Dayısı şəhid olan qıza namaz öyrətmək
Oxunub: 4898
14 Oct 2015 | 16:53
Dayısı şəhid olan qıza namaz öyrətmək
Hər il mayın axırı ”“ dərslər qurtaran kimi atamız bizi rayona göndərirdi. Onun arvad-uşağı başından eləmək bəhanəsi məktəblər bağlanar-bağlanmaz hazır olurdu: “Gedin bir az dincəlin, uşaqlar bu istidə bişməsin”.

Uşaqlar bir-birinə tez isnişir, rayona gedən kimi ordakı yaşıdlarıma qoşulub bütün-günü futbol oynayır, alma oğurluğuna, göldə çimməyə, balıq tutmağa gedirdim. Uşağın beyni ağ kağız olur ”“ onların bütün danışdıqlarını, söz-söhbətlərini, hətta söyüşlərini də beynimə köçürürdüm. Hər dəfə bir ayıb söz işlədən kimi anam dəli olurdu, qardaşıma hirslənirdi:

”“ Ay bala, bu yetimi niyə gözündən qoyursan? Bütün günü çayxanada futbola baxırsınız, apar sənin yanında olsun dana! Burdakılara qoşulub ağzına gələni danışır. Bakıya qayıdanda biz bununla nağaracağıq? Ağlınız bura getməsin, sabah məktəbdə birinin anasına söyəcək, camaat üstümüzə sürəyə gələcək!

Qardaşım məni özüylə çayxanada futbola baxmağa aparmırdı. Yəqin onlar da öz aralarında mənim hamının yanında söydüyüm söyüşləri söyürdülər.


Belə günlərin biriydi, parkda futbol oynayırdıq. Qardaşım dindar dostu ilə kənarda oturub bizə baxırdı. Mən yenə başlamışdım: Ona ana, buna bacı, o birinə nənə...

Rayon uşaqları mənə tərs-tərs baxır, sonra üzlərini çevirib baxışları ilə qardaşıma şikayət eləyirdilər. O da mənə əsəbiləşirdi:

”“ Yaxşı, sən bir də futbol oynamaq görərsən, dayan!


Heç nə vecimə deyildi, söyüş söyməkdə özümə korluq vermək istəmirdim.

Oyun qurtaran kimi qardaşımın dostu məni yanına çağırdı:


”“ Gəl görüm bura, sən niyə belə çox söyüş söyürsən, hə?

 
”“ Baxışlarımla qardaşımdan kömək istədim, onun məzəmmət dolu nəzərləri altında əzilib, başımı aşağı saldım. Dindar oğlan davam elədi:


”“  De görüm kəlimeyi-şəhadətini bilirsənmi?

 
Kəlimeyi-şəhadətin nə olduğunu bilmirdim. Ancaq adından nəsə dinlə bağlı olduğunu hiss elədim.

 

”“ Sənnənəm dostum, de görüm, kəlimeyi-şəhadətini bilirsənmi?

 
”“ ...

 
Bax görürsənmi, kəlimeyi-şəhadətini bilmirsən, amma bu boyda söyüş bilirsən. Sənin kimi ağıllı oğlana yaraşarmı bu? Hər müsəlman kəlimeyi-şəhadətini bilməlidir. Axşam evdə ol, səni özümlə məscidə aparacam. Yaxşımı?

 
”“ Yaxşı.

 

Mömin oğlanın mənimlə mehriban danışmağından ürəkləndim.

 
Axşam qardaşımın dostu gəlib məni evdən götürəndə anamgil yüz yetmiş altı dəfə tapşırdılar ki, uşaq şəhərdən gəlib, gecə məsciddən qayıdanda məni düz evə kimi ötürsün. Buraları tanımıram, birdən gecə it tutar. Mömin oğlan bütün inanclı insanlara xas rahatlıqla, üzündə təbəssümlə onları razı saldı, məni özüylə götürüb məscidə apardı.

 
İndiyədək rayon məscidinin həyətində olmamışdım. Ancaq günortalar ”“ bir iki dəfə göldə çimməyə gedəndə buranın həyətindəki bulağı, zoğal, tut ağaclarını, qızılgülləri görmüşdüm. Yayın cırhacırında göldə çimməyə tələsən uşaq üçün bir ins-cins olmayan məscid həyəti nə qədər maraqlı ola bilərdi?

 
Biz gələndə məğrib namazının azanına 10-15 dəqiqə qalırdı. Həyət mənə nağıllar aləmi kimi gəldi. Günorta gördüyüm məscid getmiş, əvəzinə sirli-sehirli bir dünya gəlmişdi. Bulağın suyunun səsi, bağçadakı lampalardan düşən işıq, təsbeh dənələyən əbalı, saqqallı möminlər, fəsli cavanlar, dəstəmazxananın qabağındakı dindarlar... Ağzım açıq qalmışdı.

”“ İndi gedək namaza, sonra sənə kəlimeyi-şəhadət öyrədəcəm.

 
Mömin tapşırdı ki, namazda bir kəlmə də danışmayım və hamının elədiyi hərəkətləri təkrar eləyim. Dediklərinin hamısına əməl elədim. Namaz vaxtı insanların elədiyi hərəkətlər, ərəbcə oxunan həzin surələr, imamın avazı məni ovsunladı.

 
Məğrib namazından sonra adamlar bir-bir imama yaxınlaşır, onun əlini sıxıb deyirdilər:


”“ Allah qəbul eləsin!

 
İmam cavab verirdi:

 
”“ Əcməin!

 
Mən də əlimi uzatdım. İmam gülümsəyib əlimi sıxdı, başımı sığallayıb, saçımdan öpdü.
Evimizin beş addımlığında belə bir yer var imiş, ora gecələr belə rəngə boyanırmış və mənim indiyədək bundan xəbərim yox imiş. Bu necə ola bilərdi?
O gündən məscidə könül verdim. Yaşıdlarımdan ayrıldım, bir də onlarla nə futbol oynamağa, nə də göldə çimməyə getdim.

 
***

 
Dostuma məscidin həyətində balaca bir otaq vermişdilər. Adını da qoymuşdular mədrəsə. O, həftədə üç dəfə dərs keçirdi. Dərslərin ikisi “Quran”, biri isə peyğəmbərin həyatı və din dərsləri idi. Hərəmizə də bir ağ fəs bağışlamışdı.

 
Hamıdan həvəsli mən idim. Artıq məscidə özüm gedib-gəlməyə başlamışdım. Dərs günləri mömin oğlanın bağışladığı ağ fəsi başıma taxır, “Quran” əlifbasını bağrıma basır, (məsciddə bizə öyrətmişdilər ki, ərəb hərfləri “Quran” hərfi olduğuna görə müqəddəsdir, onu göbəkdən aşağı tutmaq olmaz. Ona görə əlifbanı bağrımıza basırdıq) məscidə yollanırdım.

 
Yoldaşlarım məni görən kimi “molla gəldi” deyib lağa qoyurdular. Onların sözlərinə, atmacalarına əsəbiləşsəm də, dərsə gecikməyim deyə, fikir vermir, addımlarımı yeyinlədirdim.

 
Çox həvəsli idik. Bəzən dərsdən sonra qalır, mömin oğlanı sual yağışına tuturduq. Bir dəfə uşaqlardan hansısa qayıtdı ki, biz Bakıda olanda Mirmövsüm Ağa ziyarətinə getmişdik, orda qurban kəsdik.
Mömin oğlan güldü:

 
”“ Uşaqlar, siz namazı öyrənin, “Quran”ı öyrənin, böyüklər ziyarətə gedəndə onlarla getməyin. Mirmövsüm Ağa söhbəti şiələrin nağıllarından biridir. Belə yerlərə getmək adamı şirkə apara bilər.

 
”“ Bütün sinif xorla soruşduq:

 
”“ Şirk nədir?

 
Mömin bir az tərəddüd elədi:

 
”“ İnşallah, başa salaram. Hələ sizə tezdir.

 
Sual dolu baxışlarımız onun inadını qırdı:

 
”“ Şirk, uşaqlar, Allaha şərik qoşmaq deməkdir, yəni elə yerlərə gedəndə bir az ehtiyatlı olmalıyıq. Allah sübhanə və təala “Quran”da deyir ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.

 
”“ Cinləri?! ”“ heyrətlə soruşduq.

 
Mömin davam elədi:

 
”“ Cinlər iki yerə ayrılır. Müsəlman cinlər, kafir cinlər. Allah cinləri və insanları yaradıb ki, yalnız ona ibadət etsinlər, yalnız ona şükr etsinlər.

 
Günorta namazından sonra başlayıb, bir saat yarım çəkən dərsimiz şirk söhbətinin sayəsində düz əsr namazına qədər davam etdi. Uzun-uzadı sual-cavabdan sonra məlum oldu ki, Mirmövsüm Ağa, Seyid Lazım Ağa, Sarı Seyid, Qərib Seyid söhbətləri boş şeylərmiş, şiələrin uydurmasıymış. Belə yerlərə gedən adam Allaha şərik qoşmuş sayılır.

 
Söhbət bir-iki günün içində böyüdü, hətta bəzi valideynlər uşağın qolundan tutub məscidə gəldi. Axund qəzəbli valideynləri birtəhər sakitləşdirəndən sonra elan elədi ki, mədrəsə bağlanıb. Bundan sonra məsciddə ancaq namaz qılınacaq. Sakitcə gəlin, namazınızı qılın gedin, vəssalam!

 
***

 
Mədrəsəmiz bağlansa da, məscidə olan həvəsim ölməmişdi. Hər gün məğrib namazından əvvəl məscidə gedir, həyətdə oturub, azanı gözləyirdim. Azan çəkiləndə gözüm mədrəsinin ağzına vurulan qıfıla dikilirdi, gözləyirdim ki, qıfıl açılsın. Sonra da alayarımçıq öyrəndiyim surələrin qolunu-qanadını qıra-qıra, böyüklərin hərəkətini təkrar eləyə-eləyə namazlarımı qılırdım.

 
Məktəbi bağlanan oğlan yenə məscidə gəlib-gedirdi. Mən onu görəndə ürəyim atlanırdı, özümü üstünə atır, suallar yağdırırdım.


***

Bir axşam namazdan qayıdanda gördüm ki, bizdə qonaq var. Bir qadın və məndən bir az böyük olan qız stolun arxasında ”“ anamla qabaq qənşər oturmuşdular.

 
Anam məni görən kimi səsini başına atdı:

 
”“ Balama qurban olum, balam namazdan gəlir. Gəl ömrüm-günüm, gəl o “kulfallahı”ı de, Sayalı xalannan qızı eşitsin!

 
Anamın mənim namaz qılmağımı hamının içində deməyindən həm narahat oldum, həm də nə gizlədim, gizli-gizli həzz aldım. Mən yaşda hər gün məscidə gedən, namaz qılan, hər gün məscidin axundunun əlini sıxan uşaq demək olar ki, tapmaq olmazdı. Mədrəsəyə bir-iki gün həvəs göstərən uşaqlar da məşhur davadan sonra valideynlərinin qorxusundan o tərəflərə hərlənmirdilər.

 
Yaşıdlarım içində karateyə gedən var idi, rəqsə gedən var idi, ingilis dilinə gedən var idi, amma məscidə gedən bircə mən qalmışdım.

 
Anamın rəfiqəsi üzümdən öpdü:

 
”“ Bıyy, az, bunun papağına qurban olum!

 
Evə gələndə qapının ağzında fəsimi çıxarmaq yadımdan çıxmışdı. Tez-tələsik çıxarıb cibimə dürtüşdürdüm. Anamgil gülüşdülər.

 
Oğrun-oğrun qıza baxdım. Onun gülməməyi, məni xeyli ürəkləndirdi, keçib üzbəüz oturdum. Anamgil bizi unudub öz söhbətlərinə qayıtdılar. Arvad dil boğaza qoymurdu:

 
”“ Dedim, əlim Allahın ətəyindədi, mən bu işdə bircə Allah deyib durmuşam. Bircə dədəm ordan sağ çıxsın, canımı o göydəki kişiyə qurban demişəm. Başqa heç nə istəmirəm. Doxtur ki, çıxıb dedi, yaxşı keçdi, narahat olmuyun, dedim, yığışın gedək, Şüvəlana, Mirmövsüm Ağada qurban kəsəcəm!

 
Mirmövsüm Ağa adını eşidən kimi özümü saxlaya bilmədim:

 
”“ Mirmövsüm Ağaya getmək şirkdi!

 
Sözün ağzımdan çıxmağıyla peşman olmağım bir oldu.  Üzümü çevirib qıza baxdım, tez də başımı aşağı saldım. Gözüm onun toppuş ayaqlarına sataşdı.

 
”“ O nədi elə, dərdin alım?! ”“ anamın rəfiqəsi soruşdu.

 
”“ Səyləmə ə! Dünənki uşaqdı, başımıza molla kəsilib. ”“ Anam üstümə çəmkirdi.

 
Qızın yanında məni utandırdığına görə ona qəzəbləndim.

 
Arvad bir şey başa düşməyib üzünü anama tutdu:

 
”“ Nə deyir bu?

 
”“ Heç nə, meçiddə öyrədiblər ki, seyid ocağına-zada getməyin. Allahdan istəyin.

 
Qonağımız səsini bir az da yumşaltdı:

 
”“ Dərdin alım, biz ora gedib demirik ki, ay Mirmövsüm ağa, bizə filan şeyi var, biz orda deyirik ki, ay Allah sənə qurban olum, filan şeyi filan elə.

 
”“ Nəsə, fikir vermə, dalını danış.


Anam mənim söhbətimi açılmamış bağladı.

 
”“ Şirk nədi ki? ”“ incə bir səs qulaqlarımda cingildədi. Toppuş ayaqlı qızın səsi idi.

 
”“ Şşşirk, şşşşrik, şşşşriikkk... ”“ dilim topuq çaldı.

 
Tez özümü cəmləyib, cavab verdim:


”“ Şirk Allaha şərik qoşmaqdı. Kim Mirmövsüm Ağa ziyarətgahına gedirsə, Allaha şərik qoşur. Belə yerlərə gedəndə ehtiyatlı olmaq lazımdı. Allah “Quran”da deyir ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.

 
”“ Cinləri? ”“ qız heyrətlə soruşdu.

 
Onun marağı məni sevindirdi. Əvvəlcə anamgilə baxdım, bizə qulaq asmadıqlarına, başlarının qeybətə qarışdığına əmin olandan sonra üzümü qıza tutdum:

 
”“ Cinlər iki yerə ayrılır. Müsəlman cinlər, kafir cinlər. Allah cinləri və insanları yaradıb ki, yalnız ona ibadət etsinlər, yalnız ona şükr etsinlər.

 
Sonra üzümə müdrik görkəm verib, qızın gözünü bir az da qırmaq istədim:

 
”“ Mirmövsüm Ağa, Seyid Lazım Ağa... Bunlar hamısı şiələrin uydurmasıdı. Dində belə şeylər yoxdur. İnşallah başa salaram, hələ sənə tezdir.

 
”“ Sən namaz qılırsan? ”“ qız soruşdu.

 
”“ Hə. ”“ lovğalandım.

 
”“ Hər gün məscidə gedirsən?

 
”“ Hə. ”“ bir az da çox lovğalandım.


Qız azca fikirləşib soruşdu:

 
”“ “Quran” kitabını oxumusan?

 
”“ Hə.


”“ Hamısını?

 
”“ Hə, hə!

 
”“ Axı o yekə kitabdı. ”“ gözlərində inamsızlıq yarandı.

 
”“ Hamısına yaxın oxumuşam.

 
Birdən qızın üzündə təbəssüm yandı:

 
”“ Sən bilirsən, mənim dayım cənnətə gedib!

 
”“ Hardan bilirsən? Onu bilmək olmaz, belə şeyləri ancaq Allah bilir!

 
”“ O şəhid olub, şəhidlər cənnətə gedir!

 
Mömin oğlan bizə bu barədə heç nə deməmişdi.

 
Bir az susduq. Mən onun gözlərinə, əllərinə, toppuş ayaqlarına baxdım.

 
Sükutu qız pozdu:

 
”“ Sən mənə namazı öyrədə bilərsən?

 
”“ Namazı?

 
”“ Hə də, deyirsən hər gün namaz qılıram.

 
”“ Öyrədərəm! ”“ qətiyyətlə dedim.

 
Qız sevindi:

 
”“ Mən anama deyəcəm ki, bura tez-tez gələk. Tez-tez gələrik, sən mənə namaz öyrədərsən.

 
”“ Yaxşı. ”“ ürəyim əsdi.

 
O qızın bir də gələcəyi gündən ötrü indidən darıxmağa başladım.

 
Axşam qonaqlar gedəndən sonra anamdan soruşdum ki, bu qızın dayısı doğrudan şəhid olub? O, mənim sualıma sualla cavab verdi:

 
”“ Sən hardan bilirsən, özü dedi? Qəşənq qız idi idi elə? Alımmı sənə? ”“ anam əlini paçamın arasına atıb şaqqanaq çəkdi.

 
Utandığımdan boynum-başım od tutub yandı.

 
***

 
Məğrib namazından qabaq məscidə getmişdim. Bir az gözləyəndən sonra mömin oğlanın gəldiyini gördüm. Qaça-qaça gedib, qabağını kəsdim. O, əvvəl dəstəmaz almağa tələsdiyini dedi. Şəhidlər haqqında soruşduğumu eşidəndə isə duruxdu. Şəhidlər, şəhidlik barədə danışmağa başladı: “Əmmar Yasirin atası və anası, Həzrəti Həmzə, Həzrəti Əli...”

 
Mən onun danışdıqlarından ancaq adları başa düşürdüm. Və düşünürdüm ki, görəsən, bu adamların hansı o qızın dayısıdı?
Oxşar xəbərlər
14:12, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
GÜNLÜK
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi