Milli Onkologiya Mərkəzində baş verən partlayışda yaralanan həkim radioloq vəfat edib - FOTO
Hadisə
248
05 May 2026 | 22:22

Milli Onkologiya Mərkəzində baş verən partlayışda yaralanan həkim radioloq vəfat edib - FOTO

Milli Onkologiya Mərkəzində baş verən partlayışda yaralanan həkim radioloq Asif Nəsirli vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial media hesablarında paylaşım edilib.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

Xatırladaq ki, aprelin 30-da saat 14 radələrində "Milli Onkologiya Mərkəzi"nidə parlayış baş verib. Onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirli Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

1507518

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər