"Globalfirepower" sensasion hərbi statistika açıqladı - Türkiyə və İran sıçrayış edib
Hərb
Oxunub: 2269
16 Jun 2024 | 14:30
ABŞ, Rusiya və Çin arasında hərbi güc fərqi minimal xarakter daşıyır...
 
Dünya ölkələrinin hərbi gücünü analiz edən məşhur "globalfirepower" beyin mərkəzinin siyahısına əsasən 2024-cü ildə Türkiyə 8-ci yerə yüksəlib. Yəni Türkiyə birdən-birə 3 pillə irəli gedib. Qardaş ölkədə hərbi sənayenin sürətli inkişafı artıq beynəlxalq səviyyədə də etiraf olunur. Maraqlıdır ki, qonşumuz İran da eynən Türkiyə kimi bu siyahıda 3 pillə yüksəlişə nail olub. Belə ki, 2023-cü ildə 17-ci yerdə olan İran hazırda 14-cü yerdə qərar tutur.
 
"Globalfirepower"in siyahısında belə ciddi irəliləyiş nadir hallarda olur. Məsələn, 2022-ci ildə Ukrayna bu siyahıda 22-ci yerdə idi. 2023-cü ildə isə bu ölkə birdən-birə 7 pillə irəli çıxdı. Yəni 17-ci yerə qalxdı. Bu kəskin fərq nədən yarandı? Çünki Rusiya-Ukrayna müharibəsindən dolayı kollektiv Qərb rəsmi Kiyevə maddi, mənəvi, ən əsası isə hərbi dəstək verdi. Ancaq 2024-cü ildə Qərbin Ukraynaya dəstəyi nisbətən zəiflədi. Nəticədə Ukrayna 1 pillə geri düşdü, yəni 18-ci yerdə dayandı...

Ukrayna-55jpg-1689586071.jpg (119 KB)

Hərbi və ya sərt güc dünya yaranandan dövlətlər üçün əsas güc mənbəyi hesab olunub. Bununla belə, “Soyuq müharibə”dən sonrakı dövrdə iqtisadi və ya yumşaq güc sərt gücü üstələməyə başladı. “Tarixin sonu” tezisinə əlavə olaraq, dövlətlərarası müharibələrin kəskin azalması müharibənin tezliklə keçmişə dönəcəyini və ölkələrin öz hərbi güclərinin inkişafına daha az vəsait ayıracağına inamın yaranmasına səbəb oldu. Lakin işlər gözlənildiyi kimi getmədi. Dünya son bir neçə ildə kütləvi hərbiləşmə və artan müdafiə büdcəsi ilə üzləşib. Bu tendensiya isə "Globalfirepower"in indeksində öz əksini tapır. Dilimizə “Qlobal Atəş Gücü İndeksi” kimi tərcümə oluna biləcək bu beyin mərkəzi ölkələrin hərbi gücünə əsaslanan illik reytinqi təqdim edir. Bu və ya digər ölkənin hərbi gücünün müəyyən edilməsində müxtəlif amillər nəzərə alınır: Qlobal geostrateji dəyişiklik, güclü dövlətlər arasında güclənən rəqabəti və xarici təhlükəsizlik mühiti və s. kimi önəmli faktorlar bu işdə xüsusi rol oynayır. Təəssüf ki, ölkələr təhlükəsizlik qarantiyası əldə etmək üçün daha çox ordunu gücləndirməyə üstünlük verirlər.  Bu da dünyada sülh və təhlükəsizliyə təhdid yaradır.

1_3037352444.jpg (134 KB)

2005-ci ildən bəri “GFP” 60-dan çox müxtəlif amildən istifadə edərək hərbi gücünə görə ölkələrin illik reytinqini təqdim edir. Bu amillər səkkiz kateqoriyaya qruplaşdırılıb: coğrafiya, işçi qüvvəsi, hava gücü, dəniz gücü, quru gücü, maliyyə, resurslar və coğrafiya. “GFP” 25 ölkə ilə başladı və 145 ölkəyə qədər genişləndi. Hər il hərbi gücün dəyişən dinamikasının nəbzini tutmaq üçün prosesə təsir edə biləcək yeni amillərin dairəsi genişlənir. Düzdür, heç vaxt mükəmməl nəticə əldə etmək mümkün deyil. Ancaq xəta əmsalı sıfıra yaxın indeks tərtib etmək “GFP”nin əsas hədəfidir...

“GFP 2023”-də Birləşmiş Ştatlar 0,0712 balla dünyanın ən yüksək hərbi gücü kimi sıralanır. İkinci və üçüncü ən güclü ordular müvafiq olaraq 0,0714 və 0,0722 balla Rusiya və Çin idi. Bu rəqəmlər oxucuya elə bir şey deməsə də mütəxəssislərə aydın şəkildə göstərir ki, bu ölkələr arasındakı hərbi güc fərqi minimal xarakter daşıyır. ABŞ-la Rusiyanı bir-birindən cəmi 0,0002 bal ayırır. Çin isə ABŞ-dan cəmi 0,0010 bal geridə qalır.

ABŞ və Rusiya arasındakı hərbi gücü müqayisə etsək, görərik ki, ABŞ-ın hava gücü, maliyyə, logistika və coğrafiya baxımından üstünlüyü var. Rusiya isə canlı qüvvə, quru gücü, dəniz gücü və təbii sərvətlər baxımından ABŞ-dan üstündür. ABŞ 2022-ci ildə təqribən 782 milyard dollarlıq heyrətamiz hərbi büdcəsi ilə Rusiyanı kəskin şəkildə geridə qoydu. ABŞ-ın on qırıcı təyyarədaşıyan gəmisi var. Ümumiyyətlə, Amerika Rusiya üzərində texnoloji üstünlüklərə sahibdir. Digər tərəfdən, Rusiya 12950 tank, 6083 özüyeriyən artilleriya və 3860 ədəd nüvə başlığı daşıya biləcək raketə malikdir. Nüvə başlıqlarının ən böyük ehtiyatı da Rusiyanın arsenalındadır. Çin isə dünyanın ən böyük dəniz donanmasına və ən çox aktiv hərbi personalına sahibdir ki, bu da təxminən 2 milyon hərbçi deməkdir.

Flickr_-_Israel_Defense_Forces.jpg (586 KB)

Hindistan 2006-cı ildən bəri bu siyahıda 4-cü yerdədir. Bu ölkənin 1.5 milyona yaxın canlı qüvvəsi var. Çindən sonra ikinci ən yüksək aktiv hərbi canlı qüvvəyə malik olan ölkə şübhəsiz ki, Hindistandır.

Nüvə enerjisinə çıxışı olan Hindistanın 4740 döyüş tankı, 841 təyyarəsi və 3,5 trilyon dollarlıq artan və güclənən iqtisadiyyatı var. Burada diqqət çəkən vacib bir məqam var. İlk üçlük ilə indeksdəki digər ölkələr arasında uçurum var və bu fərq getdikcə artır. Üçüncü yerdə olan Çinin balı 0,0722 olaraq göstərilir,  Çin ilə müqayisədə Hindistanın cəmi 0,1025 balı var. Bu isə ciddi fərq deməkdir. Yəni ABŞ, Rusiya və Çin hərbi güc baxımından bir-birinə yaxın ölkələrdir. Bu üçlüklə yerdə qalan ölkələr arasında ciddi fərq var...

O da maraqlıdır ki, əksər hərbi güclər Asiya-Sakit okean və Asiya regionlarında cəmləşib. “GFP Regions”un məlumatına görə, ümumilikdə 26 ölkə Asiya-Sakit Okean hövzəsinə daxildir və onların əksəriyyəti dünyanın hərbi gücünə görə ən güclü 25 ölkə arasında yer alır. Bu, Asiya-Sakit okean regionunun artan siyasi əhəmiyyətindən xəbər verir. Daha çox ölkəni əhatə edən Asiya regionu Asiya-Sakit Okean regionunun bir hissəsi olan Rusiya, Çin və Hindistanı əhatə etdiyi üçün ikinci ən güclü regiondur. Ən maraqlısı odur ki, “GFP” Asiya regionundan 17 ölkəni “artan güc” kimi müəyyən edib. Bu isə dünyanın Avro-Atlantik hərbi güc mərkəzindən Asiya və Asiya-Sakit okeana geostrateji keçid etməsindən xəbər verir, çünki ölkələr oradakı mövqelərini möhkəmləndirmək üçün hərbi güclərini inkişaf etdirməyə daha çox meylidirlər. Bu arada Avropa İttifaqı hərbi inkişafa böyük maraq göstərir, xüsusən Ukrayna müharibəsinin getdiyi bir vaxtda hər bir Avropa ölkəsi öz təhlükəsizliyinə daha çox diqqət etmək zorunda qalıb. Yaxın Şərq və Fars körfəzi ölkələri arasında da hərbiləşməyə açıq meyl hiss olunmaqdadır.

Dünya miqyasında hərbi xərclər ilbəil artır. Bir neçə ildir ki, dünyanın toplam hərbi xərcləri 2 trilyon dolları keçib. Düşünün ki, təkcə ABŞ 2023-cü ildə 762 milyard dollarlıq hərbi büdcəyə sahib olub. ABŞ təkbaşına dünyanın hərbi işlərə ən çox vəsait ayıran ilk 10 ölkəsindən  daha çox pul xərcləyib.

rt.jpg (181 KB)

Türkiyənin uğuru barədə onu da demək lazımdır ki, məsələn, Pakistan nüvə silahına malik ölkədir. Ancaq nüvə silahı olmayan Türkiyə 9-cu yerdə olan Pakistanı 1 pillə qabaqlayıb. Onu da deyim ki, növbəti illərdə Türkiyənin hərbi gücü daha da artacağını əminliklə söyləmək olar. Niyəsini də deyim. Çünki Türkiyənin hərbi sənayesində inqilabi dəyişikliklər baş verib. Böyük layihələr həyata keçirilib. Ancaq ortada olan silahların kütləvi istehsalına hələ ki, start verilməyib. Sınaqlar, silahların təkmiləşdirilməsi prosesi sürətlə davam edir. Şübhəsiz ki, kütləvi istehsal başladıqdan sonra  Türkiyə hərbi baxımdan daha da güclənəcək. O da aydındır ki, Türkiyənin hərbi baxımdan güclənməsi Azərbaycanın, bütövlükdə Türk Dünyasının güclənməsinə təkan verir.

Onu da deyim ki, "Globalfirepower"in 2024-cü ilə olan siyahısına əsasən Cənubi Qafqazda Azərbaycan 59-cu, Gürcüstan 89-cu, Ermənistan isə 102-ci yerdə qərar tutur. Gördüyünüz kimi, Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması da qüvvələr nisbətinə demək olar ki, elə bir təsir etməyib..

Xatırladım ki, Nikol Paşinyan bu ilin mayında Britaniya mətbuatına müsahibəsində demişdi ki, Azərbaycan Ermənistanın xaricdən silah alması ilə bağlı məsələni çox şişirdir. Əslində Ermənistanın xaricdən aldığı silah dəyər və həcm baxımından Azərbaycanın silah idxalının heç 15-20 faizi qədər deyil.

Bir maraqlı məqamı xatırladım: “Globalfirepower”in 2020-ci il üçün reytinq cədvəlində Azərbaycan Silahlı Qüvvələri 138 ölkə arasında 64-cü yeri tutub. Ermənistan isə bu sırada 111-ci yerdə olub. Qeyd edim ki, bu siyahı 44 günlük müharibədən öncə ortaya çıxıb. Gördüyünüz kimi, II Qarabağ müharibəsindən sonra həm Azərbaycan, həm də Ermənistan hərbi gücünü artırmağa can atıb. Elə ona görə də hər iki ölkə reytinq cədvəlində hərbi baxımdan xeyli irəli gedib...

brayza-13.jpg (89 KB)

ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzanın məşhur bir açıqlaması var: “Öncə Ermənistanda hər kəs əmin idi ki, onların ordusu məğlubedilməzdir, azərbaycanlılar isə vuruşa bilmirlər. Ermənilər elə bir milli fəlakət yaşayıb ki, indi də onların düşüncəsi baş verənlərin analizinə köklənib”...

Ermənistanda son aylarda yaşanan gərginlik də məhz elə həmin milli fəlakətin nəticəsidir...

ggtttyy.jpeg (43 KB)

İstənilən halda Azərbaycan öz hərbi potensiyalını gücləndirməyə həmişə xüsusi önəm verməlidir. "Globalfirepower"in ortaya qoyduğu son analiz də ondan xəbər verir ki, dünyada hərbi sahəyə kapital qoyuluşu ciddi şəkildə artıb. Azərbaycan belə bir tendensiyanın gücləndiyi dünyanın bir parçasıdır və mövcud reallıqları nəzərə almaq zorundadır...

Elbəyi Həsənli, Sürix

 Məqalənin orijinalı burada

Oxşar xəbərlər
10:22, Bu gün
Aktyorun yaş senzinə Mədəniyyət komitəsindən ETİRAZ: “Aktyoru istefaya göndərməzlər”
10:15, Bu gün
“Rusiyada terror aktlarının təkrarlanması ehtimalı böyükdür”
10:12, Bu gün
İş axtaranları SEVİNDİRƏCƏK XƏBƏR - Dövlət maaş verəcək - VİDEO
10:07, Bu gün
Banklar kredit faizlərini yanlış təqdim edir? - VİDEO
10:04, Bu gün
Məşhur xanım aparıcı bu oğlana görə İŞDƏN ÇIXIB - FOTOLAR
09:59, Bu gün
Üç bürcün istəkləri iyunun sonuna qədər yerinə yetiriləcək - Şanslılar AÇIQLANDI
09:51, Bu gün
İlahiyyatçı Hacı Salman saxlanıldı: Azyaşlı qıza qarşı zorakılıq ittihamı – FOTO
09:44, Bu gün
Açıq məkanda təşkil olunan məclislər NİYƏ DAHA BAHADIR? – VİDEO
09:40, Bu gün
Polşa və Türkiyə səfirləri Nəsiman Yaqublunun araşdırmaları haqqında - FOTOLAR
09:39, Bu gün
Bu, o ölkələr üçün xəbərdarlıqdır - Moskva mesaj verdi
09:31, Bu gün
Paşinyan hər vəchlə Rusiyanın Qafanda konsulluq açmasının qarşısını almağa çalışır...
09:22, Bu gün
Bacısını dəmir parçası ilə öldürdü
09:19, Bu gün
“Dövlət-Xalq-Ordu vəhdəti: Yeganə çıxış yolumuz budur!”
09:18, Bu gün
Türkiyədə güclü zəlzələ oldu
09:12, Bu gün
Dağıstanda öldürülən terrorçuların yazışmaları araşdırıldı: Plan belə olub
09:04, Bu gün
Abbas Bağırovun yaxtası var?
08:59, Bu gün
Polşada azot zavodunda partlayış baş verib
08:52, Bu gün
Rus turistlərə QADAĞA
08:41, Bu gün
Kreml hədələyir, Qərb dəstəyi artırır - udan kimdir?
08:31, Bu gün
”Neftçi”dən gələn zəng Eddini şoka salıb
08:20, Bu gün
XALQ ARTİSTİNDƏN ETİRAZ: “Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..."  
08:09, Bu gün
Culfada 40 yaşlı kişi bacısını qətlə yetirdi
07:58, Bu gün
Arvadının xəyanətindən şübhələnib divara tarix yazdı - ŞOK QƏTLİN TƏFƏRRÜATI
07:49, Bu gün
Şahruddin "Sabah"dan 300 min dollar istədi
07:40, Bu gün
"Brent" markalı neftin qiyməti 86 dolları ötdü
07:30, Bu gün
Analıq müavinətləri 20 dəfədən çox artırılacaq
07:24, Bu gün
Assanj zaminə buraxıldı
07:19, Bu gün
Dövlət Departamenti: Bakı və İrəvan arasındakı təmasları dəstəkləməyə davam edirik
07:12, Bu gün
“Dağıstanda baş verənlər “FSB” direktoru Bortnikovu uzaqlaşdırmaq cəhdidir...”-General
07:11, Bu gün
İnsanlar pəncərələrdən düşərək diri-diri yandılar- 8 nəfər insanların gözü qarşısında can verdi- FOTO
06:51, Bu gün
Qızmar havalarda soyuq su ilə duş almaq ürəyin DÜŞMƏNİDİR
06:30, Bu gün
İsrail Qəzzanın təcili yardım xidmətinin rəisini də qətlə yetirdi...-“Əl-Cəzirə”
24 Jun 2024 | 23:39
Aİ Ukraynaya 1,4 milyard avroluq transferi təsdiqlədi
24 Jun 2024 | 23:32
Ronaldo ilə şəkil çəkdirən uşağın atası DANIŞDI: "Mənə tualetə gedirəm dedi, sonra..."
24 Jun 2024 | 23:13
AVRO-2024: Albaniya - İspaniya görüşü start götürüb
24 Jun 2024 | 23:11
Azərbaycanda icra hakimiyyətində ƏMƏLİYYAT KEÇİRİLİB: Saxlanılanlar var
24 Jun 2024 | 23:10
AVRO-2024: Xorvatiya İtaliyaya qarşı
24 Jun 2024 | 22:46
2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib
24 Jun 2024 | 22:45
"Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir
24 Jun 2024 | 22:28
Mbappe Polşa ilə matçda iştirak edəcək?
24 Jun 2024 | 22:10
Önəmli həftə başlayır: 5 bürc ev alacaq, 3 bürc aşiq olacaq, digərləri isə...
24 Jun 2024 | 22:00
Rəsədxana kosmik hava durumunu AÇIQLADI
24 Jun 2024 | 21:59
Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
24 Jun 2024 | 21:48
Zelenski onu vəzifəsindən azad etdi - FOTO
24 Jun 2024 | 21:47
Kreml: Putin və Ərdoğan Astanada görüşə bilər
24 Jun 2024 | 21:36
Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI
24 Jun 2024 | 21:32
“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”
24 Jun 2024 | 21:31
Mourinyo “Fənərbağça”da ilk məşqində - FOTOLAR
24 Jun 2024 | 21:29
Ailəsi kişinin asılmış meyitini tapdı - Yevlaxda DƏHŞƏT
24 Jun 2024 | 21:29
Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu
24 Jun 2024 | 21:25
Sabah bəzi ərazilərdə qaz olmayacaq
24 Jun 2024 | 21:21
Metroda interval 10 dəqiqə oldu
24 Jun 2024 | 21:05
Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir
24 Jun 2024 | 21:00
Azərbaycanda ilk dəfə bəzi tələbələr ikili diplom əldə edəcəklər
24 Jun 2024 | 20:55
Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü
24 Jun 2024 | 20:47
Azərbaycanda iş adamı HƏBS EDİLDİ
24 Jun 2024 | 20:39
Yeni güclü maqnit qasırğası XƏBƏRDARLIĞI
24 Jun 2024 | 20:31
Yayda qida zəhərlənmələri – nələrə diqqət etməli...
24 Jun 2024 | 20:25
BMT-dən Dağıstandakı teraktla bağlı bəyanat
24 Jun 2024 | 20:20
Bakıda 16 yaşlı qız YOXA ÇIXDI
24 Jun 2024 | 20:12
İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi
24 Jun 2024 | 20:00
Bakıda “ölüm zonası”: Bu ərazidə yaşayan əhali təhlükə qarşısındadır
24 Jun 2024 | 19:54
Qətlə yetirilən polisin atası DANIŞDI: 4-5 ay sonra toyunu edəcəkdik... - VİDEO
24 Jun 2024 | 19:48
Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
24 Jun 2024 | 19:44
Sədərək icra başçısına yeni müavin təyin edilib
24 Jun 2024 | 19:40
İnstitutda güclü yanğın: binada olan hər kəs öldü - VİDEO/YENİLƏNİB
24 Jun 2024 | 19:27
Çimərliklərdə vəziyyət necədir? - Monitorinqlər keçirildi - FOTO
24 Jun 2024 | 19:23
DSMF BƏƏ-də yerləşən beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü
24 Jun 2024 | 19:21
Azərbaycanda oxuyub yaza bilməyən şagirdlərin SAYI
24 Jun 2024 | 19:15
İlin ən yaxşı 5 noutbuku
24 Jun 2024 | 19:13
“Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru işdən çıxarıldı
24 Jun 2024 | 19:10
Hərbi polisin maliyyə xidmətinin sabiq rəisinə hökm oxunub
24 Jun 2024 | 19:09
Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır
24 Jun 2024 | 19:05
COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
24 Jun 2024 | 19:05
“Dövlət müstəqilliyimiz bu tarixi sənədlərlə bərpa edildi...”-Tariximizə fərqli baxış...
24 Jun 2024 | 19:02
Üç polisi qətlə yetirən Rövşənin elə əməlləri açıldı ki... - Cinayətin baş verdiyi evdən GÖRÜNTÜLƏR
24 Jun 2024 | 18:59
ATƏT bürosunda “daxmanın sirri” taktikası – ODİHR cinsi zəminli qalmaqalı ört-basdır edib
24 Jun 2024 | 18:56
“Vətən sevgisi ordumuzu yenilməz edən ən güclü silahdır”
24 Jun 2024 | 18:53
Tezliklə fantastik karyera quracaq BÜRCLƏR
24 Jun 2024 | 18:46
“ Deputatlığa namizədliyimi 5 dəfə bələdiyyə seçildiyim Mehdiabaddan vermək istəyirəm “
24 Jun 2024 | 18:40
Təhsil naziri Aybəniz Haşımovanı təltif etdi - FOTO
24 Jun 2024 | 18:35
BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir
24 Jun 2024 | 18:30
“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq
24 Jun 2024 | 18:25
Boşanma açıqlamasından sonra efirə çıxdı - VİDEO
24 Jun 2024 | 18:21
Moskvada Azərbaycanla bağlı gizlədilən fakt: “Osmanlı heç vaxt razı olmaz ki...”
24 Jun 2024 | 18:15
Fransa və Ermənstanın KTMT planı - ŞƏRH + FOTO
24 Jun 2024 | 18:10
Plov yeyən kişilərə PİS XƏBƏR
24 Jun 2024 | 18:07
Azərbaycan alimi “Müasir Türkiyənin neft problemi” adlı kitab yazdı...-FOTOLAR
24 Jun 2024 | 18:02
Nazirlikdə dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içdilər - FOTOLAR
24 Jun 2024 | 17:58
Polislərin qətli ilə bağlı şok: Silahı anasının çiyninə qoyub...
24 Jun 2024 | 17:55
Azərbaycanda gizli ərazi AŞKAR OLUNDU: ŞOK görüntülər
24 Jun 2024 | 17:53
Universitetlərə qəbul planı artırıldı
24 Jun 2024 | 17:51
Xətaidə “Ordun varsa, yurdun var” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR
24 Jun 2024 | 17:47
Gülnar Məhərrəmova: "Bu gün Laçında işlə təmin olunmuşuq" - VİDEO
24 Jun 2024 | 17:42
ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub - FOTOLAR
24 Jun 2024 | 17:37
"Hizbullah" Beyrut hava limanını silah anbarına çevirib" - "The Telegraph"
24 Jun 2024 | 17:33
Ceyhun Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi - FOTO
24 Jun 2024 | 17:29
Dağıstanı qarışdıran gizli qüvvə: Azərbaycana təsiri nə olacaq?
24 Jun 2024 | 17:25
Ötən il oxuyub yazmaqda çətinlik çəkən şagirdlərin sayı AÇIQLANDI
24 Jun 2024 | 17:21
“Media ayı” çərçivəsində təlimlər davam edir - FOTOLAR
GÜNLÜK
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
24 Jun 2024 | 10:40
Hadrutdan VİDEOREPORTAJ
24 Jun 2024 | 14:48
AzTV-dən ayrılan Samirənin yeni biznesi - FOTO
24 Jun 2024 | 10:33
Əməliyyat zamanı qətlə yetirilən polislərin FOTOsu
24 Jun 2024 | 12:24
Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 Jun 2024 | 14:03
"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir...”
24 Jun 2024 | 11:31
Şəmkirin keçmiş icra başçısına hökm oxundu: 11 il 6 ay
24 Jun 2024 | 11:06
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
24 Jun 2024 | 14:14
Bakıda 11 yaşlı uşaq qızlara əxlaqsız hərəkətlər etdi, bunu görən qonşusu... – ŞOK TƏFƏRRÜAT
24 Jun 2024 | 11:27
Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
19 Jun 2024 | 12:08
“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
18 Jun 2024 | 23:05
Qənirə Paşayevanın anası Zülfüqar Hüseynzadə haqqında: "Qızlarımın böyük qardaşı kimi xətrini əziz tutduğu..."
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
AYLIQ
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
24 Jun 2024 | 10:40
Hadrutdan VİDEOREPORTAJ
24 Jun 2024 | 14:48
AzTV-dən ayrılan Samirənin yeni biznesi - FOTO
24 Jun 2024 | 10:33
Əməliyyat zamanı qətlə yetirilən polislərin FOTOsu
24 Jun 2024 | 12:24
Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 Jun 2024 | 14:03
"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir...”
24 Jun 2024 | 11:31
Şəmkirin keçmiş icra başçısına hökm oxundu: 11 il 6 ay
24 Jun 2024 | 11:06
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
24 Jun 2024 | 14:14
Bakıda 11 yaşlı uşaq qızlara əxlaqsız hərəkətlər etdi, bunu görən qonşusu... – ŞOK TƏFƏRRÜAT
24 Jun 2024 | 11:27
Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək