UEFA Konfrans Liqasının qalibi bəlli oldu
İdman
232
07:59, Bu gün

UEFA Konfrans Liqasının qalibi bəlli oldu

UEFA Konfrans Liqasında final matçı keçirilib.
 
Moderator.az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gəlib.
 
Oyun 1:0 hesabı ilə İngiltərə təmsilçilərinin xeyrinə başa çatıb. Matçdakı yeganə qolu 51-ci dəqiqədə Jan-Filipp Mateta vurub. Fransalı hücumçu ikinci hissənin əvvəlində fərqlənərək komandasına tarixi qələbə qazandırıb.
 
Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutub.
 
“Kristal Pelas” tarixində ilk dəfə Avropa kubokuna sahib olub.
 
Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər