Yayda qida zəhərlənmələri – nələrə diqqət etməli...
Oxunub: 3059
24 Jun 2024 | 20:31
Yayda qida zəhərlənmələri – nələrə diqqət etməli...

Eyyub Hüseynov: “Rayon toylarında ona görə daha çox zəhərlənmələr olur ki...”

Ləman Süleymanova: “Qarpız, yumurta, hisə verilmiş ətlər, mayonezlərdən istifadədə ehtiyatlı olmaq lazımdır”

Xəbər verildiyi kimi, ötən həftə Ağstafada toyda 43 nəfər qidadan zəhərlənib. Onların arasında hətta bəylə gəlin də var.

Hələ ki, konkret səbəb göstərilməyib. Ölüm halı qeydə alınmasa da, bu hadisə artıq ciddi SOS siqnalı sayılmalıdır. Çünki bu tip hadisələr əsasən isti yay mövsümünə təsadüf edir. Yay isə təzəcə başlayıb.

Məlumdur ki, isti havalarda bir sıra qida məhsulları, xüsusilə də ət, süd və balıq məhsulları daha tez xarab olur, əgər saxlanma rejiminə əməl olunmazsa. Bəs həm əhali, həm də şadlıq evlərinin sahibləri, eləcə də ictimai-iaşə obyektləri, dönərxanalar belə halların istisna edilməsi üçün ən çox nələrə diqqət etməlidir? Ərzaq məhsulunun keyfiyyətsiz olduğunu necə bilmək olar? Toy şənliklərində ən çox hansı qidalar təhlükə mənbəyidir?

Mütəxəssislər bildirir ki, qida zəhərlənmələri (toksikoinfeksiyaları) çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir. Adətən qida zəhərlənmələri yüngül intoksikasiya əlamətlərlə gedir və sağalma ilə yekunlaşır.

Qida zəhərlənmələri bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsullarını hazırlayarkən, düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa, acıq qabda saxlanılarsa o zaman bakteriyalarla çirklənər. Bakteriyalar insanlarda irinli iltihabi proseslər - panaritsi, piodermiya, angina, rinofaringir və s kimi xəstəliklər törədirlər.

Bəzən heyvanlarda infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanlarında südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir. Qida zəhərlənmələrinin klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövrdən sonra özünü büruzə verir. İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda bir neçə dəfə ishal müşahidə edilir. Həmçinin ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təzyiq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir. Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyədə ağrılar olur.

Əksər hallarda qida zəhərlənmələri yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur.
Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir.

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb:

413577163_00999564_600x0_80_0_0.jpg (37 KB)

“Keyfiyyətsiz məhsulla zəhərlənmə daha çox yay fəslinə təsadüf edir. Ümumiyyətlə, yay isti fəsil olduğundan qidalar öz keyfiyyətini tez itirir, bu baxımdan tərkibindəki zərərli bakteriyalar inkişaf edir və bu orqanizmə, salamlığa mənfi təsir göstərir, bir sıra xəstəliklərə səbəb olur. Buna görə də ilk olaraq gigiyenik qaydalara düzgün əməl edilməli, qidanın hazırlanma şəraiti sağlam olmalı, sanitar gigiyenik qaydalara əməl edilməlidir. Həmçinin qidanın hazırlanmasında istifadə olunan alətlər təmiz olmalıdır. Qidanın qablaşdırılmasına diqqət edilməlidir.

Toy məclislərində daha çox zəhərlənmələr olur. Çünki əksər hallarda qidaların hazırlanmasına, saxlanılmasına, saxlanma şəraitinə, temperaturuna diqqət edilmir. Bəzən olur ki, qida təmiz şəraitdə hazırlansa da, məclisdən 2-3 saat əvvəldən artıq masaya qoyulur, bu zaman qidanın tərkibində bakteriyalar inkişaf etməyə başlayır. Ümumiyyətlə, temperatur qida 5 dərəcədən artıq olanda tədricən tərkibindəki mikroblar çoxalır, toksidlərlə qidalanır və öz toksidlərini qidaya buraxır. İnsan da bunun qəbul etdikdə zəhərlənmə baş verir.

Qidanın hazırlaması çox önəmlidir. Adətən obyekt sahibləri mətbəxə o qədər də nəzarət etmirlər. Olur ki, qida təmiz şəraitdə hazırlanır, bişirilir, lakin dərhal soyuducuya qoyulmur, isti havada qalır, tərkibindəki bakteriyalar fəallaşır, sonra isə soyuducuya qoyulur, soyuducudan çıxarıldıqdan sonra həmin bakteriyalar daha da inkişaf edir.

Elə məkanlar var ki, orada qidalar 24 saat müddətində açıq havada qalır və əlbəttə ki, onu qəbul edən insan dərhal zəhərlənə bilir. Buna görə də obyekt sahibləri xüsusən də yay fəslində mütəmadi olaraq öz müəssisələrində reydlər aparmalı, ola biləcək zəhərlənmələrin qarşısını almalıdırlar”.

Diyetoloq yay mövsümündə zəhərlənməyə səbəb ola biləcək qidalardan da söz açıb:

“Tövsiyə edərdim ki, yay mövsümündə toy məclisində mayonezli, souslu, məhsullardan istifadə azaldılsın. Məsələn, götürək paytaxt salatını, onun tərkibində yumurta, mayonez olur. Salat hazırlanan kimi qısa müddətdə qəbul olunmalıdır. Çünki isti temperaturda yumurta və mayonez reaksiya girir, təhlükəli vəziyyət yaranır.

İndiki vaxtda ən çox zəhərlənməyə səbəb olan qidalardan biri qarpızdır. Əslində qarpızın mövsümü 25 iyuldan sonra başlayır, indiki qarpızlar əsasən istixanalarda yetişən məhsullardır ki, onların da tərkibinə müəyyən dərmanlar, gübrələr vurulur. Bəzən gübrələr normadan artıq vurulur və hətta kəsilməmiş halda isti havada reaksiya girir, daxildə zərərli orqanizmlər müşahidə olunur, onu sonra insan qəbul etdikdə ciddi zəhərlənməyə səbəb olur. Hətta həyati təhlükə yarana bilir.

Digər təhlükəli qidalardan biri hisə verilmiş ət məhsullarıdır. Onların tərkibində zərərli mikroorqanizmlər, bakteriyalar var.
Kartofun özü də sürətlə mikrobları özünə çəkir. Ona görə də salatın tərkibində mayonez, kartof, yumurta olarsa və üstəlik soyuq temperaturda saxlanılmazsa ən ağır zəhərlənmələrə yol açır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov:

1610025300_19_02_19_1550567057.jpg (51 KB)

“Öncə qeyd edim ki, Azərbaycanda zəhərlənmələrin qeydiyyatı düzgün aparılmır. Belə ki, AQTA-nın statistikasında bu rəqəmlər ümumdünya göstəricisindən yüz dəfələrlə az göstərilir, eləcə də zəhərlənmədən ölənlərin sayı. Bu qeydiyyatın kimlər və necə aparılması məsələsi tənzimlənməlidir.

Təsadüf deyil ki, Azərbaycan uzunömürlülər arasında 190 ölkə arasında 115-ci yerdə dayanır. Yəni, hətta Afrikanın bir çox ölkələrindən, o cümlədən kasıb Banqladeşdən, Şri-Lankadan çox geri qalır. Bütün bunlar bizi düşündürməyə vadar edir.
Hesab edirəm ki, sertifikatı verən, yəni malların keyfiyyətinin yoxlayan orqanla zəhərlənmələri qeydə alan orqan eyni olmamalıdır.

Məlum olduğun kimi isti yay aylarında reaksiyalar sürətlənir, məhsullar daha tez xarab olur, şübhəsiz buna görə də zəhərlənmələr də artır. Həmçinin riskli məhsullar var ki, istehlakçıların onlarla davranma mədəniyyəti çox pis vəziyyətdədir. Bütün bunlar kompleks olaraq, təhlükəli vəziyyətlərə gətirib çıxarır.

Bütün bunların hamısının kökü qanunlardadır. Hökumətin istehlakçı siyasəti demək olar ki, yox dərəcəsindədir. Hökumət birtərəfli - yalnız və yalnız biznesin inkişafı siyasətini yürüdür. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində dəyişiklik edilməli, cəld yoxlama, geri qaytarılma mexanizmi olmalıdır.
Bir müddət əvvəl Zaqatalada dönərxanalarda zəhərlənmə məsələsinin izlədik, son nəticədə dedilər ki, vətəndaşlar bir dönərxanada zəhərlənib, ancaq əslində isə müxtəlif yerlədə zəhərlənmişdilər. Deməli problem xam maldadır. Təəssüf ki, bu məsələlər əcaib haldadır. Elə bir sənəd yoxdur ki, istehlakçı o sənədə baxıb, məhsulun təhlükəsiz olduğunu bilsin. Əvvəl sertifikat anlayışı var idi, indi o da yoxdur. Belə bir vəziyyətdə əlbəttə ki, zəhərlənmələr olacaq, insan ömrünün qısalmasının şahidi olacağıq və sairə”.

Ekspert xüsusən rayonlarda toy şənliklərində baş verən zəhərlənmələrdən də söz açıb:

“Adətən bölgələrdə insanlar zalı arendaya götürür, məhsulları özləri gətirib, bişirirlər və buna ciddi nəzarət olunmur. Qaydaya əsasən AQTA nümayəndələri gəlib toydan əvvəl qidalardan nümunələr götürür, bundan sonra həmin qidalardan istifadəyə icazə verilir. Lakin bizə verilən məlumata görə əksər hallarda toy sahibinin özü müəyyən qida nümunələrini özü aparır və icazə alır, bundan sonra toy edir. Bu zaman əksər qidalardan nümunə götürülməmiş olur, nəticədə zəhərlənmələr baş verə bilir. Bu məsələyə də ciddi nəzarət olunmalıdır”.(Müsavat)

Oxşar xəbərlər
00:44, Bu gün
"NASA İlon Maskın Kremllə gizli əlaqələrini araşdırmağa çağırış edib" - CNN
00:43, Bu gün
"Belə nəhəng vəzifə üçün Kamala Harrisin intellekti yetərli deyil" - Mel Gibson
00:40, Bu gün
"İranın gücü onun düşmənlərini rəzil və aciz duruma salır" - İranın vitse-prezidenti
26 Oct 2024 | 23:17
Rusiyada helikopter qəzası: Ölənlər var
26 Oct 2024 | 23:15
Erməni puluna qızınan "seçilmişlər": Avropa təhlükəsizliyi şəxsi maraqlara qurban verir
26 Oct 2024 | 22:53
Meymunçiçəyinə yoluxanların sayı artdı
26 Oct 2024 | 22:46
Tarixin ən ölümcül günü AÇIQLANDI
26 Oct 2024 | 22:38
Zelenskidən qərar: əcnəbilərə orduda vəzifə verilir
26 Oct 2024 | 22:30
Bəzi universitetlərdə tələbat olmayan ixtisaslar tədris olunur - VİDEO
26 Oct 2024 | 22:20
İsrail İranı bu ölkədən vurub - ŞOK İDDİA
26 Oct 2024 | 22:10
Gürcüstan MSK-dan AÇIQLAMA - “Gürcü Arzusu” irəlidədir
26 Oct 2024 | 21:55
6 BÜRCÜN həyatına xüsusi bir insan daxil olacaq: həyatları əvvəlki kimi olmayacaq
26 Oct 2024 | 21:50
İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin SAYI ARTDI - FOTO
26 Oct 2024 | 21:40
Rusiyada evlənənlərin GÖZÜ YAŞLI - Putin sərt qanun imzaladı
26 Oct 2024 | 21:35
Gürcüstanın hakim partiyası qələbəsini BELƏ QEYD EDİR 
26 Oct 2024 | 21:16
Darovskidə "Mi-2" helikopteri sərt eniş etdi - ÖLƏNLƏR VAR
26 Oct 2024 | 21:08
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
26 Oct 2024 | 21:00
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
26 Oct 2024 | 20:45
Toy üçün ən yaxşı 10 ÖLKƏ - Ruslar haranı seçirlər?
26 Oct 2024 | 20:40
Yaşlı qadın hamam otağında qəfl dünyasını dəyişdi
26 Oct 2024 | 20:30
İsrail İranın yalnız bu obyektlərini vurur - Bayden
26 Oct 2024 | 20:26
Kobaxidze: Böyük fərqlə qələbə qazanacağıq
26 Oct 2024 | 20:18
Şərqi Zəngəzurun qərb qapısı: Qubadlı
26 Oct 2024 | 20:10
Mikayıl Cabbarov İstanbulda önəmli görüşlər keçirdi - FOTO
26 Oct 2024 | 20:05
Zərbə ziyan vurmasa da... - İran
26 Oct 2024 | 20:00
Məşhur sosial şəbəkə BAĞLANDI
26 Oct 2024 | 19:51
Azay Quliyev Özbəkistanın spikeri ilə görüşdü - FOTOLAR
26 Oct 2024 | 19:50
İsrail İrana hücumun GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO
26 Oct 2024 | 19:46
Onun sizi həqiqətən sevdiyini göstərən İKİ ƏSAS ƏLAMƏT
26 Oct 2024 | 19:45
Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi - VİDEO
26 Oct 2024 | 19:39
Ölüm xəbəri yayılan aktyordan AÇIQLAMA
26 Oct 2024 | 19:35
İrana hücumda 100-dən çox təyyarədən istifadə ediblər
26 Oct 2024 | 19:30
Anasının çalışdığı məktəbə yollandı - VİDEO
26 Oct 2024 | 19:26
Tanımadığı qız məşhur ulduzu avtomobilinə OTURDUB QAÇIRDI - FOTO
26 Oct 2024 | 19:23
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA açıqlandı
26 Oct 2024 | 19:18
İranda çox sayda sərhədçi öldürüldü - VİDEO
26 Oct 2024 | 19:17
Dənizə girərkən linzasını çıxarmayan qız kor oldu
26 Oct 2024 | 19:12
Sürücü və piyadaların həyatı risk altında - "Giriş qadağandır" nişanı sual doğurur - VİDEO
26 Oct 2024 | 19:06
Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - ARAŞDIRMA + FOTO
26 Oct 2024 | 19:05
Bakının 496 küçəsi yuyuldu
26 Oct 2024 | 18:59
Azərbaycanlı aktrisa geyimi ilə diqqət çəkdi - FOTO
26 Oct 2024 | 18:55
COP29 konfransına hazırlıq çərçivəsində monitorinqlər davam etdirilir - FOTO
26 Oct 2024 | 18:50
"Bu olsa, müğənniliyi atacam" - VİDEO
26 Oct 2024 | 18:45
Qışda isinə biləcəyik? - “Azəristiliktəchizat”ın ləğv olunması tələb edilir
26 Oct 2024 | 18:42
Leyla Əliyeva çoban Xanışın ailəsi ilə GÖRÜŞDÜ - FOTOLAR
26 Oct 2024 | 18:40
İranın hava məkanı BAĞLANDI - Təyyarələr Bakıya ENDİ
26 Oct 2024 | 18:35
Artıq içiləndə dərd verir o da - Gün ərzində nə qədər mineral su içə bilərik?
26 Oct 2024 | 18:35
Sənubər İsgəndərli kimdir? - 27 yaşında xəyanətə görə yuvası dağılan qadın
26 Oct 2024 | 18:30
Payızın sonuna qədər çox şanslı olacaq BÜRCLƏR
26 Oct 2024 | 18:24
ƏHD Partiyası Ali Məclisinin iclası keçirildi - FOTO
26 Oct 2024 | 18:20
Klaviaturadakı hərflər niyə əlifba sırası ilə düzülmür?
26 Oct 2024 | 18:18
ADNSU-nun rektor əvəzi neftçi Qurbana həsr olunmuş tədbirdə iştirak edib - FOTOLAR
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 18:06
Nişanına hazırlaşan gənc faciəvi şəkildə öldü - VİDEO
26 Oct 2024 | 18:00
Su Ehtiyatları Agentliyində YENİ TƏYİNAT - FOTO
26 Oct 2024 | 17:55
İsrailin İranı vurması: "Əslində, münaqişənin bütün tərəfləri elə buna can atırdılar" - ŞƏRH
26 Oct 2024 | 17:49
Əməkdar artist: “İçi çürük adamlar mənəm-mənəm deyir” - VİDEO
26 Oct 2024 | 17:44
İsrail aviasiyası bu gecə İranda nələri hədəfə alıb? - "The New York Times"
26 Oct 2024 | 17:43
“Demokratiyanın beşiyi”ndə xalq-ordu qarşıdurması: “Kəllələrini sındırın!”
26 Oct 2024 | 17:39
Sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb
26 Oct 2024 | 17:37
Xalqların zülmü, repressiyası üzərində formalaşmış azərbaycanlı-gürcü avtoritar cütlüyünün acı sonluğu belə oldu...
26 Oct 2024 | 17:32
Safurədən həyat yoldaşı ilə paylaşım - VİDEO
26 Oct 2024 | 17:27
ABŞ-ın yeddi böyük kabusu: Hər il gəlirlər
26 Oct 2024 | 17:21
"Kişilərdə Xoşqədəm qorxusu var"
26 Oct 2024 | 17:15
Kanala düşən maral xilas edildi - FOTO/VİDEO
26 Oct 2024 | 17:10
Bakının bu qəsəbəsində evlər niyə ucuzdur? – SƏBƏBLƏR
26 Oct 2024 | 17:04
Mədəniyyət Nazirliyi Şahlar Quliyevin vəfatı ilə bağlı nekroloq yaydı
26 Oct 2024 | 16:57
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək - FOTO
26 Oct 2024 | 16:51
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşdü - FOTO
26 Oct 2024 | 16:45
"Qatillər öz vərdişindən əl çəkmir" - Zelenski Rusiyanın Ukraynaya növbəti zərbəsini şərh edib
26 Oct 2024 | 16:38
Eldar Əzizov Bağırov körpüsündə - FOTO
26 Oct 2024 | 16:32
Azərbaycan gimnastları Gimnaziadada gümüş medal qazanıblar
26 Oct 2024 | 16:26
Ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı AÇIQLANDI
26 Oct 2024 | 16:20
"Ən yaxşı kişi qolkiper" adına iddia edən namizədlərin adları açıqlandı - SİYAHI
26 Oct 2024 | 16:13
19 yaşlı qızın meyiti çörək sexində TAPILDI - FOTO
26 Oct 2024 | 16:07
Məktəblilərdən örnək addım - Kimsəsizlər qəbirstanlığında basdırılan... - FOTO
26 Oct 2024 | 16:00
Bakıda 74 minlik DƏLƏDUZLUQ - Üç nəfər SAXLANILDI
26 Oct 2024 | 15:54
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
26 Oct 2024 | 15:47
"Clarivate Analytics" şirkətinin nümayəndələri BDU-da - FOTO
26 Oct 2024 | 15:40
Ədliyyə naziri Fərid Əhmədov Neftçalada vətəndaşları qəbul edib - FOTO
26 Oct 2024 | 15:33
Adnan Oktarın dodaq uçuqladan sərvəti görün kimə qaldı...
26 Oct 2024 | 15:27
“Simpsonlar”ın 2025-ci illə bağlı proqnozları - FOTO
26 Oct 2024 | 15:20
Ləbbadələr, çəpkənlər, arxalıqlar... - Bakı Milli Geyim Evindən REPORTAJ + FOTO
26 Oct 2024 | 15:14
İngiltərəli səyyah: "Qarabağın bərpasında nail olunmuş irəliləyişə heyranam"
26 Oct 2024 | 15:09
Rahidə: “Onun yoxluğu ilə hələ də barışa bilmirəm” - VİDEO
26 Oct 2024 | 15:06
“Müharibəni istəyən də onlardır, bunun peşmanı da özləri olacaq”
26 Oct 2024 | 15:03
Vəfat edən Xalq artistinin oğlu: “50 il sonra başa düşəcəklər ki...”
26 Oct 2024 | 14:57
Amerikalı səyyah: "Qarabağın arxitekturası valehedicidir"
26 Oct 2024 | 14:52
"Azərişıq" ASC-nin əməkdaşı faciəli şəkildə ÖLDÜ
26 Oct 2024 | 14:47
Şəbnəmin toy geyimi TƏNQİD EDİLDİ - VİDEO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
26 Oct 2024 | 14:36
Bu müğənnilərin aparıcılarla “işbirliyi” ortaya çıxdı – Görün nə edirlər
26 Oct 2024 | 14:33
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başladı - FOTO
26 Oct 2024 | 14:30
Ağır qəzada həlak olan şəxs keçmiş zabit imiş - FOTO
26 Oct 2024 | 14:24
İspaniya La Liqasında "El-Klasiko" həyəcanı
26 Oct 2024 | 14:18
Regional sülh qapıda: Hələ də bunu həzm edə bilməyən qüvvələr var - TƏHLİL + FOTO
26 Oct 2024 | 14:12
Edis Bakıda ev alıb? - VİDEO
26 Oct 2024 | 14:06
Ağcabədidə 92 yaşlı qadın dəm qazından boğuldu
26 Oct 2024 | 14:00
"Təsəvvür edə bilməzsiniz ki, nə hisslər keçirirəm"
26 Oct 2024 | 13:53
Vəfat edən Xalq artistinin dəfn olunacağı yer açıqlandı
GÜNLÜK
26 Oct 2024 | 08:25
"Astoriya" hotelindəki yanğının SİRRİ... -DETALLAR
26 Oct 2024 | 10:41
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...”-Paşinyan getsə, belələri gələcək... -VİDEO
26 Oct 2024 | 07:42
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..."-"Nyu-York Tayms"
26 Oct 2024 | 09:17
Valideynlərə XƏBƏRDARLIQ: Övladlarınızda kriminala meyillilik bu səbəbdən yaranır
26 Oct 2024 | 09:13
Boşanma zamanı əmlak bölgüsü necə aparılmalıdır? - VƏKİL MƏSLƏHƏTİ
26 Oct 2024 | 09:10
Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?
26 Oct 2024 | 08:23
BRİKS-də Ukrayna ilə bağlı fikir ayrılığı - Yekun sənəd dəfələrlə dəyişdirilib
26 Oct 2024 | 07:19
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb - Uçuşlar davam edir...-"Tasnim"
26 Oct 2024 | 08:35
Paşinyanın öldürülməsinin qarşısını alan şəxs: Peşman olmuşam
26 Oct 2024 | 07:58
"İranın hərbi obyektlərinə hücum başa çatdı - Təyyarələrimiz bazalarına döndü" -İsrail komandanlığı
HƏFTƏLİK
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
AYLIQ
26 Oct 2024 | 08:25
"Astoriya" hotelindəki yanğının SİRRİ... -DETALLAR
26 Oct 2024 | 10:41
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...”-Paşinyan getsə, belələri gələcək... -VİDEO
26 Oct 2024 | 07:42
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..."-"Nyu-York Tayms"
26 Oct 2024 | 09:17
Valideynlərə XƏBƏRDARLIQ: Övladlarınızda kriminala meyillilik bu səbəbdən yaranır
26 Oct 2024 | 09:13
Boşanma zamanı əmlak bölgüsü necə aparılmalıdır? - VƏKİL MƏSLƏHƏTİ
26 Oct 2024 | 09:10
Ağızda səhər acısı hansı xəstəliklərdən xəbər verir?
26 Oct 2024 | 08:23
BRİKS-də Ukrayna ilə bağlı fikir ayrılığı - Yekun sənəd dəfələrlə dəyişdirilib
26 Oct 2024 | 07:19
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb - Uçuşlar davam edir...-"Tasnim"
26 Oct 2024 | 08:35
Paşinyanın öldürülməsinin qarşısını alan şəxs: Peşman olmuşam
26 Oct 2024 | 07:58
"İranın hərbi obyektlərinə hücum başa çatdı - Təyyarələrimiz bazalarına döndü" -İsrail komandanlığı