“Nə övladlarım, nə mən Məhəmməddən doyduq...”
Oxunub: 11118
19 Nov 2015 | 16:42
“Nə övladlarım, nə mən Məhəmməddən doyduq...”
Məlum Qarakənd faciəsindən düz 24 il ötür. 

20 noyabr 1991-ci ildə Xocavənd rayonundən Xankəndiyə uçan Mİ-8 N 72 helikopterində həyatını itirmiş daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə xanım Əsədova və nəvəsi Nigar Əsədova ilə həmsöhbət olduq.

Moderator.az həmin müsahibəni təqdim edir. 

- Məleykə xanım, Məhəmməd Əsədovlu xatirələrinizdən danışacağıqsa o faciəni, ağrılı günü yada salmasaq olmaz. Ona görə istəyirəm ki, elə birbaşa həmin gündən başlayaq. Üstündən 24 il zaman keçməsinə baxmayaraq 20 noyabrı yəqin xatırlamadığınız gün olmayıb...

- 1991-ci ilin noyabr ayının 20-si tək mənim üçün yox, bütün Azərbaycan xalqı üçün dəhşətli gün idi. Mənim yaşadığımı, keçirdiyimi ancaq o dərdi yaşayanlar bilər. Həmin gündən bir gün qabaq Məhəmməd Əsədov Qazaxdan qayıtmışdı və o səfərə getməyə də bilərdi. Ancaq elə adam deyildi ki, getməsin, mən getmə desəm də o gedəcəkdi. Məhəmməd Əsədov torpaq üçün, xalq üçün canını qurban verən adam idi və verdi də. Həmin ərəfədə başıma gələnləri, yaşadıqlarımı, gördüyüm yuxuları çox danışmışam, çox yazıblar, o üzdən də bir daha təkrarlamaq istəmirəm. Həmin gecəni necə sabahladığımı, nələr hiss etdiyimi bir tək Allah bilir. Ürəyimə dammışdı ki, xoşagəlməz nəsə olacaq, nə olacağını isə bilmirdim. Təsəvvürümə gətirməzdim ki, belə bir dəhşətli faciə olacaq. 

- Məhəmməd müəllimi yola salanda demişdiniz ki, “Qayıtmayacaqsız!”. O sözün peşmançılığını çəkirsinizmi heç?

- Çox narahat olduğumdan səhərə yaxın yuxuya getmişdim, o, da hiss etmişdi ki, çox gərginəm. Ailə qurduğumuz müddətdə ilk dəfə idi ki, qalxıb ona çay vermədən yola salırdım, daha doğrusu, özü çağırmışdı ki, “gedirəm, gəl qapını bağla”. Qapıdan çıxanda da dedi ki, “saat dörddə qayıdacağıq”. Elə onda özümdən qeyri - ixtiyari ağzımdan çıxdı ki, “Yox gəlməyəcəksiz, qayıtmayacaqsız”. O sözü deməyimə də o qədər peşmançılıq çəkdim ki... İndiyə qədər də fikirləşirəm ki, axı mən niyə o sözü dedim, heç indi də bilmirəm səbəbini. Səhər saat dördə qədər hər dəqiqə səs gözləyirdim, bir xəbər olacağını hiss edirdim. Elə saat dörd radələrində də xəbər verdilər ki, onların olduğu vertolyot itib. Onda anladım ki, mənim neçə gündür keçirtdiyim həyəcanın, narahatçılığın səbəbi nə imiş. 

- Məleykə xanım, həmin vaxtda Məhəmməd müəllim bir dəfə də ölümdən dönmüşdü axı. Sərhədləri gəzdiyi zaman olduğu helikopter təsadüfən erməni kəndinə eniş etmişdi. Niyə qorumurdu axı özünü?

- O qorxmurdu. Məhəmmədə görə ehtiyat edənlər çox idi, dostları məsləhət edirdilər ki, getməsin. Onu istəyənlər, dostları deyirdi ki, “getmə, biz səni qorumağa çalışırıq, sənsə özünü aparıb dəhşətin, ölümün qabağına atırsan. Ozü də bilirdi ki, onu nə isə gözləyir. Az əvvəl də dumana düşərək erməni kəndinə düşmüşdülər. Daha əvvəl də Xankəndində  iclasa getmişdi, orada bütün işıqları söndürmüşdülər, balaca bir otelin birinci mərtəbəsində çox dəhşətli vəziyyətdə saxlamışdılar onları. Ermənilər hər an gəlib yatdıqları yerdəcə onları güllələyə bilərdilər. Sumqayıt hadisələrində də eləcə özünü ölümə atmışdı. Sumqayıtda yaşanan vəziyyəti yaxşı bilirdi, ancaq ona rəğmən maşınına minərək ora getmişdi. Həmin vaxt ora gələn hökumət adamlarının maşınını yandırırdılar. Ancaq onun maşını yaxınlaşanda hamı qışqırmışdı ki, “Məhəmməd Əsədovun maşınıdır, buna dəymək olmaz”. Camaatı yararaq ona yol vermişdilər ki, gəlib keçsin. Bütün Sumqayıt əhli ona çox hörmətlə, izzətlə yanaşırdı. Ona olan hörmətə, diqqətə görə özünə çox arxayın idi ki, xalq məni qoruyacaq. Hara gedirdisə, hansı çətin iş olurdusa müsbət həll edib qayıdırdı. 
Onun çəkdiyi zülümlərin demək olar ki, əksəriyyətini mən də çəkmişəm. O, indikilər kimi istirahət etmək nədir, şənbə-bazar nədir bilməmişdi. 

- Həmin gün Prezident Aparatından onu çağıranda şübhə etmədi ki, bu bir tələ ola bilər?

- O da hiss elədi... Ancaq məğrur insanlar heç vaxt arxasını yerə vurmur. Həmin axşam televiziyada Qazaxdakı görüşlərini izləyirdi, elə həmin anda mən dedim ki, sabah Qarabağa gedirsiz. Bir anlıq fikrə daldı, bir jestlə dedi ki, “Protokola görə mən getməli deyildim, nə əcəb məni salıblar o səfərə”. Həmin axşam çox yerə zəng vurdu ki, bir məlumat ala bilsin, ancaq heç kim telefona cavab vermədi. Ən azı bir gün istirahət etməliydi, ona baxmayaraq yenə də səhər tezdən durub getdi.  

- Əvvəldən də evdə nəsə danışmırdımı heç, onlara mane olmağa çalışanlardan və ya hansısa neqativ vəziyyət baş verəcəyindən, hansısa qüvvələrin torpaqlarımızı “qurban verməyə” hazır olduğundan?

- Məhəmməd hara gedirdisə torpaqlarımızın dərdin çəkirdi və nəinki o, həmin vertolyotda olanların hər biri. Həmin ərəfədə bir qarış da torpağımız işğal olunmamışdı, əksinə olaraq Azərbaycan rayonlarında yaşayan erməni kəndlərinin çoxunun sakinləri öz xoşları ilə köçmüşdü, yerdə qalanlar da könüllü şəkildə köçürülürdülər. 

- Saat dörddə qayıdacağını demişdi, ancaq qayıtmadı. Həmin gündən sonra saat dörd tamamda ürəyinizdə bir nisgil qübar etmir ki? 

- Nəinki saat dörd, elə həmin günlər başdanbaşa ürəyimdə yara kimi qalıb. Ancaq nəyə görəsə, bəlkə də Allahın möcüzəsidir ki,  mən daima onun var olduğunu hiss etmişəm, yoxluğu barədə düşünməmişəm. Çünki o qədər təmiz, saf, mehriban, qəhrəman, xalqını, millətini sevən, vətənpərvər insan idi ki, onun yoxluğuna inana bilmərəm. Deyirəm ki, heç bir kəs elə bir oğulu öldürməyə qıymazdı. İnanıram ki, nə vaxtsa o, qayıdıb gələcək, bununla özümü aldadıram yəqin ki. Ancaq bu aldatmağıma da o qədər güclü inanıram ki, özüm özümü aldatmağımı düzgün kimi qəbul edirəm. Mən başa düşürəm ki, o var, həmişə bizimlədir və nə vaxtsa gələndə də lap yanımızda olacaq. Axırıncı illərdə onu heç sevinən görümürdüm, son dəfə Azərbaycan müstəqilliyinə qovuşduğu gün ürəkdən sevinmişdi, sevincindən uçmağa qanadı yox idi. Müstəqillik aktına imza atanlardan biri də o, olmuşdu və ona görə də “Müstəqil respublikamızı yaratdıq” - deyə çox sevinirdi.

- Məhəmməd Əsədov uşaq vaxtı necə biri olmuşdu, uşaqlıq xatirələrini bölüşürdümü sizinlə?

- Məhəmməd Əsədov uşaqlıqdan da çox çevik, savadlı, öz üzərində işləyən bir uşaq olmuşdu. Azərbaycan bölməsini qurtarmağına baxmayaraq rus dilini də dəqiq öyrənmişdi. Bir misal var ki, “ət yeyən quş dimdiyindən bəllidir”. O, yaşadığı Baharlı kəndindən bizim Mincivan kəndinə məktəbə gəlirdi. Həmin illərdə də işıq, saat yox imiş, elə olurmuş ki, ayın işığına oyanıb məktəbə üz tuturmuşlar. Yolun yarısında görürlərmiş ki, hələ səhər açılmayıb, qarın işığına yola çıxıblar. Qış günü uzaq yolda, dizə qədər qarlı havada o qədər canavara, çaqqala rast gəlirlərmiş ki. Ağacda qalırlarmış ki, səhər açılsın və məktəbə getsinlər. Oxumağa, elmə  o qədər həvəsli olub ki, çətinliklərin heç birindən qorxmayıb. Hər zaman deyərdi ki, “Mənim üçün “bilmirəm”, “bacarmıram” sözü yoxdur, “etmək istəmirəm” sözü var və mənə də bilmirəm deməyin, deyin ki, etmək istəmirəm. Yəni ki, bilməlisən, öyrənməlisən və bacarmalısan”. 

- Cəmi 23 illik ailə həyatı yaşadınız. Həmin 23 ildə Məhəmməd Əsədov necə bir həyat yoldaşı oldu? Onun bir kişi kimi hansı müsbət keyfiyyətləri sizi qürurlandırırdı və ya hansısa mənfi hərəkətləri var idimi ki, dəyişməsini istəyirdiniz? 

- Məhəmməd Əsədov ilk növbədə xalqının qeyrətli oğlu idi, vətənin sevirdi,  sonra ata-anasının qeyrətli oğlu idi, ata-anasın sevən, hörmət bəsləyən oğul idi, daha sonra həyat yoldaşını istəməyərəkdən almayan insan idi, ailəsini də sevirdi. Tək evlənmək, ailə qurmaq üçün sevgi gərəkmir ki, həyatda hər şeyə sevgi olmalıdır. İşinə, ailənə, qonağa, qohuma, qonşuya, övladına, həyata, Allahın yaratdığı nə varsa onun hamısına sevgi olması mütləqdir. Məhəmməd Əsədovun sevgisi də hərtərəfli idi. Onun sevgisini sözlə deməsinə belə gərək qalmırdı, xalqına, işinə, ailəsinə, övladlarına sadiq idi, məhəbbəti vardı. Məhəmməddə bütün sevgilər tamamlanmışdı. 

- Heç umu-küsünüz olmurdumu?

- Təbii ki, umu-küsüsüz ailə olmaz, ancaq xanım ona deyərəm ki, ailədə olan umu-küsünü heç kimə bildirməsin. Divarlar nə üçündür bəs?! Qadının yoldaşı ilə söz-söhbəti öz aralarında qalmalıdır, qapıdan çölə çıxmamalıdır. Əgər ailənin sirrini bir adam belə bilsə, o ailədən ailə olmaz daha, ailənin təməli laxlayar və nə vaxtsa uça bilər. Bizim ailəmizdə də söz qapıdan kənara çıxmayıb, söz-söhbətimiz olub, elə həmin vaxt qapının zəngi çalınıb, açmışıq ki, qonağımız gəlib və heç nə olmamış kimi qonağımızı qarşılayıb yola salmışıq və sonradan həmin söz-söhbəti də unutmuşuq. Daima səbrli, hövsələli, təmkinli olmağa çalışmışıq. Bəzən narazılığım olurdu və düşünürdüm ki, Məhəmməd gəlsin narazılığımı bildirəcəyəm. Ancaq qapını açanda onun yorğun sifətini gördüyümdə gəlişinə görə dünyanı mənə verirdilər. Deyəcəklərimi də elə oradaca unudardım, bir kəlmə şikayət belə etməzdim. Bir dəfə olsun belə ona narazılıq bildirməmişdim, nəyəsə ehtiyac olduğunu deməmişdim. 

- Daima vəzifələrdə olan həyat yoldaşınızı ola bilməzdi ki, işinə qısqanmayasınız...

- Onun bizə ayırdığı qısa vaxtdan belə məmnun olmuşam. Biz təzə ailə qurandan Məhəmməd Əsədov vəzifədə işləyib. Bir dəfə olsun belə onun nə iş yerinə, nə katibəsinə zəng vurub nəsə soruşmamışam, bir söz deməmişəm. Həm özü ona rəvac verəcək hərəkət etməyib, həm də mən şəxsiyyətimə sığışdırıb onu etməmişəm. Fikirləşirdim ki, zəng etmiş olsam özüm alçalaram. Düşünürdüm ki, əgər boş vaxtı olsa elə bizimlə keçirər də. 

- Məhəmməd Əsədov necə ata idi, övladlarına necə diqqət ayırırdı?  

- Övladlarım da, mən də heç Məhəmməddən doymadıq... Heç üzünü də doyunca görmədik... İşdən o qədər gec gəlirdi ki, uşaqlar həftələrlə atalarını görmürdülər. Saat birdə, ikidə işdən gələrdi, dörddə, beşdə işə gedərdi. Ancaq mən uşaqlara başa salırdım ki, atanız işdədir və elə belə də olmalıdır. Ümidlə yaşayırıq ki, nə vaxtsa qayıdıb gələr və doyunca görərik onu, cavanlığından doymadıq, kim bilir bəlkə qocalığını doyunca görərik... Həyatda o qədər möcüzələr var ki... 

- Ən çox hansı xörəkləri sevirdi, onunçün məxsusi olaraq nə bişirməyinizi istəyirdi? Saat dördə qayıdacağam deyib çıxdığı həmin gün nə bişirmişdiniz? 

-Heç vaxt deməzdi ki, mənimçün hansısa xörəyi hazırla. O, da, mən də, uşaqlar da evdə nə olardısa yeyib Allahımıza şükr edirdik. Heç vaxt “kapriz”i olmayıb. Ancaq bütün kişilər kimi uşaqlığından anasının bişirdiyi nə vardısa həmin xörəklər ona daha dadlı gəlirdi. Həmin gün də dolma bişirməliydim, ancaq içimdəki narahatçılıq xörəyi belə sonacan bişirməyimə imkan vermədi. Qazanda yarımçıq qoyub, durub işə getdim. Qayıdandan sonra da yarımçıq qalmaması üçün başdansovdu büküb atdım qazana. Ürəyimə dammışdı ki, heç o xörək yeyilməyəcək. Daha sonra Məhəmmədin yaxın dostu olmuş dəyərli alimimiz Rafiq Əliyevgilə zəng vurdum. Rəhmətlik həyat yoldaşı Aida xanımla danışdım, “dolma bişirmişəm, axşam bizə gələrsiniz, bir yerdə yeyərik”- dedim. Onda hələ faciə barədə məlumatım yox idi, ancaq sən demə mən özümdən ixtiyarsız olaraq tək qalmamağım üçün onları çağırırmışam. 

- Həmin günlərdə sizə daha çox kimlər dayaq durdu? 

Ardı var...

Rumiyyə Miraslan
Oxşar xəbərlər
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
GÜNLÜK
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu