“Həyat çox qısadır, bəhanə axtarmaq lazım deyil”
Oxunub: 5775
11 Feb 2016 | 10:04
“Həyat çox qısadır, bəhanə axtarmaq lazım deyil”
9 fevral 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni rəis təyin olundu. Ötən bir illik müddətin dəyərləndirilməsi, görülən işlərlə bağlı C.Qurbanovla görüşüb, müsahibə götürdük. Həmin söhbətin son bölümünü təqdim edirik:
 
(Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/120594.html)

- Cavid müəllim, vaxtaşırı mediada və sizin çıxışlarınızda “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu haqda danışılır. Qıraqdan bu, xeyli sirli-sehirli görünür. Bu marşrutları tutaq ki, peşəkarlar, sahə mütəxəssisləri bilir. Bəs sıravi oxucunun başa düşdüyü səviyyədə bunun açmasını necə verərdiz? 

- Öncə “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutundan danışaq. Rəsmi statistikaya görə, dünyada 7 milyard insan yaşayır. Üst-üstə bunun hardasa 4 milyardı Hindistanla, Çindədir. 100 milyon yük Avropaya təkcə Çindən göndərilir. İdxal və ixrac. 

- Hansı marşrut üzrə? 

- Avrasiya məkanında üç marşrut var. Biri dənizlədir. Mumbaydan - Bombey deyirdilər - tərpənir, gəlir çıxır Avropaya - Helsinkiyə, Frankfurta, Rotterdama. İkinci marşrut Rusiyanın üzərindən gedir. Çinin üzərindən çıxır, Rusiyanın üzərindən gedir. 15-20 günlükdür. Orda da soyuqdur, Sibirdir, əlverişsiz hava şəraiti var. Üçüncü marşrut isə bizim üzərimizdəndir - qədim ipək yolu. Bunu biz sizinlə düşünməmişik. Dədə-babalarımız dörd min il bundan qabaq bunu yaradıblar. Şəxsən özüm Çində 2 min illik tarixi olan xəritəni görmüşəm. Xəzərin böyründən keçib gedən xəritədir. Bu, əvvəldən dəvələrin qoyduğu izdir. Sadəcə, dəvə izini dəmir yolu ilə əvəz etmişik. 

- O necə olur? 

- Bu, Çindən gəlir, bizim üzərimizdən keçib Avropaya gedir. Əgər cənub-şimal deyiriksə, o xətt Hindistandan gəlir, İranın üzərindən keçir, Astaradan keçməklə, Rusiyanın ortasına gəlməklə Helsinkiyə gedib çıxır. 

- Barəsində danışdığınız bu layihə neftdən itirdiyimiz gəlirləri bərpa edə biləcəkmi? 

- Bizdə ümumi daxili məhsulun həcmi təqribən 75 milyardın üzərindədir. Neftin verdiyi gəlirlər qədər gəlir verə bilmərik. Çünki qiymət fantastik artdı. Amma biz ölkəmizi neftsiz yaşamaq dövrünə öyrətməliyik. Bunlardan biri də transnəqliyyat dəhlizləridir. Biz də bu dəhlizlərlə məşğul olmalıyıq. Həm kənd təsərrüfatının inkişafı, həm turizm, həm də bu dəhlizlərin inkişafı gələcəkdə iqtisadiyyatımızı şərtləndirən 3 mühüm amildir. 

- Ötən ay Bakıda beynəlxalq tədbir oldu. Bir neçə ölkənin dəmir yolu idarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirildi, bəzi razılaşmalar əldə edildi. Onların yaxın perspektivdə işlək mexanizmə çevrilməsi nə yerdədir?
 
- Biz nə razılaşdırdıq? Məsələlərə keçici tarif siyasəti ilə baxırıq. Dəmir yolları idarələri öz aralarında, o cümlədən də gəmiçiliklər, limanlar yüklərin koridorlara dəvət və cəlb olunması üçün qiymətlərin tənzimlənməsinə baxırıq. Hər kəs öz sahəsində mümkün olan qədər qiymətləri aşağı salıb, prosedurların asanlaşdırılmasını nəzərə alıb, yüklərlə bağlı əməkdaşlıq sazişləri imzaladıq. Özümüz aramızda "Transxəzər" marşrutu üzrə koordinasiya şurası düzəltmişik. O şuraya Qazaxıstan, Qazaxıstanın dəmir yolu, Qazaxıstanın limanları, Azərbaycan dəmir yolu, Azərbaycan limanı və gəmiçiliyi, o cümlədən Qazaxıstan gəmiçiliyi, eləcə də Gürcüstanın dəmir yolu, Gürcüstan limanları daxildir. 

- Neçə ölkədir? 

- Dörd ölkə daxildir. Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan. Hazırda bizə Bolqarıstan, Rumıniya, Türkiyə qoşulmaq istəyir. 

- Bunun iqtisadi səmərəsi nə olacaq? 

- Bu, daşımanı asanlaşdırmaq, çevikləşdirmək üçündür. Məsələn, siz gəlmisiz yük daşımağa. Mənimlə danışanda bilirsiniz ki, bütün marşrut üzrə yükün qiymətini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ekspeditoru müəyyən edə bilər. Çünki əvvəlcədən biz vahid tarif siyasətini müəyyənləşdiririk. 

- Yanvarda beynəlxalq marşrut üzrə ilk eşelon Bakı dəniz limanından Çinə yola salındı. Bunu mətbuatda “ilk qaranquş” adlandırdınız. Həmin o “qaranquş” öz yuvasına rahat oturdumu? 

- Rahat oturdu. Hazırda o işlər çox rahat gedir. Qazaxıstanla Çin arasında 600 milyon dollarlıq Çin dövlətinin sərmayəsi ilə terminal tikilir. Çin bunu idxal yox, ixrac üçün nəzərdə tutub. Əslində bu terminal bizim daşımaçılıq yollarımız üçün tikilir. Hazırda iqtisadiyyatın zəiflədiyi, neftin qiymətinin aşağı düşdüyü dönəmdə hər kəs ixraca çalışır. Biz də düşünürük ki, bu, iqtisadi inkişafın aşağı düşməsi yüklərin azalması ilə müşayiət olunmasın, əksinə, tranzitin çoxalması baş versin. 

- Son aylar ADY və siz müxtəlif beynəlxalq şirkətlərlə - Rusiya, Çin və Avropa ölkələrinin nümayəndələri ilə görüşlər keçirirsiz. Nəticələr necədir?

- Hər şey əladır, bizimlə razılaşırlar. Əsas məsələlərdən biri budur ki, özümüz ortaya yeni məhsul qoyduq - Cənub-Qərb marşrutu. Bu, bir. İran şirkətləri, dəmir yolları ilə danışıqlar aparırıq, bu iki. Moskvada da görüşlər keçirilir. Orda da Şimal-Cənub marşrutu ilə maraqlanırlar. Rusiya, Gürcüstan şirkətləri ilə görüşdük. İsveçrədə də görüşlərimiz oldu. Türkiyənin ixracat birliyinin rəhbərini Azərbaycana dəvət etmək istəyirik. Ümumiyyətlə, ölkə rəhbərliyinə məruzə edəndən sonra mart ayında xarici iş adamları, daşımaçılarla birlikdə Azərbaycanda geniş toplantı keçirmək fikrimiz var. Yükümüzü 25-28 milyon tona çatdırsaq, bu, Azərbaycan üçün təqribən 2025-ci ilə qədər 300 milyon dollar gəlir verə bilər. Xərcləri və vergini çıxandan sonra qalan gəlirdən söhbət gedir. Üstəgəl, bu, bizim çox minimal hesablamalarla ortaya çıxardığımız rəqəmdir. Yəni gəlir bundan çox ola bilər ki, az olmayacaq. 
 
- Siz həm də millət vəkilisiniz. Milli Məclisin İqtisadi siyasət komitəsində təmsil olunursuz. İndi əsas müzakirə mövzusu da iqtisadiyyatdakı məlum geriləmələrdir. Azərbaycan bu böhrandan necə çıxacaq? 

- Bir Azərbaycan el məsəli var: "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Hesab etmirəm ki, Azərbaycanda qorxulu nəsə var. Ölkəmizdə iqtisadi tənəzzül yoxdur. Dünyada baş verən böhranın bir ucu da bizə toxunub. 

- Bəzi ekspertlər deyirlər ki, İlham Əliyev ölkəsini 7 il bu böhrandan qorudu. 

- Düz deyirlər. Birinci nəyi unutmamaq lazımdır? Bizim stabil siyasətimiz, böyüyümüz, bu siyasəti idarə edib, aparan liderimiz var. Söhbət bu komandanı idarə edən cənab prezidentdən gedir. İlham Əliyev bu siyasətin çat verməsinə imkan vermədi. 

 - Çat harda verə bilərdi? 

- Nankor adamlar vardı ki, “mən bu ölkə üçün, prezident üçün sinəmi qabağa verərəm” deyirdi. Amma bir az yoxlanandan sonra üzə çıxdı ki, onlar başqa işlərlə məşğuldur.
 
- Deməli, siz müxalifəti, mətbuatı, QHT-ləri yox, hakimiyyətin içindəki qrupu nəzərdə tutursuz...

- Bilirsiz, müxalifət olanda da gərək sağlam olasan. Fikir verin, Türkiyə-Rusiya münasibətləri bir qədər gərginləşib, amma Türkiyədə müxalifət də daxil olmaqla, hər kəs iqtidarın ətrafında cəmləşib. 

- Cavid müəllim, mümkünsə mövzudan yayınmayaq. Bayaq dediniz ki, sinəsinə döyüb, "mən bu ölkə üçün, prezident üçün sinəmi qabağa verərəm" deyənlərin başqa işlərlə məşğul olduğu üzə çıxdı. Kim idi onlar?

- Mən deyirəm ki, bu insanların bir neçə faizi iqtisadi zəlzələnin birinci dalğası baş verən kimi özünü büruzə verdi. 

- Nə şəkildə büruzə verdi? 

- Mətbuat bunu çox yaxşı bilir, bu barədə çox yazıb. Ad çəkmək istəmirəm. Banklarda olan məsələlər, dövlətin içində olan vəzifəlilərin etdikləri, rayonlarda iğtişaş törətmək istəyənlər... 

- Necə hesab edirsiniz, rayonlardakı iğtişaşlar planlı, sistemli şəkildə, kimlərinsə diqtəsi ilə baş tutdu?

- Hesab etmirəm ki, planlı şəkildə idi. 

- Kimlərinsə provokasiyası ilə ola bilərdimi? 

- Hər halda, çalışdılar ki, nəsə qarışdırsınlar. Amma dövlət var, dövlətçilik var. “Axırıncı aşırım” filmində deyilən kimi, “dövlətin topu var, tüfəngi var”. Artıq bu dövlət 1993-cü ildəki dövlət deyil. Hər şeyi, hər gücü var. 

- Dövlətin topu-tüfəngi  yəqin ki, xalqa qarşı tuşlanmaz, dövləti qarışdırmaq istəyənlərə qarşı tuşlanar. 

- “Top-tüfəngi var” məcazi mənada işlənmiş sözdür. Burda söhbət dövlətin gücündən, siyasi iradəsindən gedir. Dövlət artıq formalaşıb, özünü tanıyır. 

- Məlum MTN əməliyyatından sonra mediada çoxlu sayda məlumatlar yayıldı. Onlardan bəziləri təsdiqləndi, bəziləri təkzib olundu. Bu məlumatlardan biri də o idi ki, sabiq nazir Eldar Mahmudov və onun keçmiş komandası bəzi nazirlərdən, komitə sədrlərindən, yüksək vəzifədə olan məmurlardan haqq alırmış. Anadolu türkləri demiş, sizə də bulaşıblarmı, buna cəhd ediblərmi? 

- Onların mənə bulaşmağa heç haqqı, imkanı da yox idi. Məlum səbəblərə görə bulaşa bilmirdilər. Bircə dəfə xırda bir məsələ olmuşdu. O da aydınlaşdı, bitdi getdi. Amma mənim üstümə yerisinlər, məndən nəsə istəsinlər... belə şey olmayıb. 

- Hiss edirəm ki, bu mövzuda çox dərinə getmək istəmirsiniz... 

 - Məhkəmə olmadan insanları cinayətkar adlandırmaq doğru yanaşma deyil. Sadəcə, sədaqət yaxşı şeydir. Bu proseslərdə kimin sadiq olub-olmadığı bilindi. 

- Cənab prezident də bunu bildimi? 

- Bilməsə, elə tədbirlər görməzdi ki. 

- Ermənilərin girov saxladığı Şahbaz Quliyev və Diqəm Əsgərovla bağlı son durum necədir?  Kəlbəcərdən olan deputat kimi bu prosesi yəqin yaxından izləyirsiz. Onların girovluqdan azad edilməsi istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti qaneedicidimi? 

- Bizim Kəlbəcərdə Geştək kəndi var. O kənddə iki qardaş, iki pəhləvan olublar. O qədər güclü olublar ki, körpü tirlərini çiyinlərinə alır, atıb-tuturmuşlar. Bir gün qohumlarından birini sel aparırmış. Bu qardaş atla birgə seldə boğulmaqda olan qohumunu xilas edir. Amma günlərin bir günü Əzrayıl gəlib, onu aparanda deyib ki, buna mənim gücüm çatmır, Allahın işidir. Bu məsəli niyə çəkdim? Bu bəla tək Dilqəmin və Şahbazın bəlası deyil. Bu, ermənilərin əsrlərdir bizə qarşı apardığı siyasətdir. 

Bu bəla təkcə Dilqəm və ya Şahbazla bağlı olsa, çarə taparıq, gedərik, həll edərik. Bunun həll yolunu ən mükəmməl formada edəcək insan ölkə başçısı cənab İlham Əliyevdir. O da məsələni konkret qoyur: dəfələrlə xarici işlər naziri məsələni qaldırıb. Mən Kəlbəcərdən olan millət vəkili kimi məsələni mediada səsləndirirəm, gündəmdə saxlayıram. Bundan artıq nəyə gücüm çatır ki? 

Necə edim ki, o girovları onların əlindən alım? İndiki məqamda isə ailəsinə yardım edə bilərəm, onu edirəm. Qohum-əqrəbasına da həmçinin. Ondan artığı mənim gücüm xaricindədir, gəlin səmimi danışaq. Bunun arxasında məkrli erməni siyasəti dayanır. Onlar hansı haqla Dilqəm və Şahbazı tutublar? Hansı haqla bizim torpaqlarımızı zəbt ediblər? 

- Onlardan birinin özü, digərinin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Bu faktdan istifadə edib, problemin həlli istiqamətində irəliləyiş əldə etmək olarmı? 


- Rusiyadan vəkilə qədər tutmuşam. Ordan vəkil tapdıq ki, sizin vətəndaşınızdır, müdafiəni də siz edin. “Xərclərini öz boynumuza götürməyə hazırıq” dedik. Amma hələlik alınmır. Siyasi məsələ olduğu üçün hüquqi addımlar kifayət etmir. Siz Rusiyanın Ermənistana münasibətini bilirsiniz. Hər şey o məqamla bağlıdır. 

- Bir vaxtlar yaxın münasibətdə olduğunuz və eyni strukturda çalışdığınız Ziya Məmmədovla münasibətləriniz hazırda necədi?

- Biz Ziya Məmmədovla 18 il birgə çalışmışıq. Ziya müəllim mənim həyatımda hansısa bir rol oynayıb. Amma bu gün məsləhət olunub ki, biz bir yerdə çalışmayaq. O, cənab prezident tərəfindən ölkənin bir nazirliyinə rəhbər təyin olunub. Mən də bir qurumun rəhbəriyəm. Bizim hər ikimizin bir məqsədi, amalı olmalıdır ki, ölkə başçısına, dövlətə xidmət edək. Onunla münasibətim digər nazirlərlə olduğu kimidir.

- O dostluq, əvvəlki münasibət qalmayıb... 

- Mən onun xətrini hər zaman istəmişəm. Zamanında birgə çalışmışıq, indi ayrı-ayrı çalışırıq. Deyim ki, gedişimiz-gəlişimiz var, yoxdur. Bayramdan-bayrama salamlaşırıq. Amma bir-birimizə pisliyimiz yoxdur. 

- Münasibətlərin əvvəlki kimi olmamasına kadr sahəsindəki struktur dəyişikliklər səbəb ola bilər? Onun səlahiyyətindəki bir struktura müstəqillik verilməsi və sizə həvalə olunması... Bununla bağlı sizə hər hansı irad, inciklik bildirməyib? 

- Mənə elə bir irad etməyib. Bu qərar dövlət başçısının qərarıdır. Belə məsləhətdir, belə olub. 

- Daim iş başında, xarici səfərlərdə, görüşlərdə olursunuz. Əslində kənardan baxanda məmurlara hamı həsəd aparır. Gerçəkdən həsəd aparılacaq həyatınız varmı? İstirahətə, şəxsi həyata ayırmağa bol zamanınız olurmu? 

  - Gerçəkdən həsəd aparılacaq deyəndə... Karneginin bir sözü var. Deyir ki, “mənim atamın atları var idi. O, atı ilə yarışa çıxmışdı. Mənim atamın atı birinci gəldi. Onda atam sevinirdi, at yox. Yarışı udan atdır, sevinən sahibdir”. İnsan o biri canlılardan onunla fərqlənir ki, seçilmək istəyir. Əgər sən həyatında kiməsə, nəyəsə yararlı olursansa, artıq o, sənin həyatının mənasıdır. Mən də hesab edirəm ki, yaxşı nəslin övladıyam, dəyərli bir atam var, qəhrəman bir anam var, çox gözəl övladlarım, nəvələrim var. Həyatıma rövnəq verən gözəl həyat yoldaşım var. Onunla həm dostam, həm sirdaşam, həm bərabər həyatımızı bölüşürük. 2 gün bundan qabaq həftə sonu nəvələrim bizə qonaq gəlmişdi. Onların verdiyi sevinci başqa nə əvəz edə bilər axı? Biz həm insanlara yararlı ola biliriksə, ailəmizin içində xoşbəxtiksə, gülərüz nəvələrimizi, sağlam övladlarımızı, valideynlərimizi yanımızda görə biliriksə, başqa nə lazımdır insana? 

- Yəni siz xoşbəxtliyin tablosunu olduqca sadə rənglərlə çəkdiniz. İnsanlar bəzən xoşbəxtlik anlayışını çox mürəkkəbləşdirirlər. 

- Xeyr, elə deyil. Xoşbəxt olmaq üçün sadə olmaq lazımdır. Hər şeydə bir xoşbəxtlik axtarmaq lazımdır. Həyat çox qısadır, onu çox mürəkkəbləşdirmək lazım deyil. Bəhanə axtarmaq lazım deyil. 

- Qrafikiniz necədir? Günə necə başlayıb, necə yekun vurursunuz?

- Səhər 7-də yuxudan oyanıram. Bu, 25-30 ildir belədir. Oyanan kimi ilkin olaraq elektron ünvanıma baxıram. “Yeni Müsavat”a və digər qəzetlərə, saytlara baxıram. Əsasən başlıqlara baxıram. 

- İlk təmas mətbuatla başlayır... 

- Bəli, mətbuatla. Rəsmi xəbərləri oxuyuram. 10-15 dəqiqə çəkir bu. Öz sahəmizə aid olan  xəbərləri izləyirəm. Ardınca hazırlaşıb çıxıram. 8.50-9.10-da işə gəlirəm. Görürsüz, qrafikim ağırdır. Görüşlər, danışıqlar. Gündüz yemək yemirəm, bir alma yeyirəm. Yemək yeməklə aram yoxdur, üstəgəl, son vaxtlar bir az kilo almışam, ondan xilas olmaq istəyirəm. (gülür)

- Spirtli içkilər necə, istifadə edirsizmi? 

- Özümə heç nəyi qadağa qoymuram. Heç nəyi də normadan artıq istifadə etmirəm. Rəhmətlik Şəmşir babam deyir ki, “bal da olsa, qədərindən bir tikə artıq yemə. Tamah səni bəndə salar, xeyirxahlıq əldən gedər”. 

- Atanız Qənbər müəllimlə münasibətləriniz çoxmu pərdəlidir? Məsələn, onun yanında içki içirsizmi? 

- Bir-iki il olar ki, atamın yanında əlimə qədəh alıram. Ona qədər olmurdu. 

- Bu, ondan gələn qadağadır?

- Bu, sadəcə, bizim ailənin ənənəsidir, böyüklərə ehtiramdır.

- Babanızla atanızın münasibətləri necə idi? 

- Daha ali bir məhəbbət vardı. 

- Atanızın yanında nəvələrinizi qucağınıza alırsızmı? 

- Nəvələri hə. Amma zamanında uşaqlarımı atamın yanında qucağıma alıb əzizləməmişəm.

- Siz həm də yaradıcı adamsız, şeir yazırsız. Aşıq Şəmşirin nəvəsinin şeir yazması təbiidir. Bəs saz çalmaq necə? 

- Onu da bacarıram. 

- Amma kabinetinizdə saz görmürəm. 

- Mən burda saz çalmıram axı.

- Yox, simvol kimi... 

- Hesab edirəm ki, bura Dəmir Yolu İdarəsidir və burda dəmir yollarının simvolları var. 

- Çalğınız necədir?
 
- Mən Aşıq Ədalət deyiləm, amma orta səviyyədə, özüm üçün dınqıldadıram. 

- Cavid müəllim, bu vəzifədən başqa könlünüzə yatan hansı vəzifə var? Tez-tez deyirlər ki, Cavid Qurbanov Bakı Şəhər İcra Hakimiyyətinə başçı gətiriləcək. O vəzifə necədir, bu, necədir?

- Məni bura təyin ediblər. Mən cənab prezidentin əsgəriyəm, bu sahəni düzəltməyə çalışıram. Dəmiryolçulara da yeni-yeni isinişirəm. Mənim bu sahədən xoşum gəlir. Cənab prezident də bizim fəaliyyətimizdən razı qalsa, başımı aşağı salıb, burada öz işimi davam etdirmək istəyərəm. Qismət, sağlamlığımız nə qədər yol versə, o qədər... 
Oxşar xəbərlər
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
Magistraturaya qəbul imtahanında ölkə birincisi bəlli oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 17:28
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17 May 2024 | 17:26
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:22
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17 May 2024 | 17:21
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17 May 2024 | 17:19
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17 May 2024 | 17:15
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17 May 2024 | 17:10
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 17:03
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:35
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:29
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
17 May 2024 | 16:24
"Buna görə çox peşmanam"
17 May 2024 | 16:20
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
17 May 2024 | 16:19
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
17 May 2024 | 16:15
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
17 May 2024 | 16:12
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
GÜNLÜK
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 09:35
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
17 May 2024 | 10:10
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
17 May 2024 | 10:00
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
17 May 2024 | 09:29
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:18
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
17 May 2024 | 10:04
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
17 May 2024 | 09:22
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 09:35
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
17 May 2024 | 10:10
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
17 May 2024 | 10:00
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
17 May 2024 | 09:29
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:18
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
17 May 2024 | 10:04
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
17 May 2024 | 09:22
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu