ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Bu səhər mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil", - o deyib.
Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir: "Bu həftə siz vitse-prezidentdən (ABŞ Cey Di Vens) və Prezidentdən (ABŞ Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir".
Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır.
Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.