Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyinə start verildi - FOTO
1468
24 Feb 2023 | 16:57

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyinə start verildi - FOTO

Fevralın 24-də Bakı şəhərində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyinə və Bakı çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, başlanğıcda Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra bütünlükdə 94 idmançının iştirak etdiyi yarışlara start verilib. 62 gimnast batut, 32 idmançı tamblinq üzrə yarışda iştirak edir.

"Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar aşağıdakı yaş kateqoriyalarında fərdi proqramlarda çıxış edirlər: balacalar (2016-2017), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük).


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər