23:58
18°C
Bakı
"Turan Tovuz" Misli Premyer Liqasının XXXIII turunda "Sabah"a qarşı keçirəcəyi oyunun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar komandanın avrokuboklara idman və infrastruktur baxımından daha yaxşı hazırlaşması məqsədilə qəbul olunub.
Bildirilib ki, Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciət edilib və müraciət əsasında qarşılaşmanın "Bank Respublika Arena"da keçirilməsi qərara alınıb.
Açıqlamada qeyd olunub ki, stadionun avrokubok oyunlarına hazırlanması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir. Klubun əsas məqsədinin avrokubok matçlarını doğma meydanda keçirmək olduğu vurğulanıb.