"Mən taledən çəkdiklərimi yazıram"
Oxunub: 3989
30 Apr 2020 | 16:59

Moderator.az saytının müsahibi şair, aqronom-dizayner Xosrov Natildir.

- Koronavirus pandemiyası sanki təbiətin dirçəlişini də əngəllədi. Bu ilin yaz fəsli qanqaynadan yaza oxşayırmı?

- Təbiəti dəhnəsindən çirkləndirdilər, onun təbiiliyinə əl qatdılar, ekoloji tarazlığını zorladılar, təbiətə təslim olmaq əvəzinə onun yaraşığına, duruşuna şəkk elədilər - yerinə, göyünə cırmaq atdılar, əvəzində görəcəklərini gördülər. Təbiətin fövqəlliyinə laqeyd münasibət bu nəticəyə gətirməliydi. Amma təbiət öz işindədir, səhəri açılır, axşamı düşür, günəşi çıxır, yağışı yağır... Torpaq işi ləngiyir, bu da insan amili ilə bağlıdır. Torpaqda insan izi yoxsa, torpaq küsəcək. Uzun illərin təcrübəsidir, atalar deyir torpaqda izi olmayanın süfrədə üzü olmaz. Yunis İmrənin dediyi kimi, torpaq insanın ən sadiq yarıdır.
Bu yaz bircə Qarabağın yazı deyil. Fəqət insanlar yazı yaz kimi duymadılar, artıq maydır, ipəkqurdunun bəsləmə vaxtıdır, çiyid səpinin yekunu və s. Yaz tarla işlərinin qızğınlığı haqqında düşünmək belə cəfəngiyyatdır. 

- Karantin rejiminin cansıxıcı əhvalı şair yaradıcılığınıza necə təsir edir, bu ərəfədə yeni şeirlər yazmısınızmı?

- Bu rejim bəlkə də çox yaradıcı adamın karına gəlib, yarımçıq işlər tamamlanıb, eləcə mənə də dişlərimi itiləməyim vacib olub hər mənada. Yaradıcılıq üçün vaxt olursa, bu böyük şans hesab olunmalıdır Amma rahatsızlıq yaradıcılığa mane olur. Əslində, yeni ovqat üçün kifayət qədər vaxt tələb olunmur. Elə o əhvalla bir şeir təqdim edirəm:
Səhərlər yaşıl çay içirəm
Yuya bilmirəm qəhərimi heç cürə
tutub boğazımdan - salıb dalına  
Biləcəri qəbirisanlığından Çilov adasına
Sürüyür məni
Yaman qəzəbliyəm gün işığına
Buz kimi havalar da soyutmur əsəbimi 
Eynəyimin üstündən baxıram
Qışda yarpağını tökən ağacların xəzan rənginə
Sevirəm sevgi nəğmələrinin
illah da həsrətlisini
bir də Qaragiləni
De, gülüm, Qaragiləm,
De, kimi sevdin yarıdın
Mən ər kimi yalqızam
Sən qız kimi qarıdın
Qaragiləm. De, mən də gülüm.
İndi yer üzündə bənzərsiz qayğıları olan insanlar da var, bəlkə də vardı, özümü onlara oxşatmaq istəməzdim, amma baxın, Nodar Dumbadze ixtisasca aqronom olsa da, yazıçılıqla davamlı məşğul olub. Təyyarəçi Sent Etyen Ekzüperi yazıçı və bağban. Hesab edirəm ki, onların uğuru təbiətə münasibətdə formalaşıb.   

- Koronavirus hansısa formada flora və faunanı dəyişə bilərmi?

- Hesab etmirəm ki, hər hansı pandemiya təbiətin nizamını poza bilsin. Bitki aləmi özünü qorumağı bacarır, heyvanat aləmi daha böyük gücə malikdir. İnsanın təbiətə ekoetik münasibəti formalaşmalıdır. İnsan təbiətə təslim olmalıdır, onu dilə tutmalıdır. Sonra təbiət hadisələrini idarə etməlidir.

- Mövzunu dəyişək... Xosrov bəy, bəzən yarpaqlar rəngini tamamilə itirir. Bu təbiət hadisəsinin elmi izahı varmı?

- Bir çox halda stress amillərinin təsirindən bitkilərdə rənglərin dəyişməsi baş verir. İndi bu kimi dəyişmələri istəyənlər çoxalıb. Yarpağa yaşıllıq verən xlorofil dənələri soyuğun, istinin və başqa iqlim amillərinin təsirindən parçalanır, yaşıllıq itir, sarı, qırmızı, boz rəngə çevrilir. Bu ən çox xəzan dövrü baş verir. Vətəni Lənkəran olan dəmirağacının yaşıl yarpaqları sarı qızılı rəngə boyanır, bəzi armud sortlarının yarpaqları qanqırmızı rəngə çalır. Rəngdəyişmə təkcə qışda yarpağını tökən ağac və kollara yox, həmişəyaşıl ağac və dekorativ kollara da xas olur. Bu mövzu maraqlı olsa da, çox uzun mövzudur, xeyli misal gətirmək olar…

- Şəhərdə ətirsiz çiçəklər və dekorativ güllər get-gedə çoxalır. Ətirsiz çiçəklərə sığal düşürmü?

- Bu şəhərdə çoxdandır çiçəklərin ətri yoxdur. Ya da koronavirus şəhər adamının iybilmə qabiliyyətini əlindən alıb -  bunu zarafatla deyirəm sözsüz ki. Təbiətin yetirməsi olan, yəni təbii növ bitkilərin rayihəsi və ətri olur, insan əliylə, müxtəlif calaq üsulu ilə, hibridləşdirmə və digər yolla əmələ gələn çiçəklərin, güllərin isə ya ətri olmur, ya da çəx zəif qoxusu gəlir. Ekzotik görünüşü və ya müxtəlif rəng çalarları olan güllər viziual olaraq qəbul edilir. Ətirli güllər insanın sinir sisteminə güclü təsir edir, insanı stresdən qorumağa kömək edir. Ətirsiz çiçəkləri güldanlarda və ya vazalarda görməyə adət etmişik, həm də süni güllər təsiri bağışlaya bilər, bunlar vitrin çiçəkləri, gülləridir. Bu mənada ətirli güllər qucaqda, ətirsiz güllər bucaqda yəni... 

- Qızılgül xəstəliyi nədir?

- Qızılgül Şərqin bəzək kol bitkisidir, insan həyatının əlamətdar günlərinin rəngli və ətirli nişanəsinin birinci gülüdür, güllərin şahıdır. Qızılgül xəstəliyi – bu “unlu şeh” xəstəliyidir, bitkinin əksər yerüstü orqanlarını bütünlüklə sanki una bələyir, yarpaqlarını, zoğunu, hətta butasını zəif salır, bitkinin görüntüsünü eybəcərləşdirir. Bu bir bitki patologiyasıdır.

- Bakıda, yaxud Abşeron yarımadasında Zəngilan kəklikotusu, Zəngilan gül-çiçəyi bitərmi?  

- Abşeron yarımadası üçün quru çöl iqlimi xarakterikdir. Qarabağ və ya Naxçıvan florasının bitkiləri burada öyc eləməz. Abşeron torpağı bol lalə bitirməz, amma Qarabağda və digər bölgələrimizdə lalələr şal kimi çəmənlik yaradır. Orası da var ki, Abşeronun bitirdiyi bir neçə dadlı meyvələr digər torpaqlarda o tamı verməz. Kəklikotu və digər faydalı, şəfalı dərman bitkiləri Qarabağda daha sıx bitir, dağnanəsi, xəzəz, çaşır və s. Çox təəssüf ki, təbiətimiz də işğala məruz qalıb.

- Şeirlərinizdən eşqi ürəyinizi didən, dərd-bəlası soluxmayan, köhnəlməyən bir Zəngilan boylanır. Hələ ümid gömülməyib ki? Bir gün o yerlərə dönəcəyinizə inanırsınızmı? 

- Ən böyük itkim torpaq olub, o torpağın altında dədə-babamın sümükləri, üstündə Zəngilan adlı oba və o obanın təzəcə inşa edilmiş odasının uçuqları altında bəndənizin cızma-qaraları - əlyazmaları qalıb. Amma bu itki, dərd köhnələn deyil, o torpaqda anaları anam, ataları atam olan halal adamları heç vaxt unutmaq olmur. Mənim o torpaqda dəfn olunmaq şansım hələ də qalır, buna bir ümidim var, inanıram ki, bizim indiki nəsil bu torpaqları işğaldan azad edəcək, o torpaqlar yenidən ətirli güllər, çiçəklər bitirəcək, zəmilərimiz dalğalanacaq, yeni oğullar doğan anaların laylası nikbin notlar üstündə ətrafa yayılacaq. O zaman torpaq altında uyuyan igidlərimiz - şəhidlərimiz “qızılgülün içində şirin yuxu tapacaq”. 

- "Hər yazarın yaradıcılığı onun poetik fotosudur" deyən Xosrov Natilin fotosunu necə təsvir edərdiniz?

- Müəllif kimi çox vaxt gizləndim, təvazökarlıq etdim, amma heç zaman yazılarım üçün, şeirlərim üçün utanmadım, ona görə ki, arxasında mən varıydım. Bu özümüydüm, öz varlığımıydı hər sözün, kəlmənin, misranın və bütöv şeirin arxasında. Mən taledən çəkdiklərimi yazıram. Bəli, hər zaman şeirlərimin arxasında durdum, şeirlərimin  arxasında gizlənmədim. Ürəksiz, işıqsız şeir yazmadım. Hər şeir yazanda titrədim, bədənimdə zəlzələ kimi tərpənmələr olmayınca bir misra belə yazmadım. Fikirlər, misralar sanki canımdan çıxırdı. Hər şeir, hətta hər misram mənim poetik fotomun neqatividir, onun öz oxucusu - seyirçisi var və bu təsdiq olunub.  

- "Hələ doğulmayıb məni sevənlər"... Bu da sizin misranızdır. Tez-tez öz-özünüzə pıçıldadığınız şeirlərinizdən birini eşidək...

- Məmnuniyyətlə. Bu şeiri sizə ünvanlayıram.

Əzizim Mehin
Bir acı təəssüflə deyim ki burda 
Sevgi nağılının nikbin sonluğu
Alma yetirmir
Meymunalmasını sevir bu şəhər
hərdən bu işə 
dəlicəsinə gülüməyim gəlir
deyim ki quş kimi sevir
quş kimi sevişir şəhər
deyim ki bu səhər bibimin oğlu
Qarabağdan gəlib öldü şəhərdə
əlvan çiçəkləri soldu Çermetin
canım sənə desin eləcə mən də
balalarımın 
Anaları öləndən xeyli sonra
elçi düşdüm bir qıza
qızım səni sevməsə qızımın əvəzinə
oğlum səni istəməsə
oğlumun yerinə istərəm demişdim 
sora canım sənə desin
kiminin evi oldu
kiminin evliliyi
canım sənə desin
Bizim kəndin dul qadını
işğaldan sağ gətirdiyi
kəbin kağızını itirdi bu şəhərdə
dünən mən də bu şəhərdə
itirdim eşq imanımı

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO