15 yaşlı çapar: “At belinə minənin təcrübəli və ya təcrübəsiz olduğunu da anlayır” - MÜSAHİBƏ + FOTO
Oxunub: 3977
08 Mar 2024 | 21:29
15 yaşlı çapar: “At belinə minənin təcrübəli və ya təcrübəsiz olduğunu da anlayır” - MÜSAHİBƏ + FOTO
“At sürməyə marağım, düşünürəm ki, nəsildən gəlir. Babam da, atam da çox gözəl at çapırlar. Mən isə dörd yaşımdan at belindəyəm. At çapmağı kiçik yaşlarımda atam öyrədib. Hazırda 15 yaşım var. Konkur idman növü ilə məşğul oluram və bu, idman növləri arasında öz risklərinə görə çətin sahələrdən biridir”.
 
Gülayın atası Vüsal Fərzəliyev Ağdam rayonunun Ətyeməzli kəndindəndir. Hazırda ailə ilə birlikdə Sumqayıt şəhərində yaşayır.
 
Moderator.az xəbər verir ki, Oxu.az-ın 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı hazırladığı müsahibənin baş qəhrəmanı 15 yaşlı Gülay Fərzəliyevadır.
- Gülay, çoxu səni doqquz yaşında Sumqayıt Dənizkənarı Bulvar ərazisində at üzərində riskli manevrlə edərkən tanıdı. İndi necə, buna davam edirsənmi?
 
- Doğrudur, 9-10 yaşlarımda dəniz kənarında atımla çox riskli manevrlər edirdim. Əvvəl dərsdən gəlirdim, həftənin üç günü atçılıq kurslarına gedirdim. Təxmini iki saat məşq edib qayıdırdım. Dərslərimə heç bir maneçilik yox idi. Məktəbdə sinif yoldaşlarım deyirdi ki, bizə də at çapmağı öyrət. Bu idman növü həm maraqlıdır, həm də təhlükəlidir. Hər axşam qardaşımla birlikdə at çapırıq. Bu çox zövqlüdür. Özümüzü filmlərdəki at çapan qəhrəmanlar kimi hiss edirik. 
 
- Sənə görə, maraqlı və təhlükəli tərəfləri hansılardır?
 
- Çox adam atlardan qorxur, amma qorxmaq lazım deyil. Mən 9 yaşımda fayton da sürmüşəm. atın cilovunu tutmaq böyük məharət və güc tələb edir. Atın məni yıxmasından qorxmuram, çünki qorxu ilk dəfə yıxılana qədərdir. Mən isə artıq bir neçə dəfə yıxılmışam. At çapmağa təzə başlayanda bir dəfə ingilis cins atından yıxılmışam, amma günah məndə deyildi. Dəniz qırağında atın ayağı büdrədi, yıxıldı. O zaman mən də yıxıldım. Mən hələ də öyrənirəm və gələcəkdə daha da professional at çapa bilmək üçün öz üzərimdə çalışıram.
 
- Sənə Qarabağ atı hədiyyə olunub, doğrudurmu?
 
- Bəli, həmin Qarabağ atına Sərəyim adını vermişəm. Atım mənə çox sadiqdir, sakit təbiətli atdır. Öz atımla da, Sərhədçi Atçılıq Mərkəzinin atları ilə də hər gün bir neçə saat məşğul oluram. Atlar nizam-intizamı və proqramlı işləməyi sevirlər. Bir gün məşq etməyəndə prosesləri unudurlar, tənbəlləşirlər.
- Doğrudur ki, at enerjini hiss edə bilir və insanları məhz bu səbəbdən ya özünə yaxın buraxır, ya da buraxmır?
 
- Məncə də elədir, enerji çox önəmlidir. Ümumiyyətlə, ata yaxınlaşmazdan öncə onun sahibindən at barədə məlumat almalısan. Atın xarakterini, təbiətini bilmədən ona yaxınlaşmaq risklidir. Minməyə çalışmaq isə ən böyük səhvlərdən biridir. At yeganə heyvandır ki, onun üzərindəki insanın təcrübəli və ya təcrübəsiz olduğunu dəqiq başa düşə bilir. Əgər at hiss etsə ki, siz təcrübəsizsiniz, sizi üstündən atacaq. Atlar çox eqoist və təkəbbürlü olurlar. Hər kəsin onların üzərinə çıxmasına icazə verməzlər.
 
Mən at qaçarkən, yeriyərkən belə ayağını səhv atmasını (atın addımı sağ çiyniüstə sağ ayaq, sol çiyniüstə isə sol ayaqla olmalıdır - red.) başa düşürəm. Yəhərindən tutmaqdan, ayaqların qoyuluşuna, oturuşa qədər doğru qamətdə olmalısınız. Atlar sahiblərinin qoxusuna da həssasdırlar. Öz sahibləri ilə qucaqlaşmağı sevirlər.
 
- Sənin kimi bu riskləri gözə alan daha 14 idmançı qız var, elə deyilmi? Bu idman növündə karyeranı çox erkən yaşda başlamısan. Özünə neçə yaşa qədər limit qoymusan?
 
- Əslində qızlar at sürməyi xoşlayırlar. Sadəcə qorxurlar. Öyrənmək üçün mənə belə müraciət edən qızlar da çoxdur. Sadəcə qızlar hər zaman baxımlı, gözəl olmağı xoşlayırlar. Bu idman növündə isə hər zaman gözəl olmaq mümkün deyil. Təsəvvür edin, mən saçlarımı fenləyirəm, at belindən düşəndə elə bilirəm ki davadan gəlirəm(gülürəm). Məsələn mənim burnum sınıb, əməliyyat etdirmirəm. Qızların çoxu isə bunu gözə ala bilmir.
- Sosial şəbəkələrdə ata təlim keçdiyinə dair videolara da rast gəldim. Artıq atlara özün təlim keçirsən?
 
- Bəli, yavaş-yavaş təlimləri də keçirəm. At ilə ünsiyyət qurub onu özümə tabe etməyə çalışıram. Elə atlar var ki, manejdə maneələr qurulanda qorxur. Elə atlar da var ki, bir dəfə dövrə vurduqdan sonra daha əzmlə qaçır və maneələri dəf edir. Atlara 4 yaşından sonra minmək lazımdır. Hazırda çəkiliş etdiyimiz bu atın 25 yaşı var, fransız atıdır. Yarışlarda çox böyük uğurlar qazanıb. Demək olar ki, 20 ildən çoxdur at buradadır və gəzmədiyi ölkə qalmayıb.
 
At qocaman olsa da, güclüdür. Amma bütün hallarda gənc atların təlimi daha rahat olur. Ortalama bir atın təlimlərə yatması üçün ən azı 1-2 il müddət lazımdır. Onunla xarakterinə uyğun davranmalısan. Elə at var o sığalla tərbiyə edilir, eləsi də var ki sərt davranmalısan ki tabe olsun. Hər biri ilə də dil tapmaq üçün özümü təcrübəli hesab edirəm. Çünki 4 yaşından at belindəyəm. Atçı ailəsindən dünyaya gəlmişəm və çoxlu, fərqli cinslərdə, xarakterlərdə atlarım olub.
- Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev də sənin atçapma bacarığını görüb və sənin atçılıq idmanı ilə məşğul olmağın üçün zəruri olan süvari geyimi ilə təmin edilməsi üzrə tapşırıq verib. Uğurlarınla generalın diqqətini çəkə biləcəyini düşünürdünmü?
 
- Təbii ki, mən heç ağlıma da gətirməzdim ki, kiçik yaşlarımdan 10 milyonluq Azərbaycan xalqı tərəfindən belə seviləcəyəm. Xüsusilə də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin mənimlə maraqlanması çox qürurverici idi. Atamla bizi qəbul etdi və mənə uğurlar arzuladı. Bu idman növünə marağımı görüb bildirdi ki, özümü daha da inkişaf etdirməyim üçün Atçılıq Federasiyasının, eləcə də Sərhədçi Atçılıq Mərkəzinin imkanlarından istifadə edə bilərəm. Ona çox təşəkkür edirəm.
- Hazırda 15 yaşlı Gülay konkur idman növündə özünə rəqib görürmü?
 
- Düzünü desəm, xeyr. Heç mənim at belində fəndlər edə bilən rəqibim də yoxdur. Düzdür, konkur idman növü ilə məşğul olmağa başladıqdan sonra daha fəndlər etmirəm. Çünki travma ala bilərəm. Amma yarışlarda da özümə rəqib görmürəm.
 
- Səni 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Özünə ən böyük arzun nədir?
 
- Ən böyük arzularımdan biri Qarabağ atımın olması idi, gerçəkləşdi. Növbəti arzum isə tezliklə xarici ölkələrdə konkur idman növü üzrə yarışlarda iştirak etməkdir. Azərbaycanı təmsil edərək dünya ölkələri arasında birinci yerə çıxmaqdır.
 
Abşeron rayonunun Novxanı kəndindəki Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində keçirilən konkur yarışlarında Cera-59 adlı atla beşinci yeri tutmuşdum. Ölkədaxili yarışlarda iştirak etmişəm və müxtəlif mükafatlara layiq görülmüşəm. Bu ilin iyun ayında da bir yarışımız gözlənilir, ona hazırlaşıram. Həftənin beş günü intensiv məşqlər edirəm. İki günü isə özümə istirahət verirəm, yarışlara hazırlıq zamanı isə bütün həftəni burada məşq edirəm. Atları sevdiyim üçün heç yorulmuram, bu işdən enerji alıram.
 
Oxşar xəbərlər
09:36, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
09:25, Bu gün
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
09:19, Bu gün
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
09:11, Bu gün
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:06, Bu gün
İran hökuməti fövqəladə iclas keçirəcək
08:49, Bu gün
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
08:36, Bu gün
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
08:33, Bu gün
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
08:28, Bu gün
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
08:17, Bu gün
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
08:11, Bu gün
Azərbaycan İran üçün axtarış qrupu YARATDI
08:09, Bu gün
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
07:59, Bu gün
Ordu 10 ildir əsirlikdə olan insanları xilas etdi
07:47, Bu gün
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
07:42, Bu gün
“Xarici agentlər haqda qanun Gürcüstan iqtisadiyyatı üçün də ağır nəticələr gətirəcək...”
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
07:26, Bu gün
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 09:50
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
19 May 2024 | 09:48
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
19 May 2024 | 10:05
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
19 May 2024 | 10:02
Tağı Əhmədovun son halı - FOTO
19 May 2024 | 10:15
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
19 May 2024 | 10:07
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
19 May 2024 | 10:35
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
19 May 2024 | 10:13
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
19 May 2024 | 10:16
VI sinif şagirdləri üçün monitorinq keçirilir
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 09:50
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
19 May 2024 | 09:48
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
19 May 2024 | 10:05
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
19 May 2024 | 10:02
Tağı Əhmədovun son halı - FOTO
19 May 2024 | 10:15
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
19 May 2024 | 10:07
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
19 May 2024 | 10:35
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
19 May 2024 | 10:13
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
19 May 2024 | 10:16
VI sinif şagirdləri üçün monitorinq keçirilir