Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndərildi
İqtisadiyyat
197
13:00, Bu gün

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə 3 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
 
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər