TƏHLÜKƏLİ “3 R” - RÜŞVƏT, REKET, REYDER...
Köşə
Oxunub: 3351
06 Nov 2015 | 15:50
TƏHLÜKƏLİ “3 R” - RÜŞVƏT,  REKET, REYDER...
“Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər, qəm yatır” (Əli ibn Əbu Talib) 
  

...Bu gün ANAmız Azərbaycanın bağrının başında iki sağalmaz yara var:  biri Qarabağ itkisidir, digəri Korrupsiya ”“ RÜŞVƏT xərçəngi!.. Biri çox solğundu,  rəngi  xəritədə  qaralıb, çünkü  əsrilkdədir,  yadların ”“ yağıların  əlindədir.  Digəri  azadlıqda  çiçəklənən, ildən - ilə pöhrələnən, qol -budağı  şəxalənib  reketə və reyderə çevrilən AÄžAC kimi “gömgöydür”, özü də uşaqdan böyüyə hamının  tanıdığı “dost- doğma” MİLLİ məmurların  əlindədir... Hər iki yaramız sağalmaq bilmir ki, bilmir...  Birincinin  işğaldan AZAD, ikincininsə  ləğv olunacağı  gün MİLLİ BAYRAM KİMİ TARİXİMİZİN SƏHİFƏSİNƏ QIRMIZI RƏNGLƏ YAZILA  BİLƏR! Amma  və  lakin...

Qarabağın sülh yolu ilə işğaldan azad olması təkcə Azərbaycandan asılı olmasa da,   KORRUPSİYA  və  RÜŞVƏTin  ləğvi  birbaşa və yalnız  dövlətin  idarəçilik  -  ölkədarlıq mexanizmdən  çox  asılıdır.

Birmənalı şəkildə qeyd etmək olar ki, rüşvət və korrupsiya Azərbaycana  Qarabğın  işğalı  qədər və hətta  ondan  böyük  maddi  zərərlər  və  mənəvi zərbələr   vurur.  Çünki  o yerdə ki, rüşvət var,  orda   haqdan, ədalətdən qanunun aliliyindən söhbət gedə bilməz! “Püşvətxor bazarda piştaxta arxasında əyləşib pul qazanmır, o dövlətin maraqlarını satır”. Bu fikri Heydər Əliyev öz hakimiyyəti dönəmində  məhz rüşvətxor məmurları nəzərdə tutaraq belə deyirdi. Azərbaycanda isə RÜŞVƏTdən imtina etmənin və ya rüsvətxorluğa qarşı MÜBARİZƏ aparmağın lap yumşaq şəkildə desək, asan məsələ olmadığını  çoxumuz  hələ  ötən əsrin 70-ci illərindən bilirik.  O zaman ki  BÖYÜK  həriflərlə  SSRİ lideri L. İ. Brejnevin “Azərbaycan iri addımlarla irəlliyir” şüarı  gözümzü-dilimizi qabar  eləmişdı.  O zaman ki,  Azərbaycan  kommunistləri  Kremili  özünə  MƏKKƏ bilir,  Leninin   mövzeleyini  “peyğəmbər” məzari  kimi  ziyarət edirdilər.

Aradan xeyli illər ötüb-keçib. Kürsülərdən - ekranlardan və efirlərdən rüşvətxorluğa qarşı  mübarizə   tədbirlərinə aid çoxlu təriflər,  dəbdəbəli  fikirlər səslənib. Lakin sadə xalqın dildə-ağızda dediyi, mətbuatın həmişə gündəmə  gətirdiyi  fikrirləri  nəhayət ki, bu yaxınlarda  Prezident İlham Əliyev də   dilə gətirdi: "Rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”

Məmur özbaşınalığına, haqsızlığına dünyanın hər yerində rast gəlmək olar. Azərbaycanda isə bu, gözgörəsi insan ömrünü gödəldən, qamçılayan və QAYÇILAYAN  prosesdir. Məncə, ölkədə orta yaş səviyyəsinin aşağı düşməsinə səbəb olan hallardan ən birincisi rüşvətxorluq və korrupsiyadır. Əfsus ki, Azərbaycanda bu sağalmaz bəlanın qarşısını almaq məqsədi ilə qurulmuş mabarizə strategiyasını güc strukturları,  xüsusilə,  özləri başda olmaqla yaxınları, doğmaları biznes fəaliyyətilə məşğul olan dövlət məmurları həyata keçirir... Məlum məsələdir ki, ölkə qanunları  məhz  onların əlində  oyuncağa,  MUMa  çevrilir.

Məgər  belə  bir qurumun tərkibində  ictimaiyyətin  bizneslə,  siyasətlə, heç bir  nazir, komitə sədri, icra başçısı ilə qohumluq əlaqəsi olmayan ziyalı nümayəndələri olsaydı, Azərbaycanda  rüşvətxorluq və korrupsiya bu qədər  geniş  vüsət alardımı?   Bu  suala  qəti  və müsbət cavab  vermək mümkün deyil. Ona  görə ki,  80 - illərin sonunda “ilin xalqı” adını qazanan BİR millətin 90-cı illərdə dilində əzbər olan bir fikrini xatırlatmaq istəyirəm: “Tankın və topun qabağında dayananlar, rüşvətin qabağında duruş gətirə bilmədilər...”

Rus xalqının Vladimir Vısotkisi kimi böyük və qüdrətli sənətkar olan, Azərbaycanın  meyxana ustası  Nizami Rəmzinin:

“Qeyrətı, namusu PULA satanlar,
Vətənə xaindir, düşmənlərə YAR...”
misralarının  mayasında   məhz  bu   illərin  böyük   HƏQİQƏTi  dururdu.

Azərbaycanda  kasıblçılığın həddi   bu gün  orta aylıq maaşın  və ya  təqaüdün  az olması ilə bağlı deyil,  birbaşa RÜŞVƏTlə bağlıdır. Sövet dönəmində də rüşvət- baxım-görüm, şirinlik, bəxşiş var idi. Amma Moskvadan- Kremldən qorxub-çəkinən Sovet Azərbaycanının məmurları indiki MİLLİ məmurlar qədər ağ eləmirdilər.  Üstəlik  o zaman səhiyyə xidməti, təhsil,  mənzil  əhaliyə  pulsuz başa  gəlirdi...    

Adına “durğunluq dövrü”  dediyimiz  həmin ZAMAN çərçivəsində inkişaf da olub... Əxlaq da,  mənəviyyatın  və  təbiətin ekologiyası da  indikindən qat-qat yaxşı qorunurdu.  O dövrdə ali məktəb tələbəsi öz stipendiyası ilə  birtəhər yaşaya bilirdi... Bəs indi?!. 

O  dövrdə  SSRİ-də  162 milyon adam  növbəyə dayanmaqla  dövlətdən  pulsuz mənzil almışdı. Bunun da 3-4 milyonu Azərbaycanın payina düşür... Bəs indi  indi?  Bakıda 900  mindən çox mənzil  boşdur. Elə  təqribən o qədər də adam evsiz-eşiksizdir və  kirayələrdə qalır... Kvadrat metri orta  aylıq  maaşdan  3-4 dəfə  baha olan iki-üçü otaqlı mənzil almaq üçün görəsən Azərbaycanda orta insan  ömrü  neçə  il olmalıdır?  100-120  il?

Bu gün  bir məmurun beş-altı və daha çox Bakı  kəndində,  paytaxtın  milyonerlər məhəlləsindəki villası-qəsrləri, xidməti  maşından  əlavə  5-10  maşını,   katibəsindən savayı  beş-altı məşuqə saxlaması,  övladlarının  fironluğu  və s. ilk növbədə  mənəviyyata  və  sadə  insanların  vətənpərvərlik  duyğularına sağalmaz  yaralar vurmurmu?.. Kimin harda göydələnlər tikdirdiyini, şadlıq sarayları, restoranları, mağazalar şəbəkəsi,  şirkəti,   holdinqi, bazarı  olduğunu, övladlarının hansı bahalı inomarkalarda  gəzdiyini və s.  faktlar çoxuna bəllidir.

Bu acı həqiqətlərdən  orta məktəb şagirdinin  də, ali  məktab tələbəsinin də, qul  bazarında  günlərlə iş gözləyən fəhlənin də  xəbəri var! Amma Azərbaycanda çirkli pulların hansı  şəkildə  yuyulmasından, məmurların   öz maaşlarından  1000  dəfə çox  PUL xərcləməsindən  korrupsiyaya qarşı mübarizə aparan idarənin də, antiinhisar qurumlarının  da  güya “xəbəri  yoxdur!!!”. 
     
“Cah-cəlal və ölçüsüz bərbəzək- dövlətin aşkar ölümündən  soraq verir, çünki bu bəlli edir ki, hamı ayrı-ayrılıqda öz mənfəətini güdür, heç kim cəmiyyətin xeyrinə çalışmır” (Fransua de Laroşfuko). MTN və onun ətrafında baş verənlər bu fikrin gerçəkliyindən soraq vermirmi? Neft və milyonlar səltənətində aşağıarın  kütləvi kasıblığına, yuxarların rüşvətxorluğuna, talançılığına bötöv xalqı və ölkəni məhvə sürükləməkdən cəhdindən başaqa nə ad vermək olar?! Xalqın cəsurları, qaziləri göz-görəti acizə dönür, acizləri-qorxaqları  yaltağa, yaltağları  isə  yetki sahibinə, yetki sahibləri də  səlahiyyətli quldura... Bədbəxt o millətdir ki, vətənpərvər ziyalıları, zəka sahibləri cinayət yolu ilə varlanan İŞ adamına möhtacdı, dağ boyda oğullarını qul bazarında ömür-gün çürüdür, haqqaşığı olanları qaçağa, disidentə,  “vecəyaramaz” məxluğa  çevrilir. 

ƏGƏR RÜŞVƏT ALIB -VERƏNLƏ RƏ CƏZA  VERİLSƏ...

Azərbaycan bu gün korrupsiya adlı nəhəng "aysberqlərlə" toqquşan TİTANİK gəmisinə bənzəyir... Son günlərədək QƏM dəryasında QƏRQ olanlar bu bər-bəzəkli gəminin alt hissəsində çalışın,  gözdən uzaq, könüldən uzaq  kasıb təbəqəsi idi. Amma indi növbə “gəminin” yuxarı hissəsinə -  yeraltı-yerüstü sərvətləri  gəmirən varlı təbəqəyə çatır  deyəsən... “Deyəsən” dedim. Çünkü bunun rüşvət mexanizmini ölkədə SAAT kimi quran məmurların hamısının cəzalandırılması mümkünsüzdür.

     5-10 ildən bir tək-tək məmurların (nazirlərin) cəzalandırılması, həbsi kasıbların, maaş umuduna qalan ziyalı təbəqənin  ürəyindən tikan çıxartsa da,  yaltaqlıq xalqın malını yağmalayan rüşvətxor MİLLİ məmurın çoxunun “zirehli yelkənidir”,  “gülləbatmaz köynəyidir”  hələ də... Sadə xalqın gözü nə qədər tərəzi  olsa da,  mətbuat  hədəflərii  nə qədər “sərrast nişan alsa” da,  xeyri yoxdur...  Çünki nəyin bahasına olursa olsun, Titanik ölkəmiz yüksəliş yolundadır: “Siyasət okeanında var gücüylə irəliləyir.”

     Sovet Azərbaycanında  “şanlı ”“şövkətli” dövlət  məmurlarının- NKVD ”“DTK, yəni indiki  MTN-nin sələflərinin Sibirə sürgünə göndərdiyi usdad  şair Hüseyn Cavid otuzuncu illərdə deyirdi:

...Yurdu sarmış qabalıqla yaltaqlıq,    
yüksəliş varsa, səbəb alçaqlıq...

Azərbaycanda mənəvi və fiziki  zorakılıqlar  sadə xalqın taleyinə  məmur  laqeydliyindən başlanır. Rəhmətlik Baba Pünhanın sözünü də özü kimi “qərinçiliyə” saldıq: “Hər kəs özlüyündə iqtidar olsun gərək, Nəfsinə daim müxalif, haqqa yar olsun gərək...” Amma müxalif fikri, müxalifəti  özünə düşmən bilən iqtidar öz NƏFSİNƏ necə müxalifət ola bilrər? Normal cəmiyyətlərdə müxalifət  iqditarın ağrıyan  vicdanı sayılır. Eləcə də  müxalif  fikirləri  sərgiləyən  KİV-lər də.  Prezident özü də  etiraf edir:  “Məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir”

Bəli, azad  mətbuat. Demək  ölkədə  korrupsiyalaşmış  MƏMUR heyətinin  himayəsindəki  mətbuat  azad  deyil,  ya  da  ancaq  tərifnamələr, mədhiyyələr  yazmağa  qadirdir. Sirr deyil ki,  düz  SÖZü dilə gətirənlər  daim  həqiqəti “peşəkarcasına” dananlarının ”“ xüsusilə də qəlblərində Allah xofu olmayan məmurların  mənəvi  və  fiziki  təzyiqlərinə məruz  qalırlar...   

Dövlət başçısı  bu  günlərdə Şəkidə Məhkəmə binasının açılışında  qeyd edti ki, sahibkarlardan külli miqdarda rüşvət alınıb: “Bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir...”

 Sahibkarın eləcə də vətəndaşın əlindən hədə-qorxu yolu ilə əmlakın, vəsaitin  alınması  əslində  reket  yox, REYDERçılıkdi.  Reyder  - qəsbetmə  mexanizmidir (ingiliscə raider ”“ basqın edib ələ keçirmək deməkdir).  Biznes aləmində  hər hansı güc və səlahiyyət sahibi vətəndaşın, şirkət sahibinin, mülküyyətçinin  iradəsini  nəzərə almadan, faktiki olaraq oranı ələ keçirir.  XX əsrin əvvəllərində ABŞ-da Rokfeller ailəsi bu qəsbetmə mexanizmindən yararlanaraq nəinki milyader olmuş, hətta onlar və onlara yaxın adamlar müxtəlif vaxtlarda  ABŞ-da prezident, vitse ”“prezident, dövlət katibi, ticarət naziri,  müsafiə  naziri və  bir neçə  ştartın qubernatoru  olmuş, MKİ ”“də, Senatda və ABŞ Konqresinin Nümayəndələr Palatasında nüfuzlu vəzifələr  tutmuşlar...

Əgər  bu gün Azərbaycanda Cinayət Məcəlləsinin 311 və  312-ci  maddələri  tətbiq olunsa, yəni  rüşvət alana və verənə cəza verilsə  onda ölkə ahalisinin 80-90 faizi  həbs  olunar. Çünki  doğum evində  İNSAN  doğulandan   ta  qəbristanlıqda  məzar yeri alanacan  RÜŞVƏT alınır...  Və  hamı   bu mexanizmdə  iştirak edir.  Dövlət  başmısının dediyi kimi6 “Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir...”

Dövlətimiz xalqdan arxayındır. Əmindir ki, xalqan ona ziyan gəlməz! Xalq  dözümlüdür. Amma müxalifət dözümsüzdür! Fəqət  bu ölkədə müxalifət deyilən bir qurum demək olar ki, YOXdur, daha doğrusu iqtidarda  olanların əksəriyyəti iqditar kürsüsündə, müxalifətdə olanların hamısı müxalifət kürsüsündə “qocalıb-qartıyıblar”. Amma çox əfsus ki, bu ökədə  müxalifətdən  çox ”“çox uzaq olsa da,  dövlət məmurlarının əməllərini  görüb susan ziyalılar ordusu da çoxdur... Xüsusilə,  adının qarşısında xalq şairi, xalq yazıçısı, xalq rəssamı, xalq artisti kimi fəxri adları daşıyan  ziyalıların susmağı  “qızıl” sayıla  bilməz!

Rüşvətin - Korrupsiyanın çoxluğu sırf əxlaqın qıtlığı ilə bağlıdır, əxlaqın yoxluğu isə cəmiyyəti  hələki  düşünən,  gördüyünü duyan, dərk etdiyi gerçəyi  dilə gətirməkdən çəkinən zəka sahibləri təbəqəsini dağıdır. Son 20 ildə  haqsızlıqdan bağrı çatlayan, ağzına güllə sıxılan ziyalılar azmı olub bu məmləkətdə? Axı  vaxtilə  rüşvətin  geniş  vüsət  aldığı  qonşu  Gürcüstanda  bu gün  bu BƏLANIN  ləğvi barədə niyə  ağız dolusu danışılır,  bizdə yox???

Bəs həqiqəti yazan, haqqı - ədaləti axtaran, normal insan kimi yaşamaq istəyən, fəqət ağıllı təklifləri-düşüncələri “qulaqardı” edilən ziyalı kimə pənah aparsın, hansı  ədalətli hakimə sığınsın? “Aşıq gördüyünü cağırar” məşhur el məsəli niyə yuxarılarda qıcıq doğurur axı? Burada rus şairi Blokun “Şairə (lap elə yazıçıya, jurnalistə də - N.Ə.) yazdığı hər şeyı bağışlamaq olar, təkcə yaşadığı zamanın RUHUNU təhrif etməkdən savayı” kəlamını xatırlatmaq istərdim. Gəlin 9  milyonluq Azərbaycan xalqını  firavan yaşamatmağa  qadir  olan  müasir zamanın ”“vaxtın, dövlətimizin və dövlətçiliyimizin  RUHUNU tərif  etməyək!

Yazıma Həzrət Əli əleyihissəlamın sözü başladaım, elə o müdrük, ədalətli  dövlət xadiminin sözü ilə də “Təhlükəli “3 R” haqqında yazıma nöqtə qoyuram:  “Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir”.
Oxşar xəbərlər
22:18, Bu gün
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
22:15, Bu gün
Hacıqabul sakinini gürzə sancıb
22:12, Bu gün
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
GÜNLÜK
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO