Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib
Qarabağ
218
12:52, Bu gün

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Birinci Qarabağ müharibəsi zamanı 3 999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, altı nəfər isə 44 günlük Vətən müharibəsində itkin düşmüş sayılır.
 
Moderator.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
 
Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 3 218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri qoca olub. İtkin düşənlərin 3 711-i kişi, 288 nəfəri qadındır.
 
İkinci Qarabağ müharibəsində itkin düşmüş altı nəfərin isə hamısı hərbçi olub.
 
Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.
 
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları ekshumasiya edilib, onlardan 11 nəfəri aprel ayı ərzində aşkar olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər