01:25
11°C
Bakı
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
"Dünən qəbiristanlıq ərazisində tapılan körpənin "anacığı" tapılıb. Hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
Sual verdim ki, "bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?" Çiyinlərini çəkdi...", - deyə o əlavə edib.