İntiqam Qasımzadə: “Türkiyədə bir aktyora verilən pula bizdə bir film çəkilir” - MÜSAHİBƏ + FOTO
Oxunub: 2912
25 Mar 2024 | 17:12
İntiqam Qasımzadə: “Türkiyədə bir aktyora verilən pula bizdə bir film çəkilir” - MÜSAHİBƏ + FOTO
“Bu günün ədəbiyyatında geniş mütaliə, özünə qədər olan böyük ədəbiyyatı öyrənmək, bir də zəhmət çatışmır”.
 
Bu sözləri Oxu.Az-a müsahibəsində tənqidçi, tərcüməçi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə deyib. Onunla müsahibəni təqdim edirik:
 
- Ədəbi mühitin dünəni və bu günü arasında hansı fərqi görürsünüz?
 
- İndi ədəbiyyatdan daha çox danışırlar, nəinki yazırlar. Danışıq, müzakirə baş alıb gedir, söz-söhbətə çox yer verilir, nəinki ədəbiyyatın özünə. Ədəbiyyatın əvvəlki və indiki dövrlərini müqayisə etmək istəsək,  qəribə bir mənzərə ilə üzləşərik. Mən 1960-cı illərdən üzü bu yananı götürürəm. 1960-cı illər ədəbiyyatın elə mərhələsidir ki, bu günün ədəbiyyatına birbaşa işıq saçır. Düzdür, bizim ədəbiyyatımızın əsas kökü, söykənəcək yeri klassik ədəbiyyatımızdır, amma o çox uzaqdır.

Biz müasir, indiki ədəbiyyatdan danışırıqsa, o daha çox, 1960-ci illər ədəbiyyatına söykənir. Ümumiyyətlə, deyim ki, həmin illər təkcə Azərbaycanda, SSRİ-də deyil, bütün dünyada çox əhəmiyyətli bir mərhələdir. O vaxt biz bunu bilmirdik. Çünki sovet məkanından kənarda baş verənlərdən bir o qədər də məlumatlı deyildik. O dövr bütün dünya ədəbiyyatı və incəsənəti üçün inkişaf dövrü olub. Sanki geokosmik bir hadisə olub bu. Ədəbiyyat bütün dünyanı əhatəsinə alıb. Həmin dövrdə gözəl bir ədəbiyyat yaranıb. Azərbaycan ədəbiyyatının çox parlaq nümunələri məhz bu dövrdə ortaya çıxıb.

Qeyd etmək istərdim ki, nəinki həmin dövrdə ədəbiyyata gələnlər, hətta onlardan əvvəlkilər də o illərdə daha maraqlı, diqqəti daha artıq çəkən əsərlər yazıblar. Yenilənmə gedib, sanki. Bunu da deyim ki, bu özünü təkcə prozada deyil, poeziyada da göstərib. Yenilənmə, dəyişiklik həm forma, həm də məzmun cəhətdən getmişdi. Anar, Sabir Əhmədov, İsi Məlikzadə, Elçin, Fərman Məlikzadə və başqaları həmin dövrün yetirmələridir. Həmin dövrdə inkişaf sürətlə gedirdi. Sanki kosmosa bir daş atılmışdı. O daş Yer kürəsinin cazibəsindən çıxmışdı və get-gedə sürətini artırırdı.

1990-cı illərdə meydan hadisələri, Birinci Qarabağ müharibəsi, torpaqlarımızın işğalı kimi hadisələr ədəbiyyatda bir durğunluğa səbəb oldu. Sanki birdən-birə çökdü ədəbiyyat. Halbuki, ona qədər ədəbiyyat sürətlə inkişaf edirdi. Amma bu durğunluğun özündə də özünəməxsus bir intibah vardı. Ədəbiyyat siyasi, iqtisadi, ictimai problemlərə baxmayaraq, özlüyündə yenidən yol tapıb inkişaf etmək üçün yollar axtarırdı. Çevriliş baş vermişdi - şüurlarda çevriliş idi bu. Həmin bu çevriliş indiyə qədər davam edir. Yəni getdikcə təkmilləşir, cilalanma prosesi gedir. Ədəbiyyatın batininin və xaricinin nədən ibarət olduğu, mahiyyəti, nəyə xidmət etdiyi indi aydın şəkildə özünə büruzə verməyə başlayır. 1990-larda bunlar görünmürdü. Çünki o zaman, elə bil, üzə bilməyən adamları atmışdılar dənizə, hərə özü bildiyi kimi çabalayır, batmamağa, üzə çıxmağa çalışırdı. Yəni ədəbiyyatda hərə özü bildiyi kimi nəsə yaratmağa, özünü göstərməyə çalışırdı. İndi isə düzənlənmə dövrü başlayıb. İmzalar görünür. Artıq indi prosesin özündə ciddi ədəbiyyatın yaranmasının ərəfəsi görünür.

O ki qaldı müqayisəyə... Bəzən deyirlər, ədəbiyyatda geriləmə var, bəzən də deyirlər, indi daha yaxşıdır. Bu, həmişə belə olub. Həmişə ədəbiyyat iki cinaha ayrılıb. Əks qütblərdə dayananlar bir-birini bəyənməyiblər. Amma bir şey də var ki, indi gündəlik həyatda, cəmiyyətdə gedən proseslər insanların beynini o qədər məşğul edir ki, onlar ədəbiyyatdan daha çox danışırlar, nəinki yazırlar. Dedi-qodu həddindən artıq çoxdur. Ədəbiyyat necə olmalıdır, poeziya nədir, hansı poeziya daha yüksəkdir, dünyəvidir, ədəbi tənqid nədir və s. kimi suallar adamları daha çox düşündürür. Bundan başqa, ədəbiyyat adamlarının sıraya düzülməsinə rast gəlirik son vaxtlar. Kim şairlər arasında birincidir, kim ikinci, kim axırıncı... Eyni prosesi nasirlərə qarşı münasibətdə də görürük. Birinci kimdir, üçüncü kimdir... Dəhşətdir. Gərək hərə başını aşağı salıb, öz işi ilə məşğul ola. 

- Ədəbiyyatda indi nə dəbdədir?

- İndi ədəbiyyatda “mən roman yazıram” demək dəbdədir. Mənim bu sözümdən inciyənlər də olacaq, qoy incisinlər. Bu gün roman yazmaq meylində mən dəblə ayaqlaşmaq, şöhrət qazanmaq, “mən romançıyam” deyib sinəsinə vurmaq istəyi görürəm. Və bunu da xüsusi vurğulamaq istəyirəm ki, indi daha çox “roman yazıram” deyən görürəm, nəinki doğrudan da, sözün əsl mənasında kamil roman yazan.

- Məncə, tarixi roman yazmaq cəhdləri daha çoxdur.

- Haqlısınız, tarixi romana meyil daha güclüdür. Amma bu romanlar bütün dünyada qəbul olunmuş tarixi romanlar səpkisində deyil. Bu, bir növ, qeyri-ciddi tarixi yanaşma səviyyəsində, diletant səviyyəsində olan tarixi romanlardır. Yəni həmin romanlarda tarixilik diletantlıq səviyyəsindədir. Ciddi tarixi roman yazmaq çox böyük və ağır bir işdir. Bu işə girişən gənclər o zəhmətə qatlaşmaq istəmirlər. Onlar hamının bildiyi hər hansısı mövzunu götürür, hamını bildiyi üç-dörd fakta söykənərək nə isə yazırlar. Yəni kitabxana qapısı açmadan, yazdığı mövzunun dərinliklərini araşdırmadan, oradan-buradan eşitdiklərindən, hamının dillər əzbəri olan materiallardan istifadə etməklə roman yazırlar. Yazıçı tarixi romanda hətta tarixçilərin belə, nüfuz edə bilmədiyi nöqtələrə, gizlinlərə nüfuz edə bilməlidir. Adam onları oxuyanda heyrət edir. Məsələn, İlqar Fəhminin romanını oxuyanda heyrət etdim. Keçmişin interyerini, əşyaları, ab-havanı o qədər dəqiq və gözəl təsvir edib ki, hər şey ən xırda detalına qədər gözümün önündə canlanır. Üstəlik, tarixi roman yazanlar bilməlidirlər ki, bu tip əsərlərdə qətiyyən müasir dildə danışmaq olmaz. Söz ehtiyatımızın köhnə, həmin əsrə məxsus sözləri ilə o dövrün ab-havasını yaratmaq lazımdır. İndiki əsərlərin çoxunda vəziyyət təxminən belədir: Məsələn, şah vəziri yanına çağırır, ona tapşırıq verir, vəzir də cavabında “problem deyil” deyir. Baxın, “problem deyil” ifadəsinin axı tarixi romanda nə işi var?

- Bu günün ədəbiyyatında nə çatmır?

- Bu günün ədəbiyyatında mütaliə, özünə qədər olan böyük ədəbiyyatı öyrənmək, bir də zəhmət çatmır. Bəzən görürsən ki, adamın istedadı var, amma zəhmət çəkmək istəmir. Bax, ən pisi budur. Bizim əvvəlki dövr yazıçılarımız yazı işinə çox ciddi yanaşırdılar. Yazdıqları mətni heç vaxt dərhal çapa vermirdilər. Məsələn, Sabir Əhmədli yeni yazdığı romanı “Azərbaycan” jurnalına düz bir ildən sonra təhvil verirdi. Çünki əsəri yazdıqdan sonra hələ bir il ərzində ona dəfələrlə baxır, yenidən redaktə edirdi. Amma indi yazıb nöqtə qoyan kimi çapa tələsirlər.

- Ədəbi tənqidlə bağlı danışaq. Daim ədəbiyyat adamlarını, elə oxucuları da “ədəbi tənqid lazımdırmı?” sualı çox düşündürüb.

- Əvvəla, bundan başlayaq ki, ədəbi tənqid kimisə tənqid, təhqir etmək və ya düzgün yazmağı öyrətmək üçün deyil. Ədəbi tənqid təhlildir, polemikadır. Bu, ədəbiyyat haqqında ciddi söhbətdir. Yəni yazılmış ədəbiyyatın sağlam təhlil əsasında müzakirəsidir. Belə baxanda, bu gün çoxu özünü tənqidçi adlandırır. Tam ciddi deyə bilərəm ki, indi bizdə cəmi iki-üç peşəkar tənqidçi var.

- Tərcümə ədəbiyyatı ilə bağlı ciddi narazılıqların olduğunu eşidirik. Siz bir peşəkar tərcüməçi kimi tərcümənin hansı səviyyədə olduğu barədə nə deyə bilərsiniz?

- Tərcümə ədəbiyyatı ilə bağlı müxtəlif fikirlər gəzir. Son zamanlarda tərcümə ilə məşğul olanların sayı artıb. 1980-90-cı illərdən sonra insanlarda xarici dilləri öyrənməyə meyil artıb. Amma məsələ burasındadır ki, hər dil bilən adam bədii tərcümə ilə məşğul ola bilməz. Çünki bunun üçün dil bilgisi ilə yanaşı, yazıçı istedadı da olmalıdır. Müasir gənclər bizim dövrümüzdən fərqli olaraq dünya ədəbiyyatında gedən prosesləri rahatca izləyə bilirlər. Çünki internet dövrüdür. Hər şey çox əlçatandır. Bundan başqa, senzura da yoxdur. Bizim dövrdəki kimi tərcüməsinə, çapına qadağa qoyulan yazıçılar, əsərlər də yoxdur. Di gəl ki, keyfiyyət də yoxdur. Bunun səbəblərindən biri qiymətlərin çox aşağı olmasıdır. Mən qiymətlər deyəndə qonorarı nəzərdə tuturam. Bilirsiniz, tərcümə çox zəhmət tələb edən, əziyyətli işdir. Ona verilən pul aşağı olanda vəziyyət, bax, bu yerə gəlir. O zəhmətin qarşısında verilən qonorar heç nədir. İnsan o məbləğə ancaq ədəbiyyata olan sevgisinə görə yaxşı mətn ortaya qoya bilər. Çünki bu məbləğ az qala pulsuz işləmək kimi bir şeydir.

Amma bunu da deyim ki, tərcümə heç vaxt tam orijinal kimi ola bilməz. Orijinala ancaq yaxınlaşmaq olar. Və tərcüməçi nə qədər çox yaxınlaşa bilirsə, bir o qədər peşəkardır. Amma indiki tərcümələrin - hamısı deməyim, - amma çoxu, görürsən ki, nəinki orijinal mətnə yaxınlaşmır, az qala, heç yanından da keçmir. İnternet üzərindən olan tərcümə proqramları da bu sahəyə ciddi ziyan vurur. Proqramla tərcümə olunmuş mətn heç vaxt sözün əsl mənasında mətn ola bilməz!

- “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Qatır Məmməd”, “Qarlı aşırım”, “Gün keçdi” və s. kimi məşhur filmlərin redaktoru olmusunuz. Özünüz də 20-dən artıq filmin ssenari müəllifisiniz. Yəni kinoda adı olan adamsınız. Bu gün kinomuzda nə çatmır?

- Deyirsiniz ki, mən kinoda adı olan adamam. Mən bunu qəbul etmirəm. Yox, mən kinoda tək adı yox, canı, ruhu da olan adamam. Kino mənim üçün çox doğmadır. Ədəbiyyatın, yoxsa kinonun mənə daha əziz olduğunu ayırd edə bilmirəm. Bəlkə də, hansısa xoş xatirələrə görə kino daha yaxındır mənə. Qaynar gənclik eşqi ilə işlədiyim, sevgimi, ruhumu qoyduğum əsərlər idi onlar. Kinostudiyada Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev, Oqtay Mirqasımov və başqaları ilə bir yerdə işləmişəm. 1960-80-ci illər - mənim kinostudiyada işlədiyim illər - Azərbaycan kinosunun bir intibah dövrü idi. Mən buna “qızıl dövr” də deyirəm. “Bir cənub şəhərində” filmi ilə başlayıb, “Dəli Kür”, “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Babək”, “Nəsimi” və s. kimi Azərbaycan kinosu tarixinə adları həkk olunmuş filmlər məhz həmin dövrdə çəkilib.

- Bəs indi niyə belə gözəl filmlər çəkilmir?

- Mən bir yaxşı aşpaza keyfiyyətsiz, ucuz ərzaq verim və deyim ki, bundan yaxşı bir plov dəmlə. Mümkün deyil axı. Bax, film də belədir. Yaxşı film çəkmək üçün çox yaxşı maliyyə lazımdır. Yaxşı pul ona görə lazımdır ki, yaxşı rejissor, yaxşı ssenarist, yaxşı aktyor lazımdır. İnanın mənə, az pulla kino çəkmək olmaz. Bu, mümkün deyil. Bəzən müqayisə edirlər Avropa ilə, ABŞ ilə. Axı oralarda bu, artıq böyük bir sənaye kimi oturuşub, filmlərə pul qoyulur, pul götürülür. Orada böyük bir alıcı, istehlakçı bazar var. Orada istehsal edən də var, istehlak edən də. Bizdə isə bu sənaye yoxdur. Götürək elə Türkiyəni. Orada bir aktyora verilən pula bizdə bir film çəkilir. Fərqi görürsünüz? Müqayisə etmək belə, gülməlidir.

- Məşhur “Pıspısa xanım və Siçan bəy” cizgi filminin ssenari müəllifisiniz. Film 1974-cü ildə çəkilib. Üstündən 50 il keçib. Hələ də sevilir. Bəs bu gün cizgi filmləri sənayesində vəziyyət necədir? O cür yaddaqalan filmlər, personajlar niyə yoxdur?

- Yaxşı cizgi filmi üçün də yaxşı pul lazımdır. Amma bundan da əvvəl abstrakt təfəkkür, xüsusi düşüncə tələb olunur. Bu işlə məşğul olan adamların beyni fərqli köklənir, ancaq cizgi ilə yaradılmış obrazları düşünürlər. Belələri bizdə də var, amma azdır. Mən deməzdim ki, son illərdə heç nə çəkilmir. Çəkilir. Müəyyən cəhdlər var. Amma çatışmazlıqlar da az deyil. Ümid edirəm ki, bu sahəyə normal pul ayrılacaq və cizgi filmləri sənayemiz də inkişaf edəcək.

- İncəsənətin, ədəbiyyatın bir çox sahələrində iziniz var. Bəs fəaliyyətinizi fərqli bir sahəyə bağlamadığınıza görə peşmanlıq hissiniz olubmu?

- Yox, peşmanlıq deməzdim mən buna. Amma ürəyim ta uşaqlıqdan incəsənətin başqa bir sahəsində olub. Amma əfsus... Bilirsiniz, mən Şuşada doğulmuşam. Amma musiqi təhsilim yoxdur. Oxumağı çox sevirəm, deyirlər, yaxşı da səsim var. Kaş vokalçı olaydım. Dost məclislərində əhvalım yaxşı olanda xahişsiz-filansız oxuyuram da. Ətrafımda olan peşəkar ifaçılar düzgün oxuduğumu deyirlər. Bu qədər...

Oxşar xəbərlər
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?