Ermənilər Xudu Məmmədovu necə öldürmək istəyirmiş?
Oxunub: 5824
15 Oct 2015 | 12:42
Ermənilər Xudu Məmmədovu necə öldürmək istəyirmiş?
(Bu yazını "Təzadlar"ın arxivindən böyük alim Xudu Məmmədovun xatirəsinə ərməğan edirəm)

...Dünya şöhrətli alim Xudu Məmmədov barədə çoxsaylı fikirlər və mülahizələr var. Onun elmlə sənətin, insanlıqla mədəniyyətin və mənəviyyatın vəhdəti barədə fikirləri həmişə aktual olub. Mən Xudu müəllimin barəsində deyilməmişləri deməmişdən əvvəl onun yazıb-yaradan, həm də yaradıb-yazan bir alim, ictimai xadim kimi həyat fəlsəfəsi barədə danışmaq istəyirəm. Çünki biz adətən Xudu Məmmədovu alim kimi tanıyırıq. Amma Xudu müəllim nə qədər böyük alimiydisə, bir o qədər də böyük ürəyə sahib bir vətənpərvər, millətini və xalqını, dövlətini, torpağını sevən sadə bir insan idi. Onun vətən, dövlət sevgisinin sərhədi yox idi-Azərbaycanı azad və müstəqil görmək arzuları kimi... Fikirlərimi izah etmək üçün Xudu müəllim haqqında Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadədən eşitdiyim bir xatirəni bu məqamda xatırlamaq, məncə, lap yerinə düşər. Bəxtiyar müəllim danışırdı:

...70-ci illərin əvvəllərində Xudu Məmmədov və Nurəddin Rza bizə gəlmişdilər... Novruz bayramı günləri idi. Bayram süfrəsi ətrafında hərəmiz ürəyimizdə tutduğumuz bir arzu barədə bir-bir danışmağa başladıq. Əvvəlcə mən danışdım. Dedim, ən böyük arzum budur ki, Azərbaycan İstiqlalına daha tez qovuşsun, Türk dünyasının birliyi bərqərar olsun... Sonra Nurəddin danışdı... Dedi ki, ən böyük arzum Azərbaycanı azad və müstəqil, o taylı, bu taylı bütöv görməkdir...

Nəhayət, Xudu danışdı. Dedi, ən böyük arzum budur ki, bir də görüm günlərin birində qapımız bərk döyülür... Gedib açanda görüm ki, qapının ağzında əlində süngülü tüfəng tutmuş türk əsgərləri dayanıb. Desinlər ki, əfəndim, bu mənzil Xudu Məmmədovundurmu? Deyim ki, bəli, Xudu Məmmədovundur! Soruşsunlar ki, kommunist Xudu Məmmədov sizsiniz? Deyim ki, bəli, mənəm... Sonra tüfəngi mənə tərəf çevirsinlər və desinlər ki, əllər yuxarı, biz gəlmişik Azərbaycandakı sonuncu kommunist Xudu Məmmədovu güllələməyə...

***

...Məncə əlavə şərhə ehtiyac yoxdur. Çünki Xudu müəllim bəlkə də bu kiçik görünən arzusunun içində böyük bir siyasi anlamda Allahdan diləyirdi ki, bir gün SRRİ dağılmış olsun, sərhədlər açılsın, türk əsgərləri Azərbaycana gəlsin, Bakıda əli silahlı sərbəst gəzsinlər və Bakıdakı sonuncu kommunisti güllələsinlər... Onda kimin ağlına gələrdi ki, bundan neçə illər keçəndən sonra Xudu müəllimin həmin arzuları çin olacaqdı-SSRİ dağılacaqdı, kommunist partiyası süqut edəcəkdi, Azərbaycan Müstəqillik Aktını qəbul edəcəkdi... Amma heyiflər olsun ki, Xudu Məmmədov bunları görmədi, lakin bunları görən bizlərdən fərqli olaraq bizdən neçə illər əvvəl arzulamış və bununla da o günlərin tezliklə gələcəyinə ilahi bir işarə vurmuşdu...

***

...Xudu Məmmədovla eyni kənddən idik, qohumluğumuz var idi... Onun Mərziliyə hər gəlişi bir bayram idi. Ən maraqlısı budur ki, kəndə gəlişi ilə gedişindən kimsənin xəbəri olmazdı, quş kimi uçub yox olurdu. Gəlişini kimsəyə qabaqcadan xəbər yetirib əziyyət verməzdi, amma hamının əziyyətini çəkməyə gəlirdi, qayğısı ilə maraqlanırdı. Onu Bakının elmi fəaliyyətdən ayırıb Qarabağın adi bir kəndinə çəkib gətirən qüvvə torpağa və bu yurda-Azərbaycana olan dəlicəsinə sevgisi idi. Onun həyatı sonralar da elə bu sevginin qurbanı oldu.

Rəhbəri olduğum “Təzadlar” qəzetinin adını da Bəxtiyar Vahabzadə, Famil Mehdi, Məmməd Araz və Xudu müəllimin yaxın qohumu, dostu, tələbəlik-gənclik dostu Yusif Səmədov, professor İlham Rəhmov, mərhum komandir Rövşən Cavadov qoymuşdular... Xudu müəllimin ən çox sevdiyi bir ifadə, ad idi-Təzadlar!

Qarabağ hadisələri başlayanda isə Xudu müəllimin özündən asılı olmayan bir həyacanlı günləri başlamışdı. Mən həmin dövrdə Dövlət Neft Akademiyasının tələbəsi olaraq Xudu müəllimlə tez-tez görüşürdüm və hər dəfə də onun Ağdamda olduğunu eşidirdim... Həmin dövrlərdə təxminən 150 il əvvəl Azərbaycana Türkiyə və İrandan köçürülmüş ermənilər Xankəndində etirazlara qalxıb müstəqil dövlət qurmaq istəyirdilər. Kütləvi etiraz tədbirləri başlamışdı. Xudu müəllim onların bu yersiz və əsassız iddialarını, həmçinin ermənilərin Qarabağ bölgəsinə köç tarixini və s. sənəd və sübutlarla izah edən məqalələrlə ölkə və İttifaq mətbuatında çıxışlar edirdi. Ermənilər yaxşı başa düşürdü ki, Xudu müəllim dünyada tanınan bir alim və söz sahibi idi. Və onun adi bir tarixi faktı ortaya qoyması ermənilərin sərsəm iddialarını alt-üst edə bilərdi. Odur ki, xain ermənilər onun fiziki məhvinə hazırlıqlar görməli idilər. Sən demə, görürmüşlər də.

Təbii ki, biz həmin dövrlərdə bunları bilə bilməzdik... Bu yaxınlarda ermənilərin Xudu müəllimi necə fiziki cəhətdən məhv etmək üçün hazırlıq gördüyünü və planlar cızdığını sübut edən olduqca unikal bir sənəd əldə etdik. Rusiya EA-nın həqiqi üzvü, görkəmli kimyaçı alim, akademik Yuri Timofeyeviç Struçkova həsr olunmuş və 2005-ci ildə Moskvada nəşr edilmiş “Çelovek, kotorıy ne umel bıtğ ravnoduşnım” (“Biganə qala bilməyi bacarmayan insan”) kitabında görkəmli Azərbaycan alimi Xudu Məmmədovun haqqında indiyədək bilmədiyimiz sensasiyalı faktlar var. Kitab Rusiya Elmlər Akademiyasının sifarişi əsasında çap olunub. Kitabda dünyanın bir çox tanınmış alimləri və onların elmi fəaliyyəti haqqında yazılar yer alıb, o cümlədən Xudu Məmmədovun da haqqında. Kitabın ayrı-ayrı səhifələrində Xudu Məmmədovun elmi fəaliyyəti, onun Azərbaycan elm və ictimai fikrində tutduğu yer və s. haqqında indiyədək bilmədiyimiz olduqca maraqlı faktlar da açıqlanır.

Budur, Y.Struçkovun həyat yoldaşı, xanım İ.S.Axrem ərinin yazıb çap etdirə bilmədiyi, indi özünün redaktorluğu ilə nəşr olunmuş (Y.Struçkov sağlığında yazsa da, tərtib edərək kitab şəklində sona çatdıra bilməmişdir) kitabının 464-cü səhifəsində həyat yoldaşından bəhs edən xatirəsində yazır: “...Yuranın Azərbaycanda çoxlu dostları və alim yoldaşları var idi. O, Xudu Surxay oğlu Məmmədova xüsusi rəğbət bəsləyirdi. Bu bəstəboy insan öz xalqını və ölkəsini dəlicəsinə sevirdi. O, vaxtilə Azərbaycan EA-nın prezidentinə müxalif mövqedə olmuşdu. Onu bu mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən məhrum etmişdilər. Lakin şükürlər olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən sonra onu laboratoriya müdiri vəzifəsinə bərpa etmişdilər... Yura çox maraq və istəklə danışırdı ki, “Xudu İngiltərəyə elmi ezamiyyədən qayıdanda özü ilə iki çemodan kitab gətirmişdi. O, Azərbaycan xalqının milli ornamentləri ilə maddələrin atom quruluşu arasında paralellik apararaq elmi bağlılıq axtarıb tapmışdı. Hansı ki, məşğul olduğu sahə də kristalloqrafiya idi. Mən şəxsən onun ornamentlərdən ibarət bir kitabını görmüşdüm, hansı ki, “Azərbaycanın Eşeri” olan Xudu Məmmədov tərəfindən yazılıb-tərtib olunmuşdu. Heç bir elmi məşğələ, heç bir inzibati qərar və ya ailə problemləri onu Azərbaycanın hansısa ən ucqar bir rayonunda xəstələnmiş və onu arzulayan qohumu ilə, yaxud bir çobanla belə görüşünün qarşısını ala bilməzdi... Xudu heç vaxt bu insanların ölümqabağı onu görmək arzularını gözündə qoymazdı... Onun yanına hər cür insanlar gələrdilər, kömək almağa, məsləhətləşməyə. Yeri gəlmişkən, Xudunun adı da rus dilinə tərcümədə “əl tutan, xeyirxah” mənasını ifadə edir...””.

Nəhayət, kitabın 466-cı səhifəsində Xudu Məmmədov haqqında daha bir maraqlı hissə var: 1980-ci illərin sonlarında baş verən hadisələrdən, milli münaqişələr haqqında danışan müəllif İ.S.Axrem, həyat yoldaşı, görkəmli alim Y.Struçkovun dilindən yazır: “...SSRİ məkanında və Qafqaz ölkələrində faciələr yaşanırdı... Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı “Erməni xalqının düşmənləri” siyahısına salınmışdı. Lakin ermənilər heç cürə onu öldürməyə macal tapa bilmədilər. Çünki Xudu Məmmədov 1988-ci ildə qəflətən ikinci infarkdan dünyasını dəyişdi...”.

Bu faktlar bir daha sübut edir ki, Xudu Məmmədov 1987-88-ci illərdə Rusiyada və Azərbaycanda rusdilli mətbuatda ermənilərin İrəvanda və Dağlıq Qarabağda qaldırdıqları milli münaqişələrə, əsassız torpaq iddialarına sərt tənqidi yazıları və tarixi-elmi əsaslandırmaları ilə cavab verdiyindən ermənilər onun adını “erməni xalqının düşməni” kimi ölüm siyahısına daxil ediblərmiş. Lakin göründüyü kimi, terrorçular onu məhv etməyə macal tapmamışdılar. Çünki Xudu Məmmədov öz əcəli ilə də düşmənə bu imkanı verməmişdir!

Allah rəhmət eləsin!

Sonda: bu dəyərli faktları özündə əks etdirən kitabı redaksiyamıza çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun əməkdaşları, Xudu Məmmədovun tələbələri-İmaməddin Əmiraslanova və Vaqif Qasımova dərin minnətdarlığımı bildirirəm.

Asif Mərzili

Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 00:46
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Apr 2024 | 00:47
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 00:51
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?