Vüqar Mustafayev
Hərb
146
21:07, Bu gün

Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mayın 5-də İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiya Müdafiə Avadanlıqları Əməkdaşlıq idarəsinin müşaviri Hideki Fukava və ABŞ-nin "Jones Group" şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər