Baş Prokurorluq: “Meşəli soyqırımına görə daha səkkiz nəfər axtarışa verilib” - MÜSAHİBƏ + FOTO
Oxunub: 1452
03 Aug 2023 | 15:15
Baş Prokurorluq: “Meşəli soyqırımına görə daha səkkiz nəfər axtarışa verilib” - MÜSAHİBƏ + FOTO

“İlkin olaraq istintaq zamanı doqquz nəfər erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa veriliblər. Onlardan Vaqif Xaçatryan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır”.

Bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov APA-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- “Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanla bağlı hansı istintaq hərəkətləri aparılır? Vaqif Xaçatryanın ilkin dindirilməsi baş tutub? O, törətdiyi əməlləri etiraf edib?

 

- Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb. Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır.

- Vaqif Xaçatryanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamasına dair əvvəlcədən hüquq-mühafizə orqanlarında məlumat var idi?

- Vaqif Xaçatryanla bağlı axtarış qərarı 2013-cü ildən qəbul edilib. Bundan sonra Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan şəxslərlə bağlı əməliyyat-axtarış işlərinə başlayıblar və bu istiqamətdə işlər aparılır, eyni zamanda, azərbaycanlılara qarşı cinayət hadisəsi törədən təqsirləndirilən şəxslər barəsində müvafiq əməliyyat məlumatları toplanılır.

- Meşəli soyqırımı ilə bağlı Vaqif Xaçatryandan savayı daha neçə nəfərin əməlində cinayət tərkibi müəyyən edilib?

- İlkin olaraq istintaq zamanı doqquz nəfər erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa veriliblər. Onlardan Vaqif Xaçatryan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır.

- Ermənistan tərəfi, o cümlədən adıçəkilən ölkənin ictimai-siyasi dairələri hadisənin 30 il əvvəl törədildiyini və cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığına dair fikirlər səsləndirirlər. Bundan başqa, Azərbaycan qanunvericiliyində də var ki, yaşı 65-dən çox olan şəxs 10 ildən artıq azadlıqdan məhrum edilə bilməz. Bu amil Vaqif Xaçartyana şamil edilə bilər?

- Sülh və müharibə əleyhinə, habelə insanlıq əleyhinə törədilən cinayətlərdə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi nəzərə alınmır. Bu, adıçəkilən cinayətləri törədənlərə şamil edilmir. Hazırda Vaqif Xaçatryan barəsində istintaq aparılır. İndidən onun hansı formada cəzalandırılacağı, hansı müddətə azadlıqdan məhrum ediləcəyi ilə bağlı fikir bildirmək olmaz. Bu, hüquqi baxımdan düzgün deyil, həm də təqsirsizlik prezumpsiyasına ziddir. Çünki şəxsin barəsində məhkəmə hökmü yoxdur. İstintaq yekunlaşdıqdan sonra Vaqif Xaçatryan barəsində toplanmış sübutlar kifayət edəcəyi təqdirdə ittiham aktı tərtib ediləcək və cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə baxışı zamanı hansısa bir cəza təyinindən, yüngülləşdirici-ağırlaşdırıcı haldan söhbət gedə bilər. Əgər yüngülləşdirici hal varsa, Vaqif Xaçatryana şamil ediləcək. Çünki o, Azərbaycan Respublikasının vətəndaşıdır. Digər vətəndaşlarımızın yararlandığı hüquqlardan o da istifadə edəcək.

- Etiraf edək ki, Vaqif Xaçatryanın saxlanılması bir qədər gözlənilməz oldu. Artıq insanlarda digər canilərin də tutularaq cəzalarını alacaqlarına dair ümidlər yaranıb. Digərlərinin – Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan kimilərinin istintaqı nə yerdədir? Üstəlik, adları çəkilənlərin barələrində Ermənistanda da cinayət işləri açılıb...

- Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır. Adını sadaladığınız və sadalamadığınız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlbetmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələnə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək.

- İki ölkə arasında sülh danışıqları uğurla nəticələnsə, Koçaryan, Sarqsyan, Ohanyan və digərlərinin Azərbaycana ekstradisiyası, təhvil verilməsi hüquqi baxımdan nə qədər realdır?

- Bu suala cavab vermək üçün hələ tezdir. Ermənistan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında hüquqi məsələlər formalaşmayıb. Gələcəkdə proseslərin inkişafını gözləməliyik.

- Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev artıq bir neçə dəfə Rusiya tərəfinin təşəbbüsü ilə erməni həmkarı ilə görüşlər keçirib. Bəs bu görüşlərdə Qarabağ bölgəsində törədilən müharibə cinayətləri müzakirə mövzusu olub?

- Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşlərindən sonra Rusiyanın vasitəçiliyi ilə iki ölkənin baş prokurorları arasında görüş keçirilib. Bu görüşlər bir neçə dəfə baş tutub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib. Gələcəkdə bu istiqamətdə işlərin görülməsi ilə bağlı müəyyən müzakirələr aparılıb. Təbii ki, həmin müzakirələr zamanı azərbaycanlılara qarşı törədilən cinayətlər barədə, digər zəruri məsələlər də müzakirə edilib.

- Ümumiyyətlə, erməni silahlı dəstələri tərəfindən indiyə qədər neçə Azərbaycan vətəndaşı qətlə yetirilib?

- İstintaq zamanı törədilmiş bütün cinayət hadisələri ilə bağlı zərərçəkmiş şəxslərin, eləcə də fiziki xəsarət alan şəxslərin hamısının sayı müəyyənləşdirilib. Hər bir cinayət işi üzrə bu rəqəmlər bəllidir. Mütəmadi olaraq hər bir cinayət işi barədə məlumat veriləcək.

- Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərin nə qədəri erməniəsilli Azərbaycan vətəndaşlarıdır?

- Məsələn, Meşəli soyqırımı ilə bağlı axtarışa verilənlərin sayı doqquzdur. Artıq Vaqif Xaçartyan saxlanılıb, o, Azərbaycan vətəndaşıdır. Digər axtarışda olan şəxslər arasında da Azərbaycan vətəndaşları var.

Meşəli hadisələri, bildiyiniz kimi, 1991-ci ilin dekabr ayında baş verib. Azərbaycan vətəndaşları olan və erməni milliyyətindən olan, eyni zamanda, Ermənistandan gələn bir qrup silahlı şəxsin iştirakı ilə Meşəli kəndinə hücum təşkil edilib. Nəticədə 25 azərbaycanlı qətlə yetirilib, 14 nəfər ağır yaralanıb. 40-dan çox vətəndaşa məxsus fərdi yaşayış evləri, dövlət mülkiyyətinə olan binalar yandırılıb və talan edilib. Maddi ziyan olaraq 5,5 milyon manat həcmində zərər yetirilib. Bu faktlarla bağlı 1992-ci il yanvarın 11-də hadisə yerinə Baş Prokurorluğun vahid əməliyyat istintaq qrupu tərəfindən baxış keçirilib. Şuşa şəhərində Meşəli hadisəsi ilə bağlı cinayət işi açılıb. Ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə, soyğunçuluq, quldurluq, iki və daha çox şəxsi öldürmə maddələri üzrə cinayət işinin istintaqı davam etdirilib.

Ümumiyyətlə, 1988-ci ildən bəri ermənilər tərəfindən törədilmiş faktlarla bağlı cinayət işləri başladılıb və onların hər biri prokurorluq orqanlarında qeyd olunub. Hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsində, Baş Prokurorluqda bu cür cinayət işlərinin istintaqı davam etdirilir.

- İndiyə qədər azərbaycanlılara qarşı cinayət törədən neçə erməniəsilli şəxs tutulub?

- Artıq bizdə bununla bağlı məhkəmə təcrübəsi var. İki cinayət işi üzrə üç erməniəsilli şəxs Azərbaycanda ədalət mühakiməsinin qarşısına çıxarılıb. Bunlar Viken Abraham Eulcekcian, Alyoşa Aramaisoviç Xosrovyan və Lüdviq Mkrtıç Mkrtçyandır. Azərbaycanlılara qarşı müxtəlif cinayətlər törətmiş bu şəxslər məhkəmə qarşısına çıxarılıblar. Artıq barələrində qanuni qüvvəyə minmiş hökmlər var və onlar cəzalarını çəkirlər.

- Vaqif Xaçatryanın saxlanılmasından sonra artıq sosial şəbəkələrdə, mediada onun tərəfindən işgəncələrə məruz qalan şəxslərin açıqlamaları yayılıb. Həmin şəxslər istintaqa dəvət olunurlar?

- İlkin istintaq dövründə müəyyən edilən şəxslərin hər biri dindirilib və onlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaqın gedişində artıq bəzi müraciətlər bizə daxil olub. Hazırda onların dindirilməsi təmin edilir. Onların zərərçəkmiş şəxs kimi tanınmasını zəruri edən hallar mövcuddursa, iş üzrə zərərçəkmiş şəxs qismində tanınacaqlar. Sosial şəbəkələrdə və media resurslarında bu cür informasiyalar olduqda dərhal onlar istintaqa dəvət edilirlər.

- İşğaldan azad edilmiş ərazilərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət əməlləri ilə bağlı indiyə qədər hər hansı istintaq hərəkətləri aparılıb?

- Azad olunmuş ərazilərin böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Bu baxımdan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və təhlükəsiz şəraitin yaradılması uzun müddət tələb edir. Artıq minalardan təmizlənmiş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır. Çünki istintaq olunan cinayət işləri bir neçə istiqamətdədir. Burada soyqırımı, işgəncə, ekoloji cinayətlər var. Ərazilər minalardan təmizləndikcə bu proses davam etdiriləcək.

Oxşar xəbərlər
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
GÜNLÜK
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”