Doğum tarixinizdə bu üç rəqəm varsa... sizi xüsusi tale gözləyir
Maraqlı
285
12:56, Bu gün

Doğum tarixinizdə bu üç rəqəm varsa... sizi xüsusi tale gözləyir

Numerologiya insanın doğum tarixindəki rəqəmlərin gizli mənalarını açıqladığını iddia edir. Bu sahə ilə məşğul olanlar bildirirlər ki, rəqəmlər həyatımızda mühüm simvol və işarələr kimi çıxış edir. 11, 22 və 33 kimi əsas rəqəmlər doğum tarixində mövcud olduqda, həmin şəxslər fərqli taleyə və xüsusi qabiliyyətlərə sahib ola bilər.

Moderator.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu rəqəmlərə sahib insanlar digərlərindən seçilən xüsusiyyətlərə malik olur, onlar xüsusilə güclü intuisiya ilə seçilirlər.

11 rəqəmi – “Köhnə ruh”

11 rəqəmi ən intuitiv əsas rəqəm hesab edilir. Bu rəqəm öncəgörmə qabiliyyətini, insanın daxili aləmi və hissləri ilə əlaqəni simvolizə edir.

Bu rəqəm doğum tarixində olan şəxslər stresli vəziyyətlərdə sakit qalmağı bacarır və yüksək empatiya nümayiş etdirirlər. Lakin məqsədsizlik hallarında onlar çaşqınlıq və yanlış qərarlar riski ilə üzləşə bilərlər.

22 rəqəmi – “Qurucu”

Numeroloqlar 22 rəqəmini “qurucu” adlandırırlar. Bildirilir ki, bu rəqəm 11-in intuitiv xüsusiyyətlərini praktik yanaşma və intizamla birləşdirir.

Bu tarixdə doğulan şəxslər böyük ideyalara və liderlik qabiliyyətinə malik olur, məqsədlərinə çatmaq üçün güclü potensial nümayiş etdirirlər.

33 rəqəmi – “Müəllim”

33 rəqəmi numerologiyada ən təsirli rəqəmlərdən biri hesab olunur. Bu tarixlərdə doğulan şəxslərin bəşəriyyətə fayda vermək, humanitar sahələrdə fəaliyyət göstərmək istəyi yüksək olur. Onlar dərin anlayış və empatiya ilə seçilsələr də, bəzən emosional sabitlikdə çətinlik çəkə və öz ehtiyaclarını arxa plana ata bilərlər. /lent.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər