\"Masa üzərində Azərbaycan planı aparıcı təkliflər paketi kimi müzakirə olunsun\"
Oxunub: 2802
07 Jul 2020 | 10:38
\
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, istiqlalçı millət vəkili Fərəc Quliyevin Moderator.az-a müsahibəsini təqdim edirik

-Sual -Xarici işlər nazirliyində baş verənlərə münasibətinizi bilmək maraqlıdı Fərəc bəy.

-Ölkədə korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsi kimi çox vacibdir. Açığı strateji dövlət strukturlarında bir çatışmazlıq olduqda mən çox narahat oluram. Bir rayon icra aparatında baş verən neqativlə strateji dövlət strukturlarında baş verən neqativ eyni assosiasiyanı vermir. Dövlət orqanizmdirsə bu strukturlar o bədənin həyati əhəmiyyətli əzalarıdır. Mən hansı statusda oluram olum “əsas olan dövlətdir, qalanı təfərrüatdır” sabit şüarımdır. Təki XİN-də problemlər yalnız maliyə ilə əlaqəli olsun… İnformasiya axını və oxşar problemlər ortaya çıxarsa bu hamımız üçün çox üzücü olar.

-Sual -Sizcə Xarici işlər nazirliyinin qüsurları niyə vaxtaşırı diqqətə alınmayıb? 

- Bu strukturun istehsalı günlük məhsul deyil. On illər sonraya hesablanmış fəaliyyət qurulmalıdır. Hər addımın, hər kəs tərəfindən sorğulanması da doğru deyil. Amma ümumi istiqamətlər, milli hədəflər aydın olmalıdır. Əlbəttə rast gəldiyimiz çatışmazlıqları görəndə aradan qaldırılmasını istəmişik. Məsələn, mən Parlamentdə çıxışımın birində konvensiyalara razılıq veriləndə əlavə edilmiş xəritə ilə bağlı etiraz bildirmişdim. Xeyli müddət sonra ratifikasiya edəcəyimiz başqa bir sənədə yenə həmin xəritə əlavə olunmuşdu. Mən bu xəritəyə irad tutaraq bildirdim ki, “burada işğal olunmuş Azərbaycan əraziləri göstərilib və adlar yazılıbdır: Martuni, Mardakert, Hadrut. Biz bu adları dəyişmişik axı. Mən keçən dəfə dedim ki, standart xəritələrdən istifadə edirlər. Mənə irad bildirdiniz ki, standart xəritələr yoxdur. Görünür standart xəritələrdir, bunu dəyişmək lazımdır. Axı, biz bunu konvensiyaya əlavə eləmişik və harasa göndərəcəyik. Biz bu adları dəyişmişik, onlar olduğu kimi yazılmalıdır. Xarici İşlər Nazirliyinə bildirmək lazımdır ki, standart xəritəni kənara qoysunlar, normal bir xəritə hazırlasınlar. Üstəlik, bəyanatda işğal olunmuş ərazilərimizi göstərəndə Naxçıvanın Kərki və Qazaxın işğal olunmuş ərazilərinin adlarını da bura salmaq lazımdır. Bu çox ciddi sənəddir, müxtəlif yerlərə gedir”.

-Bəzən kiçik görünən bir detal belə çox əhəmiyyətli olur. Mən illərdi deyirəm ki, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir, Bu Ermənistan –Azərbaycan müharibəsidir.

XİN-in bütün sənədlərində Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ ifadəsi işlədilir. Nəhayət ki, biz doğru olan Ermənistan –Azərbaycan müharibəsi ifadəsini işlətməliyik. Azərbaycan unitar dövlətdir. Azərbaycan ifadəsinin içərisində Qarabağ da Naxçıvan da, Şəki də, Şirvan da və s. bölgələr də yer alır. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir. Dağlıq Qarabağı ayrıca ifadə etməklə düşmən tərəfin müstəqil subyekt kimi siyasi proseslərdə bu ifadədən istifadəsinə tutarqa vermiş oluruq. Ona görə Ermənistan – Azərbaycan müharibəsi ifadəsindən istifadə olunmasını münasib gördüyümü bildirmişəm.


-Sual- Bu irad XİN–in diqqətinə çatdırıldımı, nəzərə alındımı?

-Həmişə çağırış edirdim ki, Milli Məclisdə qaldırılan məsələlər mütləq müvafiq sturukturların nəzərinə çatdırılsın. Təəsüf ki, bu edilmirdi. Doğrudur, ikinci çıxışımdan sonra xəritə ilə bağlı iradım nəzərə alındı və bundan sonrakı sənədlərə xəritə əlavə olunanda artıq yenisi qoyulurdu. Ümumiyyətlə isə, Milli Məclislə XİN-in əlaqəsi və ortaq çalışması vəziyyətə adekvat deyildi. Mən demək olar ki, hər dəfə növbəti sessiya başlayanda iş planına təklif edirdim ki, Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin. Bu iclasda Müdafiə nazirliyi və xarici işlər nazirliyi iştirak etsin, bütün məsələlər-xüsusilə danışıqlardakı vəziyyət və təkliflərin çərçivəsi haqda məlumat verilsin. İclas qapalı keçirilə də bilərdi və cəmiyyəti narahat edən məqamlar ictimaiyyətə çatdırılardı. Bu çox vacib idi. 

-Sual- Bunu zəruri edən əsas səbəblər nə idi?

-Biz kim, nə vaxt, harda, necə suallarının cavablarını bu müzakirələrdə tapmalıydıq. Qarabağ məsələsini fəaliyyət proqramında görən qurumlar eyni məzmunda ortaq davranış nümayiş etdirməlidir. Bu çərçivə XİN-də müəyyən olunmalı və iş bölgüsünə uyğun hər subyekt fəaliyyətin bu ortaq sənədə uyğun qurmalıdır. Belə müzakirələr olmadığından boşluqlar yaranır.

Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Bu təkcə Beynəlxalq qurum və super dövlətlərin seleksiya siyasətinə bağlı deyil. Koordinasiya olunmuş siyasətin qurulmaması da səbəblərdəndir. 2019-cu ilin sentyabr ayında Milli Məclisdə təklif etdim ki, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilsin. Təbii ki, bu sənədi layihə halında XİN təqdim etməli idi. Sənəddə BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması xüsusi qeyd olunsun. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqa görə məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin heç bir mənası olmadığını bildirdim. Ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsədsə, təbii ki, indiki status-kvonu uzatmaqdır. Oxşar çıxışım 2012-ci ildə də olmuşdu.Artıq açıqca hamımız müşahidə edirik ki, Ermənistanın davranışları danışıqların heç bir əhəmiyyətinin olmadığını göstərir. Ona görə də artıq Ermənistanın beynəlxalq rəydə ifşa prosesini tamamlayıb, işğal altındakı ərazilərin reinteqrasiyasına başlamalıyıq. 

-Sual- Azərbaycan tərəfindən Ermənistanın ifşa olunmasına daha nələri təklif edərdiniz? 

- Məqsəd Ermənistanın ifşa olunması üçün detal axtarmaq deyil. Masada mövqeyimizin güclü olmasıdır, Ermənistan hər vəchlə bəhanələr axtarır, danışıqları bəzi pozucu şərt və təkliflərlə dalana dirəyir. Vasitəçilərsə bu təkliflər ətrafında guya düşünürlərmiş kimi davranırlar. Biz əlimizdəki faktlarla bu oyunları pozmalıyıq. Məsələn, Ermənistanın 1989-cu il dekabrın 1-də parlament tərəfindən qəbul olunan Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda qərarları vardır. Bu sənəd əslində Ermənistanın özünü ifşası məsələsidir. Ermənistan rəsmiləri deyirdilər ki, Dağlıq Qarabağda və ətrafında baş verən döyüşlərdə Ermənistanın iştirakı və əli yoxdur. 2016-cı il döyüşlərində də görsəndi ki, ermənilərin öldürülmüş əsgərləri Yerevana aparılır və onların Ermənistan ordusunun əsgərləri olduğunu bu dövlətin Müdafiə Nazirliyi etiraf edirdi. Amma hər halda 1989-cu ildə qəbul edilən bu qərarın qüvvədən salınmasını tələb edilməsi və ya hər hansı formada danışıqlarda element kimi istifadə olunması çox əhəmiyyətli olardı. Çünki bu ən azından Ermənistan tərəf üçün çətin vəziyyət yaradacaq. Ya Ermənistan o sənədi qüvvədən salmaqla daxildə bəzi qüvvələrin təpkisinə məruz qalacaq, əks halda, qüvvədə saxlamaqla isə beynəlxalq qınağın qarşısında qalacaq. Hesab edirəm ki, bu Ermənistanın da ifşa olunması üçün əhəmiyyətli olardı. 

-Sual- Yəni XİN Ermənistanın Beynəlxalq qaydaları kobud pozması hallarından yetərincə istifadə etmir.

-Bu diplomatik savaşdı. Hər fürsətdən yararlanmalıyıq. Düşmən haqsızdır və təkcə bizim ərazimizi işğal etməklə təhdidləri məhdudlaşmır. Məsələn, Ermənistanda fəaliyyətdə olan qəzalı AES təhlükəsi xüsusi hal olaraq Beynəlxalq gündəmdə saxlanılmalıdır. Mən “Avronest”-in Moldovada plenar iclasında bu məsələ ilə bağlı məruzə etmişəm. Çox ciddi dəstək aldıq orda və bu AES-in bağlanması ilə bağlı çağırış oldu. Yetərincə, ardıcıl üstünə gedilməsi lazım idi. “Yaşıllar” da bu məsələdə çox maraqlı idi. Maraqların üst-üstə düşməsindən faydalanaraq çalışmalyıq ki, düşmən tərəfin mövqelərinə müəyyən zərbələr vura bilək. Ermənistandakı atom-elektrik stansiyası ilə bağlı çox ciddi təhlükə mövcuddur və onun haqqında müvafiq ölçü götürülməlidir. Üstəlik, həmin atom-elektrik stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisində basdırılmasının potensial təhlükə olduğunu da unutmamalıyıq və bu amili daim beynəlxalq təşkilatlara xatırlatmalıyıq. Onlarla belə fürsət sadalamaq olar.

-Sual- Qəbul olunmuş sənədlər unudulurmu? BMT-yə və dgər beynəlxalq təsisatlara nədən təzyiqlər və təsirlər edilməli?

-Xarici İşlər Nazirliyi, ümumiyyətlə, Qarabağla bağlı işləyən strukturlar məsələyə köklü şəkildə yeni yanaşmalar üzərində işləməlidir. ATƏT-in Minsk qrupu uzun-uzadı şəkildə illərdir, süründürməçilik ilə məşğuldur. On illərdir heç bir nəticə yoxdur. Biz BMT-nin qəbul elədiyi 4 qətnamənin həyata keçməsi üçün, BMT Nizamnaməsinin 7-ci maddəsinin 47–48-ci paraqraflarının həyata keçməsi üçün çalışmalıyıq. BMT-yə mütəmadi olaraq təzyiqlər və təsirlər eləməliyik. Bəzən bizə elə gəlir ki, bu qətnamələr BMT-də oturanların qarşısındadır, işləyəcəklər. O məmurların bəlkə də heç Qarabağ məsələsindən xəbərləri yoxdur. Mən parlamentdə çıxışlarımın birində təklif etmişdim ki, hökumət xüsusi bir diplomatik işçi qrup hazırlasın və bu məsələ ilə bağlı müntəzəm işləməsini təmin edilsin. 

- Sual- Qarabağla bağlı işləyən strukturlar dedikdə ictimai təşkilatlar, QHT, partiyalar da nəzərdə tutulurmu?

- Hər kəs nəzərdə tutulur. Hətta Qarabağdakı erməni əsilli azərbaycanlılar da nəzərdə tutulmalıdır. Məsələn, Qarabağdakı erməni əsilli azərbaycanlılara çağırış və onların Azərbaycan hakimiyyətinə kütləvi imza ilə müracət etməsi işin xeyirinə olar. 

Azərbaycan həmişə bəyan edib ki, bütün vətəndaşlarına olduğu kimi erməni əsilli azərbaycanlılara da qayğı göstərməyə, sahib çıxmağa hazırdır. Qarabağdakı erməni əsilli azərbaycanlılar Ermənistan tərəfdən Azərbaycanın bu bölgəsini işğal etdikdən sonra girov vəziyyətindədirlər və işğalçıların diqtə etdiklərini icra etmək məcburiyyətindədirlər. Bir qismi isə oradakı vəziyyətdən dolayı Azərbaycanı-Qarabağı tərk edib. Müəyyən vaxtlar Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılar xoşbət və sakit həyatı yalnız öz ölkələrində-Azərbaycanın tərkibində olmasını mətbuatda, müəyyən kütləvi toplantılarda ifadə ediblər. Bu baxımdan Parlament Qarabağda yaşayan erməni əsilli azərbaycanlılara amnistiya tətbiqi ilə bağlı çağırış edə bilər. Əlbəttə Xocalı soyqırımı kimi hadisələrdə iştirak edən, ağır cinayətlər törədənlərdən söhbət getmir. Bu insanlar Azərbaycan hakimiyyət orqanlarına kütləvi imza ilə müracət etsinlər, kənara gedən və ya təşkilata malik olanlar təşkilatları vasitəsilə müracət etsinlər. Qorxmasınlar. Azərbaycan həmişə bəyan etdiyi kimi humanist addımını atmağa, amnistiya elan etməyə hazırdır. Belə bir mövqe parlament tərəfindən sərgilənməlidir. Yeri gəlmişkən nəzərinizə çatdırım ki, oxşar təkliflə Parlamentdə 2016-cı ilin may ayında çıxış etmişəm. Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılarla işləmək lazımdır. Əlbəttə ki, dediklərim öz-özünə hasil olmaz.

Bunlar detaldır. Prinsipcə arzuolunan odur ki, XİN bütün imkanları səfərbər etsin. Qabaqlayıcı gedişlər etsin. Nəhayət masa üzərində müxtəlif adlı planlarla yanaşı Azərbaycan planı aparıcı təkliflər paketi kimi müzakirə olunsun. Bu birinci addım ikinci-hərbi addım ücün də, üçüncü-düşmənin kaputalizasiya sənədinə imza qoyması üçün də çox vacibdir
Oxşar xəbərlər
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI