"Əli İnsanov azadlığa çıxanda onunla mütləq görüşəcəyəm" - Cəmil Həsənli
Müsahibə
Oxunub: 3838
29 Oct 2013 | 10:58

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli musavat.com-a müsahibə verib.Moderator.az həmin müsahibəni təqdim edir: 

- Cəmil bəy, 27 oktyabr mitinqini necə qiymətləndirdiniz? Bundan sonrakı mərhələ üçün Milli Şuranın planları, strategiyası nədən ibarətdir? Qarşıdakı qış aylarında mitinqlər davam etdiriləcəkmi? 


- 27 oktyabr mitinqi mənim gözlədiyimdən də yüksək səviyyədə keçdi. Hava şəraitinin əlverişsiz olmasına, daha dəqiq desək, bütün gün yağış yağmasına baxmayaraq, vətəndaşlarımız, xüsusilə gənclərimiz sözün həqiqi mənasında fədakarlıq nümayiş etdirdilər. Mitinqə çıxanların böyük əksəriyyəti gənclər idi. Nəzərdə tutduğumuz qaydada mitinqi keçirdik. Hətta oktyabrın 27-də günortaya yaxın hava şəraitinə görə mitinqin vaxtını dəyişmək barədə düşünürdük. Çox düz etdik ki, vaxtı dəyişmədik. Mitinq yüksək səviyyədə və daha çox gənclərə ünvanlanmış mesajlarla keçdi. Bu mitinq çoxminli mitinq idi və burada nə nəzərdə tutulurdusa həmin funksiya yerinə yetirildi. 

Bundan sonrakı mərhələdə kütləvi aksiyaların olub-olmayacağına gəlincə, mitinq, nümayiş, küçə yürüşləri, piket və digər etiraz formaları Azərbaycan vətəndaşının konstitusiya haqqıdır. Bu haqqı Bakı Şəhər İcra Hakimiyyətindən asılı etmək doğru deyil. Bu, sadəcə olaraq, məmur göstərişinin, icazəsinin konstitusiyadan yüksəkdə dayanmasının göstəricisidir. Azərbaycanda insanlar öz etirazlarını hansısa formada ifadə etməlidirlər. Bunun da yolu kütləvi nümayişlərdir. Ölkədə toplaşmaq azadlığı təmin edilməlidir. Toplaşma azadlığı nə Bakı Şəhər Baş Polis İdarəsindən, nə Bakı Şəhər İcra Hakimiyyətindən asılı olmalıdır. Çünki bu, konstitusiyaya ziddir. Hansısa məmur icazəsini, arayışını ölkənin əsas qanunundan yüksək tutmaq olmaz. Əlbəttə, mitinq keçirmək etirazın yalnız bir formasıdır. Onun digər formaları da var. Havaların əlverişli keçdiyi məqamlarda bu hüquqdan da istifadə ediləcək. Digər konstitusion hüquqlardan da istifadə ediləcək. Azərbaycan qanunları çərçivəsində Milli Şura öz fəaliyyətini davam etdirəcək, daha da genişlənəcək, daha da güclənəcək. Bizim strategiyamız bundan ibarətdir. Konkret iş planının müəyyən hissəsi barədə ötən sessiyada bəzi mesajlar verildi. Bu istiqamətdə gündəlik hazırlanacaq və Milli Şuranın konkret iş planı olacaq. Amma elə məsələlər var ki, onlar gözlənilmədən meydana çıxır, o məsələlərə də Milli Şura mütəmadi olaraq öz münasibətini bildirəcək.  

- Bir həftə öncə Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında Milli Şurada həmsədrlik institutunun yaradılması, Rüstəm İbrahimbəyovla sizin həmsədr olmanızı təklif etmişdi. İndi Fuad Qəhrəmanlı da Rüstəm İbrahimbəyovun eyni təklifi irəli sürdüyünü açıqlayıb. Bu təklifə münasibətiniz necədir? Təklif qəbul edilə bilərmi? 

- Oktyabrın 24-də Milli Şuranın sessiyası keçirilən gün Rüstəm bəy xahiş etdi ki, mən bu təklifi Milli Şuranın üzvlərinin diqqətinə çatdırım. Sessiyada təşkilati məsələlər müzakirə edilərkən bəyan etdim ki, Rüstəm İbrahimbəyovun belə bir təklifi var. Amma Rüstəm bəy təkidli deyildi ki, bu təklif mütləq həmin sessiyada müzakirə edilsin və konkret qərarlar qəbul olunsun. Rüstəm bəy demokratik düşüncəli bir adamdır və öz təklifini verdi. İndi Milli Şuranın üzvləri, Milli Şuraya daxil olan təşkilatlar bu məsələni yəqin ki, qarşıdakı sessiyalara qədər müzakirə edəcəklər. Şəxsən mənim üçün çox rahat idi ki, Rüstəm İbrahimbəyovun sədrliyi altında işləyim. Rüstəm həm mənim dostumdur, həm də sözün tam mənasında Azərbaycanın böyük ziyalısıdır, fikir adamıdır. Milli Şura ideyası da Rüstəm bəyə məxsusdur. Bunların hamısını nəzərə almaq lazımdır. Əlbəttə, Rüstəm Bakıda olsaydı heç həmsədrliyə ehtiyac da olmazdı. O özü Milli Şuraya burada rəhbərlik edərdi. Amma indi obyektiv və subyektiv səbəblər ucbatından Rüstəm bəy bir az kənardadır və həmsədrlik institutunun tətbiqini məqbul hesab edir. Belə bir şəraitdə həmsədrlik institutu yaradıla bilər. Belə bir model Milli Şuranın həm təşkilati, həm də siyasi baxımdan güclənməsinə kömək edərdi.  

- “Axar.az” saytı həbsdən yeni azad edilən keçmiş məhbuslardan birinə istinadən məlumat yayıb ki, sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxdıqdan sonra sizinlə bərabər yeni siyasi qurum yaratmaq arzusundadır. Hətta bu istiqamətdə müəyyən addımların atıldığını da qeyd edib. Bu məlumat nə dərəcədə əsaslıdır? 

- Əli İnsanov tərəfindən bu barədə mənə hər hansı bir müraciət edilməyib. Əli İnsanovun həbsdən azad edilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərar indiyədək yerinə yetirilməyib. Halbuki o, çoxdan həbsdən azad edilməli idi. Əli İnsanov azadlığa çıxanda isə müraciət edib-etməməsindən asılı olmayaraq onunla mütləq görüşəcəyəm. 

Sabiq nazirlə birgə siyasi fəaliyyət göstərmək məsələsini ehtimal üzərində dəyərləndirmək düzgün olmaz və hər şeyi həyatın tələbi müəyyənləşdirəcək. Belə bir təklif hələ ki mənə olmayıb və belə bir müzakirə aparılmayıb. Əli İnsanov da hələ həbsdədir. Həbsdən azad olunsa - inşallah ki, olunacaq-onunla görüşüm insani borc istəyindəndir. Qalan məsələləri isə zaman həll edər. 

- Keçən həftə Azərbaycan Pedaqoji Universitetində tələbələr etiraza qalxdılar, İqtisad Universitetində və Turizm Universitetində də tələbələrin etirazlarının baş qaldırdığı barədə xəbərlər yayıldı. Bu olayları tələbələrin tədricən ayağa qalxmasının işartıları hesab etmək olar? 

- Tələbələrin aktivləşməsinə təbii yanaşmaq lazımdır. Bütün zamanlarda milli ideyanın, milli hərəkatın, etirazçı dalğanın əsas sosial bazası tələbələr və gənclər olub. Milli Şuranın mitinqlərində də ən aktiv hissə gənclər və tələbələrdir. Tələbələrin ali məktəblərdə etiraza aksiyaları keçirməsinin obyektiv səbəbləri var. Tələbələrin tələb etdiyi problemlər həll olunmalıdır. Azərbaycan tələbələri artıq rüşvət verməkdən, ədalətsizlikdən və savadsızlıqda beziblər. Azərbaycanda rüşvətdən kənar çox az ali məktəb var ki, onun biri də Turizm Universitetidir. Bunu qiymətləndirmək lazımdır. Ali məktəblərdə baş verənlərdən məlumatlarım var, uzun müddət Milli Məclisdə təhsil komissiyasının üzvü olmuşam. Təhsilin fəlsəfəsi dəyişməlidir. Bütün dünyada insanlar pul ödəyirlər ki, yaxşı təhsil alsınlar. Azərbaycanda isə savadsız qalmaq üçün pul ödəyirlər. İndi gənclik nəhayət ki, bu məsələni başa düşdü və belə hallara qarşı etirazını bildirir. Müəllim semestr boyu tələbəyə dərs deyir, biliklər verir, amma imtahan məqamı gələndə müəllimləri imtahanlardan uzaqlaşdırırlar və gətirib texniki işçiləri nəzarətçi qoyurlar. Bu da ali məktəblərdə imtahan prosesinin təxminən rəhbərliyin əlində cəmlənməsinə gətirib çıxarır və müəllim kollektivi imtahan prosesindən uzaqlaşdırılır. Bunun adını qoyurlar yazılı imtahan. Amma əslində yazılı imtahan prosesin müvafiq universitetin rəhbərliyinin əlində cəmləşdirilməsidir. Tələbənin biliyinin yoxlanmasında cihazın insan amilindən etibarlı hesab edilməsi böyük faciədir. Tələbələr istəyirlər ki, necə test imtahanları ilə ali məktəblərə daxil olublar, o qaydada semestr imtahanlarını versinlər. Boloniya sisteminə keçilibsə, bu sistemin bütün qaydalarına riayət etmək lazımdır. Boloniya sistemində tələbənin qovulması anlayışı yoxdur. İndi bunu bizim ali məktəblərin rəhbərliyi özlərindən icad ediblər. Bunun arxasında müəyyən natəmiz əməllər, rüşvət faktları dayanır. Heç kəsə sirr deyil ki, bir neçə ali məktəbi çıxmaq şərtilə, ali məktəblərdə prorektor postlarından biri rüşvət yığmaq üçündür, oraya təyin olunan adam rüşvət yığmaq üçün oturdulub. Müəllimlərə etimad olmalıdır, hansısa müəllim natəmiz əməllə məşğul olursa, ona görə bütün müəllimlər qaralanmamalıdır. Azərbaycan cəmiyyətində kifayət qədər vicdanlı, təmiz, elmli, bilikli müəllimlər var. Onları dərs dediyi tələbənin qarşısında gözükölgəli vəziyyətə salmaq olmaz. Müəllimləri nüfuzdan salmaqdan ötrü onların yoxladığı işi verirlər ayrı müəllimlərə, üçüncü-dördüncü dəfə yoxlatdırırlar. Bunu eləmək olmaz. Əgər tələbələr ali məktəblərin rəhbərlərinə inanırlarsa, tələbələrdən test üsulu ilə imtahanlar götürsünlər, niyə ali məktəblərin rəhbərliyi bundan narahat olur!? Mən eşitdim ki, izahların birində guya yazılarda çoxlu səhvlər olduğu əsas göstərilib. Sən, fizika, riyaziyyat imtahanından yazı səhvi tutmağa borclu deyilsən! Ona görə də bunlar özlərinə saxta bəraət qazandırmasınlar. Təəssüf ki, bu neqativ hal Azərbaycan ali məktəblərinin böyük bir hissəsində yayılıb. Ali məktəblərin müəyyən bir hissəsi bilik vermək imkanlarını itirib. Bu barədə ciddi tədbirlər görülməlidir, bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. İnkişaf etmək əvəzinə primitiv formaların ali məktəblərə qaytarılması müşahidə olunur. Bunu etmək olmaz. Bunu edənlərin ali təhsil sistemindən xəbəri yoxdur.  

- Prezident seçkisindən sonra “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin satışına maneələr yaradılır, metrostansiyaların keçidlərində satışına imkan vermirlər. Bu məsələyə münasibətiniz necədir? 

- Hakimiyyətin nəzarətində olan mətbuat yararsızdır. Ona görə də hökumət müxalif mətbuatın yayılmasında maraqlı deyil. Yayılan və insanların oxuduğu mətbuat “Yeni Müsavat”, “Azadlıq”, “Zerkalo”, nisbətən də “Bizim Yol” qəzetidir. Hökumətin nəzarətində olan mətbuatı isə insanlar oxumurlar. İlk növbədə köşklərin dəyişdirilməsi əməliyyatı “Azadlıq” və “Yeni Müsavat”a qarşı yönəlmişdi. Çünki yeni qoyulan köşklərdə qəzet yardımçı satış vasitəsidir, əsas satış vasitəsi deyil. Ancaq köhnə köşklərdə bilavasitə onların gündəlik işi qəzet satışı idi. İndi metroda satışın qarşısının alınması da dediyim əməliyyatın tərkib hissəsidir. Mətbuatın metroda yayılmasının heç kəsə ziyanı yoxdur. Əslində dövlət, özünə arxayın olan hakimiyyət bunda maraqlı olmalıdır. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin yayılması nəqliyyat vasitələrində genişlənməlidir. Məsələn, Azərbaycan hava yollarının təyyarələrində niyə bu qəzetlər olmamalıdır? Əgər söhbət azad informasiya təminatından, bərabərlikdən gedirsə, niyə “Yeni Azərbaycan” qəzeti təyyarələrə qoyulmalıdır, “Yeni Müsavat” və “Azadlıq” qoyulmamalıdır?! Bu, özü də mətbuata ayrı-seçkilik münasibətinin, tənqidçi mətbuatın yayılmasına əngəl törətməkdir. Bu qəzetlərin oxucuya çatmasına törədilən bütün əngəllər aradan qaldırılmalıdır.
Oxşar xəbərlər
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO