Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb
İqtisadiyyat
262
20:15, Bu gün

Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb

Bu ilin mart ayında qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər