"Heydər Əliyevin dühası sayəsində Azərbaycan bu gün dünya birliyində öz yeri olan ölkəyə çevrilib"
Oxunub: 1336
08 May 2019 | 17:27
Modderator.az Modern.az-a istinadən Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə müsahibəni təqdim edir.

- Məhahət xanım, ölkə başçısının fərman və sərəncamları ilə bu ilin  əvvəlindən islahatlara başlanılıb. İstərdik söhbətimizə bu mövzudan körpü salaq.

- Öncə onu qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz islahatlara yeni başlamayıb. 2003-cü ildə Prezident seçilən gündən ölkədə köklü dəyişikliklərin edilməsi və bütün sahələrdə həyata keçirdiyi uğurlu islahatların nəticəsidir ki, o, beynəlxalq aləmdə islahatçı prezident kimi tanınır. Təcrübələr göstərir ki, cəmiyyət üçün birdən-birə inqilabi yolla dəyişikliklərin tətbiqi çox vaxt  müsbət nəticələr vermir. Bu mənada cənab Prezident 2003-cü ildən başlayaraq,  həyata keçirdiyi islahatlar mərhələli olmaqla,  eyni zamanda  ardıcıl və bir-birini tamamlayaraq həyata keçirilib. Bütün sahələrdə əldə edilən uğurların mənbəyi də budur.

2018-ci ildə möhtərəm Prezidentimiz növbəti dəfə seçkidən qalibiyyətlə çıxdı və elə inauqurasiya zamanı gələcəkdə həyata keçirəcəyi daxili və xarici siyasətin bütün istiqamətləri və prioritetləri haqda ictimaiyyətə anons verdi. Hətta söylədi ki, ölkəmiz yeni bir dönəmə başlayır. Bu dönəm Azərbaycan xalqının həyatında, dövlətimizin taleyində yeni bir mərhələ olacaq və ölkədə daha geniş islahatlar aparılacaq. Bu mənada ötən bir il ərzində həyata keçirilən siyasət, tədbirlər, aparılan islahatlar, verilən sərəncamlar, fərmanlar da bunu bir daha sübut edir.

Təkcə 2019-cu ildə imzalanan sənədlərə baxsaq, nə qədər möhtəşəm yeniliklərin olduğunu görərik. Əhalinin sosial-iqtisadi vəziyyətindən idarəçiliyə, hətta məhkəmə-hüquq sisteminə qədər bütün sahələri əhatə edir. Çox da uğurlu nəticələr qazanmaqla geniş ictimaiyyət tərəfindən dəstəklənir və təqdir edilir. Qeyd etdiyim islahatlar təkcə məhkəmə-hüquq sistemini deyil, vergilər, iqtisadi inkişaf, gömrük, sahibkarlıq, bank, vəkillik, qanunvericiliyin daha da təkmilləşdirilməsi, bütövlükdə ölkənin bütün sahələrini əhatə edir və əvvəlki illərdə olduğu kimi çox ciddi uğurlara imza atılacaq.

- Məlahət xanım, bu gün demək olarmı ki,  məhkəmə-hüquq sistemində  mövcud olan problemlər varsa, deməli, problemlər bu sistemdə çalışan  məsul şəxslər tərəfindən yaradılır və islahatların  gerçəkləşməsi çox çətin olacaq?
 
- Bu fikirlə razı deyiləm. Sözsüz ki, bu amil var. Amma mövcud problemlərin mövcudluğunu təkcə məmurla əsaslandırmaq ədalətsizlik olardı. Bilirsiniz, bu bütün dünyada belədir ki, cəmiyyət inkişaf etdikcə, ictimai münasibətlərin forma və məzmununda dəyişikliklər baş verdikcə, yeni tələb və ehtiyaclar yarandıqca yeni problemlər yaranır və islahatların həyata keçirilməsini zəruri edir. Ona görə məsələyə obyektiv yanaşmaq lazımdır. Bu gün bir sıra hallarda insanlarımızın bir çoxunun öz hüquqlarını bilməməsi də müəyyən problemler yaradır. Bəzən insanlar haqlı-haqsız məhkəmə-hüquq sistemini ittiham edir və ya narazılıq bildirirlər. Məsələnin mahiyyətinə varanda görürsən ki, elə deyil. Bütün məsələlərdə hüququn aliliyi prinsipi olmalıdır. Bugün insanların hüquqi maarifləndirilməsinə  də ehtiyac var. Sovet vaxtı televiziya kanallarında belə proqramlar verilirdi. Təəssüf ki, indi belə verilişlər demək olar ki, yoxdur. Dünyanın bütün ölkələrində hüquq-mühafizə, məhkəmə orqanlarından narazı qalanlar olur. Məhkəmə mübahisələri zamanı nəticədən bir tərəf qalib, digər tərəf narazı olur. Narazı  tərəf özünü haqlı saydığı üçün məhkəməni ittiham edir. Hesab edirəm ki, son fərmanın həyata keçirilməsi məhkəmə-hüquq sisteminin nəinki əlçatanlığını, şəffaflığını, obyektivliyini, operativliyini artıracaq, insanların hüquqi maarifləndirilməsi istiqamətində də müəyyən addımlar atılacaq.

Nəticə olaraq, onu əlavə edirəm ki, bütün bu islahatların həyata keçirilməsində ölkəmizdə çox qəti siyasi iradə var.

- Son günlər müzakirə olunan məsələlərdən biri də həbsdən azadlığa buraxılan sabiq səhiyyə naziri Əli İnsanovun və məhkəmə prosesi gedən, vaxtilə Yeni Azərbaycan Partiyasının üzvü kimi millət vəkili seçilmiş Hüseyin Abdullayevin açıqlamalarıdır. Bu barədə sizin fikrinizi öyrənmək istərdik...

- Öncə demək istərdim ki, hər iki insan külli miqdarda dövlət və xalqın əmlakını əsassız və zor gücü ilə mənimsəyərək, cinayət törədib. Həyat göstərir ki, bütün zamanlarda xalqın əmlakı mənimsənilirsə, bunun  cavabını qanun və Allah verir. Hamı da məncə bu tarixi və həyat  təcrübəsindən dərs götürməlidir. 

Bu barədə kifayət qədər danışılıb, mövqe bildirilib. Əlbəttə, mən də öz mövqeyimi bildirmişəm. Qısaca olaraq, əlavə etmək istərdim ki, Heydər Əliyevin işığında, formalaşmış, yüksək mövqe tutmuş, hər zaman da ulu öndərin kölgəsinə sığınan adamların bu gün bu siyasətə qarşı çıxmasını nə xalq bağışlayar nə də Allah.  

Çünki bunun  adı həm xəyanətdir, həm də sərt nankorluqdur. Bu cür insanların aqibətini də hər kəs bilir.

-Ümumiyyətlə, riyakar və avanturist insanların hakimiyyətə minnət vurmağa, sitəm etməyə nə qədər haqqı var?

- Bu insanlar danışdıqca  özlərini daha da ifşa edirlər. Axı Azərbaycan xalqı hər kəsin keçmişini çox gözəl bilir. Bu uzaq tarix deyil ki, unudulsun. Onlar hələ də anlamırlar ki, Heydər Əliyevə və ya onun siyasətinə, onun qoyduğu yola qarşı olmaq xalqa qarşı çıxmaqdır. Çünki biz Heydər Əliyev deyəndə Azərbaycan xalqı başa düşürük. Bu gün Azərbaycan xalqı var olmasına görə Heydər Əliyevə borcludur. 91-93-cü illərdə Azərbaycan dünya xəritəsindən yox olmaq təhlükəsindəydi, ölkə parçalanırdı. Heydər Əliyevin dühası sayəsində Azərbaycan bu gün dünya birliyində öz yeri olan ölkəyə çevrilib. 

- Amma onlar bu hakimiyyətin qurucularından olduğunu bildirirlər...

- Bilirsiniz, Heydər Əliyevin hakimiyyətə gətirilməsində ən əsas faktor zamanın və Azərbaycan xalqının zərurətdən doğan qətiyyətli tələbi idi. O zaman xalqın səsi bir sel gücü kimi idi. Bütövlükdə xalq üzünü Naxçıvana döndərmişdi. Heydər Əliyev Sovet dövründə çox yüksək vəzifələrdə olmuş böyük dövlət adamı idi. Onun heç bir vəzifəyə ehtiyacı yox idi. Ölkə xaos içində idi, fəlakətlə üzbəüz qalmışdı. Ulu öndər xalqımızı və müstəqilliyimizi qorudu. Daha doğrusu, hakimiyyətin də, dövlətin də qurucusu Heyder Əliyev və xalq oldu. Bunu bugün hər kəs bilir. 

- Bir məqama da diqqətinizi çəkmək istərdim. Hüseyn Abdullayev Avropaya güvənirdi və ora sığınmışdı. Əli İnsanov isə çıxışlarında Amerika və Qərb tərəfindən dəstəkləndiyini xüsusi vurğulayır. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikirlər hər kəsdə acı gülüş hissi doğurur. Bu fikirləri səsləndirən insanlar öz millətinin qüruruna,  xüsusilə də şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olurlar. 
Bu gün möhtərəm prezidentimizin yürütdüyü siyasət nəticəsində heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz. İstər beynəlxalq layihələr, istər Qarabağ, istərsə də başqa məsələlərdə Prezidentimizə təzyiq edilir ki, güzəşt eləsin, amma o, Azərbaycanın, xalqımızın milli maraqlarını üstün tutaraq qətiyyətli mövqeyini ifadə edir. Prezidentimiz bütün beynəlxalq tədbirlərdə çıxış edərək, Qarabağ məsələsi ilə bağlı qəti mövqeyini bildirir. Yəni, kimin nə deməyindən asılı olamayaraq, Azərbaycana təzyiq göstərib nəsə əldə etmək mümkün deyil. Zaman göstərdi ki, Qərb, Avropa, Amerika - onların hamısı ancaq öz marağını güdür.

Bu gün Avropadakı bəzi dairələr siyasi məhbus iddiası ilə əsassız bəyanatlar verirlər. Amma Hüseyn Abdullayev, Əli İnsanov kimi insanlar siyasi məhbus deyillər axı. Onların həbs olunması konkret cinayətə görə baş verib. Beynəlxalq təşkilatlar dərk edirlər ki,  bu cür adamları müdafiə etməklə özlərinin qalan imiclərini də itirəcəklər. Bəzi qüvvələr buna çalışsalar da, Azəbaycan xalqı bu cür oyunlara inanmır. Onların demokratiya, insan hüquqları, söz azadlıqları  və  maskaları çoxdan cırılıb. Çünki bu cür təşkilatların demokratiya adı altında hansı niyyətlərin  yatdığını dünya artıq bilir. 

 - O fikirlər səslənir ki, Əli İnsanov faktoru hakimiyyət içindən qopmalara səbəb ola bilər. Guya kimlərsə açıq, yaxud da gizli ona dəstək verə bilər. Bunu nə qədər real saymaq olar?

- Kim deyir ki? Vallah, bu cür sözlər o qədər gülməlidir. Əli İnsanovu bundan sonra kim dəstəkləyər, kim onun yanında gedər? Bu adamların heç birinin sosial bazası yoxdur. İstər ənənəvi radikal müxalifətin, istər Əli İnsanov və onun kimilərin ətrafında heç kim yoxdur, olmayacaq da. Bu bir gerçəklikdir ki, bütün cəmiyyətlərdə müəyyən narazı təbəqə olur. Bu insanlar iqtidara qarşı narazı deyil, onlar müəyyən və konkret məmurlara qarşı narazıdır. Onlar heç vaxt İlham Əliyevə qarşı çıxmırlar. Xarici və daxili araşdırmalar, sorğular da bunu sübut edir. Özlərini müxalifət adlandıran qüvvələr bu təbəqədən istifadə etməyə çalışsalar da, heç bir nəticə əldə edə bilmirlər. Bu gün hər kəs bilir ki, Azərbaycan Prezidenti kürsüsünə kim layiqdir. Bu adamlar möhtərəm Prezidentimizin səviyyəsinin milyonda biri deyillər, heç vaxt da onunla ayaqlaşa bilməzlər. Onların bir-iki qohum-əqrəbasından başqa heç kim yanlarında dayanmaz. Ağlı başında olan, dünyagörüşü olan insanlar bu məsələdə onlardan uzaq dururlar.  

- Məlahət xanım, son dövrlər bəzi qüvvələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu yöndə səslənən fikirlər barədə mövqeyiniz necədir? 

- Əslində, güclü qüvvəyə, güclü dövlətə qarşı bu cür münasibətin olması təəccüblü deyil. Azərbaycana qarşı təxribat hər zaman olub. Azərbaycanın inkişafını gözü götürməyənlər bu qarayaxma kampaniyasını aparırlar. Çünki hələ Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq, dövlətimiz regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirdikcə, bu təzyiq və təxribatlar bir qədər də artıb. TAP, TANAP, Bakı-Tiflis-Qars kimi layihələr asanlıqla həyata keçməyib. Bu ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörənliyi və xalqına sonsuz sevgisi nəticəsində gerçəkləşib. Sadəcə, təəssüf doğuran odur ki, bu ölkənin suyunu içib, çörəyini yeyən bəziləri də bu işə alət olurlar. Bir daha deyirəm ki, bir şeyi unudurlar, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan güclü dövlətdir və öz müstəqil mövqeyindən də heç vaxt geri çəkilməyəcək. Heç kim, heç bir qüvvə Azərbaycanla zor, təzyiq dili ilə danışa bilməz. Nə yaxşı ki, Azərbaycan xalqı doğru yolun nə olduğunu bilir və bu yolda davam edir.  
Oxşar xəbərlər
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW