Premyer Liqada son turda dəyişiklik: İki klub rəqibini başqa stadionda qəbul edəcək
İdman
205
18 May 2026 | 23:40

Premyer Liqada son turda dəyişiklik: İki klub rəqibini başqa stadionda qəbul edəcək

Azərbaycan Premyer Liqasında sonuncu - XXXIII turun oyun cədvəli müəyyənləşib.

Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə bəzi oyunların yeri dəyişdirilib.

Belə ki, "Kəpəz" "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək.

Daha əvvəl Gəncə kollektivi rəqiblərini Yevlax şəhər stadionunda, tovuzlular isə Tovuz şəhər stadionunda qəbul edib.

Azərbaycan Premyer Liqası

III dövrə, XXXIII tur

21 may

18:30. "Qəbələ" – "Şamaxı"

Qəbələ şəhər stadionu

22 may

17:00. "Turan Tovuz" – "Sabah"

"Bank Respublika Arena"

19:30. "Sumqayıt" – "Qarabağ"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 may

15:00. "Kəpəz" – "Neftçi"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Zirə"

"SOCAR Polymer Arena"

24 may

16:00. "İmişli" – "Karvan Yevlax"

Quba Olimpiya İdman Kompleksinin stadionu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər