Elşad Abdullayev istintaqdan və məhkəmədən narazıdır
Müsahibə
Oxunub: 3766
26 Jun 2013 | 09:49
Elşad Abdullayev istintaqdan və məhkəmədən narazıdır

Moderator.az itkin düşmüş Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin Hüquqlarının müdafiə komitəsinin sədri, Elşad Abdullayevin qanuni nümayəndəsi  Azad Mürsəliyevin müsahibəsini təqdim edir.

 

 - Azad bəy, bu  məhkəmə çəkişmələri nədən başladı?

 

- “Təzadlar“  qəzetinin 14(1751) 07 fevral 2013-cü il tarixli “Tanınmış  vəkildən  həyacan  təbili“   başlığı  ilə dərc  olunmuş  yazıda,  qəzetin  Səbuhi  adlı  əməkdaşı  tərəfindən  Bakı  şəhər  sakini  Zeynalov  Ramiz  Yusif  oğlundan  müsahibə  alınmışdır.  Həmin  yazıda  həqiqətə  uyğun  olmayan  və  mənim  şərəf  və   ləyaqətimi  ləkələyən  məlumatlar  yayılmışdır.  Belə  ki,  qeyd  olunan  yazıda  R.Zeynalovun  yalan  məlumatları  bilavasitə  mənim  şərəf  və  ləyaqətimi  ləkələmişdir.

 

- Bu yalanlar nədən ibarətdir?

 

- Nəzərinizə  çatdırıram  ki, dayım  Abdullayev  Mahir  İslam  oğlu, 13  oktyabr 2003-cü  ildə naməlum şəraitdə oğurlanmışdır. Dayımın oğurlanması (öldürülməsi) faktına görə hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Müstəqil İstintaq Komissiyasının icraatında 105157 saylı cinayət işi  istintaq olunur. Verdiyi müsahibədə R.Zeynalov qərəzli və yalan olaraq məni öz doğma dayıma qarşı xüsusilə ağır cinayət  əməlini törətməkdə ittiham edir. R.Zeynalovun yalan məlumatlarından belə çıxır ki, güya dayım M.Abdullayev mənim tərəfimdən öldürülmüş və buna görə də mən ölkədən qaçmağa cəhd etmişəm.  

1. “Bəziləriniz” “Parisli elm vunderkindindən” aldığınız pul hesabına ümmümiyyətlə, bu işdə vəkil, rəsmi elan edilmiş sözçü, (Yəni A.Mürsəliyev) “Parisli  dayı” tərəfindən tutdurularaq cəza çəkmiş və hal-hazırda özünü onun nümayəndəsi kimi təqdim edən, ölkədən qaçmağa cəhd etdiyinə, bunun qarşısı alındığına və digər səbəblərə görə Mahirin öldürülməsində şübhəli şəxs hesab etdiyim “bacı oğlu” hiyləgərcəsinə xidmətinin istiqamətini gizlətməklə gündəmdə qalmaq xəstəliyindən hələ də azad olmamışdır”. 

2. “Əgər sən qardaşını (yəni E.Abdullayev) belə sevirdinsə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacın  oğlunu, sair  qohumlarını da bu işə cəlb edirdin? 

“R. Zeynalovun kütləvi informasiya vasitəsində yayılan bu cür hüquqazidd, məsüliyyətsiz məlumatları mənim şərəf və ləyaqətimi ləkələməklə, onsuz da M.Abdullayevin müəmmalı şəraitdə yoxa çıxmasından sarsılmış, onun ailəsinə və yaxın qohumlarına mənəvi cəhətdən daha bir sarsıdıcı zərbə vurmuş, o cümlədən mənəvi sarsınti və iztirablara məruz qoymuşdur. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayımlamışdırsa, həmin  KİV-də də təkzib edilməlidir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

 Yuxarıda şərh olunanlara əsasən tərəfimdən -1. şərəf və ləyaqətimin müdafiəsinə dair  Azərbaycan Respublikası MPM-nin 4, 149 və 150-ci maddəsinə əsasən, Yasamal Rayon Məhkəməsindən xahiş olunmuşdur ki, “Dayım Mahir Abdullayevin mənim tərəfimdən öldürülməsi və buna görə də ölkədən qaçmağa cəhd etməyim“  barədə həqiqətə uyğun olmayan və mənim şərəf və ləyaqətimi ləkələyən məlumatların cavabdehlər tərəfindən “Təzadlar“ qəzetində məndən üzr istəməklə təkzib olunması haqqında qətnamə çıxarsın.

 2. Xüsusi ittiham qaydasında - R. Zeynalov yalan olduğunu bilə-bilə, mənim şərəf və ləyağətimi ləkələyən və yəni, xüsusilə ağır cinayətdə ittiham etməklə bağlı məlumatları KİV-də yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini törətdiyi üçün Azərbaycan Respublikası CPM-nin 37.2, 67.3 və 74.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsüliyyətinə cəlb edilsin.

 

- Daha sonra nələr baş verdi ?

 

- İlk öncə diqqətinizi 06.05.2013-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə xüsusi ittiham qaydasında keçirilən məhkəmə prossesinə cəlb etmək istəyirəm. Hər iki məhkəmə prossesinin rəzalət və rusvayçılıq içində keçməsinə baxmayaraq, hər iki məhkəmə prosesinə dair fikirlər söyləyəcəyim zamanı mənə nə qədər ağır olsa belə çalışacam ki, şəxsi emosiyalarıma qapılmayım və heç kimi qırmayım. Lakin həqiqət bu proseslərə sədrlik edən xalq hakimlərinə nə qədər ağır olsa belə söyləməyi özümə borc bilirəm. Həqiqət isə bundan ibarətdir ki, məhkəmə prosesi zamanı cavabdeh R. Zeynalov mənim xüsusi ittiham qaydasında ona qarşı irəli sürdüyüm iddiaya öz sübut bazası ilə cavab verməli idi. Bu sübutlar misal üçün aşağıdakılardan ibarət ola bilərdi:

 

- Mən Abdullayev Mahir İslam oğlunu nə vaxt, hansı şəraitdə qətlə yetirmişəm?

 

- Mənim tərəfimdən qətl zamanı qətldə istifadə olunan hər hansı bir silah və ya alətin məhkəməyə təqdim olunması;

 

- Mənim qətli yerinə yetirən zaman mümkün şahidlərin və ya şəxslərin məhkəməyə ifadə vermələri;

 

- Qətlə yetirilmiş  şəxsin  cəsədinin  yerinin  göstərilməsi  və  s...

 

Bu sübutların heç birinin R. Zeynalov tərəfindən məhkəməyə təqdim olunmadığı halda, cavabdeh mənim xüsusi ittiham qaydasında ona qarşı irəli sürdüyüm ittihamlara heç bir aidiyyatı olmayan məslələrdən saatlarla danışmışdır. Misal üçün, bütöv məhkəmə prosesi zamanı cavabdeh Azərbaycan hakimiyyətinin yüksək eşelonunda təmsil olunan bir sıra şəxslərdən tutmuş, hüquq-mühafizə orqanları da xidməti vəzifələrini yerinə yetirən zabitlər barəsində, onlarla dostluq münasibətlərinə dair fikirlər yürütmüşdür. Bir sözlə, istər  hakim  İlahə Abbasovanı,  istərsə də ittiham tərəfini intizarda  qoyaraq,  R. Zeynalov  bir  dəfə  də olsun  belə Mahirin  hansı şəraitdə mənim tərəfimdən qətlə yetirilməsi  barədə  danışmadı. Əslində  danışa da  bilməzdi.  Çünki,  R.Zeynalov “Təzadlar” qəzetində  özünün  zəhərlənmiş  beyninin  məhsulunu dərc  etdirmişdir  ki,  bu  da  öz  növbəsində  mənim  ictimayyət  arasında  ancaq  və  ancaq  nüfuzdan  salınmağıma  hesablanmışdır.

 

Məhkəmə  prosesi  zamanı  cavabdeh  R.Zeynalov  ittiham  tərəfinin  ittihamlarından  və  qoyduğu  suallardan  yayınmağa  çalışaraq  son  günlər    guya   Adil  İsmayılovun,  Aslan  İsmayılovun,  Elşad  Abdullayevin,  onun  sözçüsü  Elnur  Məcidlinin  və  şəxsən  mənim  müsahibələrimdə  və  məqalələrimdə  ki,   məlum  açıqlamaları  ümumiləşdirib,  onlara  konkret  cavab  olan  suallarını  “Təzadlar“  qəzeti   vasitəsilə  çatdıraraq  qoyduğu  məsələlərə  aydınlıq  gətirilmələrini  istədiyini  demişdir.

 

Əslində  bu  hal  özü  bir  daha  subut  edir  ki,  R.Zeynalov  KİV-də  mənə  qarşı  söylədiyi  fikirlərin  arxasından  qaçır.  Lakin  hətta  belə  halda  hakim  bu  epizodu  bilərəkdən  nəzərə  almadı.

 

- R. Zeynalovun sizə qarşı qərəzi hardan başlayıb?

 

- Bilirsiniz, bir qadının vəkil R.Zeynalovun ona qarşı dələduzluq edərək onun şəxsi əmlakını ələ keçirmək istəyi barədə şikayəti var. Bu haqda biraz sonra danışacam.

 

Bir  qədər  mətləbdən  uzaqlaşmadan  oxucunun  diqqətini  yaxın  keçmişimizə  cəlb  etdirmək  istəyirəm.  Məlum olduğu  kimi,  M.Abdullayev  13  oktyabr  2003-cü  il   tarixində  naməlum  şəkildə  oğurlanmışdır. Bu  10  il  müddətində,   yəni  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Heydər  oğlu  Əliyevin  sərancamına  əsasən Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  nəzdində  Müstəqil İstintaq  Komissiyası  yaradlana  qədər  bir  dəfə olsun  belə,  mən  Mürsəliyev Azad  Oqtay  oğlu  Mahir  Abdullayevin  oğurlanması  ilə  bağlı  dindirilməmişdim.  Bu  10  il  ərzində  nədənsə  Mahir  Abdullayevin  istər  qohum-əqraba,  istərsə də  şəxsən  mənim  tərəfimdən  öldürülməsi  barədə  heç  söhbət  belə  getməmişdir.  Amma  nədənsə  mənim  rəhbərliyim  altında  Mahir  Abdullayevin  Hüquqlarının  Müdafiə  Komitəsi  yaradıldıqdan  sonra  bu  kimi  fikirlərin  səslənməsi  təsadüf  etdi.  Belə  çıxır  ki,  bu  10  il  ərzində  M.Abdullayevin  oğurlanması  ilə  bağlı   qaldırılmış  105157  saylı  cinayət  işinin  istintaqını  aparan  onlarla  müstəntiq  R. Zeynalovdan  fərqli  olaraq  ya  bacarıqsızdırlar,  ya  da  qeyd  olunan  dövrə  kimi   cinayətin  üstünü  ört-bastır  etməklə  məşğul  olublar.  Belə  olan   halda  mən  hörmətli  vəkildən  xahiş  edərdim  ki,  mənimlə  bərabər  həmin  müstəntiqlərə də  qarşı  ittiham   irəli  sürsün.   Bunu  etmək  qüdrətindəsinizmi, R.Zeynalov ?

 

Bu  sualı  mən  təsadüfi  qoymuram.  Məhkəmə  prosesinin  iştirakçıları,  eləcədə  müşahidəçilər  şahid  oldular  ki,  vəkil  R.Zeynalov  məhkəmə  prosesində   cavabdeh  statusundan  çıxış  edən  şəxsdən  çox  hakim statusunda   məhkəmə  salonunda  hegemonluq edən  şəxsə   bənzəyirdi.  Sanki,  hakim   İlahə  Abbasova  bu  şəxsdən  ehtiyyat  edirdi. Əgər  belə  olmasaydı  hakim  saatlarla  məhkəmə  prosesinin  mövzusuna  aidiyyatı  olmayan  fikirlərin  R.Zeynalov  tərəfindən  söylənilməsinə  imkan  verməzdi.  

Ancaq möhtərəm  Hakim  öz  üzərinə düşən  vəzifəni  yerinə  yetirmək  əvəzinə  R.Zeynalovun  cəfəngiyyat  dolu  ifadəsini  malalayır,  ona  haqq  qazandırmağa  çalışır,  hətta  onun  tərəfindən  istər  ittiham  tərəfinə,  istərsədə   şəxsən  hakimin  özünə  qarşı  hörmətsizlik  edildiyi  halda. 

- Proses elə bu tərzdə davam etdi?

 - Bu  proses  deyil, bir  teatr tamaşası idi. Nəticə isə hakim İlahə Abbasovanın Azərbaycan  Respublikası  adından  çıxartdığı  hökm oldu. Hökmdə  qeyd  olunur ki,  Azərbaycan  Respublikası  CPM-nin  92-ci  maddəsi  digər  hüquqlarla  yanaşı  müdafiəçinin  (Arzu  Kazımovun  vəkili  R.Zeynalov  nəzərdə  tutulur) məhkəməyədək  və  ya  məhkəmə  icraatı  zamanı  cinayət  işinə  əlavə  və  ya  məhkəmə  iclasında  tədqiq  edilməsi  üçün  sübutlar,  habelə  digər  materiallar  toplamaq  və  cinayət  prosesini  həyata  keçirən  orqana  təqdim  etmək  hüququ  nəzərdə  tutulmuşdur.  Daha  sonra  ədalətsiz  hökmdə  qeyd  olunur  ki,  Azərbaycan  respublikasının  Baş  Prokurorluğunda  Mahir  İslam  oğlu  Abdullayevin  itkin  düşməsi  və  digər  faktlar  üzrə  105157  nömrəli  cinayət  işi  istintaq  edilir.  Həmin  cinayət  işi  üzrə  Mahir  Abdullayevin  bacısı  oğlu  Mürsəliyev  Azad  Oqtay  oğlu  şahid  qismində  dindirilmişdir  və  iş  üzrə  ibtidai  istintaq  davam  etdirilir.  Lakin  təqsirləndirilən  şəxs  qismində  hələ  heç  kəs  cəlb  edilməmişdir.  R.Zeynalov  vəkillik  fəaliyyəti  ilə  bağlı  hüquqlarını  müdafiə  etdiyi  A.Kazımovdan  aldığı  məlumatları  istintaq  orqanına  təqdim  edərək  araşdırılmasını  xahiş  etmişdir  və  həmin  məlumatların  bəzisini  qəzetdə  ki,  müsahibəsində  açıqlamışdır.   Həmin  məlumatlarla  bağlı  araşdırma  hələ  davam  etdirildiyi  üçün, cinayət  işi  üzrə  hələ  heç  kim  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilmədiyi  üçün,  cinayət  işi  yekunlaşdırılmadığı  üçün,  məhkəmə   hesab  edir  ki,  R.Zeynalov  tərəfindən  yayılmış  məlumatların   yalan  və  ya  doğru  olub-olmamasını  hal-hazırda  müəyyən  etmək  qeyri  mümkündür.  Bununla  bağlı  olaraq  nəzərə  alaraq  ki,  Azərbaycan  respublikası  CM-nin 147.2-ci  maddəsində  nəzərdə  tutulan  cinayət  əməlinin  tərkibini  məhz  ağır  və  ya  xüsusilə  ağır  cinayətdə  ittiham  etməklə  böhtan  atma,  yəni  yalan  olduğunu  bilə -bilə  hər  hansı   şəxsin  şərəf  və  ləyaqətini  ləkələyən  və  ya  onu  nüfuzdan salan  məlumatları  kütləvi   çıxışlarda,  kütləvi  nümayiş  etdirilən  əsərdə  və  ya   kütləvi  informasiya  vasitəsində  yaymaq  təşkil  edir  və  həmin  məlumatların  yalan  olub-olmamasını  yalnız  istintaq  yekunlaşdıqda  məlum  olacaq.  R.Zeynalov  təqsirsiz  elan  edilməli  və  ona  Azərbaycan  Respublikası  CM-nin  147.2-ci  maddəsi  ilə  bəraət  verilməlidir.  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  42.1.2-ci  maddəsinə  əsasən  əməldə  cinayət  tərkibi  olmadıqda  məhkəmə  baxışı  nəticəsində  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş cinayətin  törədilməsində  onun  təqsirsizliyini təsdiq  edən  bəraət  hökmü  çıxarılmışdır.  Yuxarıdakılara  əsasən  və Azərbaycan  Respublikası  CPM-nin  344-349,  351-353,  356,  358  və  384-cü  maddələrini  rəhbər  tutaraq  məhkəmə  Zeynalov  Ramiz  Yusif  oğluna  qarşı  mənim  Azərbaycan  Respublikası  CM-nin  147.2-ci  maddəsi  ilə  irəli  sürdüyüm  ittiham  üzrə  təqsirsiz  elan  etdi  və  Azərbaycan  respublikası  CPM-nin  42.1.2-ci  maddəsinə  əsasən  ona  bəraət  verdi.

 

- Bəs sizə danışmaq imkanı verilmədi?Axı sizin vəkiliniz məşhur hüquqşunas Adil İsmayılov idi?

 

- Adil İsmayılova biz ailəlikcə minnətdarıq. Çünki o peşəkar vəkil kimi, əsl kişi kimi bizim qanuni hüquqlarımızı sonadək qəhrəmancasına qorudu. Lakin müəmalı səbəblərdən onun verdiyi  vəsadətlər təmin olunmadı. Təbii ki, mənimdə  suallarım  adekvat  olaraq  istər  hakimə,    Istərsədə  müstəqil  məhkəmələri  olmayan  bu  başı  bəlalı  məmləkətdə  azacıq  olsa  belə    hüquq  anlayışı   olan   oxuculara  müraciət  edərək  soruşmaq  istəyirəm.  Hakim  İlahə  Abbasovanın  çıxartdığı  bu  ədalətsiz  hökmün  məntiqi  nəticəsi  olaraq  mən  hesab   edirəm  ki,  nəqədər  ki,  M.Abdullayevin  oğurlanması  ilə  bağlı  qaldırılmış  105157 saylı  cinayət   işinin  istintaqı  başa  çatmayıb  və  eyni  zamanda  heç  kim  bu  cinayət  işi  ilə  bağlı  cəlb  edilməyib  mən  də    heç  bir  subut  bazasına  malik  olmadan  istədiyim  şəxsi,  hətta  elə  hakim  İlahə  Abbasovanın  özünü   Mahir  Abdullayevin  oğurlanmasında  və  yaxud  öldürülməsində  kütləvi  informasiya  vasitələrində  ittiham  edə  bilərəm?

 

Odur  ki,  möhtərəm  hakim  heç  kimin  taleyi  ilə  futbol  topu  kimi  oynamaq  olmaz,  hətta  verəcəyiniz  düzgün  qərardan  sizin  gələcək  hakimlik  fəaliyyətiniz  asılıdırsa.   Axı  necə  ola  bilər   ki,  heç  bir  məhkəmə  prosesi  yekunlaşmadan,  məhkəmə  qərarı  olmadan  hər  hansı  bir   şəxsi  cinayətkar  adlandırmaq ?  Siz  gözəl  bilirsiniz  ki, (ən  azından  vəzifə  borcunuzdur) Azərbaycan  Respublikasının  Konstitusiyasının  46-cı  maddəsinə  əsasən,  mənim  öz  şərəf  və  ləyaqətimi  müdafiə  etmək  hüququm  var.  Mənim  şəxsiyyət  olaraq  ləyağətim  dövlət  tərəfindən  qorunur. Heç  bir  hal  mənim  ləyaqətimin  alçaldılmasına  əsas  verə  bilməz.  Nəyin  ki,  özünü  vəkil  adlandıran  R.Zeynalov,  hətta  sizin  belə  hakim  kimi  bu  məsələyə  şübhə  ilə  yanaşmağa  zərrə  qədər  ixtiyarınız  yoxdur. 

Qeyd  edilən  konstitusion  müddəada  əksini  tapan  mənim  mənəvi  dəyərlərim  bir  sıra  sahədə,qanunvericilik  aktlarında,  o  cümlədən  Azərbaycan  Respublikasının  Cinayət  məcəlləsində  konkretləşdirilərək  mühafizə  altına  alınmışdır. 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  147-ci  maddəsində  nəzərdə  tutulmuş  və  bilavasitə  hər  bir  azərbaycan  vətandaşının  olduğu  kimi,  mənim  də  şərəf  və  ləyağətimə  qəsd  edən   “  böhtan “  cinayəti  ilə  cəza  təhdidi  altında  qadağan  olunan  əməllərdən  hesab  edilmişdir. 

Azərbaycan  Respublikasının  Cinayət  məcəlləsinin  47-ci  maddəsinə   əsasən,  “böhtan   “   cinayəti  yalan  olduğunu  bilə-bilə  hər  hansı  şəxsin  şərəf  və  ləyaqətini  ləkələyən  və  ya  onu  nüfuzdan  salan  məlumatların  kütləvi  çıxışlarda.  Kütləvi  nümayiş  etdirilən  əsərdə  və  ya  kütləvi  informasiya  vasitəsində  yayılmasında  ifadə  olunan  əməldir.

 

 


Oxşar xəbərlər
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
07 May 2024 | 14:40
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
07 May 2024 | 14:38
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
07 May 2024 | 14:37
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 14:31
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO