“Kann” kinofestivalının qalibi olmuş türk filmi - "Yol"
Mədəniyyət
Oxunub: 5002
22 May 2016 | 23:23
“Kann” kinofestivalının qalibi olmuş türk filmi  -
Rejissorlar Şərif Görənlə Yılmaz Güneyin (Pütün) quruluş verdikləri “Yol” filmi (ssenari müəllifi Yılmaz Güney.1981) ölkədə hərbi vəziyyətin hökm sürdüyü zamanlarda Qurban bayramı ərəfəsində İmralı adasındakı həbsxanadan bir həftəlik icazə ilə çıxan beş məhkumun qarşılaşdığı həyat hekayətidir. İlk epizodda həbsxanaya gələn məktubların paylanması ilə azadlığı təccəssüm  etdirən çılpaq atı çapan gəncin ekranda görünməsi insan azadlığı problemini  gündəmə gətirir. Dəmir barmaqlıqlar  arxasında qalan məhbuslarla göydə  uçan quşların paralel, mexaniki montajı ilə həbsxananın radio  qovşağından səslənən qadağalar altında on beş məhkumun bir həftəlik evə buraxılması mozaik süjeti canlandırır. Məhkumların Konya, Əskişəhir, Adana, Aydın,Qaziantep, Diyarbakır  kimi istiqamətlərə üz tutması  ölkənin müxtəlif tərəflərindəki sosial mühitin təqdimatına şərait yaradır. İcazə vərəqini itirdiyinə görə patrulların avtobusdan düşürdüyü, ölüm hadisəsinə görə cəza çəkən Yusifin (Tuncay Akça) qəfəsdəki bülbülü arvadı Leylaya çatdırmasını xahiş etməsi dramaturji maneəni sentimental süjetdə yaradır. Və həmən avtobusda çalıb oxumaqla dolanan uşaqların ekrana gəlişi mövzunu realist istiqamətdə davam etdirir. 
Atasının iki il əvvəl evləndiyi qadından bir yaşlı qardaşının olduğunu öyrənən konyalı Seyid Əlinin (Tarik Akan) uşaqlarını evdə qoyub ərinə xəyanət yolunu tutan arvadı Zineni (Şərif Sezer) qətlə  yetirməyə  qərar verməsi  namus probleminin həllini ənənədən doğan cahillik  kontekstində  önə  çəkir. Adanada zərgərlik mağazasını yarararkən polis gülləsinə tuş gələn qaynı Əzizi qoyub aradan çıxmasını arvadı Əminənin (Meral Orhonsay) bağışlamaması səbəbindən ailəsi dağılmaq ərəfəsində olan Mehmet Salihin (Halil Ergün) hekayəti isə işsizliyin hökm sürdüyü sosial mühitdə baş alıb gedən cinayətkarlığı əks etdirir. Seyid Əli ilə halallaşıb Diyarbakırda qatardan düşən Mehmetin cənazənin arxasınca gedənlərin arasından keçib üz tutduğu gecəqondularda rastlaşdığı dilənən azyaşlı uşaqlara xırda puldan əlavə onların istəyi ilə verdiyi siqaretləri balaca qızların belə tüstülətmələri sosial mühitin əcaib durumunu ekrana gətirir. Həyətdə qoyun kəsən qaynatasının və qayınlarının acıqla qarşıladığı, zorla durdurulan dəliqanlı yeniyetmənin bıçağa əl atdığı məqamda Mehmetin günahkar olduğunu həqiqəti bilmək istəyən arvadı Əminəyə bildirməsi tövbə məqamını üzə çıxarır. Atalarının gəlişinə sevinən uşaqlarının xatirinə ailəsini qoyub əri Mehmetlə məchul gələcəyə üz tutan Əminə ailəsinin qəzəbi, doğmalar arasındakı qan düşmənçiliyi motivini strukturda saxlayır.


Sərhəd yaxınlığındakı doğma kəndinə çatmaqla özünü xoşbəxt  sayan Ömərin (Necmettin Çobanoğlu) silahlı  əsgərlərlə qaçaqmalçıların üzləşməsinin şahidinə çevrilməsi  dramatizmi  atrırır. Körpələrin ağlaşmasına dözə  bilməyən kişilərin silahlı əsgərlərə təslim olmaları işsizlikdən doğan qanun pozuntusunu gündəmə gətirir. Gecəyarı  kənddə qaçaqmalçılıqla bağlı olaraq atəş səslərinin eşidilməsi kürdlərin vəziyyətinin daha acınacaqlı olmasının bildirilməsi ilə sosial problem milli   mənsubiyyət istiqamətinə yönəlir.  Paralel montajda qarlı gündə ucqar dağ kəndinə çatan Seyid Əliyə yolundan çıxan arvadını öldürmək üçün silah verən qardaşının onu çatlamış dişin ağrısından qurtarmaq üçün yanına gətirdiyi bərbərin siniri qızmış məftillə dağlaması səhiyyənin sıfır səviyyədə olduğunu səciyyələndirir. Atlanıb qara bata-bata irəliləyən Seyid Əlinin canavarların səsini eşitdiyi məqamda digər personajla bağlı epizodun ekrana gəlişi mozaik dramaturji modeli nizamlayır. İki çarşablı qadının yanında nişanlısı Maral ilə görüşən Mövludun (Hikmet Çelik) gələcək ailəsinin ciddi şərtlərini həbsxana təfəkkürü ilə bəyan etməsi qadın azadlığının məhdudiyyətini göstərir. Yolda əldən düşüb can verən atın güllələnməsi ilə qırmızı  qanının  bəyaz qar  üzərinə  çilənməsi ilə Seyid Əlinin ulaşan canavarlarla üz-üzə  qalması obrazlılığı artırır. Paralel olaraq digər epizodda araq içdiyi dostlarına nişanlısı ilə tək görüşmək istədiyini bildirməklə müstəqillik istəyən Mövludun vaxtını keçirmək üçün fahişəxanaya üz tutması strukturda özünü doğrultmayan lüzumsuz süjeti gündəmə gətirir. 
Ayaqları zəncirlənib yalnız su ilə çörək verilməklə səkkiz ay tövlədə saxlanan Maralın xəyanətini boynuna almaqla əri Seyid Əlidən yuyunub, daranıb geyinib, oğlu Mirzə (Engin Çəlik) ilə vidalaşıb  ölmək istədiyini bildirməsi digər süjeti canlandırır. Son arzuları yerinə yetirilən Maralı aparıb Sancaqda qardaşına təhvil vermək istəyən Seyid Əlinin Allahın cəzasına üstünlük verməsi dini motivi qabardır. Digər epizodda uşaqlarını və Əminəni şütüyən qatarda ailəsindən uzaqlaşdıran  Mehmet  Salihin  imkan tapıb arvadı ilə ayaqyolunda daldalanmaqla birləşmələri məhrumiyyətin acı  mənzərəsinin mahiyyətini  yaradır. Növbəyə  duran sərnişinlərin hay-küyləri,  ağlayan uşaqların valideynlərini  haylamaları  fonunda ər”“arvadın cəzalandırılmasına kütləvi çağırışlar  dramatizmi karnaval estetikasında artırır. Uşaqları olsa da, kəbin kağızları olmayan günahsız Mehmetlə  Əminənin yol getdiyi qatara gecənin qaranlığında minən dəliqanlı yeniyetmənin açdığı atəşlərlə uşaqların ağlaması iri planda görünən fitin həyəcanı artırması sosial mühitin müdhiş mənzərəsinin növbəti obrazını  yaradır. Paralel olaraq Suriya sərhəddindəki doğma kəndinə sevdiyi Gülbaharı (Semra Ucar) görmək üçün gəlmiş Ömərin vaxtilə qaçaqmalçılığa gedən atasının digərləri kimi minaya düşüb ölməsini, bir çoxlarının əl-ayaqlarını itirdiyini tikanlı məftillər fonunda dilə gətirməsi işsizlik, dolanışığın yoxluğu problemini gündəmdə saxlayır.

Arvadını, oğlunu özü ilə götürüb ucsuz-bucaqsız qarlı yola çölə çıxan Seyid Alinin xəyanətkar Zinenin donub ölməsinə şərait yaratmaq istəyi dolayı yolla həyata keçirilən qətl cəhdini üzə  çıxarır. Seyid Əlinin ölmüş atının cəsədi ilə  qarşılaşan Zinenin uzaqlaşan əri və  oğlunu  gözdən keçirərək  “Seyid!” deyə dəfələrlə hayqırması epizodun təqdimatını gücləndirir. Oğlu Mirzənin təhriki ilə  geri  qayıdan Seyid Əlinin arvadı  Zineni xilas  etmək  üçün  belinə  alması  insanlığın müvəqqəti də olsa  təzahürünü göstərir. Şaxtanın təsirindən dünyasını dəyişmiş Zineni  qayışla döyərək  dirilməsini  istəyən oğul ilə atanın cəhdləri ölümlə  həyat arasındakı mənzərənin dinamikasını yaradır. Digər epizoddakı sərhəd kəndində baş verən gecə döyüşündə öldürən beş nəfər arasında qardaşının cəsədini tanıyıb susan  Ã–mərin sevdiyi Gülbaharla uzaqdan-uzağa vidalaşması sınmış insan talelərinin sırasını çoxaldır. Və yerli adətə görə  qardaşının arvadına və dörd azyaşlı uşağına  sahib çıxmalı olan Ömərin yenidən həbsxanaya qayıtması problemin hələ ki, tam çözülmədiyini  göstərir. Seyid Əlinin oğlunun boynunu  qucaqlayaraq pul verməklə vidalaşması  səhnəsi, əslində,  dözülməz sosial vəziyyətin mənzərəsini göstərir.
25 dekabr 2000-ci ilin “Film” dərgisindəki “Yolun” “çəkiliş hekayəti” məqaləsində vaxtilə yaradıcı heyətdə rejissor köməkçisi kimi işləmiş Ahmet Sonerin: “Çəkilməyən hissələrdə Battalın arvadı uşaq dünyaya gətirərkən ölür, Abbas və bütün ailəsi zəhərli qıyma səbəbindən həyatlarını itirirdilər. 250 səhifəlik orijinal ssenarinin filmə çəkilməyən digər beş məhkumun; Eskişehirli İsmail, Toros kəndlərindən Battal, Tarsuslu Abbas, Adanalı Hıdır və Mərcan tipləriydi. İsmail bayram iznində toy edib  evlənir və gərdəyə girirdi. Ancaq qızları olan Battalın oğlu dünyaya gəlsə də doğuş zamanı həyat yoldaşını itirirdi. Oxumağı və yazmağı bacarmayan kasıb Abbas bələdiyyənin yük maşınından oğurladığı qıyma ilə evə əliboş getməkdən xilas olsa da qıymanı yeyən bütün ailəyə, itə qədər hamısı zəhərlənirdi. Arvadları ölmüş Adanalı Hıdırla Mərcan  uşaqlarını görmək və həsrəti aradan qaldırmaq üçün bayram icazəsindən yararlanırdılar. Mərcan litseydə oxuyan oğlunun siyasi hadisələrə qarışdığı üçün gözaltına alındığını öyrənir, kiçik oğlunu sünnət etdirib yenidən həbsxanaya qayıdır. Övladlığa verilmiş qızının izinə düşən Hıdır manyak kimi şərlənməklə polis bölməsinə düşür. İstanbulda Mudanya  gəmisinin yan aldığı tərsanədə İmralıya görüşə gedən ailələrlə başlayan ssenari,  Mudanya körpüsü yaxınlığında bir çayxanada izindən sağ-salamat qayıdan məhbuslarla bitirdi. Ən azından üç saatlıq bir film ola biləcək Yılmaz Güneyin orijinal ssenarisi məncə yenidən lentə alınmalıdır.  Yılmaz Güneyin seçmiş olduğu aktyorlarla çəkilməlidir film”  xatirəsi və təklifləri ekran əsərinin yaratdığı təlatümü səciyyələndirir. Əlbəttə ki, hazır filmdə personajların sayının azaldılması dramaturji modelin səfərbərliyinə imkan yaradır. Hazır filmdə digər epizodlar itsə də Battalın arvadının doğuş zamanı ölümünün ekranda qalması təsadüfi görünür. Ümumiyyətlə, filmin mozaik dramaturji modelindəki paralelə montaj prinsipinin təqdimatında zaman anlayışının pozulması; bir personajla bağlı epizodun təfsilatlığı; digərlərinin ötəriliyi balansı pozmaya bilmir. Bununla belə, filmin əsas göstəricisinin Avropa təfəkkürü üçün analogiyasız hadisələrlə zənginliyi kino  mütəxəssisləri heyrətləndirə bilir.

Tarik Akanın “Ana, başımda bit var” kitabındakı: “Çəkiliş dövründə atla aramızda inanılmaz tellər yaranmışdı. Ömrümün sonuna qədər unutmayacağım çox fərqli bir dostluq yaşamışdıq. Mənə duyduğu sevgi və bağlılığı atın gözlərindən oxuyurdum. Qar fırtınasında yanıma gəlib başımı paltonun içinə soxur, gözlərini gözlərimə dikirdi. Çəkiliş zamanı üstündən düşdüyümdə burnu ilə məni itələyir, qoxulayır, sanki mənim əziyyət çəkdiyimi anlayırmış kimi üzülüb məni ovutmağa çalışırdı. Onun yüyənindən tutub çəkməyimə də ehtiyac yox idi. Çəkiliş bitən kimi arxamca düşüb məni it kimi izləyirdi. Filmə başlamazdan əvvəl “Yol” filminin rejissoru Şərif Görənə “narahat olma, lazım olan səhnədə atı öldürməyə özümdə cəsarət tapa bilərəm dediyimi xatırlayıram.” Atı vuracağım səhnə çəkilərkən heyvancığaza uyuşturucu iynə vuruldu, at yerə yıxıldı. İri planların hamısı çəkildi; donmuş bir əl, qızdırılmağa çalışılan bir əl, atəş aça bilməyən bir əl və atın iri planları həllini tapdı. Növbə öldürmə planının çəkilişinə gəldi. Kamera uzağa getdi, uzun bir plan çəkiləcəkdi. Əlimdəki silahda bircə güllə var idi. Baş çavuş bir güllədən artıq vermirdi. Şərif Görən “kamera!” deyən kimi atın başına güllə atmalı idim. Qarların ortasında mən və yerdə yatan atım faciəvi bir şəkildə yerimizi tutduq. Kamera uzaqda hazırlananda at gözlərini açıb mənə yalvarırmış kimi baxdı. Sanki mənə doğru gəlmək istəyirdi.  Bu vaxt rejissor Şərif Gören “Kamera!” deyə qışqırdı. Gözlədi. Burada silahımı çıxararaq atın başına atəş açmalı idim. Amma bunu edə bilmirdim. Şərif Gören “Atəş aç, Atəş a甝 deyə bağırırdı. “Mən bunu edə bilmərəm  Şərif dayan” deyə səsləndim. Atın yanından ayrıldım. “ Mən bu atı öldürə bilmərəm” deyərək sözlərimə davam etdim. Yaxın planla başqasının əlini çək. “Bağışla mən edə bilmərəm” dedim. Yılmaz Güneyin qardaşı oğlu araya girərərk: “Mən atı öldürərəm” dedi. Paltomu ona verdim. Kamera hazırlandı. Yılmaz Güneyin qardaşı oğlunun əl planı çəkildi. Silah səsi eşidildi. “At öldü, Tarık gəl dedilər.”Qaça ”“qaça getdim. Paltomu geyindim, daha sonrakı planlara başlamaq üçün işə başladıq. Kamera hazırlanan vaxt at yenə başını qaldırıb mənə baxdı. Ayağa qalxmağa cəhd göstərirdi. Ölməmişdi. Baş çavuşun yanına gedərək “Güllə ver, at ölməyib,” dedim. Baş çavuş özünü iyrənc dərəcədə naza çəkərək yalvarda - yalvarda bir güllə verdi. “Baş çavuşum, bir-iki dənə daha ver, at can üstədir” deməyimə baxmayaraq bir güllədən artığını verməyə razı olmadı. Yılmaz Güneyin qardaşı oğlu o tək gülləni də atın başına vurdu. Sonra mən təkrar səhnəyə qayıtdım. Çəkilişə başladığım zaman at yenə gözünü açdı və baxışlarıyla məni axtarırdı. Az qalırdı ki, ürəyim getsin, artıq dəli olmaq dərəcəsinə çatmışdım. Baş çavuşun yanına bir də getdim. “Güllə ver” dedim. Baş çavuş, “Güllə yoxdur!” dedi. O anda yaxasına yapışdım: “Sənin də, güllənin də” dedim. Bölgə camaatı baş çavuşa yalvarıb ”“ yaxararaq üç güllə aldı. Yılmaz Güneyin qardaşı oğlu güllələri ata boşaltdı və bu dəfə at doğrudan da öldü.  Paltomu geyinərək o biri epizoda keçdik. Ssenariyə görə donmaq üzrəydim; atın qarnını kəsməli idim, əllərimi, ayaqlarımı atın qarnına soxub donma təhlükəsini bir müddət gecikdirəcəkdim. Təəssüf ki, bu səhnəni pis bir zamanda hava qaralmaq üzrə olduğu vaxtda çəkmişdik.  Çəkilişi səhərisi günə saxlamaq olmazdı: çünki canavarların atın cəsədini parçalayacaqlarını bilirdik. Nəticədə axşamüstü çəkilən səhnələrdə rənglər çox qatı çıxdığı üçün Yılmaz Güney “Yol”  filmindəki bu səhnəni çıxarmaq məcburiyyətində qalacaq, bu da onu həm kədərlənəcək, həm də hirsləndirəcəkdi”  xatirələri filmin çəkilişi barədə maraqlı informasiyalarla zəngindir. Belə ki, Tarık Akanın oynadığı Seyid Əlinin ayağının sınması səbəbindən güllələdiyi atın qarnına əllərini soxmaqla şaxtadan qorunması kimi naturalizmə çəkən epizodun ssenaridən gəldiyinin vurğulanması Yılmaz Güneyin mühitün mənzərəsini yaradan ən xırda məqamlarına belə önəm vediyini təsdiqləyir. Digər tərəfdən atı öldürməklə əmisinin yaradıcılıq kredosunu kortəbii şəkildə qoruyan qardaşı oğlu  ilkin ədəbi materiala təəssübkeşliyi səciyyələndirir. Son cümlə isə həbsxanada olsa belə Yılmaz Güneyin çəkiliş prosesini nəzarətində saxladığının təsdiqinə çevrilir. Və əlbəttə ki, müəllif kinosunun göstəricisinə çevrilən bu məqam çəkilişləri həyata keçirən Şərif Görənin əməyinə kölgə salmır.  

Yılmaz Güneyin  yarıaçıq İmralı həbsxanasında yazdığı, ilkin adı “Bayram” olub evə bir həftəlik buraxılan on məhbusun tarixçəsindən bəhs edən bu ssenariyə Şərif Görəndən  əvvəl quruluş verən rejissor Erden Lıralın 17 gün ərzində 4 min metrlik işçi materialının çəkilişlərini də apardığı məlumdur. Həbsxanadan yeni çıxmaqla artıq “Yol” adlandırılan bu filmə yenidən quruluş verən Şərif Görənin əsas personajların sayını altıya endirməsi strukturun dramaturji baxımdan səfərbərliyinə imkan yaradır. Beynəlxalq Kann kinofestivalının direktoru Gilles Jakobun təkidi ilə 15 dəqiqəsi ixtisar olunmaqla altıncı - əyyaş, qumarbaz personajı ilə bağlı epizodu ixtisar edilən “Yol”un “Qızıl palma budağı”nı yunanıstanlı Kosta Qavrasın “İtgin” filmi ilə bölüşdürməsi ilə (1982) Şərif Görənlə Yılmaz Güney neorealizminin bədii dəyəri təsdiqləndi. Türkiyədə nümayişinə 17 il  qadağa qoyulan “Yol” filminin nəhayət ki,  ekranlara çıxması ölkədə demokratizmin qalibiyyətini səciyyələndirir.

Aydın Dadaşov,
filologiya elmləri doktoru, professor
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat