Rafiq Əliyev: “Sındırılan insanlarla Qarabağı azad etmək mümkün deyil”
Müsahibə
Oxunub: 6444
21 Jun 2013 | 10:59
  Rafiq Əliyev: “Sındırılan insanlarla Qarabağı azad etmək mümkün deyil”
 “Heç vaxt vicdanımla alverə getməmişəm”

 “Cəmiyyət korrupsiyaya adabtasiya olunub”

 “Əsl ziyalıların sayı bir əlin beş barmağı qədərdir”

 “Bu gün cəmiyyətdə yüksəlmək üçün alçalmaq lazımdır”

 “Fərd azad deyilsə, deməli millət azad deyil”

 “Həyatda mənən azad olmaqdan daha böyük nemət yoxdur”

Moderator.az professor Rafiq Əliyevin “Hürriyyət” qəzetinə verdiyi müsahibəni olduğu kimi dərc edir

Həyatda elə insanlar var ki, onların fikir və düşüncələri yalnız yaxın çevrələrindəki insanlar üçün deyil, bütöv bir xalq, nəhəng bir toplum üçün mayak rolunu oynayır. Milyonlarla insan üçün fəaliyyət və yaşam prinsipini müəyyənləşdirən bu fikirlər peşəkar bir cərrah nəzəri ilə xalqın həyatındakı problemləri təsbit edir, bu ptoblemlərin aradan qaldırılılması yollarını göstərək onun sağlam gələcəyi üçün stimul yaradır. Professor Rafiq Əliyevin məhz bu cür nadir insanlardan biri olduğunu nəzərə alaraq, cəmiyyətin demokratik kəsimini narahat edən bir sıra problemləri hörmətli elm xadimi ilə müzakirə etməyin hədsiz faydalı ola biləcəyinə qərar verdik. Ümid edirik ki, hörmətli professorun insanları mənəvi paklığa səsləyən dəyərli fikirləri bizə öz həyatımızı müsbət mənada dəyişməkdə kömək edəcək, habelə öz yaşam fəlsəfəmizə özünütənqid və özünütəkmilləşdirmə nöqteyi-nəzərindən baxmaqda kömək edəcəkdir.


- Rafiq müəllim, öncə fəlakətli həddə çatan əxlaqi-mənəvi kataklizmin durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə nə baş verdi ki, cəmiyyət öz əxlaqi simasını bu qədər sürət və həvəslə dəyişdi?

- Bu, məni hər zaman düşündürən bir məsələdir. Hesab edirəm ki, bu gün Azərbaycanda Qarabağ qədər əhəmiyyətli olan problemin biri məhz cəmiyyətdəki əxlaqi-mənəvi aşınmadır. Əxlaq deyəndə mən həm məişət əxlaqını, həm siyasi, həm ictimai əxlaqı ”“ bir sözlə əxlaqın bütün atributlarını nəzərdə tuturam. Azərbaycanda məişət əxlaqı aşağı səviyyədədir. Yəqin ki, sosioloqlar bu problemin kökünə daha yaxşı gedə, bu məsələni daha ətraflı və dəqiq şəkildə araşdıra bilərlər. Ola bilsin ki, bu, iqtisadi inkişafla da bağlı olan bir amildir. Iqtisadiyyatın vəziyyəti ilə bağlıdır. İnsanların maddi durumu ilə də müəyyən qədər əlaqədardır. Digər tərəfdən isə sosial kodlaşdırma məsələsi var, hansı ki, bu məsələni ilk dəfə siz qaldırmışdınız. Bütün bunların ümumi təsiri nəticəsində əxlaqi dəyərlər dəyişdi. Bunların dəyişməsi nəticəsində isə yeni kod əmələ gəldi. Şou-biznes yarandı. Ekranda çılpaq dolaşmaq tendensiyası əmələ gəldi. Aktrisaların əcaib oturuşları əmələ gəldi. Televiziyalar isə hər bir evə bütün bu yenilikləri daşıdı. Həmçinin, beleə düşünmək olmaz ki, ictimaiyyətin hamısı elitadır, onların hamısı düzgün təhlil aparıb düşünə bilir. Yenidən kodlaşdırılan əxlaq bu və digər ailələrə sirayət edir. Baxın, görün məlum əxlaqi aşınma ilə bağlı KİV-də nə qədər məlumatlar dərc olunur. Məsələn, yazılır ki, filan kənddə, filan rayonda əxlaqsızlıq yuvası aşkar edildi və ya bu kimi xəbərlər. Halbuki, kənddə konservatizm bir qədər çoxdur. Orada saf əxlaqi dəyərlər şəhərə nisbətən daha çox qalmalı idi. Lakin təəssüf ki, belə deyil. Artıq məişət əxlaqı baxımından vəziyyət kritik həddə çatıb. Siyasi əxlaqımız da arzuedilən vəziyyətdə deyil. İstər hakimiyyət-müxalifət arasında, istərsə də eyni cəbhəyə malik partiyalar arasında münasibətlər çox pis haldadır. Bu münasibətlərin yenidən dəyərləndirilməsinə, yeni münasibətlər sisteminin formalaşdırılmasına çox böyük ehtiyac var.

- İctimai əxlaqla bağlı hansı problemlər mövcuddur və sizcə bu problemlərin inkişafına nə səbəb olur?

- Əfsuslar olsun ki, Azərbaycanda ictimai əxlaq da aşağı səviyyədədir. Sosial qınaq yoxdur. Bu səbəbdən də ictimai əxlaq aşağı vəziyyətdədir. Fərdlərin öz daxilindəki qınaq sistemi, daxili sensor mexanizmində də problemlər var. Bu senzor o qədər kütləşib, onun səviyyəsi o qədər aşağı düşüb ki, istənilən qıcıq oradan keçə bilir. Rüşvət almaq, rüşvət vermək başqasına sataşmaq, söymək, təhqir etmək artıq adi qıcıqlar hesab edilir. Bunlar bu gün adi normala çevrilib. Buna görə də cəmiyyətdə də ümumi əxlaq aşağı səviyyədədir. Əxlaqın o biri atributlarına baxsaq, görərik ki, xeyli deqradasiya gedib. Xeyli tənəzzül baş verib. Baş verənlərin kökünü, səbəbini isə bir şeydə görürəm. Bu kök yenidən sosial kodlaşdırma ilə bağlıdır. Dəyərlər dəyişdi. Buna görə də bu gün qarşımızda başqa ictimaiyyət, başqa milli dəyərlər görürük.

- Baş verənləri dəyərlər sisteminin dəyişilməsi və yeni kodlaşdırma ilə əlaqələndirirsiniz. Maraqlıdır, bəs nə üçün hər kəsin gözü qarşısında reallaşan bu dəyişikliklərə zamanında ölkə ziyalıları, cəmiyyət üzdə olan nümayəndələri etiraz etmədi? Yoxsa belə bir etiraz oldu, sadəcə bu etiraz yeni dəyərlər sisteminin formalaşmasına mane olacaq gücdə deyildi?

- Təəssüflər olsun ki, bu kodlaşdırımanın bir tərəfi də ziyalılarımızla bağlı oldu, onlara sirayət etdi. 30 il, 40 il qabağa getsək görərik ki, bizim Ziya Bünyadov, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Tofiq Bağırov kimi əyilməz, sınmaz, millət üçün canından keçən insanlarımız var idi. Bu insanlar yetərincə çox idi. İndi isə millət uğrunda canından keçən insnaların sayı bir əlin beş barmağı qədərdir. Onlar qalmadı. Qalmadı ona görə ki, bəlkə də insanların çoxunu maddi durumla bağlı sındıra bildilər. Rəhmətlik Famil Mehdi bu məsələ ilə bağlı öz fikirlərini sadəcə şeir xatirinə yazmırdı. O, bu problemin bütün ağrılı və təhlükəli tərəflərini dərk edirdi və ona görə yazırdı ki,  “dilən professor, utanma dilən”. O, öz gördüyünü yazmışdı. F.Mehdinin başqa bir şeiri də var. Şerin adı “Qul bazaı”dır. O, bu şeiri mənim xahişimlə yazıb. Mən işə gedəndə yolum hər gün bir qayda olaraq qul bazrının yanından keçirdi. Orda baş verənləri müşahidə edəndə ürəyim parça-parça olurdu. Quşlar üzüm və ya taxıl yığımı başa çatandan sonra əraziyə necə hücum edirlərsə, qul bazarına bir avtomobil yaxınlaşanda oradakı insanlar da maşınlara elə cumurdu. Bu mənzərəni görəndə mənim başımdan tüstü qalxırdı. Mən F.Mehdidən xahiş etdim ki, bunu poeziya dilində qısa da olsa təsvir etsin. Bu insanlar çörəklə imtihana çəkilirdi. Onların içində elmlər namizədi var idi. Onların içində alimlər var idi. Digər peşə və sənət sahibləri də var idi. Insanları maddi durumlarının acınacaqlı olmasından istifadə edərək, bəzi şirnikləndirici vasitələrlə və s. onları sındıra bildilər. Bu səbəbdən də sizin gözlədiyiniz ziyalı müqaviməti baş vermədi. Aydınların toplam işığı bu qaranlığı dağıdacaq işıq seli qədər olmadı. Buna görə də belə bir vəziyyət formalaşdı. Təəssüflər olsun ki, bu gün yalnız bir əlin beş barmağı qədər ziyalılarımız var. Əyilməyən, sınmayan, sözünü deyə bilən ziyalılarımız sayı yalnız bu qədərdir.

- Maddi baxımdan sındırılan insanların yüksək mənəvi dəyərlər uğrunda mübarizə aparması, ləyaqətli, ədalətli, demokratik cəmiyyət qurması və özündə mənəvi güc taparaq işğaldakı Qarabağı azad etməsi mümkündürmü? Sındırılan insanlar belə bir müvəfəqiyyəti təmin edə bilərmi?

- Bütün cəmiyyətlərdə elitanın faizi aşağı olur. Bu, adətən 1-2%-lə məhdudlaşır. Təbii ki, bizdə bu göstərici çox aşağıdır. Mənim fikrimcə, həyatda ən çətin və ən şərəfli şey nəfsinə qalib gəlməkdir. Həyatda ondan daha ağır bir iş təsəvvür eləmirəm. Əgər sənin mənəviyyatına olan sevgin maddiyatına olan sevgindən üstün deyilsə, sən bu millətin qayğıkeşi ola bilmərsən. Bu millət üçün yaxşı mənada nə isə etməyin mümkünsüzdür. Qarabağın azadlığı da, əxlaqı keyfiyyyətlərimizin bərpası da, demokratik cəmiyyətin formalaşması da, korrupsiyadan, rüşvətdən xilas olmağımız da nəfsimizlə mübarizədən keçir. Biz bu mübarizədə qalib gəlməli, yüksək əxlaqi dəyərlərə malik cəmiyyət yaratmalıyıq. Ölkədə yüksək təhsil qurulmalı, ölkə səhiyyəsi mövcud durumdan xilas edilməlidir. O zaman mənəviyyatı maddiyatdan üstün tutan ziyalılar əmələ gələcək, onlar da öz növbəsində ictimaiyyətin, cəmiyyətin fikrinə təsir edə biləcəklər. Burada bir məsələ də yadıma düşür. Professor Zadə internetə mənim vaxtilə dediyim bir sözü yerləşdirib. Bu fikir belədir: Allah insanı tarazlıqda yaradır, kimə nəyi nə qədər verməyi özünəməxsus şəkildə tənzimləyir. Tanrı bir adama həm yüksək mənəviyyat, həm də yüksək maddiyyat vermir. Bu, mümkün olan bir məsələ deyil. Çox şeyi yalnız elə azsaylı insanlardan gözləmək lazımdır ki, onların mənəviyyatı çox, maddiyyatı isə azdır.

- Rafiq müəllim, yəqin siz də etiraf edərsiniz ki, Qarabağ probleminin həlli uzandıqca insanların işğaldakı torpaqların azadlığına olan inamı azalmaqdadır. Siz necə, Qarabağın azad ediləcəyinə inanırsınızmı?

- Mən Qarabağın azad ediləcəyinə bütövlükdə inanıram. Lakin bu məsələdə hər hansı bir vaxt müəyyənləşdirə bilmərəm. Bunun üçün nə qədər vaxt lazım olacaq ”“ buna söyləmək çətindir. Qarabağın işğaldan azad edilməsinin yolu azad və demokratik bir cəmiyyətin qurulmasından keçir. Bu, həmçinin ölkənin cazibadarlığı ilə bağlıdır. Ölkə öz qızılı, nefti ilə deyil, ictimai durumu, insanları ilə cazibədar olmalıdır. Onda ölkənin bütün vətəndaşları da dinindən, etiqadından, mənəviyyatından asılı olmayaraq bu ölkəyə çox bağlanacaqlar. Qarabağ problemi artıq dünya güclərinin siyasi fəzasında olduğu üçün, o ölklələr üçün də biz yetərincə cazibədar olmalıyıq. Bizə ikinci dərəcəli bir ölkə kimi baxmamalıdırlar. Bunların hamısı isə demokratikləşmədən keçir. Üstəgəl, ölkənin gücü ”“ bu amili də unutmaq olmaz. Mən güc deyəndə yalnız hərbi gücü nəzərdə tutmuram. Aydındır ki, hərbi güc Qarabağ məsələsində birinci yerdə dayanır. Mən eyni zamanda bu sırada mənəvi, siyasi gücü qoyuram. Həmçinin, insanların birlik gücünü, toplum gücünü əlavə edirəm. Hesab edirəm ki, Qarabağın azad edilməsinin yolu bundan keçir. Bir qədər də qısa və poetik dildə desək, qələm və qılınc, mənəviyyat və güc, sağlam mənəviyyat və böyük güc. Mən Qarabağın azadlıq düstürunu belə görürəm.

- Məşhurlardan biri iddia edir ki, rəfdəki hansısa kitabı belə oxumaq üçün kiməsə vermək düzgün deyil. Çünki başqasına oxunmaq üçün verilən kitab öz ruhundan, ilkin təmizliyindən mütləq nə isə itirir. Bu baxımdan necə hesab edirsiniz, hətta Qarabağı geri qaytara bilsək belə, bu bizim üçün əzəli, pak, işğaldan öncəki Qarabağın yerinə verəcəkmi? Yoxsa bu qayıdış ləkələnmiş müqəddəsliyin xilasından başqa bir şey olmayacaq?

- Mən buna bir qədər fərqli baxıram. Ola bilər ki, gənc nəsil üçün Qarabağın azad edilməsi, yenidən o torpaqlara qayıtmaq  o qədər də önəmli deyil. Mən “ola bilsin” ifadəsini işlədirəm, çünki inanmıram ki, kimsə bunu arzulamasın. Bunu sadəcə ehtimal kimi səsləndirirəm. Çünki gənc nəsil o havanı udmayıb. O torpağın üstə ayaqyalın gəzməyib. O sudan doyunca içməyib. Ola bilər ki, onlar 20-30 yaşlarında buna o qədər də önəm verməsinlər. Amma mənim həyat müşahidəmə görə, insan yaşa dolduqca, horizontun sonu görünənə yaxın insan torpaqlaşmaq istəyir. İnanın, kim olur-olsun, hər bir insanda torpaqlaşmaq hissi yaşa dolduqca güclənir. O torpağa qayıtmaq istəyir. Insan hansı mənəviyyat və maddiyyat sahibi olursa olsun, onda torpağa qayırtmaq hissi digər hislərdən güclüdür. Bu nə is Allahın insana verdiyi bir hisdir. Ola bilsin ki, siz onu indi də hiss etməyəsiniz. Lakin gələcəkdə, bəlli bir yaşa çatandan sonra hökmən bu hiss içinizdə baş qaldıracaq. Mənim Almaniyadan dostlarım var. Onlardan biri Amid adlı məşhur bir cərrahdır. O, Cənubi Azərbaycandandır. Onunla görüşəndə necə olduğunu soruşuram. O, heç vaxt bu sualımın cavabında yaxşı və ya pis olduğunu söyləmir. Yalnız bir cümlə ilə belə deyir: qürbətdə ömrü verdim bada. Halbuki, o, maddi baxımdan tam təmin olunan bir insandır. Onun Almaniyada 12-15 otaqlı villası var. Türlkiyədə vilaları, 50 hektar torpağı var. Amma bununla belə ondan necə olduğunu soru.anda belə cavab verir. O, torpaqlaşmaq hissidir. Buna görə də Qarabağa qayıtsan onu əvvəlkindəndə çox sevəcəyik. Çünki itirilmiş şeyi sonra daha çox qoruyursan.

- Problemlərin həlli üçün demokratik cəmiyyətin yaradılmasının vacibliyini vurğulayırsınız. Hansı ki, belə bir cəmiyyətin formalaşması üçün əsas məsuliyyəti siyasi sistem daşıyır. Bəs daha demokratik və əxlaqlı bir cəmiyyətin yaradılması üçün fərd olaraq bizim üzərimizə hansı məsuliyyət düşür?

- Bu, olduqca gözəl, həm də yetərincə gözəl sualdır. Ictimaiyyətin gücü də, dəyəri də onun fərdlərinin dəyərlərinin cəmindən irəli gəlir. Bu cəm xətti cəm deyil. Bu cəm sinergetik cəmdir. Əgər bu dəyərlər həqiqətən təmzdirsə, alidirsə ümumi dəyər cəm dəyərdən qat-qat yuxarı olur. Yəni millət millət kimi formalaşır. Kütlə kimi deyil, millət kimi qərarlaşır. Kütlə cəmdir. Millət isə sinergetik cəmdir. Başqa sözlə desək, qeyri-xətti cəmdir. Hər bir millətin azad olması üçün onun hər bir fərdinin azad olması lazımdır. Bu, aksiomdir. Hər bir fərd azad deyilsə, demək millət azad deyil. O xalq, o ölkə azad deyil. Bizdə bu gün çatışmayan ən böyük dəyər insanların daxili azadlıqdan məhrum olmasıdır. Daxili azadlığın təmini isə ilk növbədə fərdin özündən asılıdır. Fərd azad olmalıdır. Həyatda mənən azad olmaqdan daha böyük nemət yoxdur. Insanın maddi cəhətdən hər cür təminatı ola bilər. Şöhrət baxımından da, peşə baxımından da, professionallıq baxımından da təminatı ola bilər. Lakin bunların hamısının başında duran insanın daxili azadlığıdır. Bu yaxınlarda bir professorla söhbət edirdim. O, hər cümləni işlətdikcə sağa-sola baxırdı. Onun bu halını görüb o qədər pərişan oldum ki... Görün bu şəxs nə qədər qeyri-azad bir insandır ki, o, instinktiv olaraq, özündən asılı olmayaraq sağa-sola baxır. Qorxur ki, birdən onun söylədiyi hər hansı bir sözü eşidən olar. Özü də maraqlısı budur ki, elə bir qeyri-adi söz demirdi və adi, sıradan bir söhbət edirdi. Lakin bu cür adi söhbəti etməkdən belə qorxur, kiminsə onu eşidəcəyindən çəkinirdi. Insanların çoxunun içində bu gün belə bir xof var. Biz o xofla, o qorxu ilə Qarabağı azad eləyə bilmərik. Gərək Azərbaycan insanı azad olsun. Yalnız o zaman Qarabağı azad edə bilərik. Yalnız o zaman ölkəmiz cazibədar ola bilər.

- Rafiq müəllim, bu gün korrupsiya Azərbaycan insanının yaşamının bir hissəsinə çevrilsə də, insanların əksəriyyəti heç də mövcud durumdan şikayətçi görünmür. Əksinə, bir çoxları iddia edir ki, rüşvət onların həyatını asanlaşdırıb və qanunun, ictimai əxlaqın qoyduğu bütün sədləri aradan qaldırıb. Doğrudanmı artıq elə bir həddə çatmışıq ki, korrupsiyasız yaşaya bilmirik və bu, bizim ictimai həyatımızın bir hissəsinə çevrilib?

- Şübhəsiz, korrupsiya çox böyük ictimai təhlükə kəsb edir. Cəmiyyəti korrupsiya qədər içəridən yeyən, onu daxilən çökdürən heç nə yoxdur və ola da bilməz. Mən nə zamansa bu problemin də həll ediləcəyinə inanıram. Amma bu məsələdə də dəqiq, konkret vaxt qoymaq çətindir. Korrupsiya elə bir bəladır ki, o cəmiyyəti çürüməyə, aşınmaya məruz qoyur. Buna görə də cəmiyyəti çürüməkdən qorumaq üçün korrupsiyaya qarşı sərt şəkildə mübarizə aparmaq lazımdır. Mənim insanlarla, xüsusilə də tələbələrlə bu barədə söhbətlərim olub. Mən onlardan rüşvət vermələrinin səbəbini soruşuram. Şübhəsiz, mən Azərbaycandakı tələbələri nəzərdə tuturam. Çünki kənarda onsuz da rüşvət yoxdur. Mən onlarla söhbətdə də görürəm ki, rüşvəti o insan verir ki, onun daxili azadlığı yoxdur. Onlar mübarizə aparmaq istəmirlər. Onlar bunu asan yol kimi qiymətləndirir. Açıq şəkildə deyirlər ki, əgər rüşvət verməsələr onları get-gələ salacaqlar. Deyirəm ki, niyə müqavimət göstərmirsiniz? Siz müqavimət göstərsiniz, gedib-gəlsəniz rüşvət də azalacaq. Onlar deyir ki, buna kimi biz qocalacayıq, əziləcəyik, xəstə düşəcəyik. Deyirəm ki, siz həm azad, həm sağlam, həm də rüşvətsiz yaşamaq istəyrisinizsə, onda gərək əziyyət çəkəsiniz. Acınacaqlı olan budur ki, insanlarda rüşvətə, korrupsiyaya bir qədər adabtasiya olub. Onlar bir qədər buna uyğunlaşıblar. Bu isə çox böyük bir bəladır. Bundan mümkün qədər qısa bir müddətdə qurtulmaq lazımdır. Bundan qurtarmaq yolu isə yenə də fərddən keçir. Fərd daxilən azad olsa, o cəmiyyətdə rüşvət olmaz.

- Hazırda cəmiyyətdə sanki yüksək insani dəyərlərdən imtina yarışı gedir və artıq saflıq səfehlik, nəzakətlilik gerilik, vicdan və ədalətlilik isə gərəksiz yüklər kimi qavranılmaqdadır. Sizcə insanların ləyaqətli, vicdanlı və ədalətli olmaq istəməməsinin səbəbi nədir? Bunlarsız yaşamağın daha asan olduğu və daha böyük maddi faydalar vəd etdiyi gerçəyi, yoxsa bizim dərk edə bilmədiyimiz tamam başqa bir səbəb?

- Mən bu suala bir qədər poetik cavab verəcəm. Mən Hüseyn Cavidi çox sevirəm. Mən bu suala onun sözləri ilə cavab verəcəm:

“Sarmış yurdu qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!”

O cəmiyyətdə ki, yüksəlmək üçün alçalmaq lazımdır, o insanlar bunu tezis kimi qəbul edirlər. Amma min şükürlər olsun ki, bu tezisi qəbul eləməyənlər də var.

- Bəzi fikir adamları hesab edir ki, vicdan, ləyaqət və s. kimi elə keyfiyyətlər var ki, onlar insanda ya var, ya yoxdur və əgər insanla birlikdə doğulmayıbsa sonları sonradan əxz etmək mümkün deyil. Bu qənaəti bölüşürsünüzmü?

- Siz bu məsələyə bir qədər Aristotel məntiqi ilə yanaşırsınız. Mən bir qədər bunun əleyhinəyəm. Hər halda vicdan hamıda var. Vicdanın səsi hər kəsdə mövcuddur. Amma birində bu səs kifayət qədər aydın duyulur. Digərində isə çox zəifdir. O qədər zəifdir ki, bəzən öz qulağına belə çatmır. Təbii ki, burada genetik faktorun çox böyük rolu var. Mən cavan vaxtı rektor və ya digər vəzifələrdə çalışanda, mənim masamın üstündə bir lövhə vardı. Hansı ki, bu gün də vaxtilə həmin lövhəni görən insanlarla görüşəndə bunu mənə xatırladırlar. Sumqayıtda işləyəndə də bu lövhə mənim masamın üstündə idi. Lövhədə yazılmışdı: “babanı öyrən”. Sol tərəfdə isə yazılmışdı: “fikirləş!” Çox şey babadan və ya ulu babadan gəlir. Bunu əsla danmaq olmaz. Genetik faktorları inkar etmək, onların rolunu azaltmaq olmaz. Bununla belə, bəzi məziyyətləri sonradan əxz etmək, qazanmaq da mövcuddur. Hansı məktəbə düşürsən - bax bunun böyük əhəmiyyəti olur. Bu vaxta qədər bir insan deyə bilməz ki, Rafiq müəllim nə vaxtsa səsini qaldırıb. Hansı vəzifədə, hansı şəxslə münasibətdə oluramsa olam, əsla səsimi qaldırmaram. Mənə elə gəlir ki, bu rəftar mənim müəllimlərimdən gəlir. Şübhəsiz, bu məsələdə ilk növbədə valideynlərimin payı var. Lakin eyni zamanda burada müəllimlərin də rolu danılmazdır. Həyatda iki insan var ki, onu özümə peşə müəllimi sayıram. Bunlardan biri mərhum akademik Petrov idi. O, SSRİ Elmlər Akademiyasının kosmos və idarəetmə üzrə vitse prezidenti idi. Eyni zamanda o, sovetlər birliyində interkosmosun prezidenti idi. Bir kosmik gəmi onun imzası və razılığı olmadan uça bilməzdi. Onun Sosialist Əməyi Qəhrəmanı və hər cür titulu var idi. Onunla mənim birgə fəaliyyətimiz təxminən 30 il davam etdi. Bu 30 ildə onun evində də olmuşam, Bakıda bizim evə də qonaq gəlib, dünyanın müxtəlif yerlərində müxtəlif konfranslarında olmuşuq. Bu 30 ildə tək bircə dəfə mən onun səsini qaldırmasına şahid olmadım. O, belə bir adam idi. Onun içi, daxili dünyası xeyirxahlıqla dolu idi. Mənim ikinci müəllimim professor Zadə olub. Mən onun da kimsə ilə nəzakətsiz danışmasına, səsini qaldırmasına şahid olmamışam. Mən Zadənin prinsipial münasibətini çox görmüşəm. Bəzən olur ki, konfransda kimsə danışanda gözlərini yumur. Başqaları bəlkə də elə bilir ki, o yatıb. Amma o, yatmır, deyilənləri düşünür və birdən gözlərini açıb çıxış edən şəxsə “sən düz demirsən” söyləyir. Amma o, bu etirazı da elə şəkildə, elə ton və çalarla ortaya qoyur ki, qarşı tərəf bundan qətiyyən inciklik duymur. Çünki bu etirazda çox yüksək nəzakət və qarşıdakı şəxsə hörmət ifadə olunur. Bu baxımdan bu məsələdə həm genetik amil, həm də sonradan qazanma mühüm rol oynayır.  Dünyaya yeni gələn uşaq ağ kağıza bənzəyir. Doğrudur, o ağ kağızın üzərində müəyyən cizgilər var. Bu, genetik cizgi və kodlardır. Amma o ağ kağızın üzərində boş yerlər də var ki, bu da qazanma nəticəsində dolur. Şübhəsiz, baxır nəyi qazanırsan. Bu, bir baxımdan hansısa cəmiyyətə düşməkdən də çox asılıdır. Hansı toplumda yaşamağın bu amildə çox böyük rolu var. Bunların nəticəsində insanların çoxu maddiyata, az bir qisim isə mənəviyyata meyillənir.

- Həyatda elə bir qərar olubmu ki, bu qərarı vicdanınızın ziddinə olaraq qəbul edəsiniz və daha sonra kimsəyə etiraf etməsəniz belə öz daixlinizdə bu qərarın peşmançılığını duyasınız?

- Yox. Mən heç vaxt vicdanımla alverə getməmişəm. Və heç vaxt da getməyəcəyəm. Mən lap uşaq vaxtımdan öz vicdanıma sadiq qalmışam. Ümumiyyətlə, vicdanla alver eləmək olmaz. Vicdan sənin peşə namusun, ailə namusun, ictimai namusundur. Heç bir halda vicdanla konfiliktə getmək olmaz.

Seymur Əliyev
Oxşar xəbərlər
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI