Epizodik rollarla SSRİ Xalq artisti fəxri adına qədər yüksələn, az sözlə böyük işlər görən aktyor
Oxunub: 2452
23 Jun 2024 | 19:32
Epizodik rollarla SSRİ Xalq artisti fəxri adına qədər yüksələn, az sözlə böyük işlər görən aktyor
İsmayıl Osmanlının adı teatr və kinosevərlərə yaxşı tanışdır. Məşhur Azərbaycan filmlərindəki yaddaqalan obrazlar aktyoru əsl xalq artistinə çevirdi. Bir çox tamaşaçı İsmayıl Osmanlının qəhrəmanı Kələntər dayı obrazına görə çox hiddətlənib. Film ekranlara çıxandan sonra aktyor tamaşaçılardan qəzəbli məktublar alıb...
 
60 ilə yaxın səhnə fəaliyyətində heç vaxt əsas qəhrəmanları oynamayan, 300-ə yaxın epizodik rolla səhnəyə çıxan İsmayıl Osmanlı SSRİ Xalq artisti fəxri adına qədər yüksəlib...
 
 
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
 
"O, bir məktəb qoyub getdi..."
 
"İsmayıl Osmanlı 76 il ömür sürüb, 46 ildir haqq dünyasındadır", - deyə Akademik Milli Dram Teatrının qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "İsmayıl Osmanlı rəhmətə gedəndən sonra mən bu günə qədər onun qrim otağında, vaxtilə oturduğu stulda otururam. Hər dəfə qapını açıb içəri daxil olanda böyük məsuliyyət hissi keçirirəm. Professor İlham Rəhmli mənim haqqımda yazdığı kitabda epizodik rollar ifaçısı kimi yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədir. Mən bununla fəxr edirəm. Amma o da, mən də tək epizodik rollarda oynamamışıq, baş rollarda da səhnəyə çıxmışıq, çəkilmişik. Elə tamaşalar var ki, biz eyni rolları oynamışıq. "Nişanlı qız" da Qasım, "Ölülər"də Məşədi Oruc, "Aydın"da Mirzə Cavad... Mən bu rolları oynayarkən hər dəfə Osmanlının oyunu gözümün qabağına gəlir. Çalışıram ki, onu təkrar etməyim. O, bütün rollarında böyük ustalıqla çıxış edib, az sözlə böyük rollar yaradıb. Onun bütün rollarında zərgər dəqiqliyi var. İsmayıl Osmanlı aktyor ömrünün sonuna qədər Akademik Dram Teatrının səhnəsində oynayıb. O, teatr tariximizdə şərəfli yer tutduğu kimi, kinomuzda yaratdığı rollar da tamaşaçıların yaxşı yaddaşındadır".
 
 
R.Əzimov mərhum aktyorla bağlı bir xatirəsini yada salır: "Bir gün onun oturduğu otağın qarşısından keçirdim. Qapı açıq idi, stulda oturmuşdu, əlində vərəq vardı, nəyəsə deyinirdi. Ayaq saxladım. Məni görüncə "gəl bura görüm...", - deyə çağırdı. Sən demə, "Yeddi oğul istərəm" filmindən sonra ona çoxlu məktublar yazıblar. Əlindəki məktubu uzadıb: "Oxu bunu", - dedi. Məktubda çoxlu təhqiredici ifadələr vardı. Həm utandım, həm də sevindim: "İsmayıl müəllim, görün, bu rolu necə yaratmısınız ki, tamaşaçıya belə təsir edib...", - dedim. Doğrudan da, Kələntər dayı obrazı hara, onun oynadığı komik rollar hara... İsmayıl Osmanlı bir məktəb qoyub getdi..."
 
"O cür oğlanı öldürdün..."
 
"Yeddi oğul istərəm" filmindəki Cəlal rolunun ifaçısı Ənvər Həsənov "İsmayıl Osmanlı təkcə gözəl aktyor deyildi, həm də gözəl insan idi", - deyə xatırlayır:
 
"Aramızdakı yaş fərqinə baxmayaraq, biz dost idik. Görüşürdük, çörək yeyirdik, söhbət edirdik". Ə.Həsənov xatırlayır:
 
 
"Yeddi oğul istərəm" filmi təzə ekranlara çıxmışdı. İsmayıl dayı "Sovetski" məhəlləsində yaşayırdı. O məhəllədə yaşayanların çoxu "lotuluq" edirdi. Bir gün kinostudiyada məni görüncə qucaqlayıb öpdü, sonra da ağlamağa başladı. Səbəbini soruşdum: "Mən niyə bu filmə çəkildim? "Sovetski"də evdən çıxanda bir dəstə cavan qabağımı kəsdi, çiyinlərimdən tutub silkələdilər, söydülər: "O cür oğlanı öldürdün, niyə o rola çəkilmisən?", - dedilər. İsmayıl dayıya xeyli təsəlli verdim. Amma səhəri gün "Sovetski"yə gedib lotuların başçısı Ənvər adlı adamı tapdım. 5-6 nəfərlə oturub söhbət edirdi. "Nə məsələdir?" - deyə maraqlananda əhvalatı danışdım: "Ağsaqqal kişiyə, gözəl bir aktyora qarşı belə təhqiramiz hərəkət ediblər". Ənvər yanındakılara "gedin, həmin adamları tapıb yanıma gətirin", - deyə hirsləndi. Bir neçə gündən sonra İsmayıl dayı ilə yenidən kinostudiyada üzbəüz gələndə məni sevinclə qucaqlayıb öpdü: "Ənvər, sən neyləmisən? Gəlib əlimi öpdülər, qucaqladılar, üzr istədilər". İsmayıl dayının üzündəki sevinc indi də gözümün qabağındadır..."
 
 
"Onu sevməmək mümkün deyildi"
 
Aktrisa Xalidə Quliyeva İsmayıl Osmanlı ilə iki filmdə çəkilib. "Nəsimi" və "Bakıda küləklər əsir" filmlərində... Hər iki filmdə də aktyor onun atası rolunda oynayıb:
 
 
"İsmayıl Osmanlı haqqında danışmaq çox rahatdır. Çünki o, heç kimə oxşamırdı. Onunla çəkiləndə doğma insan təəssüratı yaranırdı. Onu sevməmək, hörmət etməmək mümkün deyildi. Səs tembri tamamilə özünəməxsus idi, pıçıltı ilə danışırdı. Amma bu pıçıltı o qədər inandırıcı idi ki, həm sevgini, həm də nifrət və qəzəbi çatdıra bilirdi. Tamaşaçı da ona inanırdı. İsmayıl Osmanlı təmkinini, sakitliyini yaradıcı heyətə ötürə bilirdi. Onun özgüvəni vardı. Onunla oynayanda biz də özümüzə güvənirdik. Oyununda heç bir pafos yox idi, elə bil özünü oynayırdı. Həm cəlladı, həm Nəimini, həm müharibəyə gedən qızın atasını eyni şövq və inandırıcılıqla oynayırdı. Elə bil bütün rollar boyuna biçilmişdi. Bütün rolları ustalıqla çatdırırdı. O qədər səmimi idi ki, tamaşaçı onun oynadığı obraza laqeyd qala bilmirdi. Həyatda da sadə və təvazökar idi".
 
 
Aktrisa "Bakıda küləklər əsir" filmindən bir xatirəsini danışır: "Mən həmin filmdə Solmaz rolunda çəkilmişəm. Gənc olmasına baxmayaraq, Solmaz könüllü müharibəyə gedir. Filmdə anamı Məhluqə Sadıqova, atamı İsmayıl Osmanlı oynayırdı. Bizim Bakı limanında vidalaşma səhnəmiz var. Böyük kütləvi səhnədir. Gəmiyə minməli idim. Pilləkənlərlə düşüb ata-anamla görüşməli idim. Mən bir az emosional aktrisayam. Pillələri qalxıb özümü həyəcanla atamın - İsmayıl Osmanlının üstünə atdım. Hiss elədim ki, diksindi. Həmin an elə bir emosiyanı gözləmirdi. Mən onlarla görüşüb gəmiyə tərəf yollandım. Şadam ki, qismətimə bu cür aktyorlar düşdü. Kino tariximizi yaradan aktyorlarla çəkildim. Onların hər biri bir məktəb idi..."
Oxşar xəbərlər
16:27, Bu gün
Xoşbəxt münasibətlər qurmağa kömək edən PRİNSİP
16:23, Bu gün
Havanın temperaturu iqlim normasından yüksək olacaq - PROQNOZ
16:20, Bu gün
Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı
15:48, Bu gün
Minlərlə manatlıq pərdə və aksesuarlarını oğurlayan şəxslər TUTULDULAR
15:43, Bu gün
Prezident onu “Əmək” ordeni ilə təltif etdi
15:38, Bu gün
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı
15:33, Bu gün
Elza Seyidcahan namizədliyini verir: "Deputat seçilsəm..."
15:28, Bu gün
Oğuza yeni icra başçısı təyin edildi
15:23, Bu gün
Metsola yenidən Avropa Parlamentinin prezidenti seçildi
15:19, Bu gün
Maaşını istəyən 22 yaşlı gəncə DƏHŞƏTLİ İŞGƏNCƏLƏR verdilər: “Dişlərini kəlbətinlə çıxarıb…” – ŞOK FOTOLAR
15:13, Bu gün
Çin vətəndaşları il ərzində 3 dəfə Azərbaycana vizasız səfər edə biləcəklər
15:08, Bu gün
"ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyir" - Pentaqon nümayəndəsi
15:03, Bu gün
Şahlar Ağayevin cinayət işi: "Öldürdüyüm şəxs ilk olaraq qulağımı kəsdi"
14:57, Bu gün
İngiltərə millisinin baş məqçisi istefa verdi
14:53, Bu gün
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türklərdir...”
14:50, Bu gün
Küləklə bağlı sarı xəbərdarlıq edildi
14:44, Bu gün
Rusiyada tanınmış televiziya aparıcısı döyülüb
14:40, Bu gün
53 yaşlı Teymur Əmrah buna görə ailə qurmur - VİDEO
14:34, Bu gün
Pensiya alanlara ŞAD XƏBƏR
14:28, Bu gün
Qriqorçuk Şeydayevin transferindən danışdı
14:22, Bu gün
Oğlan sevdiyi qızla ayaqyolunda görüşdü, qız hamilə qaldı, ekspertiza isə... – ŞOK
14:17, Bu gün
Tramp qalib gələcək, bəs Ağ Evə sağ-salamat girəcəkmi? - MÜSAHİBƏ
14:12, Bu gün
"Zirə"nin rəqibi Bakıya nə azarkeş, nə də jurnalist gətirəcək
14:08, Bu gün
Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə etdi - FOTO
14:04, Bu gün
"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
14:03, Bu gün
Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır - SƏBƏBLƏR
14:00, Bu gün
Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsini seçdi
13:57, Bu gün
Bu çaylardan sel keçəcək
13:54, Bu gün
“Atasının evdə bir qram hörməti yoxdur, adam yerinə qoyulmur...” - QALMAQALLI SÖZLƏR
13:51, Bu gün
Masallıda ölü dölün doğulması ilə bağlı araşdırma başladı - RƏSMİ
13:50, Bu gün
Azərbaycanda turizmin inkişafını əngəlləyən BƏRBAD YOLLAR- NƏ ZAMAN DÜZƏLƏCƏK? 
13:44, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
13:38, Bu gün
Sanura Cəfərovadan açıqlama: "Dediyimin üstündə dururam, əxlaqsızlıq..."
13:35, Bu gün
“Azərsun Holdinq” Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd edib - FOTO
13:31, Bu gün
Ramil Şeydayev "Neftçi"də
13:26, Bu gün
Sui-qəsddən sonra: Bayden qarşıdurmanın hərarətini azaltmağa, Tramp birliyə çağırış edir  - "BBC News", Rus xidməti
13:22, Bu gün
Kəlbəcər təbiətinin qorunması üçün xüsusi layihə - FOTOLAR
13:18, Bu gün
Ötən gün həlak olan hərbçimizin sonuncu rəqsi - VİDEO
13:14, Bu gün
"Crocus City Hall"da törədilən terror aktı barədə yeni detal məlum olub
13:10, Bu gün
Aşıq Namiq: "İstəyirəm ki, həyat yoldaşım evdə otursun, işləməsin" - VİDEO
13:05, Bu gün
“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
13:00, Bu gün
44 günlük Zəfəri sülh masasında möhürləmək
12:55, Bu gün
Kəlbəcərdə faciəli şəkildə həlak olan hərbçi dəfn edildi - FOTO
12:50, Bu gün
Qarabağ Universitetində YENİ TƏYİNAT - FOTO
12:45, Bu gün
Hüseynbala Mirələmov oğlundan danışdı: "Hadisənin görünməyən tərəfləri var"
12:40, Bu gün
YAP siyahısını bu tarixdə açıqlayacaq: Elman Nəsirov açıq və QƏZƏBLİ DANIŞDI - VİDEO
12:35, Bu gün
Azərbaycanda 17 yaşlı ananın doğduğu uşaq öldü - YENİLƏNİB
12:30, Bu gün
Naxçıvana maliyyə naziri təyin edildi
12:25, Bu gün
Xəzərdə dəyişmələrin yaratdığı təhdidlər – ARAŞDIRMA + FOTO
12:20, Bu gün
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Bu gün...
12:16, Bu gün
Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş...
12:12, Bu gün
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
12:08, Bu gün
III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Zakir Həsənov Qazaxıstana getdi - FOTO
12:02, Bu gün
"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:00, Bu gün
Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...
11:55, Bu gün
Niyə başınız şimala tərəf yatmamalısınız? - Dünyadakı xurafatlar
11:50, Bu gün
"Sanuranın qonorarı ödəndi, DİN-ə şikayət olundu..." - Hikmət Rəhimovdan şok addım
11:50, Bu gün
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb
11:47, Bu gün
"Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur" - Hiss iddialı danışdı
11:46, Bu gün
Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
11:45, Bu gün
Tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti təqdim edilib
11:44, Bu gün
Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb
11:43, Bu gün
NİİM sürücülərə müraciət etdi
11:41, Bu gün
Azərbaycan və Ermənistanın Vaşinqton görüşündə irəliləyiş əldə edilib
11:40, Bu gün
Bu kollecə direktor təyin olundu
11:35, Bu gün
Avtomobili saxlayıb video çəkənlərə XƏBƏRDARLIQ
11:33, Bu gün
Günel Tatlısəsin oğlu ilə: "Səni sevirəm" - FOTO
11:30, Bu gün
Hüsniyyənin uçduğu təyyarədə təhlükəli anlar - VİDEO
11:30, Bu gün
Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək
11:27, Bu gün
Ən qeybətcil 4 bürc - Hər kəsin arxasınca danışırlar...
11:25, Bu gün
İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb
11:22, Bu gün
"Hikmət, haqqımı ver!" - "Apatiya 2"də qalmaqal - FOTO
11:20, Bu gün
Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO
11:17, Bu gün
Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı - VİDEO
11:15, Bu gün
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb
11:10, Bu gün
AĞIR ƏMƏLİYYAT keçirən İbrahim Tatlısəsin küsülü qaldığı oğlu nələr dedi?
11:05, Bu gün
Növbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı
11:00, Bu gün
İsti havada sürücülərin qaçmalı olduğu 3 içki - YADDA SAXLA
10:55, Bu gün
Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək
10:52, Bu gün
66 yaşlı kişi görün nəyə görə TUTULDU - Çimərlikdə qadınların...
10:50, Bu gün
Ana doqquz yaşlı oğlunu öldürdüyünü etiraf etdi - VİDEO
10:45, Bu gün
Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
10:40, Bu gün
Arvadını çəkiclə döyən kişi həbsdə öldü
10:36, Bu gün
"Zakir Fərəcovun yalanlarından bezmişik" - Sahibkarlar Prezidentdən və Birinci Vitse-Prezidentdən kömək istəyir
10:35, Bu gün
Xalq artisti infarkt keçirtdi
10:30, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dollardan aşağı düşüb
10:25, Bu gün
Naxçıvanda əhalinin sayı artıb
10:23, Bu gün
Dünyaya səs salan “Qarabağ bülbülləri”-nin 4 oğlundan biri- “Ağdamın işğalından sonra oxumadı”-FOTOLAR+ÖZƏL
10:20, Bu gün
İranın Kerman əyalətində 4, 9 maqnitudalıq zəlzələ olub
10:15, Bu gün
Trampın namizədliyi rəsmən təsdiqləndi
10:10, Bu gün
Bu gündən bağçalara qeydiyyat başlayır
10:05, Bu gün
İşçiyə maaş nə vaxt verilməlidir?
10:00, Bu gün
Bakıda qəribə qəza - VİDEO
09:55, Bu gün
Tramp ictimaiyyət qarşısına qulağı sarğılı çıxdı - VİDEO
09:50, Bu gün
Bu “Xiaomi” telefonu tezliklə buraxılacaq
09:50, Bu gün
Analitikimiz Trampın ABŞ, Putinin isə Rusiya xalqının rifahı üçün çalışdığını iddia etdi...
09:45, Bu gün
Bakıda usta 3-cü mərtəbədən yıxılıb
09:44, Bu gün
Üsküdar Universitetinin rektoru, tanınmış professor Nazife Güngör Şəkidən yazdı: "Sənət yaşayırsa, insanlıq ölmür"
09:40, Bu gün
"Qurd" və həyat yoldaşının çimərlik FOTOları
GÜNLÜK
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 17:31
Oğlunu əsgər yola saldı, özünü asdı - FOTO
15 Jul 2024 | 17:52
Şəkil çəkdirən cütlük qatarın altında qalmamaq üçün körpüdən tullandı - VİDEO
15 Jul 2024 | 17:27
Bu ərazilərdə bayrağımız dalğalandı: Ermənilər təşvişə düşdü - Polkovnik detalları açıqladı
15 Jul 2024 | 16:42
"Trampa qarşı sui-qəsd də Kennedinin qətlə yetirilməsi kimi qaranlıq qalacaq…"-Analitik
15 Jul 2024 | 16:43
Daha bir klinikaya qaraciyər və böyrək transplantasiyası üçün icazə verildi
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 16:50
Ərdəbildə türk adlarına qadağa qoyuldu
15 Jul 2024 | 16:56
Bu ölkənin ən zəngin ailələrindən biri itinə qulluqçulardan daha çox pul xərcləyir - FOTO
15 Jul 2024 | 16:33
10 min insan Röya üçün gəlir - FOTO/VİDEO
HƏFTƏLİK
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
11 Jul 2024 | 11:25
Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”- FOTO + ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
13 Jul 2024 | 14:32
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
11 Jul 2024 | 10:38
Hava kəskin DƏYİŞİR - Dövlət xidməti xəbərdarlıq etdi
AYLIQ
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 17:31
Oğlunu əsgər yola saldı, özünü asdı - FOTO
15 Jul 2024 | 17:52
Şəkil çəkdirən cütlük qatarın altında qalmamaq üçün körpüdən tullandı - VİDEO
15 Jul 2024 | 17:27
Bu ərazilərdə bayrağımız dalğalandı: Ermənilər təşvişə düşdü - Polkovnik detalları açıqladı
15 Jul 2024 | 16:42
"Trampa qarşı sui-qəsd də Kennedinin qətlə yetirilməsi kimi qaranlıq qalacaq…"-Analitik
15 Jul 2024 | 16:43
Daha bir klinikaya qaraciyər və böyrək transplantasiyası üçün icazə verildi
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 16:50
Ərdəbildə türk adlarına qadağa qoyuldu
15 Jul 2024 | 16:56
Bu ölkənin ən zəngin ailələrindən biri itinə qulluqçulardan daha çox pul xərcləyir - FOTO
15 Jul 2024 | 16:33
10 min insan Röya üçün gəlir - FOTO/VİDEO