Millətin nisbətən diribaş, mətbuatdan, ölkədə ”“ dünyada baş verənlərdən az ”“ çox məlumatlı kəsimi bir neçə gündür hakim partiya daxilində baş qaldıran “yorğan davası”ndan xəbərdar olmamış deyil. Qısaca nəql edim ki, illər uzunu gözdən ”“ könüldən uzaq düşən, sanki itkin düşmüşlər qrafasında olan keçmiş YAP-çı deputat Maksim Musayev qılıncını sıyırıb meydana atılaraq partiyadaşlarının ünvanına bir xeyli duzlu ”“ istiotlu ifadələr işlədib, belə demək mümkünsə, vaxtsız açıqlamalarıyla onların könüllərini bulandırıb. Maksim Musayevin əsas hədəfi isə onu hakim partiyadan perik saldığını iddia edən YAP icra katibi Əli Əhmədovdur. Təbii ki, Əli Əhmədov susmağa üstünlük verib və danışmaq, ittihamlara cavab vermək üçün həmişəki kimi Siyavuş Novruzovu və Eldar İbrahimovu qabağa verib. Bunlar da siyasi leksikonlarına münasib ifadələrlə Maksim Musayevi sancan ifadələrlə cavab veriblər və verməkdə davam edirlər...
Xülasə, bu dadsız polemikanın hələ bir müddət davam edəcəyi qənaətindəyəm və əslində mənim toxunmaq istədiyim başqa bir mövzudur. Maksim müəllim iddia edib ki, Əli Əhmədovun günahı ucbatından hakim partiyanın orqanı olan “Yeni Azərbaycan” qəzeti bulvar qəzetinə dönüb. Keçmiş deputat ittihamlarını davam etdirərək iddia edir ki, müxalifət qəzetləri mütəmadi olaraq İlham Əliyevi tənqid edirlər, ancaq “Yeni Azərbaycan”ı yönləndirənlər savadları olmadığından bu yazılara tutarlı cavab verə bilmirlər, ona görə də güclərini təhqirə verirlər.
Təbii ki, adıçəkilən nəşri jurnalist etikası və həmkarlıq baxımından “bulvar qəzeti” adlandırmağı biz də qınayırıq, Ancaq eyni zamanda hakim partiyanın rəsmi orqanı olan bu qəzetin gerçəkdən də mağmın durumda olduğu və əttökən yazılar xaric oxucu diqqəti cəlb edən bircə ortabab məqaləyə həsrət qaldığı barədə də illərdi mətbuatda haqlı fikirlər bildirilir. Adamı maraq götürür ki, bu qədər intəhasız maliyyə və inzibati resurslara malik olan “Yeni Azərbaycan” və digər iqtidar nəşrlərində niyə savadlı, arqumentli tənqidlərlə oxucu rəğbəti qazandıran jurnalist komandası formalaşdıra bilmirlər? Sual yaranır ki, görəsən bunu bacarmırlar, yoxsa sadəcə istəmirlər? Məgər onlar bilmirlər ki, bu cür yersiz hay ”“ küyçülüklə, qaragüruhla, siyasi düşərgədəki rəqiblərinə qurşaqdan aşağı zərbələr vurmağa köklənməklə sadəcə ikrah və nifrət hissindən başqa heç nəyə nail ola bilmirlər? Axı təbii ki, müxalifət də mələk deyil və bu düşərgədə də qabırğasına döşənəsi xeyli sayda İlham Əliyev demişkən, dağıdıcı qüvvələr, bulanıq suda balıq tutmaq həvəsində olan ünsürlər var. Belələrini əsaslandırılmış, arqumentlərlə silahlanaraq tənqid etməklə oxucu rəğbəti qazanmaq bu qədərmi müşkül məsələdir? Niyə dövlətin bu qədər vəsaitlərini sözün həqiqi mənasında havaya sovururlar? Axı bu pullar tamam başqa məqsədlərə də xidmət edər, cəmiyyətdə barış mühitinin formalşmasına öz töhfəsini vermiş olar. Buradan çıxan qənaət budur ki, qocaman YAP ”“ çı Maksim Musayevin hakim partiyanın orqanı haqqında dedikləri ittihamlar doğrudur və əslində bu ittihamı tək o qəzetə deyil, hakimiyyətin patronajlığı altında nəşr olunan bütün mətbu orqanlara da şamil etmək olar.
Yazının əvvəlində YAP ”“ çıların bir ”“ birini yıxıb ”“ sürümələrini yorğan davası kimi xarakterizə etmişdim. Bunlar da təbiidir, axı bu il seçkilər dönəmidir və çox yorğanlar əldən - ələ, qucaqdan ”“ qucağa keçəcək, bu davada udanlar da çox olacaq, uduzanlar da. Ancaq hər bir halda vətən və dövlətin udacağı bir şey olmayacaq. Çünki bu məmləkətdə kimsə vətəni təhlükələrdən, bəlalardan qoruyacaq yorğan davasına çıxmadı. Hamı “məndən ötsün, kimə dəyir ”“ dəysin” məntiqiylə yaşadı, əgər buna yaşamaq demək mümkünsə...