Kantenin “Fənərbaxça”da qazanacağı məbləğ məlum olub
1501
04 Feb 2026 | 20:30

Kantenin “Fənərbaxça”da qazanacağı məbləğ məlum olub

Daha öncə xəbər verdiyimiz kimi, “Fənərbaxça” Nqolo Kanteni heyətinə cəlb edib.

Moderator.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb.

“Fənərbaxça” Fransa millisinin üzvünə cari mövsümün sonunadək 5,5 milyon avro, növbəti mövsümlərdə isə illik 11 milyon avro maaş ödəyəcək.

Bundan əlavə, azad agent statusunda komandaya qoşulduğu üçün “sarı-lacivərdlilər” Kanteyə imza pulu olaraq 14,4 milyon avro verəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər