərini dünya dilinə çevirən “tərcümə fabrikası” idi. İndi əsərlərini “Biləcəridən o yana çıxara bilməyən” yazıçılarımız o dövrün sənətkarlarına yalnız bu baxımdan qibtə edə bilərlər.

Tək-tük yazıçıdan başqa, demək olar, Azərbaycanda hamı ana dilində yazır. Dilimiz dünya dili deyil! İsveçdə yaşadığım bu illərdə bunun bütün ağırlığını yaşamaqdayam ”“ mənzilinin kandarında sərhədi bağlanan dilinlə nəinki yazıçıları tanıdıb Nobel mükafatınadək yüksəldən İsveç nəşriyyatlarının, heç kiçik bir şəhərin balaca qəzet qapısını döyə bilmirsən.

Bir dəfə yazmışam, bir də yazım ”“ ana dilimizdə yazılanı dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən. Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünyanın aparıcı dillərinə çevirəsi güclü tərcümə məktəbin.

İki dildə yaza bilmək yazıçıya tək sərhədləri aşmağa imkan vermir, həm də qarşısında geniş azadlıq üfiqləri açır. Kitabda öz vətənində üzünə qapılar bağlanan milli yazıçıların paytaxtda parlaq zəfərlərinə xeyli nümunələr var. Elə Çingiz Hüseynovun özünün Bakıda senzuradan keçməyən əsərlərinin ruscası Moskvada, sonra isə başqa dillərə çevrilərək neçə-neçə ölkədə nəşr olunub.

“Нет пророка в своем отечестве” ”“ Matfeyin İncilindəndir ”“ yəni öz vətənində peyğəmbər ola bilməzsən, yanında olanlar sənin istedad və dahiliyini görməz, sözünün həqiqiliyinə inanmazlar.

Memuar yaradıcılığının uğuru həm də müəllifin səmimiyyətinə bağlıdır. Hər müəllifdə bu, alınmır ”“ öz rolunu qabartmaq memuarlarda rast gəlinən haldır. Yaşadığı ömür səhifələrini vərəqlədikcə Çingiz Hüseyovun nostalji emosiyaları cilovlamaq, duyğuları patetikasız ifadə etmək bacarığına nə qədər təəccüblənirsənsə (ömür kitabını bir qayda olaraq melanxonik duyğularla vərəqləyirsən, axı!), onun səmimi etiraflarına da o qədər rəğbət bəsləyirsən.

Sovet vaxtı yazdığı bir yazı, dediyi bir fikri dissidentlik kimi təqdim edən xeyli sənətkara rastladıq müstəqillik illərində. Ömrünün az qala çox hissəsi narazı yaradıcı adamların əhatəsində keçən Çingiz Hüseynov isə bunları yazır: “Etirazçıların, narazıların haqlı olduğunu başa düşürdüm, hakimiyyətin onları nə cür təzyiq və təqib elədiyini görürdüm. SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi işləyən biri kimi şüurlu şəkildə özümü onlardan aralı tuturdum. Yad fikirliləri açıq müdafiə eləmək? Yox, bu, mənim gücüm xaricində idi”.

Amma bütün bunlar ondan yan keçmədi, illərlə yığılan “etirazçı enerji” sonralar Çingiz Hüseynovun yaradıcılığında aparıcı xəttə çevrildi.

 Memuardakı 1450-ci adam...

Səhifə-səhifə adlayıb kitabı oxuduqca, müəlliflə səbəbini tam tuta bilmədiyim ruh yaxınlığı duyurdum. Aylar, illər uzunu heç kimə izah edə bilmədiyin, bəzən səbəbi özünə belə aydın olmayan duyğunu bir başqası da yaşayıbmış, özü də səndən çox-çox illər əvvəl. Adamları bir-birinə yaşadıqları hisslər yaxınlaşdırır! Bunun zaman və məkan fərqi yoxdu.

Nəhayət, memuarın Nazim Hikmətlə bağlı bölümündə bu ruhi yaxınlığın qaynağı mənə aydın oldu ”“ axı, bunu özüm də bilirdim ki, həsrət duyğusu vətəndən kənarda yaşayan həssas (oxu: yaradıcı) adamı heç vaxt tərk etmir, hətta güləndə, sevinəndə belə.

“Sen şimdi yalnız saçımın akında, enfarktında yüreğimin, alnımın çizgilerindesin memleketim, memleketim” ”“ Nazim Hikmətdən belə sitat var kitabda. Çingiz Hüseynov isə bunları yazır: “Yazıçı üçün oxucu görməmək, doğma dili eşitməmək, yaxınlardan, dostlardan ayrı düşmək, ruhi söhbətlərdən məhrum olmaq fəlakətdir, boğulmaqdır”.

Bunları yaşamayan bilməz!

Amma bundan da dəhşətli ağrı oxucular, yaxınların və dostların onlardan ayrılığın sənə yaşatdığı iztirabları hiss etmədiklərini görəndə başlayır ”“ onlara vətəndə olduğundan yüz kərə artıq ehtiyacın olduğunu kəsdirə bilməyəndə”¦ Sənin belə halından zövq almaqlar da var, bu ayrı bir hal, başqa bir mövzudur!

Yaradıcı adama əziz olan doğma bildikləri deyil, yazılarını, kitablarını oxuyan, onun yaşadıqlarını anlayan, duyan”¦ və bunu ona deyən, yazan kəslərdi. Qəriblikdə bəzən adam özünü işlək dəmiryolun yanında üstündən qatarlar keçməyən, relsləri paslanmış ehtiyat yol kimi tənha hiss edir. Əvvəl yaşadığım evin yanından qatarlar keçirdi, qatarları keçməyən relslər də vardı. Hardasa qaynar bir həyat var, bir vaxtlar yaşadığın, amma daha orda sən yoxsan!

Kitabın sonunda memuarda adları çəkilən adamların siyahısı var ”“ 1449 nəfərdi. Amma orada adı olmayan bir nədər də var ”“ 1450-ci adam. Bu gizli adam onun bütün fəsillərində müəlliflə duyğuları bölüşən oxucudur! Mən idim”¦

***

Çox istərdim, “Минувшее ”“ навстречу” Azərbaycan türkcəsində də nəşr edilsin ”“ onu hər kəs oxusun, xüsusən də, əli qələm tutan gənc yazı əhli, ictimai fəallar, siyasət adamları, tarixçilər, araşdırmaçılar.

Həm də ona görə ki, bu, ömrünün 70 ilini vətəndən kənarda yaşayan bir qərib yazıçının onu bir gün belə tərk eləməyən vətən sevgisi haqda həyat dastanıdır”¦

Vahid Qazi

 Dekabr, 2015

Karlskrona, İsveç

P.S. Kitabı oxuyandan sonra “Минувшее ”“ навстречу” adını dilimizə çevirmək istədim. Bir neçə variant alındı, amma heç biri ürəyimə yatmadı. Yazıb Çingiz müəllimdən soruşdum. Belə cavab yazdı: “Mənə sarı addımlayan keçmişim”.
Oxşar xəbərlər
08:44, Bu gün
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
08:35, Bu gün
Avrasiya Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri, Nəsiman Yaqublunun çıxışı - FOTO
08:25, Bu gün
Paris Bakıdan nə istəyir?
08:18, Bu gün
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
07:49, Bu gün
“Paşinyan yalnız bu halda istefa verə bilər…”
07:44, Bu gün
Havalar istiləşəndə COVİD “xortlayacaq” – Qorxulu XƏBƏRDARLIQ
07:19, Bu gün
"Rəisidən sonra İranın növbəti prezidenti kim olacaq?" - "Bloomberg"
07:19, Bu gün
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
07:09, Bu gün
ABŞ Gürcüstan dövlətinə hansı sərfəli təkliflər edir və hansı şərtlə?.. -“POLITICO”
06:57, Bu gün
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
06:30, Bu gün
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
06:12, Bu gün
Qonşu ölkə silkələndi
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
GÜNLÜK
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 09:25
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
20 May 2024 | 09:40
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 09:11
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
20 May 2024 | 09:19
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
20 May 2024 | 10:19
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
20 May 2024 | 09:52
Çingizin toyundan özəl görüntülər - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 09:25
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
20 May 2024 | 09:40
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 09:11
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
20 May 2024 | 09:19
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
20 May 2024 | 10:19
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
20 May 2024 | 09:52
Çingizin toyundan özəl görüntülər - VİDEO