İdman
264
19:40, Bu gün

"Yuventus"la danışıqlar, yoxsa "Barselona"? - 37 yaşlı ulduzun gələcəyi həll olunur

"Barselona"nın ulduz hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı mühüm proseslər yaşanır. Futbolçunun meneceri Pini Zahavi Kataloniya təmsilçisi ilə mümkün müqavilə yenilənməsi ehtimalını müzakirə etmək üçün danışıqlar masasına əyləşməyə tam hazırdır.

 

Moderator.az xəbər verir ki, 37 yaşlı təcrübəli qoleador karyerasını Kataloniya klubunda davam etdirmək niyyətindədir. Buna baxmayaraq, onun masasında digər Avropa nəhənglərindən gələn bir neçə olduqca cəlbedici təklif də mövcuddur.

 

Qeyd edək ki, bundan əvvəl Levandovskinin agentinin İtaliyanın "Yuventus" klubu ilə artıq təmas qurduğu barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, polşalı hücumçunun "Barselona" ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin iyun ayında başa çatır.

 

Cari mövsüm ərzində Levandovski "Barselona"nın heyətində ümumilikdə 25 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 12 top keçirməyi bacarıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər