Komanda ardıcıl uduzdu, baş məşqçi İSTEFAYA GÖNDƏRİLDİ
562
15 Dec 2025 | 18:54

Komanda ardıcıl uduzdu, baş məşqçi İSTEFAYA GÖNDƏRİLDİ

İspaniyanın "Ovyedo" klubu uğursuz nəticələr fonunda baş məşqçi Luis Karrionla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, 2025-ci ilin oktyabrından komandanı çalışdırmağa başlayan mütəxəssis rəhbərliyin gözləntilərini doğrulda bilməyib.
 

Belə ki, onun baş məşqçiliyi dövründə keçirilən 9 oyunda komanda bir dəfə də olsa qalib gəlməyib: 4 heç-heçə, 5 məğlubiyyət. Bu səbəbdən klub mütəxəssisin xidmətlərindən yararlanmağı dayandırıb.


Bildirilir ki, klub rəhbərliyinin səbrini daşıran son damla isə La Liqada Sevilyaya 0:4 hesablı ağır məğlubiyyət olub.

Qeyd edək ki, klubun qarşıdan gələn şənbə günü “Selta” ilə keçiriləcək vacib oyununadək yeni baş məşqçi təyinatının açıqlanacağı bildirilir.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər