“Manata “qəbir qazanların” səsi çıxmır”
Oxunub: 3215
01 Dec 2015 | 12:11
“Manata “qəbir qazanların” səsi çıxmır”
Moderator.az-ın suallarını “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmlər doktoru, professor Fikrət Yusifov cavablandırır.

- Bu gün ilin son ayına qədəm qoyduq. Cari ilin gözlənilən iqtisadi yekunlarını necə dəyərləndirirsiniz?


- Bu sualın çox qısa cavabı belədir. Aydındır ki, iqtisadiyyatı neftlə bağlı olan bir ölkə üçün dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsi  səbəbindən gəlirlərin iki dəfədən çox azalması ciddi bir məsələdir. Lakin bununla belə, dediyimiz səbəbdən gəlirlərini iki dəfədən çox itirmiş Azərbaycan cari ili 4% iqtisadi artımla başa vurmağa yaxınlaşır.  Hesab edirəm ki, cəmiyyətin diqqəti əsasən məhz bu faktın üzərində fokuslaşmalıdır. Özü də bu artım bütövlükdə qeyri-neft sektorunun hesabına baş verib. Deməli, Azərbaycan hökumətinin illərdən bəri qeyri-neft sektorunun inkişafı yolunda atdığı addımlar öz səmərəsini verməyə başlayıb.

- Deyirsiz pessimist əhval-ruhiyyəyə köklənməyək?

- Əlbəttə ki, yox. Neftin mövcud qiymətlərinə görə pessimist əhval-ruhiyyəyə köklənməyimiz üçün elə bir ciddi əsas yoxdur.  Əksinə, sevindiricidir ki, ölkədə qeyri-neft sektorunun inkişaf yolunda yeni səhifə, yeni mərhələ açılıb. Bu isə neftdən asılılığı minimuma endirmək yolunu  illərdir ki, davam etdirən Azərbaycan üçün iqtisadiyyatın  gələcək təminat bazasının formalaşdırılması baxımından çox əhəmiyyətlidir.

- Amma iqtisadçı-ekspertlərin heç də hamısı belə düşünmür. Bəziləri mətbuatda belə fikirlər səsləndirirlər ki, ölkə iqtisadiyyatı tənəzzül içindədir...

- Bilirsiniz, sözün məsuliyyəti olmayanda hər şey demək mümkündür. Biz bunu deyənlərə sadə bir yol göstəririk. Əgər onlarda  Azərbaycan iqtisadiyyatının real durumu və baş verən artımın səviyyəsinə dair  şübhələr varsa, qoy onda zəhmət çəkib dünyanın ən nüfuzlu maliyyə institutları ”“ Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Azərbaycanla bağlı hesabatlarını oxusunlar. Bu təşkilatlarda çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyəsi bizim mətbuatda illərdir “yuva salmış” bəzi “iqtisadçı-ekspertlərin” bilik və peşəkarlıq səviyyəsi ilə bir tərəziyə belə qoyula bilməz ”“ bax, bu həqiqətdir.

- Əks mövqedə olanlar iddia edirlər ki,  iqtisadiyyatın vəziyyətinə dair rəsmi səviyyədə səsləndirilən rəqəmlər reallığı əks etdirmir.  Onlar hesab edir ki, rəqəmlər şişirdilir...

- Biz həmişə demişik, iqtisadçı ekspert qismində çıxış edən şəxsin siyasi mənsubiyyəti varsa, o, heç bir halda obyektiv ola bilməz. Həmin adam hökumətin atdığı müsbət addımları olduğu kimi dəyərləndirmək istəməz.  Odur ki, həmin adamların dediklərinə çox da önəm verməyin.  Heç bir şişirtmədən söhbət gedə bilməz.

- Axı bu həqiqətdir ki, neftin qiymətlərinin iki dəfə azalması Azərbaycanı təxminən 7-8 milyard dollar gəlirdən məhrum edib. Buna nə deyirsiniz?

- Bəli, bu həqiqətdir. Lakin fəlakət deyil. Bunu “fəlakət bayrağına” çevirənlər ciddi yanlışlıqlara yol verirlər. Çünki Azərbaycanın neftsiz büdcəsi belə onun sosialyönümlü xərclərini 1,5 dəfə qarşılamaq iqtidarındadır. Neftin qiymətlərinin necə dəyişməsindən asılı olmayaraq bəzi gözü zəif görüb, qulağı zəif eşidənlərə bir daha deyirik:  - Neft qiymətlərinin yüksək olması  hesabına Azərbaycan hökumətinin əldə etdiyi gəlirlər hökumətin əlavə qazancı  kimi dəyərləndirilməlidir. Bu əlavə qazanc isə Azərbaycan hökumətinə imkan verdi ki, bir neçə il ərzində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını reallaşdırmaq, iri infrastruktur layihələrini həyata keçirmək yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunun sonrakı davamlı və hərtərəfli inkişafına zəmin yaratsın. Nəticələr göz qabağındadır. Sovet dönəmində büdcəmiz Gürcüstannın büdcəsindən həmişə az olub. Bu gün isə neft gəlirləri daxil olmaqla büdcəmiz Gürcüstanın büdcəsindən 4 dəfədən çox, neftsiz büdcəmiz isə iki dəfəyə qədər çoxdur. Bu Azərbaycanda qeyri neft-sektorunun normal inkişafı demək deyilmi?  Bunu mətbuatın “iqtisadçı-ekspert” kimi təqdim etdiyi şəxslər də görürlər. Lakin bayaq qeyd etdiyim səbəblərdən bunu etiraf edə bilmir, əksinə, reallıqları əks etdirən rəqəmləri də şübhə altına almağa çalışırlar. Gülməli odur ki, bu adamların əksəriyyəti indiyədək heç bir müəssisənin hesabatını əlində tutmayıb.  Onlar birmənalı şəkildə öz siyasi maraqlarından çıxış edirlər. Bu səbəbdən iqtisadiyyata dair məlumatları mətbuatdan alan sadə vətəndaşlara siyasi ambisiyası olanların açıqlamalarını  ciddiyə almamağı tövsiyə edirik. Onların mətbuat səhifələrində söylədiyi yalanları biz son bir ildə faktlara, konkret rəqəmlərə söykənərək dəfələrlə təkzib etmişik. Ən əsası isə odur ki,  cəmiyyətə ancaq yalanlar ötürən, insanlarda ölkə iqtisadiyyatının real durumu barədə yalnış təsəvvürlər yaratmağa çalışan belə “qəhrəmanları” dəfələrlə dəyirmi masa arxasına dəvət etsək də onlar bundan qaçıblar. Səbəbi aydındır, yalanın izahı olmur.

- Deyirsiniz ki, həmin ekspertlərin obyektiv olmalarına siyasi mənsubiyyətləri mane olur. Bəs sizin siyasi mənsubiyyətiniz yoxdur?

- Xeyr. Mən heç bir partiyanın üzvü deyiləm. Yazdığımız təhlillər də bilavasitə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin mövqeyidir.  Müstəqil fəaliyyət göstərən bu ictimai təsisatın hər hansı siyasi təşkilata bağlılığı yoxdur.

- Son günlər manatın yenidən devalvasiyaya uğrayacağı barədə mətbuat səhifələrində fikirlər səslənməyə başlayıb. Sizcə manat yenidən ucuzlaşacaqmı?

- Diqqət etsəniz asanlıqla görə bilərsiniz ki, manatın ətrafında bu yalanları tirajlayanlar və Azərbaycan iqtisadiyyatı barədə yalnış fikirləri söyləyənlər eyni adamlardır. Onların bəzisi öz siyasi maraqlarının qeydinə qalır, bəziləri isə başqa siyasi dəllallara muzdla  xidmət göstərirlər. Cəmiyyət hər kəsi çox yaxşı tanıyır. Bu adamlar seçkilərdən dərhal sonra manatın kəskin şəkildə devalvasiya uğrayacağını deyirdilər.  Biz isə deyirdik ki, kəskin devalvasiya üçün heç bir əsas yoxdur. Baxın, seçkilər bir ay əvvəl başa çatıb. Onların dediyi qorxulu məzənnə dəyişikliyi isə baş verməyib. Halbuki, aralarında növbəti kəskin devalvasiyanın dəqiq tarixini açıqlayacaq qədər “cəsarət”li olanlar da var idi.  İndi isə həmin o manata “qəbir qazanların” səsi çıxmır.

- Demək istəyirsiniz ki, manatıın məzənnəsində hər hansı dəyişiklik baş verməyəcək?

- Xeyr, bunu heç kəs iddia edə bilməz. Ola bilsin ki, dünyada gedən iqtisadi, maliyyə prosesləri fonunda manatın məzənnəsində cüzi dəyişikliklər baş versin, ancaq bu,  nəyəsə ciddi təsir edə biləcək səviyyədə olmayacaq. Manat bu ilin fevral ayında təxribat nəticəsində 34 % devalvasiyaya uğrasa da milli valyutamız  Dünya Bankının rəyinə görə, diqqət edin, yenə də bu bizim hökumətin rəyi deyil,  MDB məkənında ən stabil və ən etibarlı valyuta hesab olunur. Çünki manatın arxasında Cənubi Qafqaz regionunun iqtisadiyatının 70 %-dən çoxuna malik olan Azərbaycan iqtisadiyyatı durur. Çünki Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara yaxındır. Çünki Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən SOKAR kimi güclü neft şirkəti var.  Sözsüz ki, bu siyahını uzatmaq da olar.

- Sonda istərdik ki,  Türkiyə-Rusiya münasibətlərinə də toxunaq. Bu münasibətlərin hazırkı vəziyyəti bizə nə vəd edir?

- Bu münasibətlərin hazırkı vəziyyəti bizim üçün arzulanan deyil.  Bu məsələ ilə bağlı münasibətimi bir neçə gün öncə mətbuatda açıqlamışam. Açıqladığım münasibətin mahiyyəti isə qısaca olaraq belədir. Bizim hər birimiz bir Azərbaycan vətəndaşı olaraq qonşu və qardaş ölkələr arasında yaranmış münaqişəyə soyuq başla yanaşmağa çalışmalıyıq. Mövqeyimiz isə maksimum səylər göstərib bu münasibətlərin nizama salınmasına çalışmaqdan ibarət olmalıdır. Münaqişənin ilk günlərində Azərbaycan Prezidenti çox düzgün olaraq məhz belə bir münasibəti ortaya qoydu. Unutmayaq ki, Rusiyada bizim bir neçə milyon soydaşımız yaşayır. Qarabağ probleminin mövcudluğu da burada xüsusi nəzərə alınmalı məsələdir. Odur ki, biz çox ehtiyatlı olmalıyıq. Qanı qanımızdan olanların hər bir açısı sözsüz ki, həm də bizimdir. Amma qonşumuzu da xəritədən silib ata bilmərik.
Aydındır ki, həm Rusiya, həm də Türkiyə milyardlarla itkiyə  məruz qalacaq. Son illər ərzində Rusiya Türkiyə iqtisadi əlaqələri sürətlə genişlənirdi. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi xidmətlə birlikdə 45 milyard dollara yaxın olmuşdu və hər iki ölkə yaxın 5-6 il ərzində onu iki dəfədən çox artırmağı düşünürdü. Bir sözlə bu münasibətlər dərinləşdikcə Qarabağ probleminin həlli də asanlaşmağa doğru gedirdi.  O da aydın idi ki, Türkiyə ilə Rusiya arasında əlaqələrin dərinləşməsi ABŞ və Avropanı narahat edirdi. Deməli, hazırkı situasiya Qərbin maraqlarına tam şəkildə cavab verir.



Oxşar xəbərlər
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq