Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – Qarabağ” oyunu baş tutacaq.
Moderator.az xəbər verir ki, “Palms Sport Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Hazırda Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" 44 xalla turnir cədvəlinin 5-ci, Qurban Qurbanovun kollektivi isə 56 xalla 2-ci pilləsində yer alır.
Azərbaycan Premyer Liqası
XXI tur
30 aprel (cümə axşamı)
20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”