“Azərbaycan ona meydan oxumaq istəyənlərə heç bir şans verməyəcək”
Ekskluziv
194
14:30, Bu gün

“Azərbaycan ona meydan oxumaq istəyənlərə heç bir şans verməyəcək”

“Azərbaycanın Ermənistana yönəlik humanist və sülhpərvər addımları ölkəmizin zəifliyindən yox, qüdrətli olmağından qayanqlanır. Hansı ki, Ermənistanın da, xaricdəki erməni diaspor təşkilatlarının da bu həqiqəti dərk etməsi olduqca vacibdir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, son vaxtlar xaricdəki erməni diaspor təşkilatları revanşist fikirlər səsləndirir ki, bu da Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir:

“Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra kifayət qədər səbr və dözüm nümayiş etdirdi. Problemi diplomatik yolla həll etmək üçün ciddi cəhdlər ortaya qoydu. Lakin bu cəhdlər Ermənistan tərəfindən dəstəklənmədiyi üçün, Azərbaycan sonda problemi hərbi yolla həll etdi. Ermənistan ordusu qısa zamanda darmadağın edildi, işğaldakı torpaqlarımız azad olundu.

Bu gün erməni diaspor təşkilatları yenidən Ermənistanı qızışdırmağa, revanşist qüvvələri ayağa qaldırmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycan ona meydan oxumaq istəyənlərə heç bir şans verməyəcək. Yeni bir qarşıdurma Ermənistan üçün yeni bir məğlubiyyət demək olacaq. Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə, Azərbaycanın sülhpərvər siyasətinə eyni səmimiyyətlə cavab verməli, təxribatçı fikirlərə meydan verməməlidir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər