"Mən bunu Pikasso ilə Qobustanda görüşümüz adlandırdım..."
Oxunub: 3721
18 Mar 2020 | 16:38
Koronavirus xəstəliyinə görə ölkədə tətbiq edilən karantin rejimi rəssam Yusif Mirzədən də yan keçməyib. Çünki o, sadəcə rəssam deyil, həm də müəllimdir. Koronavirus pandemiyasına görə isə Azərbaycanda dərslər dayandırılıb.

Yusif Mirzə 1959-cu ildə Laçın rayonunun Sadınlar kəndində anadan olub. Orta təhsilini Laçında, ali təhsilini Bakıda alıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bədii qrafika ixtisasına yiyələnib, rəngkarlıqdan diplom müdafiəsi edib. Hələ tələbə ikən rəssamlıqla ciddi məşğul olmağa başlayıb. Rəssam kimi formalaşmasında müəllimi və dostu, ustadı, Azərbaycanın xalq rəssamı Nadir Əbdürrəhmanovun böyük rolu və təsiri olub.

Yusif Mirzə institutu bitirəndən sonra Laçın rayonunun Ağanus və Qarıkaha kənd orta məktəblərində müəllim, Laçın Şəhər Mədəniyyət Evində, Laçın Xalq Teatrında rəssam işləyib. 1987-ci ildən Bakıya köçüb.

1988-ci ildən erməni təcavüzünə qarşı mübarizədə ön sıralarda olub, ərazi özünümüdafiə batalyonu dəstələrinin tərkibində torpaqlarımızın müdafiəsində bacardığını edib.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Yusif Mirzə rəngkarlıq, qrafika, heykəltəraşlıqla, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur.
Söhbətimizə elə karantin məsələsindən başlayırıq.

- Karantinə alınmış rəssamın əhvalı necədir?

- Əhvalım normaldır. Hətta deyərdim ki, yaxşıdır. Narahatlığım var. Bu da təbiidir. Alışmadığımız bir şəraitdə, karantin dövründə nə edəcəyimi, hansı işlərimin ardınca gedəcəyimi qərarlaşdıra bilmirəm. Emalatxanda bir az problemlər var. Bu vaxtlar soyuq olur, işləyə bilmirəm. Çətin bir dövrdür. Sadəcə hər kəs kimi gözləyirəm ki, bu virusun sonu olacaqmı? Ümidvaram ki, ötüb keçəcək və həyat normal axarına düşəcək. Emalatxanada əlimə payızda işlədiyim balaca bir rəsm keçdi. O qədər də əhəmiyyət vermədiyim kiçik bir rəsm. Rəsmə baxdım və məni bir az heyrətləndirdi. Sanki bu günlərin narahatlığına, həyəcanına çəkilmiş bir illüstrasiyadır. Rəsm monotipiya deyilən texnikada işlənib. Bu maraqlı bir texnikadır, rənglərlə yalnız bir rəsm işləyirsən. Bu rəsm texnikasında sonda nə çıxacağı, nə olacağı məlum deyil. Belə bir obrazın ortaya çıxması maraqlıdır. Buna sənət öncəgörmələri demək olar. Belə bir öncəgörmə əvvəl başqa bir rəsmimlə də bağlı baş vermişdi. Bakı buxtasında vikinq gəmisini çəkmişdim. Bir müddət sonra  doğrudan da Norveçdən, İsveçdən belə bir qrup səyyah vikinq gəmisi ilə Azərbaycana gəldi. Falçılara, ekstrasenslərə, baxıcılara o qədər inanmasam da sənət öncəgörmələri, sənətkarların güclü fantaziyaları faktdır.

- “Əgər mən heç kimsə üçün maraqlı deyiləmsə - bu mənə maraqlıdır” fikirlərinin müəllifi kimi maraqlı adam olduğunu düşünürsənmi?

- Maraqlı şeylər, kitablar, əsərlər, sənətlər, yerlər, ölkələr və s. çoxdur. Lap çox. Məncə, daha çox maraqlı olanlar insanlardır. Üstəlik də yaradıcı insanlar. Mən təkcə yaradıcı sənət adamlarını nəzərdə tutmuram. Sadə peşə sahibi də öz işinə yaradıcı münasibət bəsləyirsə, öz işinin ustası, sənətkarıdır. Qayıdaq suala. Əgər kimsə nəyəsə maraqlı deyilsə, bunun mütləq bir səbəbi var. Mən kim üçünsə maraqlı deyiləmsə, bunun özü maraqlıdır. Həm də istəməzdim ki, hamı üçün maraqlı olum və mənim rəsmlərim, fikirlərim hər kəsə maraqlı olsun. Çünki insanların zövqləri, düşüncələri, dünyaya baxışları çox fərqlidir. Və bunlar da dəyişir. Bu da təbiidir. Hər şey dəyişir, inkişaf edir, bəzən yeni mahiyyət, məzmun qazanır. Mən rəssamam və məncə, çoxlu insan var ki, mənim rəsmlərimi sevir. Özü də dünyanın bir çox ölkəsində. Çindən tutmuş İngiltərəyə, Kanadaya, Amerika Birləşmiş Ştatlarına, Sinqapurdan tutmuş Rusiya, Ukrayna, Skandinaviya ölkələrinə qədər. Bir rəssam kimi sənətimə, yaradıcılığıma maraq göstərən insanlar da mənim üçün maraqlıdır. Onların marağı, münasibəti mənim üçün təkcə maraqlı deyil, həm də qiymətlidir. Bu maraq, münasibət yaradıcılığa bir təkan verir, yeni-yeni əsərlər, rəsmlər üzərində düşünməyə və çalışmağa sövq edir.
Ən maraqlı şeylərdən biri müəllifi olduğun rəsmlərlə qarşılaşmandır. Hansısa bir sərgidə, kolleksiyada, kiminsə evində. Belə xoş, məmnunluq doğuran hallarla daha çox Norveçdə rastlaşmışam. Kiminsə evinə qonaq çağırırdılar və gedib evin ən gözəl yerlərində asılmış rəsmlərini görəndə bir anlıq xoşbəxtlik, sevinc duyğusu səni bürüyür. Düşünürsən ki, sənin yaradıcılığın, axtarışların, hisslərin, həyəcanların boşuna getməyib. Rəsmlərin kiməsə zövq verir, onun könlünü oxşayır. Məsələ onda deyil həmin adam o rəsmə nə qədər pul ödəyib. Rəsm bahalıdır, yoxsa yox. Məsələ ondadır ki, sənin rəsmlərin yaradıcılığın kimlər üçünsə sevinc, zövq bəxş edir. Elə insanlar var ki, onlar sənət aşiqidirlər. Sənətin pərəstişkarıdırlar. Son dərəcə maraqlı, özünəməxsus, həm də çox yüksək səviyyəli poeziyaya malik mərhum şairimiz Vaqif Səmədoğlu belə insandı. O, mənim emalatxanama gələr, dolanıb baxardı, bir az söhbət edərdik və çıxıb gedərdi. Ona mane olmamağa çalışırdım. Hiss edirdim ki, emalatxana, onun havası, ruhu onun üçün maraqlıdır. Bir dəfə dedi ki, emalatxanaların xüsusi qoxuları var və o, bu qoxuları sevir. Mən maraqlı adamam, yoxsa yox? Yaxşı olardı buna başqaları fikir bildirsənlər. Məncə, hər bir insanın maraqlı tərəfləri var. Sadəcə insanı anlamaq lazımdır.

- Əsərlərində ifrat parlaqlıqdan qaçmaq meylləri çox güclüdür. Rəngləri duman təki yayırsan...

- Mən öz sənət yönümdən, istiqamətimdən, üslubumdan kifayət qədər danışmışam. Ola bilər ki, bəzi fikirlərim təkrar kimi görünə bilər. Ümumiyyətlə hər bir rəssamın, yaradıcı insanın müxtəlif dövrləri, müxtəlif silsilələri olur. Bilmirəm bu ilhamdırmı, sənət təşnəsidirmi, yaradıcılıq yüksəişidirmi... Heç nə düşünmədən ruhunda, düşüncəndə olan təlatümləri, həyəcanları reallaşdırmaq istəyirsən. İşləyirsən, çalışırsan. Bir müddət sonra hər şey ötüb keçir və görürsən ki, çox gözəl şeylər qalıb. Mən müxtəlif səpkilərdə işləməyi sevirəm. İncə, zərif tonlarla da çalışıram, parlaq dekorativ rənglərlə də, bəzən monoton rənglərlə də. Sadəcə cizgilərlə də. Bəzən eksperimentlər eləməyi xoşlayıram. Sənət adamı özü üçün çərçivələr qoymamalıdır. Düşündüklərini, arzusunda olduqlarını həyata keçirməlidir. Mənim sənətimə, yaradıcılığıma marağı olan insanlar çox yaxşı bilirlər ki, ilk öncə Qobustan qayaüstü rəsmləri ənənələrini müasir rəssamlığa gətirmişəm. Çoxları o zaman deyirdi ki, bu rəsmlər primitiv rəsmlərdir. Mən heç nəyə baxmayaraq işləyirdim, çalışırdım. Daha sonra müsahibələr verdim, məqalələr yazdım. Sübut etməyə çalışdım ki, arxaika primitivlik deyil, baxmayaraq ki, primitiv sənətin özü də çox maraqlıdır, ən azından hamımızın yaxşı tanıdığı Pirosmanin yaradıcılığı buna sübutdur. Mənim qayaüstü rəsmlər ənənələrindən bəhrələnməyim ilk öncə norveçli sənət maraqlıları arasında böyük diqqətə səbəb oldu. Norveçlilər rəsmlərimə çox böyük maraq göstərdilər. Bu rəsmlər Norveçdə dönə-dönə çap olundu, müsahibələr verdim. Bir çox rəsmim Norveçdə kolleksiyalara düşdü. Mənim Qobustan silsiləsindən iki rəsmim ABŞ da, bir kolleksiyada Pablo Pikasso və Rufino Tamayonun rəsmləri ilə bir sırada asılıb. Bunu mənə kolleksiyaçının özü söylədi. O mənim emalatxanamda olmuşdu və rəsmlərimi çox bəyənmişdi. Söhbətimiz zamanı məlum oldu ki, onun zəngin kolleksiyası var. Bu kolleksiyada Amerika avanqardının çox böyük nümayəndələrinin, Uorxollun, Pollokun, Rauşenberqin və digər məhşur sənətçilərinin əsərləri var. Ronald E.Moor adlı bu cənab şairdir. Mənim qamışdan düzəltdiyim qələmə böyük maraq göstərən cənab Moor elə bu qələmlə mənə öz nəfis çap olunmuş kitabını avtoqrafla hədiyyə etdi. Rəsmlərimin belə bir kolleksiyada olması, dünyada məhşur olan böyük sənətkarların əsərləri ilə bir sırada dayanması, şübhəsiz, xoşdur və bir rəssam olaraq, yaradıcı insan olaraq düzgün yolda olduğuna inam yaradır.
Bir maraqlı cəhəti də qeyd etmək istəyirəm. Pablo Pikasso böyük rəssamdır, dahidir. Mən onun yaradıcılığını diqqətlə öyrənmişəm. Qobustan silsiləsi üzərində çalışdığım dövrdə Pikassonun bu arxaik üsluba bənzər qrafik rəsmləri diqqətimi çəkdi. Pikasso arxaik tərzli, üslublu rəsmlərlə maraqlanmış və çoxlu rəsm çəkmişdi. Bu rəsmlərin bir hissəsi Qobustan rəsmlərinə bənzəyir. Mən bu rəsmləri sonra gördüm. Artıq Qobustan silsiləsi üzərində bir xeyli işləyəndən sonra. Həmin silsilədən olan rəsmlər dünyanın bir çox ölkəsinə gedib çıxandan, kolleksiyalarda öz yerini alandan sonra. Mən bunu Pikasso ilə Qobustanda görüşümüz adlandırdım. Maraqlıdır ki, Pikasso bu nöqtəyə gəlib çıxıb, amma nədənsə davam etdirməyib. Başqa maraqlı yollarla gedib. Başqa gözəlliklər, qəribəliklər yaradıb. Mən məsuliyyət və təvazökarlıq hissini unutmadan deyirəm. Bu yolu, təsviri sənətdə arxaik minimalizm yolunu davam etdirdim və çox maraqlı nəticlərə gəlib çıxdım. İndi mənim rastıma çıxır, bu üslubda rəsmlər çəkirlər, suvenirlər, müxtəlif məmulatlar hazırlayırlar. Amma onlar bu üslubun dərinliyini, mahiyyətini bilmir, çox üzdən gedirlər. Əsl sənətin dərinliyi və hüdudsuzluğu var. Bir çoxları hətta mənim kompozisiyalarımdan, rəsmlərimdən plagiatlıq da edir, bəzən obrazları olduğu kimi köçürürlər. Əvvəl-əvvəl bu məni əsəbləşdirirdi. Axı bu sadəcə oğurluqdur. Amma bu sonra o qədər çoxaldı ki, əhəmiyyət verməməyə başladım. İndi isə tamailə adi yanaşıram. Mənim yaradıcılığımdan, rəsmlərimdən plagiatlıq edənlər adlar aldılar, biznes etdilər. Bu sözlərimin də məsuliyyətinin arxasındayam və həmin adamlara da sübut edə bilərəm. Sənətlə məşğul olanlar yaxşı bilirlər ki, plagiatlıq sənətdə geniş yayılır. Müəllif hüquqlarını qorumaq cəhdləri də bir elə effekt vermir. Təkcə Qobustan silsiləsindən deyil, mənim başqa əsərlərimdən də çox zaman plagiatlıq edirlər. Yenə deyirəm: indi belə plagiatları adi bir şey kimi qəbul edir, demək olar ki, əhəmiyyət vermirəm. Əgər kimlərsə mənim sənətimdən  nələrisə götürərək adlar alırlarsa, özlərini reklam edirlərsə, xeyir götürə bilirlərsə, olsun. Mən onlardan təşəkkür-filan da gözləmirəm. Əsl həqiqəti bilənlər bilir, bilmək istəməyənlər də özlərini elə göstərirlər ki, guya bilmirlər. Amma elə onlar da bilirlər. Bilməyənləri də, Molla Nəsrəddin demiş, öyrətmək lazımdır ki, bilsinlər.

Hiss olunur ki, mənim rəsmlərimin fotoşəkillərinə diqqətlə baxmısan. Özü də bu baxış adi olmayıb. Zövq alaraq, duyaraq və nəticədə sevərək baxmısan. Rəngləri duman təki yaymaq kimi obazlı bir ifadə də bundan gəlib. Tamamilə haqlısan. Musiqidə, ədəbiyyatda, şeirdə, memarlıq və heykəltəraşlıqda, dizaynda, kinoda, ümumiyyətlə sənətdə eyni qanunlar, sənət qanunları işləyir. Rəssamlıq da istisna  deyil. Ton, harmoniya, ifadəlilik, obrazlar, plastika, kompozisiya demək olar hamısında eynidir. Sadəcə sənətin dili var və sənəti anlamaq üçün bu dili bilmək vacibdir. Əgər rəsmlərdə rənglərin duman effekti varsa, deməli, ton yerindədir. Musiqi dilində desək, xaric çıxmamışam. Mən sırf professional söhbət edərək  darıxdırıcı təsir buraxmaq istəmirəm. Tonda da işləməyi sevirəm, parlaq dekorativ rənglərlə də. Ən əsas məsələ odur ki, falş etməyəsən. Yəni saxtakarlq etməyəsən. Gözə kül üfürməyəsən. Çünki bu incəsənətdir və burada hər şey doğrudan da çox incədir.

- Sənin çəkdiyin narlar sanki gülümsəyir...
- ... (gülümsəyir).

- Laçın mövzusunda işlədiyin əsərlərində qəribə bir kədər var, amma bu məğlub kədər deyil.

- İşlədiyim, rəsmini çəkdiyim nə varsa, onu duymadan, hiss etmədən işləyə bilmərəm. Çünki rəssamlıq sadəcə bir şəkil çəkmək deyil. Şəkil çəkməyi hər kəsə öyrətmək mümkündür. Amma kimisə rəssam etmək qeyri-mümkündür. Sənət adamı olmaq böyük bir missiyadır. Bu missiyanı dərk etməli və onu yerinə yetirməlisən. Bimirəm insanın hansısa sənət dalınca getməsinə hansı faktorlar səbəb olur. Amma hər bir insanın həyat yolunda, sənət seçməsində uşaqlıq təssüratlarının güclü rolu olur. Çox zaman da bu təəssüratlar həlledici rol oynayır. Mən Laçında, dağların sinəsinə sığınmış bir kənddə doğulmuşam. Balaca bir kənddə. Kənd öz qədim yerindəydi. Güneyin yamacında biri-birinə söykənmiş evlər, bir-birinə dolaşmış kənd yolları, cığırlar, daş divarlar, qayalar... Bu mənim bitib tükənməyən nağılımdır. Bu nağıl indi reallıqda movcud deyil. İndi o nağıl mənimlədir və bir də mənim rəsmlərimdə. Bir dəfə uşaqlıq dostuma rast gəldim. Mənə müqəddəslik haqqında sual verdi. O, sadə bir zəhmət adamıdır və təhsilini davam etdirə bilməyib. Dedi pirlərə, ziyarətgahlara qarşı çıxanlar var, buna necə baxırsan? Deyirəm kəndimiz yadındadırmı? O kənd, o yerlər sənin üçün müqəddəsdirmi? Elə müqəddəsdir deyir. İndi o kənd yoxdur, ancaq xarabalıqları var, ora ziyarətə gedərsənmi? Elə gedərəm deyir. Hər şey, bax, beləcə bizim yaşadığımız hisslərdən və münasibətimizdən asılıdır. O kənd, doğma yurd, o yerlər mənim üçün də müqəddəsdir. Nə yazıq ki, müqəddəs məbədimiz dağılıb, müqəddəs yerlərimizi düşmən alıb. Mən varlığımda, ruhumda yaşayanları rəsmlərimdə göstərmək istəyirəm. Mənə elə gəlir ki, bütün rənglərım, çalarlarım, hətta cizgilərim də Laçından, kəndimizdəndir. Düzgün qeyd elədin, mənim Laçınla bağlı rəsmlərim qətiyyən bədbinlik, ağır əhval yaratmır. Heç özüm də bunu istəməzdim. Laçında naturadan çəkdiyim çoxlu rəsmlərim var. Burada - Bakıda da  Laçına həsr etdiyim rəsmlərim çoxdur. Amma indiyə qədər Laçına həsr etmək istədiyim sərgini aça bilmirəm. Laçına həsr etdiyim bir kitabı buraxa bilmirəm. Məni sıxan, darıxdıran, bax, budur. “Xatirə” adlı silsilə rəsmlərim var. Bu mənim kəndimizə, uşaqlıq xatırələrimə həsr olunmuş böyük bir silsilədir. Bu silsilədən nə qədər rəsmlər çəkmişəm. Dünyaya da yayılıb. Sayını deyə bilmərəm. Amma çox xoşdur ki, Azərbaycan Dövlət Rəsm Qalereyasındakı rəsmlərimdən biri də həmin silsilədən böyük bir rəsmdir.
(Haşiyə. 2017-ci ilin aprelində Bakı Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Siyasətdən kənar” müasir incəsənət sərgisi açılıb. Sərgi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində həyata keçirilib. Həmin sərgidə Azərbaycanın dünya şöhrətli, korifey sənətkarları ilə bərabər rəssam Yusif Mirzənin Dövlət Rəsm Qalereyasında saxlanılan “Xatirə” rəsmi də nümayiş etdirilib. Bu, rəssamın yaradıcılığının yüksək səviyyədə qiymətləndirilməsinin bir növ təsdiqi idi.)

- Səni norveçlilərə sevdirən əsərlərin çoxdur, tanınmış alim Tur Heyerdalın bir zaman Azərbaycana gəlişində Yusif Mirzə yaradıcılığı ilə xüsusi maraqlandığını da eşitmişəm. Ona da Laçını göstərə bildinmi?

- Laçına, kəndimizə həsr etdiyim bir çox rəsm dünyanın bir çox ölkəsində həm nümayış etdirilib, həm də çap olunub. Yadımda qalanlar ABŞ, Norveç, Finlandiya, Türkiyədir. Norveçdə dostlarım və sənətimi sevən insanlar çoxdur. Norveçlilərdə  Azərbaycana, xalqımıza, mədəniyyətimizə maraq çox güclüdür. Mən bu ölkədə səfərdə olmuşam, sərgilərim, çoxlu görüşlərim, müsahibələrim olub. Norveçlilər çox mehriban, səmimi, qonaqpərvər, son dərəcə düzgün, etibarlı, sədaqətli insanlardır. Məni evlərinə dəvət edir və sevə-sevə evlərindəki Azərbaycan guşələrini və buradakı rəsmlərimi göstərirdilər. Bu unudulmaz bir səfər idi. Mənə çox maraqlıydı: bu sevgi, bu hörmət nədən qaynaqlanır, haradan gəlir? Sonra dostlar mənə izah etdilər. Onlar sanki mənim rəsmlərimdə özlərinin qan yaddaşlarının izlərini, simvollarını, nişanələrini görürdülər, buna görə də xüsusi bir münasibət göstərirlər. Norveçlə çox yaxşı əlaqələrimiz vardı, təssüf ki, indi bu əlaqələr dayanıb. Skandinaviya dünyanın qeyri-adi, çox inkişaf etmiş, son dərəcə özünəməxsus bir yeridir. Norveçsə yer üzünün bir cənnətidir.
(...Və daha bir əlavə. Yusif Mirzənin Norveçlə hər zaman sıx əlaqələri olub. Onu bu ölkədə tanınmış və populyarlıq qazanan ilk azərbaycanlı rəssam da adlandırmaq olar. Rəssam Azərbaycanda fəaliyyət göstərən Norveç Humanitar Müəssisəsi ilə birlikdə müxtəlif humanitar istiqamətli layihələrin həyata keçirilməsində iştirak edib. Onlardan Norveçin SKRUK xoru ilə Azərbaycan musiqiçilərinin birgə işi olan musiqi layihəsini, Şəkidə Kiş kəndində qədim alban kilsəsinin tədqiqatını və bərpasını, Mərdəkan qəsəbəsində xəstə uşaqlar üçün 3 saylı internat məktəbində rəsm dərslərinin keçirilməsini, həmçinin 2007-ci ildə Norveçə yaradıcılıq səfərini və fərdi sərgilərinin təşkil olunmasını misal çəkmək olar. 2013-çü ildə professor Vibeke Roqqenin müəllifi olduğu, Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilən, Azərbaycan-Norveç əlaqələrinə həsr olunmuş “Thor Heyerdal for search Odin” kitabının tərtibatında rəssamın Yusif Mirzənin “Xəzərin qədim mahnısı’’ rəsmindən istifadə olunub.)

- Gəl indi də şair Yusif Mirzədən söz açaq...

- Esselərimin birində belə bir ifadə var: “Adım peyğəmbər adıdır. Amma heç vaxt peyğəmbərlik iddiasında olmamışam. Çünki mən rəssamam...” Şeiri, poeziyanı, ədəbiyyatı çox sevirəm. Sevdiyim şairlər, yazıçılar çoxdur. Yapon poeziyasının heyranıyam. Nazim Hikmətin yardaıcılığını, şeirlərini çox sevirəm. Yapon hoykularının mənə çox güclü təsiri olub. Hələ də bu təsirdən çıxa bilmirəm. Çoxlu yazılarım, şeirlərim var. Amma qətiyyən şairlik, yazıçılıq iddiasında deyiləm. Çünki mən rəssamam. Mənim şeirlərim də bir rəssamın şeirləridir. Rəssamların yazdıqları başqalarından fərqlənir. Şeirə və ədəbiyyata sevgi rəssamlıqda mənə çox kömək edir, ən azından poetik düşüncəyə kökləyir. Emalatxanada olmağı, rəsmlərlə, rənglərlə, cizgilərlə, formalarla birgə nəfəs almağı, onlarla ünsiyyətdə, təmasda olmağı, çalışmağı çox sevirəm. Beləcə saatlarla vaxt keçirə bilərəm. Bu mənim zövq aldığım, sevdiyim bir məşğuliyyətdir.

- Şeirlərini də eşidək...
- ...
DUA
Üzümü çərçivəyə,
            Təzəcə çəkdiyim
Kətana söykədim,
Sanki özüm də bilmədən ,
            Qəfildən, səbəbsiz
Dodaqlarımı ona
           Toxuduraraq,
                   yavaşca öpdüm.
 
hələ rəng dəyməmiş,
tanış, bakirə qoxusunu
           sinəmə çəkdim...
və dua etdim.
         ağappaq dünyadan
               mənə baxan
sənət ilahəsinə...
2 dekabr 2008

TƏNHALIĞIN QƏMLİ MAHNISI
Pablo Pikassoya
 
Oturmusan gecənnin içində,
​​​üzündə bir az işıq,
O da qarşı evin tinindəki
​​​​küçə fənərindən.
Başın  qəmli, məhzun,
​​​yenib köksünə.
Açıq pəncərədən görsənən
​göy üzündə ulduz belə yox.
Qaranlıqda dəniz də seçilməz.
Dünyanın dərdləri çoxdu, qardaşım.
Qalaq-qalaq, yığın –yığın.
Çözələnən deyil dərdlər.
Vay dədəm... vay...
Dərd üstə dərd gələr.
Ay doğmaz, bulud keçməz.
Meh əsməz, yarpaq titrəməz.
Tənhalığın ən qəmli mahnısıdı...
Oxuduğun mahnı,...
Bir kimsə dinləməz...
   Oktyabr 2008
 
LAÇINA QAR YAĞIR
Bir il içərisində dünyalarını dəyişmiş Atamın və Anamın əziz xatirələrinə
 
Eşidirsən...
​Laçına qar yağır,​
Ağappaq, bəmbəyaz
​​​Yumşaq.
Laçına qar yağır,
​​ağ  çiçəklər,
​​​ağ ləçəklər,
Ağ kəpənəklər
​uçur uçur havada,
Ehmalca, aram aram
​qonurlar torpağa.
Laçına qar yağır,
hər tərəf sakitlik,
Hər tərəf dümağ,
Hoçaz qayası,
​Mərkiz dağı
Boz duman içində.
​Laçına qar yağır,
Eşidirsən...
​Dinləyirsən...
​​Xatırlayırsan...
Niyə ağlayırsan...
​Niyə ağlayırsan...
Dekabr 2000-2003
 
- Müəllimlik fəaliyyətin səni emalatxanadan çox uzaq salmır ki?

- Eyni zamanda dərs deyirəm. Müəllimliklə məşğulam. Bu da sevdiyim və yaradıcı bir işdir. Müəllim işləməyin ən yaxşı tərəflərindən biri odur ki, daima öz üzərində çalışmalısan. Formada olmalısan. Uşaqlar çox həssasdırlar və incəsənəti gözəl anlayırlar. Ondan zövq alırlar. Gərək hər zaman hazırlıqlı olasan və şagirdlərin maraqlarına cavab verə biləsən. İncəsənətin təbliğ olunmasında, şagirdlərin estetik zövqünün yaranmasında, inkişafında, formalaşmasında ilkin və ibtidai təhsildə rəsm, musiqi, dram dərslərinin keçirilməsi çox əhəmiyyətlidir. Yaradıcı işi pedoqoji işlə əlaqələndirmək çox gözəl nəticə verir. Çox xoş və məmnunluq doğuran bir haldır ki, dərs dediyim məktəbin rəhbərliyi hər şeydən əvvəl məni bir rəssam və yaradıcı insan kimi qəbul edir və dərsləri yüksək səviyyədə qurmağıma   hər cür kömək edirlər. Bu diqqətə, hörmətə görə onlara da minnətdarlığımı bildirmək istəyirəm.

- Tanrı bizi Laçında görüşdürsün, Yusif Mirzə. Sağ ol...

- Təşəkkür edirəm ki, məni arayıb, tapdınız. Mənə elə gəlir ki, nə qədər danışsaq da yenə deməyə sözümüz çoxdur. Əgər bir rəssam kimi rəsmlərim, sənət yolum, fikirlərim kimlər üçünsə az da olsa maraqlıdırsa, buna çox şad olardım.

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
23:24, Bu gün
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
23:17, Bu gün
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
23:06, Bu gün
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
22:59, Bu gün
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
22:51, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
22:47, Bu gün
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
22:45, Bu gün
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
22:34, Bu gün
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
22:18, Bu gün
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
22:15, Bu gün
Hacıqabul sakinini gürzə sancıb
22:12, Bu gün
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...